Məhkəmə qərarları › İş №e-2-2(119)-588/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-588/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-588/2021 29.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(119)- 588/2021 nömrəli qərardadı ilə icraata götürülmüş və məhkəmə hazırlıq iclası 29.04.2021ci il tarixə, saat 15:30-a təyin edilmişdir. 27.04.2021-ci il tarixdə iddiaçının nümayəndəsi N.Hüseynzadə məhkəməyə “İddia ərizəsinin baxılmamış saxlanılması”na dair ərizə ünvanlayaraq cavabdeh tərəfindən ödənilməli olan borc öhdəliyini iddiaçıya ödədiyini və mübahisənin həll olduğunu bildirərək məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini 29.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasına göndərməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş “İddia ərizəsinin baxılmamış saxlanılması” barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulmas tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar