Məhkəmə qərarları › İş №e-2-2(119)-628/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-628/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-628/2021 14.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu X3rşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı 03 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Quba rayonu X3rşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayonu X4 4000 (dörd min) manat məbləğində zərərin və məhkəmə baxışı üçün ödənilmiş olan 30 manat rüsumun məcburi qaydada alınaraq, iddiaçı-sərbəst auditor İddiaçı Kapitalbank ASC Gənclik Mall filialında olan (kod 201025, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T. BİK AİİBAZ2X) AZ73AİİB******************** saylı cari hesabına (VÖEN **********) ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olmaqla SA/212 qeydiyyat nömrəli İcazə ilə Ölkə daxilində Sərbəst auditor fəaliyyətini həyata keçirir. O, Quba rayonu X7 2019-cu maliyyə ilinin audit yoxlamasının aparılması üçün 02 iyul 2019-cu il tarixdə QB07 saylı müqavilə bağlamışdır. Müqavilənin 3.1-ci bəndi ilə audit xidmətin dəyəri 2000 (iki min) manat məbləğində, onun 50% hissəsi avans şəklində 2019-cu ilin 15 noyabr tarixinədək, qalan hissəsi isə yerinə yetirilmiş islərin təhvil-qəbul aktı tərtib edilən tarixədək, son həddi 30 avqust 2020-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. Müqavilənin icrası ilə bağlı 2020-ci ilin iyun-avqust aylarında o, dəfələrlə Quba rayonunun Birinci Nügədi kəndinə getmiş, lakin Birinci Nügədi kənd Ərazi İcra Nümayəndəsinin (nümayəndə X5) birbaşa müdaxiləsi nəticəsində Bələdiyyənin yeni seçilmiş sədri X9 tərəfindən hər dəfə bağlanmış müqavilənin icra edilməsinə əsassız və süni maneələr yaradılmışdir. Müqavilənin 2.1.5-ci bəndi ilə “Sifarişçi" öhdəsinə götürmüşdür ki, bu müqavilənin fəaliyyət müddətində “İcraçı”-Sərbəst auditoru rəsmi və əsaslı xəbərdar etmədən eyni məzmuna görə təkrar müqavilə bağlayarsa və icra edərsə, bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırarsa, mövcud müqavilənin 3.1-ci bəndində razılışdırılmış xidmətin dəyərinin 2 (iki) mislini “İcraçı”nın bank hesabına ödəyəcəkdir. Həmçinin Müqavilənin 11.2-ci bəndində nəzərə alınmışdır ki, bu müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi müddəti “Sifarişçi”nin təqsiri üzündən yubadıldıqda, işlərin başa çatdırılması vaxtı yubadılmış müddət qədər avtomatik olaraq artırılır. Bu səbəbdən o, cavabdeh Quba rayonu X8 24 avqust 2020-ci il tarixdə müqavilənin icra edilməsinə süni maneələrin aradan qaldırılması üçün həm elektron, həm də kağız formasınada xəbərnaməli rəsmi xəbərdarlıq məktubu göndərmişdir. Bağlanmış müqavilənin tələbləri cavabdeh tərəfindən əsassız olaraq pozulduğundan, cavabdeh zərərə görə yuxarıda qeyd edilən müqavilənin 2.1.5-ci bəndinin tələbi ilə xidmətin 2 (iki) mislini, yəni 4000 manat (razılışdırılmış xidmətin dəyəri 2000 x 2) “İcraçı”ya ödəməlidir. Mülki Məcəllənin tələbinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, tərəflərin razılaşması ilə mümkündür; tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icra edilməsi barədə dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Cavabdehə göndərilmiş sonuncu xəbərdarlıq məktubu (Pretenziya) 25 fevral 2021-ci il tarixdə imza edilərək qəbul edilməsinə və bundan 56 gün müddət keçməsinə baxmayaraq, hazıradək öhdəliyə əməl edilməmişdir (iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 430, 442, 443, 445 və 21-ci maddələrinə istinad olunur). Həmin iddia ərizəsi üzrə keçirilən məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, cavabdeh Quba rayonu X4 4000 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada alınaraq, onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Quba rayonu X10 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının məhkəmə iclaslarında vermiş olduğu izahatlarını, iddia ərizəsini və iş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iddiaçının izahatı və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə (iddiaçı tərəfindən məhkəməyə kağız daşıyıcıda hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır) müəyyən edilir ki, iddia ərizəsində tələbin əsaslandırıldığı “Audit xidməti göstərilməsi barədə” 02 iyul 2019-cu il tarixli QB07 nömrəli Müqavilə Quba rayonu X7 sədri (bundan sonra “Sifarişçi” adlandırılacaq) X1 şəxsində - bir tərəfdən və Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikası ərazisində auditor fəaliyyətini həyata keçirməyə icazə verən 12.03.2018-ci il tarixli SA/212 qeydiyyat nömrəli İcazənin sahibi, Respublikanın fəxri sərbəst auditoru (bundan sonra “İcraçı” adlandırılacaq) İddiaçı şəxsində - ikinci tərəfdən, auditor xidməti göstərilməsi barədə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndindən görünür ki, “İcraçı” “Sifarişçi”nin tapşırığına əsasən Bələdiyyənin 01 yanvar-31 dekabr 2019-cu maliyyə ilini əhatə edən dövr ərzində sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğunun əhəmiyyətlilik baxımından dürüstlüyü barədə rəy bildirmək məqsədi ilə X2 (BAS) müvafiq audit yoxlamasını (bundan sonra “Audit” adlanacaq) aparacaq və Auditin nəticəsi BAS tələblərinə müvafiq tərtib edilmiş auditor rəyindən və hesabatından ibarət olacaq. Həmin Müqavilənin 2.1.5-ci bəndinə əsasən, “Sifarişçi” bu Müqavilənin fəaliyyət müddətində “İcraçı”nı rəsmi və əsaslı xəbərdar etmədən eyni məzmuna görə təkrar müqavilə bağlayarsa və icra olunarsa, bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırarsa, mövcud Müqavilənin 3.1-ci bəndində razılaşdırılmış xidmətin dəyərinin 2 (iki) mislini “İcraçı”nın bank hesabına ödəməlidir. Həmin Müqavilənin 3.1-ci bəndindən görünür ki, tərəflərin razılığına əsasən, bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan çərçivə üzrə auditor xidmətinin dəyəri 2000 (iki min) manat məbləğində razılaşdırılmış və müəyyən edilmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, razılaşdırılmış xidmət haqqının 50% hissəsi avans şəklində cari ilin 15 noyabr tarixinədək, qalan hissəsi isə yerinə yetirilmiş istərin təhvil-qəbul aktı tərtib edilən tarixədək bu Müqavilənin 12-ci bəndində qeyd olunan bank hesabına Ödənilməlidir. Sifarişçi tərəfindən əsassız olaraq müqavilə və yaxud müqavilənin şərtləri pozularsa, ödənilmiş məbləğ geri qaytarılmır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, Sifarişçi göstərilən xidmətin vaxtında ödənilməmiş dəyərinin gecikdirilmiş hər günü üçün 0,2 % həcmində penya ödəyir. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunu və İddiaçı izahatı ilə müəyyən olunmuşdur ki, 02 iyul 2019-cu il tarixli QB07 nömrəli Müqavilə Quba rayonu X7 əvvəlki, yəni keçmiş sədri ilə bağlanmışdır. Lakin, həmin Bələdiyyədə sədr dəyişildikdən sonra yeni sədr vəzifəsini icra edən şəxs tərəfindən məlum Müqavilənin tələblərinə uyğun olaraq auditin keçirilməsi təmin olunmamışdır. Buna görə də, iddiaçı tərəf 02 iyul 2019-cu il tarixli QB07 nömrəli Müqavilənin 2.1.5-ci bəndinin tələblərinə istinad edərək, cavabdeh Quba rayonu X4 Müqavilədə nəzərdə tutulan xidmətin dəyərinin (2000 manatın) 2 misli olmaqla, 4000 manat məbləğində pul tələb edir. Yəni, iddiaçı həmin pul məbləğini Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulan “penya” kimi deyil, Müqavilənin “Tərəflərin hüquq və vəzifələri, öhdəliyi” bölməsində təsbit olunmuş 2.1.5-ci bəndində nəzərdə tutulan pul öhdəliyi kimi tələb edir. İlk növbədə bununla əlaqədar qeyd etmək lazımdır ki, bu halda hazırkı iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-467-ci maddələrinin tələbləri baxımından deyil, həmin Məcəllənin “öhdəliyin icra edilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi” baxımından araşdırılmalıdır (iddia ərizəsində də iddiaçı tərəfindən iddia tələbi “öhdəliyin icra edilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməli olması” ilə əsaslandırılmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar müqavilə qiymətinin 2 misli, yəni 4000 manat məbləğində zərər tələb olunması barədə hazırkı iddia tələbi - Quba rayonu X7 sədri X6 (Bələdiyyənin əvvəlki sədri) ilə sərbəst auditor İddiaçı arasında bağlanmış 02 iyul 2019-cu il tarixli QB07 nömrəli Müqavilənin 2.1.5-ci bəndi ilə əsaslandırılır və iddiaçı tərəfindən bununla bağlı cavabdehdən zərər qismində 4000 manat məbləğində pul tələb olunur. Lakin, həmin Müqavilənin ümumi şərtləri və eyni zamanda, Müqavilənin 2.1.5-ci bəndinin məzmunu məlum Müqavilə əsasında Quba rayonu X10ndə auiditin keçirilməsi baş tutmadığı halda, “Sifarişçi”nin “mövcud Müqavilənin 3.1-ci bəndində razılaşdırılmış xidmətin dəyərinin 2 (iki) mislini “İcraçı”nın bank hesabına ödəməli olması” barədə hazırkı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut olunmalıdır. Çünki, ““Sifarişçi” bu Müqavilənin fəaliyyət müddətində “İcraçı”nı rəsmi və əsaslı xəbərdar etmədən eyni məzmuna görə təkrar müqavilə bağlayarsa və icra olunarsa, bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırarsa, mövcud Müqavilənin 3.1-ci bəndində razılaşdırılmış xidmətin dəyərinin 2 (iki) mislini “İcraçı”nın bank hesabına ödəməlidir” kimi müəyyən olunmuş 2.1.5-ci bəndin məzmununda qeyd olunan “pul vəsaitinin ödənilməli olması” birmənalı olaraq ““Sifarişçi” bu Müqavilənin fəaliyyət müddətində “İcraçı”nı rəsmi və əsaslı xəbərdar etmədən eyni məzmuna görə təkrar müqavilə bağlayarsa və icra olunarsa, bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırarsa” şərti ilə şərtləndirilmişdir. Yəni, müqavilə şərtlərinə görə “Sifarişçi” audit keçirilməsi ilə əlaqədar “təkrar müqavilə bağlayarsa və icra olunarsa, bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırarsa” “İcraçı”ya müqavilə qiymətinin 2 misli (4000 manat) həddində pul vəsaiti ödəməlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasi Qanununun 33-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasi Qanununun 13-cü maddəsinin tələblərinə görə, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər. Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Quba rayonu X7 Nizamnaməsinin tələblərinə görə bələdiyyənin fəaliyyəti ilə bağlı bir sıra məsələlərlə yanaşı, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək də bələdiyyə iclaslarında həll edilən məsələlərə aid edilmişdir (3.2.6-cı bənd). Göründüyü kimi, məlum Müqavilə üzrə keçirilməli olan auditin qiyməti 2000 manat miqdarında müəyyən edildiyi halda, ““Sifarişçi” bu Müqavilənin fəaliyyət müddətində “İcraçı”nı rəsmi və əsaslı xəbərdar etmədən eyni məzmuna görə təkrar müqavilə bağlayarsa və icra olunarsa, bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırarsa 4000 manat məbləğində pul vəsaitinin ödənilməli olması” öhdəliyinin müəyyən olunduğu 2.1.5-ci bəndin həmin şərti tələb edir ki, audit keçirilmədikdə qeyd olunan pul vəsaitinin ödənilməli olması üçün “Sifarişçi” tərəfindən “təkrar müqavilə bağlanaraq icra olunması və bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırıldığı” müəyyən edilməlidir. Lakin, məhkəmə araşdırması zamanı 2.1.5-ci bəndin qeyd olunan şərtinin - “təkrar müqavilə bağlanaraq icra olunması və bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırılması” şərtinin mövcud olması müyyən edilməmişdir. Halbuki, keçiriləcək audit üçün “2000 manat məbləğində xidmət haqqının ödənilməli olması” nəzərdə tutulduğu halda, keçirilməyən audit, yəni göstərilməyən xidmətə görə 2 (iki) dəfə çox (4000 manat) məbləğində pul vəsaitinin ödənilməli olması nəzərdə tutulduğuna görə yuxarıda qeyd olunan Müqavilə şərtinin (“təkrar müqavilə bağlanaraq icra olunması və bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırılması” şərtinin) mövcudluğunun müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, hazırkı Müqavilə şərtlərinin tələblərinə görə audit keçirilmədiyi halda Bələdiyyənin mülkiyyətinə aid pul vəsaitindən 4000 manat məbləğində zərərin ödənilməsi tələb olunduğu üçün həm yuxarıda qeyd olunan müqavilə şərtində qeyd olunan halın mövcudluğu, həm Bələdiyyə üzvlərinin həmin Müqavilə ilə əlaqədar mövqelərinin əks olunduğu müvafiq bələdiyyə iclasının qərarının olub-olmaması, həm də audit keçirilməməsi nəticəsində məlum Müqavilənin digər tərəfi olan “İcraçı”ya (iddiaçıya) hansı zərərin dəyməsi, dəymiş zərərin xarakteri və mahiyyəti də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, 02 iyul 2019-cu il tarixli QB07 nömrəli Müqavilənin 2.1.5-ci bəndi ilə nəzərdə tutulan “təkrar müqavilə bağlanaraq icra olunması və bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırılması” şərtinin olmasını təsdiq edən halın (halların) mövcudluğu, yəni “cavabdeh Quba rayonu X4 4000 (dörd min) manat məbləğində zərərin tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı cavabdeh Quba rayonu X3rşı “pul tələbi” barədə iddiası, yəni “cavabdeh Quba rayonu X4 4000 (dörd min) manat məbləğində zərərin tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdeh Quba rayonu X3rşı verilmiş “pul tələbi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar