Məhkəmə qərarları › İş №e-2-2(119)-643/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-643/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-643/2020 28.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğluİddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehəqarşı müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 27500 (iyirmi yeddi min beş yüz) manat pulun Cavabdeh MMCdən alınıb İddiaçı QSC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini vəiş materiallarınıtədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddia ərizəsinin sonunda bu ödənişin rüsumdan azad olunduğu qeyd edilmişdir (hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə - tələbkar). Beləliklə, iddia tərəfinin mövqeyinə görə hazırkı iddia ərizəsi “Dövlət rüsumu haqqında” Qanunun 9.1.21-ci maddəsinə əsasən dövlət rüsumundan azaddır. Həmin maddəyə əsasən hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə tələbkar dövlət rüsumu ödəməkdən azad olunur. Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun qeyd edilən maddəsinin məzmunundan da göründüyü kimi, həmin maddə yalnız icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə tələbkarın dövlət rüsumundan azad olunmasını nəzərdə tutur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı nəzərdə tutulmuşdur. Buraya Azərbaycan Respublikası məhkəmələrinin qərarları iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları,məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları və s. aid edilmişdir. Hazırkı iddia ərizəsində isə iddiaçı hər hansı icra sənədi əsasında deyil cavabdehlə bağlanmış mülkihüquqi müqavilə əsasında ödənilmiş məbləğin qaytarılmasını tələb edir ki, bu hal da icra sənədi əsasında tələbkarların tələbi kimi qiymətləndirilə bilməz. Beləliklə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyətitərəfindən dövlət rüsumunun ödənilməməsi üçün hər-hansı hüquqi əsas yoxdur və o dövlət rüsumunun ödənilməsindən azad oluna bilməz. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150,151 və 152-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilə üzrə ödənilmiş pulun qaytarılması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar