Məhkəmə qərarları › İş №e-2-2(119)-589/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-589/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-589/2023 04.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 212636,43 (iki yüz ok iki min altı yüz otuz altı manat 43 qəpik) manat məbləğində borcun, 41677,2 (qırx bir min altı yüz yetmiş yeddi manat 20 qəpik) manat məbləğində ƏDV borcunun və 502,64 (beş yüz iki manat 64 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 04 iyul 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən 04 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlanaraq İddiaçı rəhbərinin özünün məhkəmədə şəxsən iştirakının təmin olunması, əlavə sübutların, audio və video materialların təqdim edilməsi zərurətinin olduğu, lakin müəssisənin rəhbərinin Bakı şəhərində olmaması, qeyd olunan sübutların onun şəxsən özündə olması səbəbindən 04 iyul 2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəkləri bildirilmiş və məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. 13 iyul 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına Cavabdeh vəkili və nümayəndəsi Vəkil gəlmiş olsa da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. 24 iyul 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına Cavabdeh vəkili və nümayəndəsi Vəkil gəlmiş olsa da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə 24 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlanaraq şəxsi ailə problemləri səbəbindən 24 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən məlumat verəcək şahidin iştirakını təmin etmək istədiklərini, bundan başqa qarşı tərəfin də iclasda iştirak etməmək ehtimalı olduğunu bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçının vəkili və nümayəndəsi ərizəsində göstərilən halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. 04 avqust 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına da Cavabdeh vəkili və nümayəndəsi Vəkil gəlmiş olsa da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehin nümayəndəsi isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında da ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, kommersiya işi üzrə iddiaçı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin hazırlıq iclaslarına təkrarən gəlmədiyinə, cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar