Məhkəmə qərarları › İş №e-2-2(119)-62/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-62/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-62/2024 23.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 23 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2936,6 manat məbləğində əsas borcun və 60 manat məbləğində mediasiya xərcinin (e-2-2(119)- 1397/2023 nömrəli kommersiya işi üzrə iddia ərizəsi) və eləcə də, tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli alqı-satqı müqaviləsi üzrə isə Cavabdeh 2276,4 manat məbləğində əsas borcun və 60 manat məbləğində mediasiya xərcinin (e-2-2(119)-1394/2023 nömrəli kommersiya işi üzrə iddia ərizəsi) tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (həmin iddia tələbləri ayrı-ayrı iddia ərizələri ilə verilmiş olsa da, məhkəmə hazırlıq mərhələsində e-2- 2(119)-1397/2023 nömrəli kommersiya işi 29 noyabr 2023-cü il tarixli qərardadla e-2-2(119)- 1394/2023 nömrəli kommersiya işinə birləşdirilmişdir). İddiaçı tərəfindən həmin iddia ərizələrində məlum iddia tələbləri satıcı İddiaçı (iddiaçı) ilə alıcı Cavabdeh (cavabdeh) arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-Satqı Müqavilələri və eyni zamanda, həmin müqavilələr əsasında tərəflərin imzaladıqları 14 mart 2023-cü il tarixli X3 ilə əsaslandırılmışdır. Yuxarıda qeyd olunan iddia tələbləri üzrə Cavabdeh isə 01 noyabr 2023-cü ildə məhkəməyə iddia tələblərinə qarşı yazılı Etiraz təqdim edərək, onunla İddiaçı arasında 2019-cu ilin əvvəllərindən alqı-satqı münasibətlərinin olmasına və bu alqı-satqı üzrə 2022ci ilin sonuna kimi ümumilikdə cəmi 300000 manatdan artıq alış-veriş edilməsinə baxmayaraq, aralarında heç bir vaxt yazılı müqavilə bağlanmadığını, heç bir müqavilə imzalamadığını və ümumi alış veriş üzrə iddiaçıya iddia ərizələrində qeyd olunan 2936,6 manat və 2276,4 manat məbləğlərində deyil, ümumilikdə cəmi 3500 manat məbləğində borcunun olduğunu və həmin 3500 manat məbləğində borcu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizələrində yazılanlara uyğun izahatlar verərək, iddianın təmin edilməsi və 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2936,6 manat məbləğində əsas borcun və 60 manat məbləğində mediasiya xərcinin və eləcə də, 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli alqı-satqı müqaviləsi üzrə isə Cavabdeh 2276,4 manat məbləğində əsas borcun və 60 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli alqı-satqı müqavilələri və 14 mart 2023-cü il tarixli X3 ilə əsaslandırmışdır. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, 2019-cu ilin əvvəlindən başlanmış tort ləvazimatlarının alqı-satqısı üzrə İddiaçınə cəmi 3500 manat məbləğində ödənilməmiş borcunun qaldığını və hazırkı iş üzrə ondan yalnız ümumilikdə cəmi 3500 manat məbləğində borcun tutulmasına razı olduğunu bildirmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və işlətdiyi iki mağazada tort ləvazimatlarının satışını həyata keçirir. O, 2019cu ilin əvvəllərindən mağazalarında satış üçün tort ləvazimatlarını İddiaçındən almış və 2023-cü ilin əvvəllərinədək onların arasında baş tutmuş alqı-satqının iki mağaza üzrə ümumi dövriyyəsinin həcmi təxminən 300000 manatdan çox olmuşdur. Lakin, bu alqı-satqı ilə əlaqədar onların arasında heç bir yazılı müqavilə imzalanmamış və aralarında hər hansı bir rəsmi sənədlər təqdim olunmamışdır. Ona mallar hər hansı bir müqavilə olmadan verilmiş və aldığı malların pullarını da o, nağd şəkildə mal gətirən ekspeditora, sürücüyə vermiş və yaxud, ekspeditor Cəmilin kartına köçürmüşdür. 2023-cü ilin mart ayının əvvəllərində isə borcu olduğuna görə ona malın verilməsi dayandırılaraq, onunla hər mağaza üçün ayrı-ayrılıqda 14 mart 2024-cü il tarixli üzləşmə aktları tərtib edilmişdir. Həmin Üzləşmə aktlarında mağazanın biri üçün qalıq borcun 2936,6 manat məbləğində, digər mağaza üçünsə borcun 2276,4 manat olduğu göstərilmişdir. Həqiqətən də, həmin vaxt qeyd olunan məbləğlərdə, yəni hər iki mağaza üçün cəmi 5213 manat məbləğində borcu olduğu üçün o, həmin Aktları imzalamış və Aktlar imzalandıqdan sonra qarşı tərəflə aparılan danışıqlar nəticəsində belə razılığa gəlinmişdir ki, bundan sonra ona mallar bilavasitə təqdim olunduğu vaxt nağd pulu ödənilməklə veriləcək və hər dəfə mal alarkən o, Aktlarda qeyd olunan borcundan da müəyyən məbləğlərdə ödənişlər edəcəkdir. Bu razılaşma əsasında da həmin Aktlar tərtib edilib-imzalandıqdan sonra, yəni 2023-cü ilin mart ayının sonlarından 2023-cü ilin iyun ayının sonlarınadək iddiaçı tərəf ona nağd ödənişlər etməklə mallar satmış və o, hər dəfə mal alarkən müəyyən məbləğlərdə artıq ödənişlər etməklə, Aktlarda qeyd olunan məlum borclar üzrə də hissə-hissə olmaqla, cəmi 1713 manat məbləğində ödəniş edərək, ümumi borcunu 3500 manatadək azaltmışdır. Belə ki, məlum Aktlar tərtib edildikdən sonra, yəni 2023-cü ilin mart ayının sonlarından 2023-cü ilin iyun ayının sonlarınadək iddiaçı tərəfindən nağd pulu ödənilməklə ona yenə də mal verilmiş və qarşılıqlı razılaşmaları əsasında hər dəfə verilən malın pulu nağd ödənilməklə yanaşı, həmin Aktlarda qeyd olunan borclara görə də onun tərəfindən müəyyən məbləğlərdə əlavə ödənişlər edilmişdir. Buna görə də, hal-hazırda onun iddiaçıya ümumilikdə cəmi 3500 manat məbləğində borcu qalmışdır. Yəni, X2 imzaladıqdan sonra iddiaçıdan yenə də mal almaq istədikdə, ona qaydaların dəyişdiyi və borcu olduğu üçün nağd qaydada ödəniş edildikdən sonra ona mallar veriləcəyini bildirmişlər. Buna görə də, o, nağd pulla mal alarkən, hər dəfə 50-80 manat da artıq ödəniş edirdi ki, köhnə borcundan çıxılsın. İddiaçı isə ona heç vaxt hər hansı bir rəsmi sənəd və yaxud elektron qaimə təqdim etməmiş və o, ödənişlərini iddiaçının işçisinə, ya da sürücüsünə vermişdir. O, üzləşmə aktı imzalanandan sonra, yəni 2023-cü ilin mart ayının sonundan iyun ayının sonuna qədər nağd pul ödəməklə mal alarkən ödənişlərini də İddiaçı MMC-nin ekspeditoru Cəmilin bank kartına ödəmişdir. O, hər iki mağazası üçün eyni yerdən mal alsa da, 2023-cü ilin mart ayında məlum Aktlar tərtib edilərkən ona məlum olmuşdur ki, həmin dövrdə onun cəmi 9100 manat məbləğində olan borcu ayrı-ayrı iki hüquqi şəxsin adına qeyd olunmuş və həmin borcun cəmi 5213 manat hissəsi İddiaçı MMC-yə aid edilsə də, qalan hissəsi digər bir hüquqi şəxsə olması barədə başqa aktlar da tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə Cavabdeh qarşı verilmiş yuxarıda qeyd olunan “borcun tutulması” barədə iddia tələblərinin sübutu kimi İddiaçı tərəfindən məhkəməyə “satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-satqı Müqavilələri” təqdim olunmuşdur. Lakin, həmin iddia tələbləri üzrə başlanmış məhkəmə prosesində Cavabdeh işlətdiyi iki mağazada satmaq üçün 2019-cu ilin əvvəlindən etibarən İddiaçındən tort ləvazimatları alsa da, 2019 – 2023-cü illəri əhatə edən dövr ərzində onların arasında baş tutmuş ümumilikdə təxminən 300000 manatlıq alqı-satqının şifahi danışıqlar əsasında aparıldığını, onların arasında heç bir yazılı müqavilə bağlanmadığını, malların heç bir rəsmi sənədlər tərtib olunmadan alınaraq, pulların da qeyri-rəsmi ödəndiyini və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli” Alqı-satqı Müqavilələrində ona aid edilən imzaların onun tərəfindən çəkilmədiyini bildirib, həmin Müqavilələrdəki onun adından çəkilmiş imzaların yoxlanması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə araşdırması zamanı Cavabdeh vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 27 mart 2024-cü il tarixli 4/301 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli alqı-satqı “Müqaviləsi”nin aşağı sağ hissəsində “Alıcı” qrafasında olan imza və eləcə də, işin 27-ci vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli alqı-satqı “Müqaviləsi”nin aşağı sağ hissəsində “Alıcı" qrafasında olan imza – “alıcı” qismində qeyd olunmuş Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-satqı Müqavilələrinin müqavilə tərəfi olaraq “alıcı” qismində Cavabdeh tərəfindən imzalanmadığı təsdiq olunduğundan, həmin Müqavilələr və eləcə də, həmin Müqavilələrdə müəyyən edilən şərtlər - hazırkı mübahisənin həlli ilə əlaqədar mötəbər sübutlar kimi nəzərə alına bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələblərinin əsaslılığının digər bir sübutu kimi məhkəməyə İddiaçı tərəfindən 14 mart 2023-cü il tarixli X3 (iki ədəd) təqdim olunmuşdur: 1). İddiaçı və Cavabdeh tərəfindən imzalanmış 14 mart 2023-cü il tarixli "f/ş Cavabdeh”, “ESSİ tort ləvazimatları, Biləcəri" qeydi aparılmış X4 göstərilir ki, alıcı Cavabdeh satıcı İddiaçınə 14 mart 2023-cü il tarixinə 2276,4 (iki min iki yüz yetmiş altı manat 40 qəpik) manat məbləğində borcu vardır (həmin Aktda iddiaçının məhkəməyə təqdim etdiyi 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-satqı Müqavilələrinin heç birinə istinad olunmamışdır). 2). İddiaçı və Cavabdeh tərəfindən imzalanmış 14 mart 2023-cü il tarixli "f/ş Cavabdeh”, “EMSSİ tort ləvazimatları" qeydi aparılmış X4 göstərilir ki, alıcı Cavabdeh satıcı İddiaçınə 14 mart 2023-cü il tarixinə 2936,6 (iki min doqquz yüz otuz altı manat 60 qəpik) manat məbləğində borcu vardır (həmin Aktda da iddiaçının məhkəməyə təqdim etdiyi 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-satqı Müqavilələrinin heç birinə istinad olunmamışdır). Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı məlum X3 tərtib edilərkən, yəni 14 mart 2023-cü il tarixində həmin Aktlarda göstərilən borcların mövcud olmasını Cavabdeh mübahisələndirməsə də, o, həmin Aktlar tərtib edilib-imzalandıqdan sonra 2023-cü ilin iyun ayının sonlarınadək iddiaçı tərəfindən nağd ödənişlər etməklə mallar aldığını və hər dəfə mal alarkən isə əlavə olaraq məlum borclar üzrə də hissə-hissə olmaqla, cəmi 1713 manat məbləğində ödəniş edərək, ümumi borcunu 3500 manatadək azaltdığını bildirmişdir. İş materiallarında olan, İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 14 dekabr 2023-cü il tarixli Maliyyə Arayışında göstərilir ki, fiziki şəxs Cavabdeh ilə qarşılıqlı müqavilə bağlanmışdır və “EMSSİ tort ləvazimatları” adı altında fəaliyyətə başlanmışdır. Fəaliyyət dövründə müştəri ilə müəyyən dövriyyə yaranmışdır. Lakin, son zamanlar müştəri borcunu şişirərək ödəniş edə bilməmişdir. Fəaliyyəti dövründə müştəri 23629 manat məbləğində mal dövriyyəsi olmuş və 20692,40 manat məbləğində ödəniş etmişdir. Lakin, 28 fevral 2023-cü il tarixindən etibarən heç bir ödəniş edilməmişdir. Son qaimə 28 fevral 2023-cü il tarixində getmişdir və həmin zamandan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 2936,60 manat məbləğindədir (arayışın məzmunu olduğu kimi qeyd olunur). İş materiallarında olan, İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 14 dekabr 2023-cü il tarixli digər maliyyə arayışında isə göstərilir ki, fiziki şəxs Cavabdeh ilə qarşılıqlı müqavilə bağlanmışdır və “ESSİ tort ləvazimatları” adı altında fəaliyyətə başlanmışdır. Fəaliyyət dövründə müştəri ilə müəyyən dövriyyə yaranmışdır. Lakin son zamanlar müştəri borcunu şişirərək ödəniş edə bilməmişdir. Fəaliyyəti dövründə müştəri ilə 2276,40 manat məbləğində mal dövriyyəsi olmuşdur. Lakin heç bir ödəniş edilməmişdir. Son qaimə 28 dekabr 2022-ci il tarixində getmişdir və həmin zamandan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 2276,40 manat məbləğindədir (arayışın məzmunu olduğu kimi qeyd olunur). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “votsap” mobil tətbiq vasitəsilə həyata keçirilən səs yazıları da proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuş və həmin səs yazıları tərəflər arasında alqı-satqı münasibətlərinin olması və bu münasibətlər üzrə 2023-cü ilin mart ayında Cavabdeh qalıq borcunun olması faktı öz təsdiqini tapmışdır. Lakin, həmin səs yazısı ilə əlaqədar Cavabdeh bildirmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi səs yazıları məlum Üzləşmə Aktları imzalandıqdan 2 gün sonra yazılmışdır və həmin səs yazısında o, “müqavilə” sözünü desə də, əslində Üzləşmə Aktlarını nəzərdə tutmuş və həmin danışıqlar nəticəsində də məlum Aktlar tərtib edildikdən sonra təxminən üç ay ərzində ona mal verilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh məxsus mağazalara (“EMSSİ tort ləvazimatları” mağazasına və “ESSİ tort ləvazimatları” mağazasına) hər hansı bir yazılı müqavilə bağlanmadan (iddiaçı tərəfin iddia tələblərini əsaslandırdığı 13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-satqı Müqavilələrinin “alıcı” qismində Cavabdeh tərəfindən imzalanmadığı 27 mart 2024-cü il tarixli 4/301 nömrəli Ekspert Rəyi ilə təsdiq olunmuşdur) nisyə malların verilməsi, həmin mallara görə sonuncu tərəfindən müəyyən pul məbləğlərinin ödənilməsi və 14 mart 2023-cü il tarixinə həmin alqı-satqılar üzrə Cavabdeh 2936,6 manat və 2276,4 manat olmaqla, ümumilikdə cəmi 5213 manat məbləğində borcunun olması işin mübahisəsiz hallarıdır. Lakin, iddia tələblərində ödənilməsi tələb olunan borcun miqdarı isə hazırkı işin mübahisəli halı kimi müəyyən olunur. Çünki, iddiaçı tərəf 14 mart 2023-cü ildə tərtib edilmiş X1 qeyd olunan 2936,6 manat və 2276,4 manat olmaqla, ümumilikdə cəmi 5213 manat məbləğində borcdan hər hansı bir ödəniş edilmədiyini qeyd edərək, həmin borcun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh “məlum Aktlar tərtib edildikdən sonra, yəni 2023-cü ilin mart ayının sonlarından 2023-cü ilin iyun ayının sonlarınadək iddiaçı tərəfindən nağd pulu ödənilməklə ona yenə də mal verildiyini və qarşılıqlı razılaşmaları əsasında hər dəfə verilən malın pulu nağd ödənilməklə yanaşı, həmin Aktlarda qeyd olunan borclara görə də onun tərəfindən müəyyən məbləğlərdə əlavə ödənişlər edildiyini və buna görə də, hal-hazırda iddiaçıya ümumilikdə cəmi 3500 manat məbləğində borcunun qaldığını” bildirərək, iddiaçının tələb etdiyi borcun miqdarını mübahisələndirmişdir. İş materiallarından görünür ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilmişdir (60 manat + 60 manat = 120 manat). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyalarında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, yuxarıda göstərilənləri və aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə üzrə tutulmalı olan borcun miqdarı müəyyən edilərkən Cavabdeh tərəfindən işin halları ilə bağlı verdiyi izahatlarında qeyd etdiyi dəlillər əsaslı və işin faktiki hallarına uyğun hesab edilməklə, işin konkret halları və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələbləri baxımından tərəflər arasında mövcud olmuş alqı-satqı münasibətləri üzrə cavabdehin iddiaçıya olan borcun miqdarının 3500 manat məbləğində olması təsdiq olunur. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, iddia tələblərinin əsaslılığnın sübutu kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-satqı Müqavilələrinin” “alıcı” qismində Cavabdeh tərəfindən imzalanmadığı və həmin sənədlərin hazırkı mübahisənin həlli üzrə mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmaması təsdiq olunduğundan, iddiaçı tərəfin təqdim etdiyi və cavabdeh tərəfin də tərtib olunduğu tarixə mövcud olmuş borcun miqdarını mübahisələndirmədiyi 14 mart 2023-cü il tarixli X1 qeyd olunan 2936,6 manat və 2276,4 manat olmaqla, ümumilikdə cəmi 5213 manat məbləğində borcdan həmin tarixdən, yəni məlum Aktların tərtib edildiyi 14 mart 2023-cü ildən sonra hər hansı bir ödənişin edilməməsi - iddiaçı tərəfindən mötəbər sübutlar əsasında sübut olunmamışdır. Halbuki, Cavabdeh izahatlarında bildirmişdir ki, məlum Aktlar əsasında müəyyən olunan cəmi 5213 manat məbləğində borcdan - həmin Aktlar tərtib edildikdən sonra, yəni 2023-cü ilin mart ayının sonlarından 2023-cü ilin iyun ayının sonlarınadək qarşılıqlı razılaşmaları əsasında iddiaçı tərəfindən nağd pulu ödənilməklə ona yenidən mal verilərkən, onun tərəfindən alınan malın pulu nağd ödənilməklə yanaşı, həmin Aktlarda qeyd olunan borclara görə də müəyyən məbləğlərdə hissə-hissə əlavə ödənişlər edilməklə, cəmi 1713 manat məbləğində pul ödənilmiş və buna görə də, Aktlarda qeyd olunan ümumi borcun cəmi 3500 manat hissəsi ödənilməmişdir. Cavabdehin bu mövqeyinə görə də, iddiaçı tərəf hüquqi şəxs olaraq qarşı tərəfin dəlilləri ilə razılaşmadığı halda, həmin dəlillərin əsassızlığının sübutu kimi satıcı İddiaçı MMC-nin “alıcı” qismində Cavabdeh ilə məlum mal alqı-satqısı üzrə dövriyyəni təsdiq edən maliyyə-mühasibatlıq sənədlərini, yəni hansı miqdarda malların verilməsini və verilən mallara görə qarşı tərəfin ödənişlərini təsdiq edən sənədləri (bank hesabından çıxarışı, elektron qaimələri, hesabfakturaları, ödəniş qəbzlərini və s.) məhkəməyə təqdim etməli idi. Çünki, bu kimi sənədlərlə tərəflər arasında olan mal dövriyyəsinin miqdarını, ö cümlədən də verilən malın və ödənilən pulun miqdarını, vaxtını, təyinatını və s. bu kimi zəruri halları müəyyən etmək olardı. Lakin, məhkəmə araşdırması zamanı bu kimi sübutların və yaxud sənədlərin məhkəməyə təqdim olunmasının vacibliyi iddiaçı tərəfin diqqətinə çatdırılsa da, iddiaçı tərəf bununla bağlı hər hansı bir mötəbərliyi şübhə doğurmayan rəsmi sənədləri, tərəflər arasında mal alqı-satqısını və alınan mallara görə ödənişin üsulunu, miqdarını və xüsusiyyətlərini müəyyən edən sənədləri və s. məhkəməyə təqdim etməmişdir. Halbuki, hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin xüsusiyyətləri və xarakteri onun bank hesabından çıxarışla və digər maliyyə-mühasibatlıq üzrə sənədlərində əks olunan məlumatlarla müəyyən edilməsi mümkün olduğundan, iddiaçı tərəfindən bank hesabından çıxarış və s. bu kimi rəsmi sənədlər təqdim olunduğu halda, cavabdehin dəlillərinin əsassız olub-olmamasını müəyyən etmək olardı. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışlarında göstərilən məlumatları təsdiq edən müvafiq maliyyə-mühasibat sənədləri, o cümlədən də cavabdehin faktiki olaraq hansı miqdarda malları qəbul etməsini, cavabdeh tərəfindən nə qədər ödəniş edilməsini və ödənişlərin hansı hesaba köçürülməsini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim olunmadığından, həmin maliyyə arayışlarında qeyd olunan məlumatların düzgünlüyünün yoxlanılması da mümkün olmamışdır. Çünki, tərəflər arasında bağlandığı israr olunan və hazırkı pul tələbi ilə bağlı iddialar üzrə iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş “13 sentyabr 2022-ci il tarixli 536/NHFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/NHFM22 nömrəli Alqı-satqı Müqavilələrində” “alıcı” qismində Cavabdeh aid imzaların onun tərəfindən çəkilmədiyi müəyyən olunduğuna görə, məlum maliyyə arayışlarında qeyd olunan məlumatların düzgünlüyünün mötəbər sübutlar əsasında təsdiq edilməli olması da zəruri idi. Lakin, Cavabdeh isə məhkəmə araşdırması zamanı təqdim etmiş olduğu yazılı etirazında, eləcə də məhkəmə iclaslarında vermiş olduğu izahatlarında almış olduğu mallara görə məlum Aktlarda qeyd olunan ümumi borcun cəmi 3500 (üç min beş yüz) manat hissəsini ödəmədiyini bildirərək, bu iş üzrə iddiaçıya 3500 (üç min beş yüz) manat məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə ödənilməli borcun miqdarının rəsmi sənədlər (mötəbər sübutlar) əsasında hesablanması mümkün olmadığına, cavabdeh isə alqı-satqı münasibətləri üzrə iddiaçıya cəmi 3500 manat məbləğində pul vəsaitini qaytarmadığını etiraf etdiyinə görə - tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları belə qənaətə gəlməyə əsas verir ki, hazırkı mübahisə üzrə iddiaçıya olan borcun məbləği cavabdehin etirafına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddələrinin tələblərinə uyğun olaraq 3500 (üç min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borcun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 3500 (üç min beş yüz) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş cəmi 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 55 (əlli beş) manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti də Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 3500 (üç min beş yüz) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 3620 (üç min altı yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar