Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-655/2021 06.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 16 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 16014,73 (on altı min on dörd manat 73 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyul 2019-cü il tarixində Cavabdeh ilə (bundan sonra “Cavabdeh”) İddiaçı (bundan sonra “İddiaçı”) arasında 61 nömrəli Alqı-Satqı Müqaviləsi (bundan sonra (”əlivaqüM“ imzalanmışdır. Daha sonra, həmin tərəflər arasında müqaviləyə əlavə kimi 06 avqust 2019-cü il tarixli Qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. Həmin Protokola əsasən Cavabdeh İddiaçıdan 9180 kq “X3 Sulfate 70%” (bundan sonra “Mallar”) sifariş vermiş və onun əvəzində İddiaçıya 24969,60 (iyirmi dörd min doqquz yüz altmış doqquz manat 60 qəpik) manat dəyəri ödəməyə öz öhdəsinə götürmüşdür. Mallar Cavabdehə Müqavilənin şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, Cavabdeh ödənişin yalnız bir hissəsini icra etsə də, qalan hissəni indiyə qədər icra etməmişdir. İddiaçı Cavabdehə 05 avqust 2019-cu il, 06 avqust 2019-cu il və 15 avqust 2019-cu il tarixlərdə faktura və elektron qaimə göndərmişdir. Həmin qaimələrə əsasən Cavabdehdən cəmi 24969,60 (iyirmi dörd min doqquz yüz altmış doqquz manat 60 qəpik) manat pulun ödənilməsi nəzərdə tutulurdu. Ərizəyə əlavə edilmiş müxtəlif tarixlərdə verilmiş Hesabdan çıxarışlara əsasən Cavabdeh İddiaçıya müxtəlif tarixlərdə 406,77 dröd) yüz altı manat 77 qəpik) manat, 1959,28 (min doqquz yüz əlli doqquz manat 28 qəpik) manat, 9796,61 (doqquz min yeddi yüz doxsan altı manat 61 qəpik) manat, 1300 (min üç yüz) manat və 4594 (dörd min beş yüz doqsan dörd) manat pul ödəmişdir. İddiaçı Müqavilə üzrə Üzləşmə aktı tərtib etmiş və həmin Üzləşmə aktına əsasən Cavabdehin cəmi 16014,73 (on altı min on dörd manat 73 qəpik) manat borcun olduğu müəyyən edilmişdir. Həmin Üzləşmə aktı cavabdehin ünvanına göndərilməsinə baxmayaraq, Cavabdeh həmin aktın imzalanmasından cürbəcür bəhanələrlə boyun qaçırmışdır. Hər bir halda, Müqavilənin 4.2-ci maddəsinə əsasən Qaimə-faktura tərtib olunduqdan və imzalandıqdan sonra Mallar qəbul edilmiş hesab edilir və bundan sonra Alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Beləliklə, iddiaçı tərəfdən hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş Maliyyə arayışına əsasən, 24 iyul 2019-cü il tarixli 61 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə Cavabdehin 16014,73 (on altı min on dörd manat 73 qəpik) manat borcu yaranmışdır. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə Cavabdehə 12 aprel 2021-ci il tarixdə Pretenziya məktubu göndərilmiş və həmin Pretenziya məktubu Cavabdeh tərəfindən 15 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh Müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınımaqdadır. Beləliklə də, indiki halda Cavabdeh Müqavilə üzrə borcunu hələ də ödəmədiyindən, İddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 16014,73 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 61 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış 06 avqust 2019-cu il tarixli 3 saylı Qiymətlərin razılaşdırma Protokolunun şərtlərinə uyğun olaraq müvafiq qaydada tərtib və təqdim edilmiş elektron qaimə və elektron vergi hesab fakturası əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə hesablanmış ƏDV ilə birlikdə ümumilikdə 24969,60 (iyirmi dörd min doqquz yüz altmış doqquz manat 60 qəpik) manat (21160,68 manat + 3808,92 manat ƏDV) dəyərində cəmi 9180 kiloqram “X3 Sulfate 70%” Malları satılmışdır. 24 iyul 2019-cu il tarixli 61 nömrəli Alqı-Satqı Müqaviləsinin 2.1-ci bəndinə əsasən, Alıcı bu müqavilə imzalandıqdan sonra X1(lər)də razılaşdırılan qiymətini Satıcıya ödəyir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, ödəniş köçürmə yolu ilə və köçürülmə gününə Mərkəzi Bankın məzənnəsinə əsasən manatla həyata keçirilir. Həmin Müqavilənin 3.4.2-ci bəndinə əsasən, Alıcı bu müqavilə ilə müəyyən edilmiş qaydada Malların dəyərini Satıcıya ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, qaimə-faktura tərtib olunduqdan və imzalandıqdan sonra Mallar qəbul edilmiş hesab edilir və bundan sonra Alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulan vaxtından əvvəl ləğv etmə halları istisna olmaqla, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədədir. İş materiallarında olan Maliyyə Arayışı və digər maliyyə-hesabat sənədləri ilə müəyyən olunur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 61 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərəflər arasında № EAAX617393, № EAAX 686551 və № EAAY170753 saylı qaimə-fakturalar əsasında ümumi dəyəri 24969,60 (iyirmi dörd min doqquz yüz altmış doqquz manat 60 qəpik) manat (ƏDV daxil) məbləğində olan malların alqı-satqısı olmuş və alıcı Cavabdeh MMC aldığı həmin məhsulların 24969,60 (iyirmi dörd min doqquz yüz altmış doqquz manat 60 qəpik) manat məbləğində dəyərinin ayrı-ayrı vaxtlarda (sonuncu ödəniş 20 sentyabr 2019-cu ildə olmuşdur) müəyyən məbləğdə ödəniş etmiş olsa da, 26 aprel 2021-ci il tarixinə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-nə cəmi 16014,73 (on altı min on dörd manat 73 qəpik) manat (ƏDV daxil) məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 24 iyul 2019-cu il tarixli 61 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilənin 06 avqust 2019-cu il tarixli 3 saylı Qiymətlərin razılaşdırma Protokolu üzrə almış olduğu “X3 Sulfate 70%” məhsullarına görə alıcı Cavabdeh tərəfindən ƏDV daxil olmaqla cəmi 16014,73 (on altı min on dörd manat 73 qəpik) manat məbləğində pul vəsaiti satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 16014,73 manat məbləğində borcun cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 24 iyul 2019-cu il tarixli 61 nömrəli Alqi-Satqı Müqaviləsi üzrə alınmış “X3 Sulfate 70%” məhsullarına görə ödənilməmiş 16014,73 manat məbləğində borcun cavabdeh Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 16014,73 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 16014,73 (on altı min on dörd manat 73 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16044,73 (on altı min qırx dörd manat 73 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-655/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-655/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver