Məhkəmə qərarları › İş №e-2-2(119)-613/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-613/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-613/2023 08.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı "pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən yol verilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçınə dəymiş 3786,55 ABŞ dolları (üç min yeddi yüz səksən altı dollar əlli beş sent) məbləğində zərərin, iddiaçı tərəfindən vəkil xidmətləri üçün ödənilmiş 822,76 (səkkiz yüz iyirmi iki avro yetmiş altı sent) avronun və 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 may 2021-ci il tarixində daşıma müqaviləsi imzalanmışdır. Daşıma müqaviləsinə əsasən İddiaçı Cavabdeh tərəfindən verilən sifarişlər üzrə daşınmanı, Cavabdeh isə hər daşınma üçün təqdim edilən invoyslar üzrə ödənişlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd edilən daşıma müqaviləsi üzrə ərizəyə qoşma kimi əlavə edilən cari əməliyyatlar siyahısına əsasən xx.xx.2022-ci il tarixli son təqdim edilən invoys üzrə borc 13881,55 ABŞ dolları təşkil etmişdir. Sonrakı tarixlərdə borc üzrə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 10163 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 932 ABŞ dolları ödənilmişdir. Cavabdeh tərəfindən qalan qalıq borc məbləği – 3786,55 ABŞ dollar isə ödənilməyərək müqavilə üzrə öhdəliklər tam şəkildə həyata keçirilməmişdir. Nəticədə İddiaçınə müqavilə üzrə öhdəliklərin həyata keçirilməməsi ilə əlaqədar maddi ziyan dəymişdir. xx.xx.2023-ci il tarixdə Cavabdehnə borcla bağlı pretenziya məktubu göndərilsə də, məktubda bildirilən tələblərin icrası nəticəsiz qalmışdır. Mübahisənin həll edilməsi üçün mediasiya prosesinin tətbiqi barədə təklif qarşı tərəfə göndərilmiş və təklif nəticəsiz qalmışdır. Bundan sonra 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə “ilkin medasiya sessiyasında iştirak edilməməsi arayış” verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Lakin o, 08 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 02 iyun 2021ci ildən 28 iyun 2022-ci il tarixinədək Türkiyə Respublikasından Azərbaycan Respublikasına müvafiq malların daşınması ilə bağlı cəmi 136139 (yüz otuz altı min yüz otuz doqquz) ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsi üçün 66 (altmış altı) ədəd elektron sənəd təqdim olunmuşdur. İş materaillarında olan 49 (qırx doqquz) ədəd bank ödəniş sənədindən görünür ki, 09 iyun 2021-ci il tarixdən 24 avqust 2022-ci il tarixinədək Cavabdeh tərəfindən İddiaçınə cəmi 133352,45 (yüz otuz üç min üç yüz əlli iki dollar qırx beş sent) ABŞ dolları ödəniş həyata keçirilmişdir. İş materiallarında olan bank hesabı üzrə cari hərəkət cədvəlindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 136139 (yüz otuz altı min yüz otuz doqquz) ABŞ dolları dəyərində yük daşıma xidməti göstərilmiş, Cavabdeh tərəfindən İddiaçınə cəmi 133352,45 (yüz otuz üç min üç yüz əlli iki dollar qırx beş sent) ABŞ dolları pul vəsaiti ödənilmiş və 2786,55 (iki min yeddi yüz səksən altı dollar 55 sent) ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, daşıyıcı İddiaçı Cavabdehnə aid malları 02 iyun 2021-ci ildən 28 iyun 2022-ci il tarixinədək Türkiyə Respublikasında Azərbaycan Respublikasına daşımış və həmin yük daşımalarının haqqı kimi 136139 (yüz otuz altı min yüz otuz doqquz) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə müvafiq elektron sənədlər göndərmişdir. Cavabdeh tərəfindən həmin yük daşıma xidmətlərinin haqqından 133352,45 (yüz otuz üç min üç yüz əlli iki dollar qırx beş sent) ABŞ dolları məbləğində ödəniş edilsə də, onun 2786,55 (iki min yeddi yüz səksən altı dollar 55 sent) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdehndən İddiaçı xeyrinə 3786,55 (üç min yeddi yüz səksən altı dollar əlli beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 2786,55 (iki min yeddi yüz səksən altı dollar 55 sent) ABŞ dolları məbləğində borc tutulmalıdır. İddia tələbində göstərilən “cavabdehdən vəkil xidmətləri üçün ödənilmiş 822,76 avro (səkkiz yüz iyirmi iki avro yetmiş altı sent) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkil xidmətləri üçün həmin məbləğin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin “cavabdehdən 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1 (bir) manat məbləğində pul tutulmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müəyyən edilir ki, məhkəməyə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən cəmi 1 (bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 2786,55 (iki min yeddi yüz səksən altı dollar əlli beş sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 1 (bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Cavabdehndən dövlət nəfinə 67,37 (altmış yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2786,55 (iki min yeddi yüz səksən altı dollar əlli beş sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 1 (bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 67,37 (altmış yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar