Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-567/2021 13.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "Sumqayıt Texnologı̇ yalar Parkı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdehndən 44,498.64 (qırx dörd min dörd yüz doxsan səkkiz manat, 064 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 44,528.064 (qırx dörd min beş yüz iyirmi səkkiz manat, 064 qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında 24.04.2018-ci il tarixli, 180424/08-080 nömrəli alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən ümumi dəyəri 458,557.44 (dörd yüz əlli səkkiz min beş yüz əlli yeddi manat, 44 qəpik) manat məbləğində malların satışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 414,058.80 (dörd yüz on dörd min əlli səkkiz manat, 080 qəpik) manat məbləğində ödəniş edilmişdir. Lakin, cavabdeh tərəfindən tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğ üzrə qalan 44,498.64 (qırx dörd min dörd yüz doxsan səkkiz manat, 064 qəpik) manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. Satıcı "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, alıcı tərəfindən öhdəliklər icra edilməmiş, aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci bəndinə əsasən, ödənişlər müqavilənin qoşmalarında nəzərdə tutulmuş qaydada satıcının bank hesablarına edilməlidir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, alıcı mallar üzrə ödənişi bu müqavilənin qoşmalarında müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikdirilmiş günə görə ödənilməyən məbləğin 0,1 (sıfır tam onda bir) faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, iddiaçı müqavilə ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh həmin müqavilədən irəli gələn öhdəliklərini pozmuş, satılan malların dəyərinin tam ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda verməmiş, Cavabdehə borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq ediməsinə və həmçinin, borcun qaytarılması məqsədi ilə borcluya 04.02.2021ci il tarixində pretenziya məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh bu günə kimi ona verilmiş borc məbləğini tam məbləğdə iddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri V.Səfərli və E.Abbasova iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Vəliyev iddia tələbini qəbul etdiyini, pandemiya ilə əlaqədar fəaliyyət göstərmədiyindən və maliyyə vəziyyəti çətinləşdiyindən "xxxx" MMC-nin yaranmış borcu ödəyə bilmədiyini, hazırd yenidən başladıqlarını və maliyyət vəsaiti daxil olan kimi borcun hissə-hissə ödəniləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarından olan, “Satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 24.04.2018-ci il tarixli 180424/08-080 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağa, alıcı isə həmin malları qoşmalarda göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər müqaviləyə Qoşmalarda nəzərdə tutulmuş qaydada müqavilənin 4.3.1-ci bəndində Satıcının bank hesablarına köçürmə yolu ilə həyata keçiriləcək. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Alıcı Mallar üzrə ödənişlər Müqavilənin Qoşmalarında müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikdirilmiş günə görə ödənilməyən məbləğin 0,1 (sıfır tam onda bir) faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. İş materiallarında olan 25.01.2021-ci il tarixli arayışdan və həmin arayışa əlavə olunmuş dövriyyə qalıq cədvəlindən görünür ki, tərəflər arasında bağlanmış 24.04.2018-ci il tarixli 180424/08-080 saylı alqı-satqı müqaviləsinə əsasən “Satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 458557.44 manat məbləğində malların satışını həyat keçirmişdir. “Alıcı” "xxxx" MMC tərəfindən isə müqavilə üzrə 414058.80 manat məbləğində ödəniş edilmişdir. Hazırda "xxxx" MMC-nin 24.04.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 44498.64 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd edilən borc məbləğini mübahisələndirməmiş və onun ödənilməsini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə borcu qəbul etdiyini və ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh "xxxx" MMC-dən Məhdud Məsuliyyətli Cəmiyyətindən 44,498.64 (qırx dörd min dörd yüz doxsan səkkiz manat, 64 qəpik) manat borcun tutulması barədə iddia tələbi əsaslıdır və tam təmin olunmalıdır. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətindən 44,498.64 (qırx dörd min dörd yüz doxsan səkkiz manat, 64 qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumulikdə 44,528.64 (qırx dörd min beş yüz iyirmi səkkiz manat, 64 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-567/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-567/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver