Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-582/2021 22.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhəri 18 saylı Təmir Tikinti Trestinə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı 6277.9 (altı min iki yüz yetmiş yeddimanat doxsan qəpik) manat məbləğində əsas borcun, 130 (yüz otuz) manat cərimə məbləğinin və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhər 18 Saylı Təmir Tikinti Trestidən tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhər 18 Saylı Təmir Tikinti Tresti ilə “Holcim (Azərbaycan)” ASC arasında 12.08.2020-ci il tarixində bağlanmış O000806811 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullar cavabdehə göndərilmişdir. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmiş, 6277.9 AZN indiyədək ödənilməmiş qalmışdır. 21.12.2020ci il tarixdə şirkət tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq, borc məbləğinin 25.12.2020-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məktub cavabdehin hüquqi ünvanına aparılmış, lakin, ünvan bağlı olduğu üçün məktub çatdırıla bilməmişdir. Bu barədə poçt qaiməsinə qeyd edilmiş və akt tərtib edilmişdir. İddia tələbi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə ki, iddia ərizəsinə qoşulan yük-nəqliyyat qaiməsi cavabdehin malları qəbul etməsini, təsdiqlənmiş elektron qaimə-faktura isə cavabdehin ona göndilmiş qaimə-fakturaları qəbuletdiyini göstərir. Cavabdeh ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu üçün ona göndərilmiş elektron qaimə-fakturadan ləğvi barədə 5 gün ərzində müraciət etmədiyinə görə həmin elektron qaimə-fakturalar sistem tərəfindən təsdiq edilmişdir. Cavabdehlə 2.08.2020-ci il tarixində bağlanmış O000806811 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 130 (bir yüz otuz) AZN təşkil edir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhər 18 Saylı Təmir Tikinti Tresti işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, “satıcı” “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) ilə “alıcı” Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhəri 18 saylı Təmir Tikinti Tresti (VÖEN: **********) arasında 12.08.2020-ci il tarixli O000806811 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər Malın dəyəri vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 7.1-ci və 7.2-ci bəndlərinə əsasən satılan malın keyfiyyətini təmin etmək satıcının öhdəliyi və satılmış malın vaxtı-vaxtında alıcı tərəfindən qəbul edilməsi və razılaşdırılmış alış qiymətinin vaxtında ödənilməsini tələb etmək, müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda hər bir gecikdirilmiş günə 0.1% qədər cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 8.1-ci və 8.2-ci bəndlərinə əsasən malın keyfiyyətli olmasını tələb etmək alıcının hüququ və müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtı-vaxtında qəbul etmək və onun dəyərini vaxtında ödəmək alıcının öhdəliyidir. Həmin müqavilənin 13.1.3-cü bəndinə əsasən tərəflərin müqavilə üzrə olan öhdəlikləri pozulduğu, icra etmədiyi və ya qeyri-kafi icra etdiyi hallarda digər tərəfə 15 gün ərzində bu barədə xəbərdarlıq verməklə müqaviləyə xitam verilir. İş materiallarında olan 12.08.2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinə əlavəyə əsasən dəyəri 129.99 (çatdırma və ƏDV daxil) manat olan “Qaradağ Optimal kisə, dəyəri 145 (çatdırma və ƏDV daxil) manat olan “Qaradağ Spesial kisə”, dəyəri 28.32 (çatdırma və ƏDV daxil) manat olan altlıqların qiymətləri tərəflər arasında razılaşdırılmışdır. Həmin əlavənin 2-ci bəndinə əsasən müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini mal əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 18.09.2020-ci il tarixli 190710 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 4175.95 manat olan mal “satıcı” “Holcim (Azərbaycan)” ASC tərəfindən “alıcı” Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhəri 18 saylı Təmir Tikinti Trestinə təhvil verilmişdir. İş materiallarında olan 23.09.2020ci il tarixli 375074 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 4175.95 manat olan mal “satıcı” “Holcim (Azərbaycan)” ASC tərəfindən “alıcı” Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhəri 18 saylı Təmir Tikinti Trestinə təhvil verilmişdir. İddiaçı qeyd edilən elektron qaimələr əsasında ödənilməli olan məbləğlərdən cəmi 6277.9 manat vəsaitin cavabdeh tərəfindən ödənilmədiyini bildirir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhəri 18 saylı Təmir Tikinti Trestinə qarşı müqavilə üzrə 6277,9 manat (altı min iki yüz yetmiş yeddi manat 90 qəpik) əsas borc, 130 (yüz otuz) manat cərimənin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməlidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Sumqayıt Şəhəri 18 saylı Təmir Tikinti Trestindən 6277,9 manat (altı min iki yüz yetmiş yeddi manat 90 qəpik) əsas borc, 130 (yüz otuz) manat cərimə və 30 (otuz) manat dövlət rüsumuna, cəmi 6437,9 manat (altı min dörd yüz otuz yeddi manat 90 qəpik) pul vəsaiti tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-ə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-582/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-582/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver