Məhkəmə qərarları › İş №e-2-2(119)-6/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-6/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-6/2023 03.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 55463,46 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) əsas borcun, 5546,35 (beş min beş yüz qırx altı manat 35 qəpik) manat məbləğində cərimənin, 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 aprel 2019-cu il tarixdə İddiaçı MMC ilə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında 13/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh dövri sifarişlər əsasında müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə, müqavilənin əlavələri olan “Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları” ilə müəyyən edilmiş məişət avadanlıqlarını satır və alıcıya təhvil verir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə malların təsnifatı və qiymətlərin razılaşma protokolları əsasında 165.528 (yüz altmış beş min beş yüz iyirmi səkkiz) manat məbləğində məişət texnikası satılaraq təhvil verilmişdir. Belə ki, 12 aprel 2019-cu il tarixdə 1 nömrəli əlavə protokol və 545 nömrəli qaimə faktura əsasında iddiaçı tərəfindən cavabdehə 7271,16 (yeddi min iki yüz yetmiş bir manat 16 qəpik) manat məbləğində, 01 may 2019-cu il tarixdə 2 nömrəli protokol və 640 nömrəli qaimə faktura əsasında 7651,12 (yeddi min altı yüz əlli bir manat 12 qəpik) manat məbləğində, 12 iyun 2019-cu il tarixdə 3 nömrəli əlavə protokol və 930 nömrəli qaimə faktura əsasında 7875,32 (yeddi min səkkiz yüz yetmiş beş manat 32 qəpik) manat məbləğində, 17 iyul 2019-cu il tarixdə 4 nömrəli əlavə protokol və 1223 nömrəli qaimə faktura əsasında 9806,98 (doqquz min səkkiz yüz altı manat 98 qəpik) manat məbləğində, 05 avqust 2019-cu il tarixdə 4/1 nömrəli əlavə protokol və 1346 nömrəli qaimə faktura əsasında 12423,04 (on iki min dörd yüz iyirmi üç manat 04 qəpik) manat məbləğində, 16 avqust 2019-cu il tarixdə 5 nömrəli əlavə protokol və 1405 nömrəli qaimə faktura əsasında 5275,78 (beş min iki yüz yetmiş beş manat 78 qəpik) manat məbləğində, 03 sentyabr 2019-cu il tarixdə 7 nömrəli əlavə protokol və 1531 nömrəli qaimə faktura əsasında 8814,06 (səkkiz min səkkiz yüz on dörd manat 60 qəpik) manat məbləğində, 30 oktyabr 2019-cu il tarixli 8 nömrəli əlavə protokol və 1856 nömrəli qaimə faktura əsasında 19921,24 (on doqquz min doqquz yüz iyirmi bir manat 94 qəpik) manat məbləğində, 22 noyabr 2019-cu il tarixli 9 nömrəli əlavə protokol və 1944 nömrəli qaimə faktura əsasında 6605,64 (altı min altı yüz beş manat altmış dörd qəpik) manat məbləğində, 26 dekabr 2019-cu il tarixli 10 nömrəli əlavə protokol və 2132 nömrəli qaimə faktura əsasında 8339,06 ( səkkiz min üç yüz otuz doqquz manat 06 qəpik) manat məbləğində, 29 yanvar 2019-cu il tarixli 11 nömrəli əlavə protokol və 91 nömrəli qaimə faktura əsasında 6736,62 (altı min yeddi yüz otuz altı manat 62 qəpik) manat məbləğində, 29 aprel 2020-ci il tarixli 12 nömrəli əlavə protokol və 407 nömrəli qaimə faktura əsasında 9291,32 (doqquz min iki yüz doxsan bir manat 32 qəpik) manat məbləğində, 13 may 2020-ci il tarixli 13 nömrəli əlavə protokol və 484 nömrəli qaimə faktura əsasında 2044,94 (iki min qırx dörd manat 94 qəpik) manat məbləğində, 03 iyul 2020-ci il tarixli 15 nömrəli protokol və 913 nömrəli qaimə faktura əsasında 13165,26 (on üç min yüz altmış beş manat 26 qəpik) manat məbləğində, 10 iyul 2020-ci il tarixli 16 nömrəli əlavə protokol və 966 nömrəli qaimə faktura əsasında 21008,72 (iyirmi bir min səkkiz manat 72 qəpik) manat məbləğində, 06 avqust 2020-ci il tarixli 17 nömrəli əlavə protokol və 1059 nömrəli qaimə faktura əsasında 12241,32 (on iki min iki yüz qırx bir manat 32 qəpik) manat məbləğində məişət texnikası təhvil verilmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 165528 (yüz altmış beş min manat beş yüz iyirmi səkkiz) manat məbləğində məişət texnikası almışdır. Lakin cavabdeh satılmış məişət texnikası üçün iddiaçıya yalnız 110064,58 (yüz on min altmış dörd manat 58 qəpik) manat ödəmiş, qalan 55463 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) manat pulu ödəməkdən boyun qaçırmışdır. Bununla əlaqədar, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda satılmış məişət texnikası üçün ən qısa müddətdə qalan 55463,46 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) manat məbləğində pulun qaytarılması xahiş edilmişdir. Bir müddətdən sonra cavabdeh iddiaçının ünvanına ərizə göndərərək bildirmişdir ki, iddiaçı onun adına VÖEN açaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmiş, sonra onun adına vergi sənədləri, kodlar, ASAN imza nömrəsi və onunla bağlı bütün məlumatlar, həmçinin kassa və pul məbləğləri, mallar İddiaçı MMC-nin istifadəsində və sərəncamında qalmışdır. Beləliklə, cavabdeh iddiaçı ilə arasında olan müqavilənin şərtlərini pozaraq, alınmış məişət texnikası üçün borcun bir hissəsinin qaytarılmasından imtina edir. Müqavilənin 4.3-cü bəndinə əsasən əgər alıcı müqavilə ilə müəyyən edilmiş müddətlərdə avadanlıqların dəyərinin ödənilməsini gecikdirərsə, hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 (bir) faizi həcmində satıcıya cərimə ödəməlidir. Lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən artıq olmamalıdır. Beləliklə, borcun əsas məbləği 55463,46 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) manat, cərimənin məbləği isə 5546,35 (beş min beş yüz qırx altı manat 35 qəpik) təşkil edir. Mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət olunmuş və Cavabdeh ilkin mediasiya sessiyasının iştirak etmək üçün dəvət edilmişdir. İlkin mediasiya sessiyasında İddiaçı MMC-nin direktoru X5 iştirak etmiş və ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barədə arayış verilmişdir. 07 fevral 2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “Məlumat” göndərərək bildirmişdir ki, xx.xx.2019-cü il tarixdə 4/1 nömrəli əlavə protokol və EAAY seriyalı 171513 nömrəli elektron qaimə əsasında Cavabdeh iddiaçıdan 12423,04 (on iki min dörd yüz iyirmi üç) manata mal almışdır. Sonra cavabdeh 661,98 (altı yüz altmış bir manat 98 qəpik) manat məbləğində malı qaytarmışdır. Bununla əlaqədar xx.xx.2019-cü il tarixdə EAAY seriyalı 171513 nömrəli elektron qaiməyə dəqiqləşmə üçün EBAA seriyalı 112859 nömrəli yeni elektron qaimə çıxarılmışdır. Həmin elektron qaiməyə əsasən Cavabdeh 11761,06 (on bir min yeddi yüz altmış bir manat 06 qəpik) manat məbləğində mal almışdır. Beləliklə, cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 164866,06 (yüz altmış dörd min səkkiz yüz altmış altı manat 06 qəpik) manat məbləğində mal almışdır. Həmin məbləğdən İddiaçı MMC-yə 109402,60 (yüz doqquz min dörd yüz iki manat 60 qəpik) manat ödənilmiş və cavabdehin 55463,46 ( əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) borcu qalmışdır. 02 noyabr 2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə göndərərək Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə edilmiş 13 nömrəli xx.xx.2020-ci il tarixli, 14 nömrəli xx.xx.2020-ci il tarixli, 15 nömrəli xx.xx.2020-ci il tarixli, 16 nömrəli xx.xx.2020-ci il tarixli və 17 nömrəli xx.xx.2020-ci il tarixli əlavələrə əsasən tərtib edilmiş elektron qaimələlər əsasında cavabdehə təhvil verilmiş malların dəyəri olan 55543,78 manat pul vəsaiti, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə 5000 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, ümumilikdə 61243,78 (altmış bir min iki yüz qırx üç manat 78 qəpik) manat pul vəsaitinin İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 və İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 izahatında cavabdehin Şahdağ Ticarət Mərkəzində satıcı kimi işlədiyini, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və onun adından bütün əməliyyatların İddiaçı MMC-nin əməkdaşları tərəfindən aparıldığını qeyd etmişdir. O, iddia tələbinin tam əsassız olduğunu bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, məlumatı, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı Cavabdeh (VÖEN **********) ilə satıcı İddiaçı arasında bağlanmış 05 aprel 2019-cu il tarixli 13/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının dövri sifarişləri əsasında, müqavilədə nəzərdə tutulmuş qaydada və şərtərlə, müqavilənin Əlavələri olan "Malların təsnifatı və qiymətlərin razılaşdırma рrotokolları” ilə müəyyən edilmiş məişət avadanlıqlarını satır və alıcıya təhvil verir. Həmin müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə malların dəyəri, təchiz müddəti və ödəniş şərtləri müqavilənin, ayrılmaz tərkib hissəsi olan "Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları” ilə müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən əgər satıcı bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə avadanlıqların təchizini gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə qiymətinin 1 (bir) faizi həcmində alıcıya cərimə ödəməlidir. Lakin bu cərimələrin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən araq olmamalıdır. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə olan aprel 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7271,16 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 12 aprel 2019-cu il tarixli 545 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7271,16 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7271,16 manat dəyərində malın verilməsi ilə əlaqədar 13 aprel 2019-cu il tarixli EAAT seriyalı 070007 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 2 nömrəli Əlavə olan 01 may 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7651,12 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 may 2019-cu il tarixli 640 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7651,16 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7651,16 manat dəyərində malın verilməsi ilə əlaqədar 02 may 2019-cu il tarixli EAAT seriyalı 873476 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 3 nömrəli Əlavə olan 12 iyun 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7875,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 12 iyun 2019-cu il tarixli 930 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7875,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7875,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 13 iyun 2019-cuil tarixli EAAV seriyalı 756319 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 4 nömrəli Əlavə olan 17 iyul 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 9806,98 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 17 iyul 2019-cuil tarixli 1223 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 9806,98 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 9806,98 manat dəyərində malın verilməsi ilə əlaqədar 22 iyul 2019-cu il tarixli EAAX seriyalı 470385 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 4/1 nömrəli Əlavə olan 05 avqust 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 12423,04 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 05 avqust 2019-cu il tarixli 1346 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 12423,04 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 20 sentyabr 2019-cu il tarixli 247 nömrəli iadə qaiməyə əsasən 661,98 manat dəyərində olan mal Cavabdeh tərəfindən qaytarılmışdır İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 11761,06 manat dəyərində malın verilməsi ilə əlaqədar 20 sentyabr 2019-cu il tarixli EBAA seriyalı 112859 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 5 nömrəli Əlavə olan 16 avqust 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 5275,78 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 16 avqust 2019-cu il tarixli 1405 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 5275,78 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 5275,78 manat dəyərində malın verilməsi ilə əlaqədar 19 avqust 2019-cu il tarixli EAAY seriyalı 680061 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 7 nömrəli Əlavə olan 03 sentyabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 8814,6 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 03 sentyabr 2019-cuil tarixli 1531 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 8814,6 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 8814,6 manat dəyərində malın verilməsi ilə əlaqədar 04 sentyabr 2019-cu il tarixli EAAZ seriyalı 387817 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 8 nömrəli Əlavə olan 30 oktyabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 19921,94 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli 1856 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 19921,94 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDVdaxil olmaqla 19921,94 manat dəyərində malın verilməsi ilə əlaqədar 31 oktyabr 2019-cuil tarixli EBAB seriyalı 896347 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 9 nömrəli Əlavə olan 22 noyabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 6605,64 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli 1944 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 6605,64 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 6605,64 manat dəyərində malın verilməsi ilə əlaqədar 25 noyabr 2019-cu il tarixli EBAC seriyalı 901469 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 10 nömrəli Əlavə olan 26 dekabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 8339,06 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli 2132 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 8339,06manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 8339,06 manat dəyərində malın verilməsi ilə əlaqədar 26 dekabr 2019-cu il tarixli EBAE seriyalı 439588 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 11 nömrəli Əlavə olan 29 yanvar 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 6736,62 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli 91 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 6736,62 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 6736,62 manat dəyərində malın verilməsi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixli EBAF seriyalı 731202 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 12 nömrəli Əlavə olan 29 aprel 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 9291,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 aprel 2020-ci il tarixli 407 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 9291,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 9291,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 08 may 2020-ci il tarixli EBAJ seriyalı 674293 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 13 nömrəli Əlavə olan 13 may 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 2044,94 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 may 2020-ciil tarixli 484 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 2044,94 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 2044,94 manat dəyərində malın verilməsi ilə əlaqədar 15 may 2020-ci il tarixli EBAJ seriyalı 948959 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 14 nömrəli Əlavə olan 08 iyun 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7055,22 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 08 iyun 2020-ci il tarixli 698 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7055,22 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7055,22 manat dəyərində malın verilməsi ilə əlaqədar 09 iyun 2020-ci il tarixli EBAK seriyalı 924259 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 15 nömrəli Əlavə olan 02 iyul 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 13165,26 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli 913 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 13165,26 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 13165,26 manat dəyərində malın verilməsi ilə əlaqədar 03 iyul 2020-ci il tarixli EBAL seriyalı 920932 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 16 nömrəli Əlavə olan 10 iyul 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 21008,72 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli 966 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 21008,72 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 21008,72 manat dəyərində malın verilməsi ilə əlaqədar 14 iyul 2020-ci il tarixli EBAM seriyalı 359266 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən alqı-satqı müqaviləsinə 17 nömrəli Əlavə olan 06 avqust 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 12241,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 06 avqust 2020-ci il tarixli 1059 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 12241,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 12241,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 06 avqust 2020-ciil tarixli EBAN seriyalı 344092 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş üzrə keçirilmiş 14 iyun 2022-ci il tarixli 4/742 nömrəli ekspert rəyindən görünür ki, kommersiya işinin müqaviləyə 01 may 2019-cu il tarixli 2 nömrəli Əlavə olan malların təsnifatı və qiymətlərin razılaşma protokolunda “Alıcı:” qrafasından aşağıda yerləşən “Fiziki şəxs” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli 640 nömrəli qaimə fakturada “/Cavabdeh/” yazısının yuxarı hissəsində yerləşən "Təhvil aldı:” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli 1856 nömrəli qaimə fakturada /Cavabdeh/” yazısının yuxarı hissəsində yerləşən "Təhvil aldı:” qrafasındakı imza, müqaviləyə xx.xx.2019-cu il tarixli müqaviləyə 8 nömrəli əlavə olan malların təsnifatı və qiymətlərin razılaşma protokolunun 1-ci vərəqinin sağ hissəsindəki imza, 2-ci vərəqində “Alıcı:” qrafasından aşağıda yerləşən “Fiziki şəxş” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş 07 fevral 2023-cü il tarixli 4/1730 nömrəli ekspert rəyindən görünür ki, 05 aprel 2019-cu il tarixli 13/2019 saylı “Alqı-satqı müqaviləsi”nin sonunda “Alıcı” qrafasındakı imza, müqaviləyə 1 nömrəli əlavə olunan 12 aprel 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 3 nömrəli əlavə olunan 12 iyun 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 4 nömrəli əlavə olunan 17 iyul 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 4/1 nömrəli əlavə olunan 05 avqust 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 5 nömrəli əlavə olunan 16 avqust 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 7 nömrəli əlavə olunan 03 sentyabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 9 nömrəli əlavə olunan 22 noyabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 10 nömrəli əlavə olunan 26 dekabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 11 nömrəli əlavə olunan 29 yanvar 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,12 nömrəli əlavə olunan 29 aprel 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 13 nömrəli əlavə olunan 13 may 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 14 nömrəli əlavə olunan 08 iyun 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,15 nömrəli əlavə olunan 02 iyul 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 16 nömrəli əlavə olunan 10 iyul 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,17 nömrəli əlavə olunan 06 avqust 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda “Alıcı: Cavabdeh” qrafalarındakı imzalar,12 aprel 2019-cu il tarixli 545 nömrəli qaimə fakturada, 12 iyun 2019-cu il tarixli 930 nömrəli qaimə fakturada, 17 iyul 2019-cu il tarixli 1223 nömrəli qaimə fakturada, 05 avqust 2019-cu il tarixli 1346 nömrəli qaimə fakturada, 16 avqust 2019-cu il tarixli 1405 nömrəli qaimə fakturada, 03 sentyabr 2019-cu il tarixli 1531 nömrəli qaimə fakturada, 22 noyabr 2019-cu il tarixli 1944 nömrəli qaimə fakturada, 26 dekabr 2019-cu il tarixli 2132 nömrəli qaimə fakturada, 30 yanvar 2020-ci il il tarixli 91 nömrəli qaimə fakturada, 29 aprel 2020-ci il il tarixli 407 nömrəli qaimə fakturada, 13 may 2020-ci il il tarixli 484 nömrəli qaimə fakturada, 08 iyun 2020-ci il il tarixli 698 nömrəli qaimə fakturada, 02 iyul 2020-ci il il tarixli 913 nömrəli qaimə fakturada, 10 iyul 2020-ci il il tarixli 966 nömrəli qaimə fakturada, 06 avqust 2020-ci il il tarixli 1059 nömrəli qaimə fakturada “Təhvil aldı:” qrafalarındakı imzalar Cavabdeh icra olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 22 sentyabr 2022-ci il tarixli məktubunda göstərilir ki, Cavabdeh tərəfindən "xxxx" ASC-də mövcud olan bank hesabı vasitəsilə 13 mart 2019-cu il tarixindən 24 avqust 2022-ci il tarixinə qədər İddiaçı MMC-yə 109402,60 manat həcmində vəsait ödənilmişdir. 14 mart 2022-ci və 04 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclaslarında şahid kimi dindirilmiş Şahdağ Ticarət Mərkəzində satıcı işləmiş X4 və sürücü işləmiş X2 ifadələrində Cavabdeh Şahdağ Ticarət Mərkəzində satıcı kimi işlədiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 05 aprel 2019-cu il tarixli 13/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və ümumilikdə 164,866,06 manat dəyərində müvafiq mallarında cavabdehə təhvil verilməsi barədə müqaviləyə 17 əlavə olan malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları və müvafiq qaimə fakturalar tərtib edilmişdir. "xxxx" ASC-nin 22 sentyabr 2022-ci il tarixli məktubu və həmin məktuba əlavə olunmuş hesabdan çıxarışla müəyyən olunur ki, cavabdeh tərəfindən "xxxx" ASC-də mövcud olan bank hesabı vasitəsilə 13 mart 2019-cu il tarixindən 24 avqust 2022-ci il tarixinə qədər İddiaçı MMC-yə cəmi 109402,60 manat həcmində vəsait ödənilmişdir. Bundan əlavə 14 iyun 2022-ci il tarixli 4/742 nömrəli ekspert rəyindən göstərilir ki, 7651,12 manat dəyərində malın verilməsi barədə sözügedən müqaviləyə 2 nömrəli əlavə olan 01 may 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 640 nömrəli qaimə faktura, eyni zamanda 19921,94 manat dəyərində malın verilməsi barədə 8 nömrəli əlavə olan 30 oktyabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 1856 nömrəli qaimə faktura Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Buna görə həmin sənədlər 27573,06 manat məbləğində malın cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdehin aldığı mallara görə iddiaçıya ödəmədiyi vəsait 27890,4 (164,866,06 manat -109402,60 manat - 27573,06 = 27890,4 manat) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən rəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, 27890,4 (iyirmi yeddi min səkkiz yüz doxsan manat 40 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın cavabdehdən “5000 manat manat məbləğində cərimə tutulması” tələbinə aid hissəsi də qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27890,4 (iyirmi yeddi min səkkiz yüz doxsan manat 40 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh 175,17 (yüz yetmiş beş manat 17 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27890,4 (iyirmi yeddi min səkkiz yüz doxsan manat 40 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 29090,4 (iyirmi doqquz min doxsan manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 175,17 (yüz yetmiş beş manat 17 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar