Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-64/2024 16.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 1141,25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fiziki şəxs Cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqaviləsinə əsasən şirniyyat bişirilməsi üçün tələb edilən ləvazimatlar cavabdeh tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh İddiaçınə 14 mart 2023-cü il tarixinə 1141, 25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat borcu mövcuddur. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənİlməsinə dair heç bir tədbir görülməmişdir. Bundan sonra İddiaçı tərəfindən mübahisənin həlli məqsədi ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş, lakin ilkin mediasiya sessiyası zamanı razılıq əldə olunmamışdır. Eyni zamanda İddiaçı 23 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fiziki şəxs Cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli alqı-satqı müqaviləsinə əsasən şirniyyat bişirilməsi üçün tələb edilən ləvazimatlar cavabdeh tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh İddiaçınə xx.xx.2023-cü il tarixinə 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat borcu mövcuddur. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Bundan sonra İddiaçı tərəfindən mübahisənin həlli məqsədi ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş, lakin ilkin mediasiya sessiyası zamanı razılıq əldə olunmamışdır. Cavabdeh 01 noyabr 2023-cü il tarixdə məhkəməyə “Etiraz” ərizəsi ünvanlayaraq onunla İddiaçı arasında 2018-ci ilin sonu 2019-cu ilin əvvəllərindən alqı-satqı münasibətlərinin olmasına və 2022-ci ilin sonuna kimi ümumilikdə 300000 manatdan artıq alış-veriş edilməsinə baxmayaraq, aralarında yazılı müqavilə bağlanmadığını, heç bir müqaviləyə imza etmədiyini bildirmişdir. O, iddiaçıya cəmi 2850 manat məbləğində borcunun olduğunu, həmin borcu ödəməkdən boyun qaçırmadığını qeyd etmiş və işə iddia icraatı qaydasında onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmənin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-1403/2023 nömrəli və 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-1404/2023 nömrəli qərardadlarına əsasən İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizələrinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli e-2-2(119)- 1404/2023 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin vəsatəti əsasında İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə e-2-2(119)-1404/2023 nömrəli kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə olan e-2-2(119)-1403/2023 nömrəli kommersiya işinə birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkiln iddia tələblərini müdafiə edib, iddia ərizələrinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. O, tərəflər arasında qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonra cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onun iki ayrı mağazası olduğuna görə 14 mart 2023-cü il tarixdə iki qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonrakı 3-4 ay ərzində iddiaçı tərəfindən ona nağd pulu ödənilməklə yenə də mal verildiyini, şifahi razılaşmaları əsasında hər dəfə mal verilərkən aldığı malın pulunu nağd ödəməklə yanaşı, həmin aktlarda qeyd olunan borclara görə müəyyən məbləğlərdə əlavə ödənişlər etdiyini və buna görə halhazırda iddiaçıya ümumilikdə cəmi 2850 manat məbləğində borcu qaldığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış "F/Ş Cavabdeh” EMSSİ tort ləvazimatları" qeydi aparılmış 14 mart 2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktından görünür ki, alıcı Cavabdeh 14 mart 2023-cü il tarixinə satıcı İddiaçınə 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış 14 mart 2023-cü il tarixli "F/Ş Cavabdeh” ESSİ tort ləvazimatları" qeydi aparılmış Qarşılıqlı üzləşmə aktından görünür ki, alıcı Cavabdeh 14 mart 2023-cü il tarixinə satıcı İddiaçınə 1141,25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 20 dekabr 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 1309,25 manat məbləğində mal dövriyyəsi olmuş, sonuncu tərəfindən 168 manat məbləğində ödəniş edilmişdir. Sonuncu qaimə cavabdehə 10 noyabr 2022-ci il tarixdə göndərilmiş və həmin vaxtdan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 1141,25 manat məbləğindədir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 20 dekabr 2023-cü il tarixli digər maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 19758,13 manat məbləğində mal dövriyyəsi olmuş, sonuncu tərəfindən 16800 manat məbləğində ödəniş edilmişdir. Sonuncu qaimə cavabdehə 08 fevral 2023-cü il tarixdə göndərilmiş və həmin vaxtdan heç bir dövriyyə olmamışdır. Son qalıq borc 2958,13 manat məbləğindədir. 06 mart 2024-cü il tarixli 4/222 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 29-cu və 64-cü vərəqlərində İddiaçı ilə Cavabdeh adlarından olan 2958,13 manat və 1141,25 manat borcun olması barədə tərtib olunmuş 14 mart 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktlarında “Sahibkar:” qrafalarındakı “Cavabdeh” yazıları, “İmza:” qrafalarındakı imzalar və “Qeyd" qrafalarındakı “Borcumu təsdiq etdim öz imzamla” yazıları - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 30-cu vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 5 37/BFM22 nömrəli alıq-satqı müqaviləsinin sonunda “Alıcı” qrafasındakı “Cavabdeh, ESSİ tort ləv. Biləcəri, **********, Biləcəri” yazıları və imza, 65-ci vərəqində olan 13 sentyabr 2022-ci il tarixli 5 36/BFM22 nömrəli alıq-satqı müqaviləsinin sonunda “Alıcı” qrafasındakı “Cavabdeh, EMMSİ tort ləvazimatları, Xırdalan, **********” yazıları və imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabehdə məxsus iki mağazaya tərəflər arasında hər hansı bir yazılı müqavilə bağlanmadan (iddiaçı tərəfin iddia tələblərini əsaslandırdığı 13 sentyabr 2022-ci il tarixli 536/BFM22 nömrəli və 13 sentyabr 2022-ci il tarixli 537/BFM22 nömrəli alqı-satqı müqavilələrinin “alıcı” qismində Cavabdeh tərəfindən imzalanmadığı 06 mart 2024-cü il tarixli 4/222 nömrəli ekspert rəyi ilə təsdiq olunmuşdur) müxtəlif vaxtlarda müxtəlif dəyərdə nisyə mallar verilmişdir. Cavabdeh tərəfindən müxtəlif məbləğlərdə ödənişlər edilsə də, o, öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. Buna görə Cavabdeh iki mağazaya (“EMSSİ tort ləvazimatları” və “ESSİ tort ləvazimatları”) verilən mallara görə İddiaçınə 1141,25 manat və 2958,13 manat məbləğində borcunun olması barədə tərəflər arasında 14 mart 2023-cü il tarixdə qarşılıqlı üzləşmə aktları imzalanmışdır. Cavabdeh izahatında qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonrakı 3-4 ay ərzində iddiaçı tərəfindən ona nağd pulu ödənilməklə yenə də mal verildiyini, şifahi razılaşmaları əsasında hər dəfə mal verilərkən aldığı malın pulunu nağd ödəməklə yanaşı, həmin aktlarda qeyd olunan borclara görə müəyyən məbləğlərdə əlavə ödənişlər etdiyini, buna görə hal-hazırda iddiaçıya ümumilikdə cəmi 2850 manat məbləğində borcu qaldığını bildirsə də, məhkəməyə qarşılıqlı üzləşmə aktlarında qeyd olunan borc məbləğlərindən hər hansı ödənişin həyata keçirildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi izahatında qarşılıqlı üzləşmə aktları imzalandıqdan sonra cavabdeh tərəfindən həmin borc məbləğlərindən hər hansı ödənişin həyata keçirilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 14 mart 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktlarında qeyd olunmuş 1141,25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat və 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələblərinin “mediasiya ilə əlaqədar ödənilmiş cəmi 120 (yüz iyirmi) (60 manat+60 manat) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01792 nömrəli və xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01973 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışlardan görünür ki, hər iki müqavilə üzrə ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, İddiaçı tərəfindən mediatora ödənilmiş ümumilikdə 130 (yüz otuz) manat məbləğində mediasiya xərcinin 65 (altmış beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4099,38 (dörd min doxsan doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 4164,38 (dörd min yüz altmış dörd manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinə uyğun hesablanmış 60,99 (altmış manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4099,38 (dörd min doxsan doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 4164,38 (dörd min yüz altmış dörd manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Cavabdeh dövlət nəfinə 60,99 (altmış manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-64/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-64/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver