Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-616/2024 10.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində əsas borcun, borcun ödənişi gecikdirildiyinə görə 18 mart 2024-cü il tarixədək hesablanmış 980,48 (doqquz yüz səksən manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcunun, borcun ödənişi gecikdirildiyinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsasında 18 mart 2024-cü il tarixədək hesablanmış 207,86 (iki yüz yeddi manat səksən altı qəpik) manat məbləğində faiz borcunun, 18 mart 2024-cü il tarixdən başlayaraq cavabdeh tərəfindən 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində borcun iddiaçıya ödənildiyi günədək qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsas götürməklə hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun və ödənilmiş 53,95 (əlli üç manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN:**********) ilə alıcı Cavabdeh (VÖEN:**********) arasında 20 dekabr 2022-ci il tarixli MT-29-21/12 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə göstərilən tərkibdə və həcmdə malları cavabdehə satır, cavabdeh isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə göstərilən tərkibdə və həcmdə malları iddiaçıdan alır və bu malların müqabilində iddiaçıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən malların qiyməti və həcmi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimə ilə müəyyən edilir və malların qiyməti 100 % əvvəlcədən bank köçürmə yolu ilə alıcı tərəfindən satıcıya ödənilir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək cavabdehin sifarişləri əsasında müqaviləyə əsasən tərtib olunmuş elektron qaimələrə əsasən müxtəlif tarixlərdə müqavilə çərçivəsində cavabdehi 5551,60 (beş min beş yüz əlli bir manat altmış qəpik) manat dəyərində mallarla təchiz etmişdir. Cavabdeh müqavilə çərçivəsində aldığı malların dəyərinin 3345 (üç min üç yüz qırx beş) manat məbləğini iddiaçıya ödəmişdir. Göründüyü kimi, iddiaçı müqavilə şərtlərinə tam şəkildə əməl edərək cavabdehi sifariş verdiyi mallarla təchiz etmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərinə əməl etməyərək malların dəyərinin bir hissəsini, 30 dekabr 2022-ci il tarixli EBCM 335237 saylı, 10 yanvar 2023-cü il tarixli EBDL 661982 saylı elektron qaimələrlə cavabdehə təqdim olunmuş 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində malın dəyərini iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək iddiaçıya ödəməkdən yayınmışdır. Borcunu ödəməsi ilə bağlı iddiaçı tərəfindən cavbdehə pretenziya göndərilmiş, cavabdeh isə pretenziyaya cavab verməmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış müqaviləsinin 6.2-ci bəndində qeyd olunur ki, cavabdeh (alıcı) bu müqavilə ilə müəyyən edilmiş vaxtda malın dəyərini iddiaçıya ödəmədikdə və ya qismən ödədikdə, iddiaçı cavabdehdən hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. İddiaçının dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq, cavabdeh heç bir qanuni əsas olmadan, aldığı malların dəyərinin bir hissəsini, yəni 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində borcunu bu günə qədər iddiaçıya ödəməmişdir. Bununla da cavabdeh iddiaçını, əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Cavabdeh özü isə qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin fəaliyyətinin kommersiya fəaliyyəti olduğu nəzərə alınsa, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzibedilməzdir. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Cavabdeh iddiaçı tərəfindən ona verilmiş malların dəyərinin bir hissəsini, yəni 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində əsas borcunu qanunsuz saxlamış, ondan faydalanmış və buna görə də müqavilənin 6.2-ci bəndində qeyd olunmuş qaydada hesablanmış 980,48 (doqquz yüz səksən manat qırx səkkiz qəpik) manat cərimə və Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 207,86 (iki yüz yeddi manat səksən altı qəpik) manat da cavabdehdən tutularaq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli MT-29-21/12 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndində əsasən satıcı malları satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokol(lar)ında və/və ya elektron qaimədə göstərilən tərkibdə və həcmdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokol(lar)unda və/və ya elektron qaimədə razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir. Həmin müqavilənin 6.2-ci bəndində əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malın dəyərini satıcıya ödəmədikdə və/və ya qismən ödədikdə, satıcı alıcıdan hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdehnə 1935,20 (min doqquz yüz otuz beş manat iyirmi qəpik) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 335237 nömrəli, 271,40 (iki yüz yetmiş bir manat qırx qəpik) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 10 yanvar 2023-cü il tarixli EBCM seriyalı 661982 nömrəli, elektron qaimə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında 20 dekabr 2022ci il tarixli MT-29-21/12 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdehnə müvafiq mallar satılmış, lakin cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək satılan malların dəyərini tam ödəməmişdir. Buna görə də, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 980,48 (doqquz yüz səksən manat qırx səkkiz qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penyanın məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 110 (yüz on) manat məbləğində cərimə tutulmalıdır. İddia tələbinin “borcun ödənişi gecikdirildiyinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsasında 18 mart 2024-cü il tarixədək hesablanmış 207,86 (iki yüz yeddi manat səkzən altı qəpik) manat məbləğində faiz borcunun, 18 mart 2024-cü il tarixdən başlayaraq cavabdeh tərəfindən 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində borcun iddiaçıya ödənildiyi günədək qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsas götürməklə hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də, Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faiz hesablanması üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin cavabdehdən “ödənilmiş 53,95 (əlli üç manat doxsan beş qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan dövlət rüsumunun məbləği 43,17 (qırx üç manat on yeddi qəpik) manat təşkil edir. Buna görə də, iddiaçı tərəfindən ödənilmiş 43,17 (qırx üç manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində əsas borc, 110 (yüz on) manat məbləğində cərimə və 43,17 (qırx üç manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2359,77 (iki min üç yüz əlli doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 2206,60 (iki min iki yüz altı manat altmış qəpik) manat məbləğində əsas borc, 110 (yüz on) manat məbləğində cərimə və 43,17 (qırx üç manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2359,77 (iki min üç yüz əlli doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-616/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-616/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver