Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-561/2020 22.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bağırov Sadiq Tofiq oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmetinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 ləğv edilməsi və cavabdehdən 2414,99 manat məbləğində gecikdirilmiş əsas qalıq borcun, 2385,10 manat məbləğində lizinq mükafatının, 227,43 manat məbləğində cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı zamanı İddiaçı tərəfindən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, iddia tələbi azaldılmış və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, lizinq verən İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X2 əsasən lizinq predmeti olan “Mercedes Benz GL500” markalı avtomobil müvafiq lizinq şərtləri əsasında sonuncuya lizinqə verilmişdir. Lakin, lizinq alan Cavabdeh tərəfindən həmin Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün lizinq predmeti olan “Mercedes Benz GL500” markalı avotomobil geri alınmış və müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında bağlanmış X1 ləğv olunması üçün məhkəməyə müraciət edilmişdir. Ona görə də, iddianın təmin edilməsi və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbini qəbul etdiyini bildirirək, izahatında göstərdi ki, o, müvafiq VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onunla lizinq verən İddiaçı MMC arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X2 əsasən lizinq predmeti olan “Mercedes Benz GL500” markalı avtomobil ona lizinqə verilməli idi. Lakin, onların arasında həmin Müqavilə imzalansa da, lizinq verən tərəfindən lizinq predmeti olan avtomobil faktiki olaraq ona təhvil verilməmiş və buna görə də, onun tərəfindən heç bir lizinq ödənişi edilməmişdir. Hal-hazırda da, lizinq predmeti olan avtomobil İddiaçı MMC-nin özündədir. Ona görə də, iddianın təmin edilməsinə və onunla İddiaçı MMC arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 ləğv edilməsi barədə qətnamə qəbul olunmasına etiraz etmir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X2 əsasən “Lizinq verən” İddiaçı tərəfindən lizinq predmeti olan “Mercedes Benz GL500” markalı avotomobilin hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) lizinqə verilməsi barədə razılığa gəlinmiş olsa da, həmin Lizinq Müqaviləsi üzrə heç bir lizinq ödənişləri həyata keçirilməyərək, müqavilə şərtlərinə əməl edilməmiş və iddiaçı (“lizinq verən”) İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış həmin xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 ləğv edilməsini xahiş etmişdir. Cavabdeh (“lizinq alan”) Cavabdeh məhkəmə baxışı zamanı ona qarşı verilmiş tərəflər arasında bağlanmış X1 ləğv edilməsi barədə iddia tələbini qəbul etmiş və müqavilə şərtlərinə əməl edilmədiyinə görə onunla İddiaçı MMC arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 ləğv edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən - İddiaçı MMC ilə lizinq alan - Cavabdeh arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 şərtləri pozulduğuna görə iddiaçı tərəfindən həmin Müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət olunmuş və cavabdeh tərəf həmin iddia tələbini qəbul edərək, tərəflər arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X1 ləğv edilməsinə razı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəliX1 ləğv edilməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X3 ləğv edilməlidir. Eləcə də, məhkəmə prosesi zamanı iddiaçı tərəf iddia tələbinin həcmini azaldaraq, iddia tələbindən “cavabdehdən pul tutulması” hissəsini xaric etdiyinə görə, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx xxx 2020-ci il tarixli 012/20/A nömrəli X3 ləğv edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-561/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-561/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver