Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-62/2022 04.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 06 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli müqavilə üzrə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat gecikdirilmiş əsas borc və 2034,14 (iki min otuz dörd manat 14 qəpik) manat cərimə borcu, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə 3553 (üç min beş yüz əlli üç) manat gecikdirilmiş əsas borc və 2007,52 (iki min yeddi manat 52 qəpik) manat cərimə borcu, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə 3311 (üç min üç yüz on bir) manat gecikdirilmiş əsas borc və 1675,37 (min altı yüz yetmiş beş manat 37 qəpik) manat cərimə borcu, 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə 4740 (dörd min yeddi yüz qırx) manat gecikdirilmiş əsas borc və 2611,74 (iki min altı yüz on bir manat 74 qəpik) manat cərimə borcu və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı olmaqla, cəmi 27581,77 (iyirmi yeddi min beş yüz səksən bir manat 77 qəpik) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış 21.05.2018-ci il tarixli 638-L/18 nömrəli, 19.12.2017-ci il tarixli 2465-GL/17 nömrəli, 15.02.2017-ci il tarilxi 712-GL/17 nömrəli və 23.02.2016-cı il tarilxi 440-GL/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnika və avadanlıqlarını lizinqə götürmüşdür. Lakin, Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 25 avqust 2021-ci il tarixə 21.05.2018-ci il tarixli 638-L/18 nömrəli müqavilə üzrə 7299 manat gecikdirilmiş əsas borc və 2034,14 manat cərimə borcu, 19.12.2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə 3553 manat gecikdirilmiş əsas borc və 2007,52 manat cərimə borcu, 15.02.2017-ci il tarilxi 712-GL/17 nömrəli müqavilə üzrə 3311 manat gecikdirilmiş əsas borc və 1675,37 manat cərimə borcu və 23.02.2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə 4740 manat gecikdirilmiş əsas borc və 2611,74 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş və öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkan olmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun təəblərinə görə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumundan azaddır. Eləcə də, hazırkı mübahisə ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə vəkilə 350 manat məbləğində pul ödənilmiş və həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 21 may 2018-ci il tarixl 638-L/18 nömrəli müqavilə üzrə 7299 manat gecikdirilmiş əsas borc və 2034,14 manat cərimə borcu, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə 3553 manat gecikdirilmiş əsas borc və 2007,52 manat cərimə borcu, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə 3311 manat gecikdirilmiş əsas borc və 1675,37 manat cərimə borcu, 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə 4740 manat gecikdirilmiş əsas borc və 2611,74 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 350 manat xidmət haqqı olmaqla, cəmi 27581,77 manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar onunla “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış lizinq müqavilələrinə əsasən kənd təsərrüfatı texnika və avadanlıqlarını lizinqə götürdüyünü, lakin kənd təsərrüfatı sahəsində məhsulun yetişdirilməsi ilə əlaqədar baş vermiş problemlərə görə müqavilələr üzrə lizinq ödənişlərini vaxtlı-vaxtında ödəyə bilmədiyi üçün iddia tələbində qeyd olunan əsas borcun yarandığını, həmin əsas borcları ödəməkdən boyun qaçırmadığını və əsas borcları hissə-hissə ödəyəcəyini, ancaq müqavilələr üzrə hesablanmış cərimələri isə qəbul etmədiyini bildirib, iddia tələbində qeyd olunan 23 fevral 2016-cı il tarixli müqavilə üzrə 4740 manat məbləğində əsas borcun, 15 fevral 2017-ci il tarixli müqavilə üzrə 3311 manat məbləğində əsas borcun, 19 dekabr 2017-ci il tarixli müqavilə üzrə 3553 manat məbləğində əsas borcun və 21 may 2018-ci il tarixli müqavilə üzrə 7299 manat məbləğində əsas borcun ondan tutulmasına etiraz etməsə də, iddia tələbində qeyd olunan cərimə borclarının ondan tutulmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli və 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğləri və cərimə borcları hesablanmışdır: - Yəni, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 10 (on) il müddətinə ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə “Belarus-1221” markalı traktor dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan lizinq predmetinin dəyərindən Spesifikasiyada (Əlavə № 1) göstərilən ilkin ödənişi ödədikdən sonra qalan hissəni ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 25 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə ödənilməli olan 15000 (on beş min) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 3554 (üç min beş yüz əlli dörd) manat məbləğində ödəniş edilmiş və 25 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində ödənilməmiş əsas borcu və 2611,74 (iki min altı yüz on bir manat 74 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 2 (iki) il müddətinə “5 gövdəli asma AG-MP 14-5” markalı kotan və 2 (iki) il müddətinə “MK-ST-2016-1.5” markalı toxumtəmizləyən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 25 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə ödənilməli olan 6695 (altı min altı yüz doxsan beş) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat məbləğində ödəniş edilmiş və 25 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 3311 (üç min üç yüz on bir) manat ödənilməmiş əsas borcu və 1675,37 (min altı yüz yetmiş beş manat 37 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 4 (dörd) il müddətinə “AG-MDH 32” markalı ağır diskli asılan mala və 3 (üç) il müddətinə “AGHBM-N24” markalı gübrəsəpən və taxılsəpən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 25 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə ödənilməli olan 5239 (beş min iki yüz otuz doqquz) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 1504 (min beş yüz dörd) manat məbləğində ödəniş edilmiş və 25 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 3553 (üç min beş yüz əlli üç) manat ödənilməmiş əsas borcu və 2007,52 (iki min yeddi manat 52 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Lizinq alan” Cavabdeh 10 (on) il müddətinə “Belarus-1025” markalı traktor ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 25 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli müqavilə üzrə ödənilməli olan 59900 (əlli doqquz min doqquz yüz) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 12063 (on iki min altmış üç) manat məbləğində ödəniş edilmiş və 25 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat ödənilməmiş əsas borcu və 2034,14 (iki min otuz dörd manat 14 qəpik) manat məbləğində cərimə borcu vardır. Qeyd etmək lazımdır ki, lizinq verən və lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli və 21 may 2018-ci il tarixli 638- L/18 nömrəli Müqavilələrin müvafiq olraq 4.2-ci bəndlərinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə 4740 manat məbləğində əsas borc və 2611,74 manat məbləğində cərimə borcu, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə 3311 manat məbləğində əsas borc və 1675,37 manat məbləğində cərimə borcu, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə 3553 manat məbləğində əsas borc və 2007,52 manat məbləğində cərimə borcu və 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli müqavilə üzrə 7299 manat məbləğində əsas borc və 2034,14 manat məbləğində cərimə borcu hesablanaraq, həmin borcun Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 23 fevral 2016-cı il tarixli 440- GL/16 nömrəli müqavilə üzrə 4740 manat məbləğində əsas borcun, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə 3311 manat məbləğində əsas borcun, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə 3553 manat məbləğində əsas borcun və 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli müqavilə üzrə 7299 manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimə məbləğlərinin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cərimə məbləğləri azaldılaraq, Cavabdeh 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə 50 (əlli) manat, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat və 21 may 2018-ci il tarixli 638- L/18 nömrəli müqavilə üzrə 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə 4740 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə 3311 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə, 19 dekabr 2017-ci il tarixli 2465- GL/17 nömrəli müqavilə üzrə 3553 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə və 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli müqavilə üzrə 7299 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə olmaqla, cəmi 19103 (on doqquz min yüz üç) manat nəbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iş üzrə ümumilikdə hesablanan 147,31 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 23 fevral 2016-cı il tarixli 440-GL/16 nömrəli müqavilə üzrə 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində cərimə, 15 fevral 2017-ci il tarixli 712-GL/17 nömrəli müqavilə üzrə 3311 (üç min üç yüz on bir) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində cərimə, 19 dekabr 2017-ci il tarixli 2465-GL/17 nömrəli müqavilə üzrə 3553 (üç min beş yüz əlli üç) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində cərimə, 21 may 2018-ci il tarixli 638-L/18 nömrəli müqavilə üzrə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 19453 (on doqquz min dörd yüz əlli üç) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 147,31 (yüz qırx yeddi manat 31 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-62/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-62/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver