Məhkəmə qərarları › İş №e-2-2(119)-585/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-585/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-585/2020 29.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin Müqavilənin xx xxxxxx 2020-ci il tarixli 1 saylı, xx xxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində əsas borc, 41305,68 (qırx bir min üç yüz beş manat 68 qəpik) manat məbləğində penya, 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 644652,78 (altı yüz qırx dörd min altı yüz əlli iki manat 78 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «İddiaçı” MMC ilə Cavabdeh ASC arasında xx xxxxxx 2020-ci il tarixli 2020\6738- 37 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxxxxx 2020-ci il tarixli 2020\6738-37 saylı alqı-satqı müqaviləsinə əsasən «İddiaçı” MMC Ukrayna mənşəli soya şrotunu (********** TNVD kodu) alıcı “Cavabdeh ” ASC-yə xx xxxxxx 2020-ci il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin xx xxxxxx 2020-ci il tarixli 1 saylı, xx xxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən ümumi dəyəri ******* (bir milyon beş yüz əlli dörd min iki yüz otuz iki) manat olan soya şrotu Cavabdeh ASC-yə satılmışdır. Cavabdeh tam olaraq həmin malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş Üzləşmə Aktına əsasən bu Müqavilə üzrə yaranmış ümumilikdə dəyəri ******* (bir milyon beş yüz əlli dörd min iki yüz otuz iki) manat borcdan cavabdeh tərəfindən 941415,30 (doqquz yüz qırx bir min dörd yüz on beş manat 30 qəpik) manat ödənildiyi və həmin tarixə 612816,70 (altı yüz on iki min səkkiz yüz on altı manat 70 qəpik) manat borc qaldığı müəyyən edilmişdir. Tərəflər arasında həmin Üzləşmə Aktı imzalandıqdan sonra cavabdeh tərəfindən yenidən ödəniş edilmiş və iddia verilən günə Müqavilə üzrə cavabdehin iddiaçıya cəmi 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat borcu qalmışdır. Müqavilənin yuxarıda qeyd olunmuş Əlavələrinin 3.1-ci maddəsinin tələblərinə görə faktiki göndrilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən Əlavə 1 üzrə 30 təqvim günü, Əlavə 2 üzrə 30 təqvim günü və Əlavə 3 üzrə 45 təqvim günü müddətində həyata keçirilir. xx xxxxxx 2020-ci il tarixli Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə iddia qaldırılan tarixə cavabdehin iddiaçı «İddiaçı” MMCyə bu Müqavilə üzrə ümumilikdə 602816,70 manat borcu yaranmışdır. Borcun tam olaraq ödənilməsi üçün cavabdehə Pretenziya məktubu göndərilsə də, cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Beləliklə, alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən, tərəflər arasında imzalanmış Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər gecikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında Penya ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə xx xxxxxx 2020-ci il tarixli Müqavilə üzrə hesablanmış penyanın məbləği 41305,68 (qırx bir min üç yüz beş manat 68 qəpik) manat təşkil edir və Penyanın hesablanma qaydası iddia ərizəsinə cədvəl şəkildə əlavə edilmişdir. Mülki- Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı «İddiaçı” MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair xx xxxxxx 2020cu il tarixli 1746 saylı müqavilə üzrə 696272-00556 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh ASC-dən xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin Müqavilənin xx xxxxxx 2020-ci il tarixli 1 saylı, xx xxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş 602816,70 manat məbləğində əsas borc, 41305,68 manat məbləğində penya, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 644652,78 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 2020\6738-37 nömrəli Alqı-Satqı müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış xx xxxxxx 2020-ci il tarixli 1 saylı, xx xxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrinə əsasən satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə cəmi ******* (bir milyon beş yüz əlli dörd min iki yüz otuz iki) manat dəyərində “soya şrotu” (230400000 TNVD kodu) satılmış olsa da, həmin pulun cəmi 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat hissəsi Alıcı (cavabdeh) tərəfindən Satıcıya (iddiaçıya) ödənilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilədə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyi halda penya ödənilməsi nəzərdə tutulmuşdur (Müqavilənin 5.1-ci bəndi). İş materiallarında olan, xx xxxxxx 2020-ci il tarixli 2020\6738-37 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx xxxxxx 2020-ci il tarixli Üzləşdırılmə Aktından görünür ki, satıcı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 2020\6738-37 nömrəli Alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə satıcı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cəmi 612816,70 (altı yüz on iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcunun olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hüquqi xidmətlərə görə 500 (beş yüz) manat məbləğində pulun ödənilməsini təsdiq edən xx xxxxxx 2020-ci il tarixli 696272/00556 nömrəli ödəniş tapşırığı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixli 2020\6738-37 nömrəli alqı-satqı müqaviləsi və həmin Müqavilənin xx xxxxxx 2020-ci il tarixli 1 saylı, xx xxxx 2020-ci il tarixli 2 saylı və xx xxxxx 2020-ci il tarixli 3 saylı Əlavələri üzrə almış olduğu “soya şrotu” məhsullarına görə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən cəmi 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində borc satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də,hazırkı iddia ərizəsində ödənilməmiş 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə hesablanmış 41305,68 (qırx bir min üç yüz beş manat 68 qəpik) manat penyanın (Penyanın hesablanma qaydası iddia ərizəsinə cədvəl şəklində əlavə edilmişdir) cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC iddiaçı «İddiaçı” MMC ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixdə 2020\6738-37 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 41305,68 manat məbləğində penyanın tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləği azaldılaraq, cavabdehdən cəmi 20000 (iyirmi min) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 602816,70 manat məbləğində borc və 20000 manat məbləğində penya tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman hüquqi yardımla əlaqədar ödəmiş olduğu 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində borc, 20000 (iyirmi min) manat məbləğində penya, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla – cəmi 623347,10 (altı yüz iyirmi üç min üç yüz qırx yeddi manat 10 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar