Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-579/2025 17.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 74283 (yetmiş dörd min iki yüz səksən üç) manat məbləğində əsas borc, 7428,3 (yeddi min dörd yüz iyirmi səkkiz manat, otuz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 81711,3 (səksən bir min yeddi yüz on bir manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilən 335,13 (üç yüz otuz beş manat, on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 iyul 2019-cu il tarixli 2019-0281 nömrəli alqı-satqı müqaviləsi əsasında 01 aprel 2022-ci il tarixdə imzalanmış 008 nömrəli razılaşma protokoluna əsasən, iddiaçı tərəfindən müxtəlif növ tekstil mallarının qiyməti cavabdehlə razılaşdırılmışdır. Təsdiq edilmiş razılaşma protokoluna uyğun olaraq, iddiaçı malları protokol qüvvəyə mindiyi tarixdən 31 dekabr 2022-ci il tarixinədək hissə-hissə, partiyalarla ünvan 1 ünvanında cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Razılaşma protokolunun 2-ci bəndinə əsasən, razılaşma protokoluna əsasən alıcının mülkiyyətinə verilən malların ümumi dəyərinin 50% hissəsini avans olaraq, qalan hissəsini isə hər partiya üzrə mallar alıcıya təhvil verildiyi tarixdən 15 təqvim günü ərzində alıcı tərəfindən Azərbaycan manatı ilə köçürmə yolu ilə satıcıya ödənilir. Cavabdeh tərəfindən həyata keçirilən hər alış zamanı mallar (məhsullar) iddiaçının anbarından buraxıldıqda müvafiq təhvil-qəbul aktı imzalanır. Belə ki, 28 noyabr 2022-ci il tarixli 25717 nömrəli təhvil-qəbul aktına əsasən, cavabdeh tərəfindən 99360,72 manat məbləğində alış həyata keçirilmişdir. Cavabdeh tərəfindən son ödəniş 08 fevral 2024-cü il tarixində həyata keçirilmişdir. Müqavilə və onun tərkib hissəsini təşkil edən razılaşma protokolu əsasında cavabdehin cari ümumi borcu 74283,06 manat təşkil etmişdir. Müqavilənin 7.4 və 7.5-ci bəndlərinə uyğun olaraq, iddiaçının cavabdehin ümumi borcuna dəbbə pulu tətbiq etmək hüququ müqavilə ilə şərtləndirilmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 17 iyun 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 73919 (yetmiş üç min doqquz yüz on doqquz) manat məbləğində əsas borcun, 7391 (yeddi min üç yüz doxsan bir) manat məbləğində dəbbə pulunun və ödənilən dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. 08 aprel 2025-ci il tarixində keçirilmiş hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmədən iclasın təxirə salınmasını xahiş etmiş, nümayəndənin xahişi nəzərə alınaraq iclas növbəti tarixə təxirə salınmış, lakin istər təxirə salınmış iclasda, istərsə də sonradan keçirilmiş iclaslarda cavabdeh iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 15 iyul 2019-cu il tarixli 2019-0281 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) bu müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokollarında göstərilən malları alıcının (Cavabdeh MMC-nin) mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və müəyyən olunan müddətdə onların dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən alınan malların dəyəri və ödəniş şərti tərəflərin qarşılıqlı razılığı ilə təsdiq edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında müəyyən olunur. Həmin müqavilənin 3.1.2-ci yarımbəndinə əsasən, alıcı müvafiq razılaşma protokoluna əsasən malların dəyərinin ödənişini həyata keçirir. Həmin müqavilənin 3.2.4-cü yarımbəndinə əsasən, satıcı bu müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. Həmin müqavilənin 7.3-cü, 7.4-cü və 7.5-ci bəndlərinə əsasən, mallar razılaşma protokolunda müəyyən edilən müddətdə çatdırılmadıqda (və ya natamam çatdırıldıqda) alıcı satıcıdan hər gecikdirilən gün üçün çatdırılmayan malların dəyərinin 0,1 %-i miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Mallar üçün razılaşma protokolunda müəyyən edilən müddətdə ödəniş olmadıqda satıcı alıcıdan hər gecikdirilən gün üçün ödənilməsi gecikdirilən məbləğin 0,1 %-i miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Bu müqavilə ilə müəyyən edilən dəbbə pulun yuxarı həddi icrası gecikdirilmiş öhdəliyin dəyərinin 10%-dir. İş materiallarında olan 15 iyul 2019-cu il tarixli 2019-0281 nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş 01 aprel 2022-ci il tarixli 008 nömrəli razılaşma protokolunun 1-ci bəndinə əsasə, satıcı ümumi dəyəri ******* manat məbləğində olan malları protokol qüvvəyə mindiyi tarixdən 31 dekabr 2022-ci il tarixinədək hissə-hissə, partiyalarla ünvan 1 ünvanında alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin razılaşma protokolunun 2-ci bəndinə əsasən, razılaşma protokoluna əsasən alıcının mülkiyyətinə verilən malların ümumi dəyərinin 50% hissəsini avans olaraq, qalan hissəsini isə hər partiya üzrə mallar alıcıya təhvil verildiyi tarixdən 15 təqvim günü ərzində alıcı tərəfindən Azərbaycan manatı ilə köçürmə yolu ilə satıcıya ödənilir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 29 dekabr 2022-ci il tarixli 26024 nömrəli malların təhvil-qəbul aktı üzrə 140325,6 manat, 29 dekabr 2022-ci il tarixli 26074 nömrəli malların təhvil-qəbul aktı üzrə 68593,4 manat məbləğində olmaqla, ümumi dəyəri 208919 manat məbləğində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli EBCM seriyalı 231426 nömrəli elektron qaimə-faktura üzrə ümumi dəyəri 208919 manat məbləğində olan mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli 375408 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 135000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına həmçinin çap tarixi 27 may 2025-ci il olan xx.xx.2019-xx.xx.2025-ci il dövrləri əhatə edən hesabdan çıxarış və köçürmə sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 15 iyul 2019-cu il tarixli 2019-0281 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 01 aprel 2022-ci il tarixli 008 nömrəli razılaşma protokolu imzalanmış, müqavilə və razılaşma protokolu üzrə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş və nəticədə onun 73919 manat məbləğində borcu yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 29 dekabr 2022-ci il tarixli 26024 nömrəli malların təhvil-qəbul aktı üzrə 140325,6 manat və 29 dekabr 2022ci il tarixli 26074 nömrəli malların təhvil-qəbul aktı üzrə 68593,4 manat məbləğində olmaqla, ümumi dəyəri 208919 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. 08 iyul 2024-cü il tarixli 375408 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya borc məbləği üzrə 135000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan hesabdan çıxarış sənədindən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 208919 manat məbləğində olan 29 dekabr 2022-ci il tarixli EBCM seriyalı 231426 nömrəli elektron qaimə faktura üzrə 08 iyul 2024-cü il tarixindən sonra hər hansı ödəniş həyata keçirilməmişdir. Belə olduğu təqdirdə cavabdehin qalıq borcunun məbləği 73919 manat (140325,6 manat + 68593,4 manat = 208919 manat, 208919 manat - 135000 manat = 73919 manat) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 73919 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 7391 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 7.3cü, 7.4-cü və 7.5-ci bəndləri) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 7391 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 3696 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan başqa, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 13 fevral 2025-ci il tarixli **********90 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 336 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 322,84 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 73919 manat məbləğində əsas borc, 3696 manat məbləğində cərimə və 322,84 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 77937,84 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 73919 (yetmiş üç min doqquz yüz on doqquz) manat məbləğində əsas borc, 3696 (üç min altı yüz doxsan altı) manat məbləğində cərimə, 322,84 (üç yüz iyirmi iki manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 77937,84 (yetmiş yeddi min doqquz yüz otuz yeddi manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-579/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-579/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver