Məhkəmə qərarları › İş №e-2-2(119)-621/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-621/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-621/2024 08.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdehndən 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində borc və 59,88 (əlli doqquz manat səksən səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 718,24 (yeddi yüz on səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərcinin tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi ilə Cavabdeh qanuni təmsilçisi X1 arasında əmlakın mühafizəsi haqqında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə mühafizə xidməti iddiaçı tərəfindən həyata keçirilmiş və Yasamal Rayon Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə X3 10 ünvanında yerləşən Cavabdeh mühafizədən çıxarılaraq, tərəflər arasında bağlanmış müqavilənin 4.2ci bəndinə əsasən Yasamal Rayon Mühafizə İdarəsi ilə Cavabdeh arasında əmlakın mühafizəsi haqqında xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilmişdir. Cavabdehnə Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən göstərilmiş mühafizə xidmətinə görə sonuncunun borcu 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) manat təşkil edir. Bundan əlavə tərəflər arasında bağlanılmış müqavilənin 1.10-cu bəndinə görə mülkiyyətçi mühafizə haqqını vaxtında ödəməzsə, onda hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,1%-i qədər cərimə ödəməlidir. Hazırda müqaviləyə əsasən gecikdirilmiş borc üzrə ödənilməli olan cərimə məbləği 59,88 (əlli doqquz manat səksən səkkiz qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməli olan məbləğ 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) borc və 59,88 (əlli doqquz manat səksən səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 718,24 (yeddi yüz on səkkiz manat iyirmi dörd qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi ilə Cavabdeh arasında bağlanmış əmlakın mühafizəsi haqqında 23 yanvar 2023-cü il tarixli 515 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə müəyyən edilmiş tələbatlara uyğun gələn və mülkiyyətiçinin əmlakının saxlandığı yerlərin mühafizəsini nəzərdə tutur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hansı sahənin, əmlakın hansı hissəsinin mühafizəyə verilməsi mülkiyyətçi, etibarlı qorumanın təmin edilməsi məqsədilə obyektin hansı xidmət növü ilə mühafizə olunması, postların yerləşdirilməsi və normativ sənədlər əsasında siqnalizasiya sistemləri ilə təchizi mühafizə tərəfindən müəyyənləşdirilir. Obyektin mühafizəsi tərəflərin razılığı əsasında bütün gün ərzində və ya saatlarla həyata keçirilə bilər. Bütün bunlar hər iki tərəfin iştirakı ilə hazırlanmış və təsdiq olunmuş ilkin müayinə aktı və qiymət cədvəli əsasında müəyyən edilir. Həmin müqavilənin 1.10-cu bəndinə əsasən mühafizə haqqı qiymət cədvəlinə əsasən mülkiyyətçi tərəfindən hər ayın 15-i "xxxx" ASC-nin Nəsimi Filialına keçirməklə və ya nağd yolla ödənilir. Mülkiyyətçi mühafizə haqqını vaxtında ödəməzsə, onda hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,1 %-i qədər cərimə ödənilməlidir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli 515 nömrəli müqaviləyə əlavə olan qiymət cədvəlindən görünür ki, ünvan 1 ünvanında yerləşən obyektin aylıq xidmət haqqının məbləği ƏDV daxil olmaqla 146,83 manat təşkil edir. İş materiallarında olan 22 yanvar 2023-cü il tarixli obyektin texniki möhkəmliyinə dair (müqavilə qabağı) müayinə aktına əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsi çox mərtəbəli binanın birinci mərtəbəsində yerləşir, obyekt cəmi 5 otaqdan ibarətdir. Ön hissədə vitrin şüşələr və dəmir konstruksiyalı içərisi şüşə olan iki ədəd giriş qapısı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin 16 avqust 2023-cü il tarixli Əmrindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Cavabdeh 01 avqust 2023-cü il tarixdən mühafizədən çıxarılmışdır. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş məlumatdan görünür ki, 31 avqust 2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcu 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi ilə Cavabdeh arasında 23 yanvar 2023-cü il tarixli 515 nömrəli əmlakın mühafizəsinə dair müqavilə bağlanılmış, iddiaçı cavabdehə mühafizə xidmətləri göstərməyi, cavabdeh isə bunun müqabilində aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 515 nömrəli əmlakın mühafizəsinə dair müqaviləyə əsasən cavabdehdən 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində əsas borcun və 59,88 (əlli doqquz manat səksən səkkiz qəpik) manat məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Bakı 20 saylı Mediasiya təşkilatının 19 dekabr 2023-cü il tarixli MŞB/20/2023-00032 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, 40 (qırx) manat məbləğində mediasiya xərci idiaçı tərəfindən ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən mediatora ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində borc, 59,88 (əlli doqquz manat səksən səkkiz qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 758,24 (yeddi yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İddiaçınə ödənilməlidir. Eyni zamanda Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 658,36 (altı yüz əlli səkkiz manat otuz altı qəpik) manat məbləğində borc, 59,88 (əlli doqquz manat səksən səkkiz qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 758,24 (yeddi yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İddiaçınə ödənilsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar