Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-61/2021 01.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cəfərov Ası̇ f Eldar oğluna qarşı borcun ödənilməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəfərov Ası̇ f Eldar oğlundan 4000 (dörd min) manat əsas borc, 4000 (dörd min) manat dəymiş maddi ziyan görə, cəmi 8000 (səkkiz min) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə 1710/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən razılaşma əsasında ümumi dəyəri 14000 AZN olan 1 ədəd “Baca tipi sulu filtr”in alınması üçün xx xxxxxxx 2018-ci il tarixində İddiaçı MMC tərəfindən 7000 AZN avans ödəniş alınmışdır. Müqaviləyə əsasən mallar Türkiyə Respublikasından noyabr ayında gəldiyi zaman təhvil verilmişdir. Müqavilədə malın quraşdırılıb təhvil verilməsi haqda İddiaçı MMC tərəfindən öhdəliyin olmadığı halda avadanlığın quraşdırılması da iddiaçı tərəfindən həyata keçirilmişdir. Avadanlıq quraşdırıldıqdan sonra tam ödəniş edəcəklərini söyləmişlər. Noyabr ayının sonları və dekabr ayının əvvəlləri aparılan quraşdırma işindən sonra ödənişin qalan hisssəsini tələb edilsədə ödəniş edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq X4 “Viktoriya” şadlıq sarayının icarədarı və bu avadanlıqların alınması üçün birbaşa cavabdeh şəxs olan Balayev Fəridin təbirincə ödənişi etməyəcəyini bildirmişdir. “Viktoriya” şadlıq sarayının inzibatçısı X2 borcu rəsmi olaraq vergi orqanlarında da təsdiqlənmişdir. Ancaq buna yenə də məhəl qoyulmamışdır. Daha sonra nəticə olaraq qalıq 7000 AZN borcdan 3000 AZN ödənilmiş, qalıq 4000 AZN məbləği isə bu günədək ödəməkdən boyun qaçırmışlar. İddiaçı MMC bu gecikdirilməyə görə 4000 AZN maddi zərər görmüşdür. Təhvili və quraşdırılması aparılan avadanlığa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və avadanlığın standartlara cavab verməsi və şadlıq evinin bacasından atmosferə atılan tullantı qazlarının avadanlıq qoyulduqdan sonra norma daxilində olması öz təsdiqini tapmış, bununla bağlı Milli Monitorinq Departamenti tərəfindən akt verilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının qanuni təmsilçisi A.Babazadə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı “Viktoriya” şadlıq sarayına malın verildiyini və həmin malına dair alqı-satqı müqaviləsi “Viktoriya” şadlıq sarayının inzibatçısı A.Cəfərovla bağlandığını bildirdi. xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etməyərək, borcun ona aid olmadığını, “Viktoriya” şadlıq sarayında işçi olduğunu və borcun şadlıq sarayına aid olduğunu bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, “satıcı” İddiaçı (VÖEN:**********) ilə X4 (VÖEN:**********) “alıcı” arasında xx.xx.2018-ci il tarixli 1710/2018 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə predmeti hazırki müqaviləyə əlavələrdə göstərilən “Baca tipi sulu filterin – Tüstü filtrinin” “Satıcı” tərəfindən “Alıcı”ya satılması, “Alıcı” tərəfindən isə həmin malın qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı ilk 7500 manat avans ödənişindən (razılaşmaya əsasında ödənişin bir hissəsi malların göndərilməyə hazırlandığı zaman, qala hissəsi isə mal təhvil verildikdən sonra həyata keçiriləcəkdir) sonra 3-5 həftə ərzində malların alıcıya təhvil verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən ödəniş haqqını bu müavilədə müəyyən edilmiş ödəniş qaydasında və vaxtlı-vaxtında həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 4.3.1-ci bəndinə əsasən bu müqaviləyə/əlavələrə uyğun olaraq təhvil verilmiş malı qəbul etmək və ödəniş haqqını ödəmək alıcının vəzifəsidir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 274370 nömrəli elektron qaimə və xx.xx.2018-ci il tarixli 1710/2018 nömrəli qiymətlərin razılaşma protokolundan görünür ki, ümumi dəyəri 14.000 manat olan “Machine Filter”i “Alıcı” Cəfərov Asif Eldar oğluna təhvil verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlardan, habelə tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən 7000 manat “Alıcı” A.Cəfərovdan avans ödəniş alınmış, daha sonra 3000 manat cavabdeh tərəfindən ödənilmiş, 4000 (dörd min) manat məbləğində ödənilməmiş borc qalmışdır. İddiaçı həmin borcun vaxtında ödənilmədiyinə görə ona 4000 (dörd min) manat maddi ziyan dəydiyini bildirərək cavabdehdən cəmi 8000 (səkkiz min) manat məbləğində pul tələb edir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı xeyrinə cavabdeh Cəfərov Ası̇ f Eldar oğludan 4000 (dörd min) manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidır. Lakin, məhkəmə araşdırması zamanı “dəymiş maddi ziyan görə hesablanmış 4000 (dörd min) manat pulun tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamış, iddiaçı ona ziyan dəyməsi barədə hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cəfərov Ası̇ f Eldar oğlundan 4000 (dörd min) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin, 15 manatı isə cavabdeh Cəfərov Ası̇ f Eldar oğlundan tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-61/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-61/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver