Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-657/2024 28.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 Xeybər oğlunu iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14504,18 (on dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 5805,93 (beş min səkkiz yüz beş manat doxsan üç qəpik) manat məbləğində faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 615,06 (altı yüz on beş manat altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 20925,17 (iyirmi min doqquz yüz iyirmi beş manat on yeddi qəpik) manat məbləğində borcun və 152,78 (yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Volkswagen Passat” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti lizinq alanın sifariş etdiyi və həmin lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Volkswagen Passat” minik markalı (tip sedan, Ban: WVWZZZ3CZEP023900, rəngi qara metallik, buraxılış ili 2014-cü il) 99- AG-144 dövlət qeydiyyat nişanlı olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 19000 (on doqquz min) manat, o cümlədən lizinq obyektinin qiyməti 30000 (otuz min) manat təşkil etmişdir. Lizinq obyekti lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 23 (iyirmi üç) faiz olmaqla lizinqə verilmişdir. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 19 iyul 2022-ci il tarixli **********982 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Lizinq alan sonuncu dəfə 02 fevral 2021-ci il tarixində 2500 (iki min beş yüz) manat məbləğində ödəniş etmişdir. Cavabdeh 13 mart 2023-cü il tarixə borcu 14504,18 (on dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat əsas borc, 5805,93 (beş min səkkiz yüz beş manat doxsan üç qəpik) manat faiz borc, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 615,06 (altı yüz on beş manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 20925,17 (iyirmi min doqquz yüz iyirmi beş manat on yeddi qəpik) manat təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayənədəsi Nümayəndə2 Xeybər oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 14504,18 (on dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat əsas borc, 5805,93 (beş min səkkiz yüz beş manat doxsan üç qəpik) manat faiz borcu, lizinq müqaviləsinin 14.4-cü bəndinə əsasən lizinq ödənişlərinin qrafik üzrə gecikdirilməsinə görə 615,06 (altı yüz on beş manat altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 20925,17 (iyirmi min doqquz yüz iyirmi beş manat on yeddi qəpik) manat məbləğində borcun və 152,78 (yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması, lizinq obyekti olan “Volkswagen Passat” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan satıcı X2 ilə alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı arasında bağlanılmış 07 may 2019-cu il tarixli 204/LA nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı “Volkswagen Passat” minik markalı avtomobilin alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu müqavilənin 2.1 bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə edir. İş materiallarında olan lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən “Volkswagen Passat” minik markalı, tip sedan, ban WVWZZZ3CZEP023900, rəngi qara metallik, buraxılış ili 2014 olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 19000 (on doqquz) manat, o cümlədən avadanlığın dəyəri 30000 (otuz min) manat, lizinq mükafatı 0 (sıfır) manatdır. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən lizinq obyekti lizinqalana 36 ay müddətinə lizinq ödənişi illik 23% olmaqla lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən lizin alan tərəfindən 11000 (on bir min) manat miqdarında ilki ödəniş (avans) lizinq verən xeyrinə ödənilir. Həmin müqavilənin 14.4-cü bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə lizinq alan lizinq verənə hər gecikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Həmin müqavilənin 19.1-ci bəndinə əsasən bu müqavilənin müddəti bitdikdən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri və lizinq obyektinin satın alma dəyəri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçə bilər. lizinq obyektinin lizinq alana keçməsi və lizinq obyektinin satın alma dəyərinin müəyyən edilməsi lizinq alan və lizinq verən arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. İş materiallarında olan 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə 07 may 2019-cu il tarixli 1 nömrəli Əlavəyə əsasən lizinq obyektinə “Volkswagen Passat” minik markalı, tip sedan, ban WVWZZZ3CZEP023900, rəngi qara metallik, buraxılış ili 2014-cü il, dəyəri 30000 (otuz min) manat olan avtomobil daxildir. İş materiallarında olan 07 may 2019-cu il tarixli lizinq obyektinin təkrar təhvil-təslim aktından görünür ki, lizinq müqaviləsi üzrə ümumi dəyəri 30000 manat olan “Volkswagen Passat” minik markalı, ban WVWZZZ3CZEP023900, rəngi qara metallik, buraxılış ili 2014cü il olan avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 07 may 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh hər ay 735,48 (yeddi yüz otuz beş manat qırx səkkiz qəpik) manat olmaqla 36 ayadək, yəni 07 may 2022-ci il tarixinədək cəmi 26487,84 (iyirmi altı min dörd yüz səksən yeddi manat səksən dörd qəpik) manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 31 mart 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, 07 may 2019-cu il tarixli 204/LA saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 13 mart 2023-cü il tarixinə Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14504,18 (on dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat əsas borc, 5805,93 (beş min səkkiz yüz beş manat doxsan üç qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 615,06 (altı yüz on beş manat altı qəpik) manat olmaqla, cəmi 20925,17 (iyirmi min doqquz yüz iyirmi beş manat on yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 30 oktyabr 2024-cü il tarixli 9/5189 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə 07 may 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) və 13 iyun 2024-cü il tarixinə "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borc 14097,69 (on dörd min doxsan yeddi manat altmış doqquz qəpik) manat, mükafat borcu 1720,15 (min yeddi yüz iyirmi manat on beş qəpik), 13 iyun 2024-cü il tarixə əldə çıxmış fayda 1480,26 (min dörd yüz səksən manat iyirmi altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehin sifariş etdiyi təsviri 1 nömrəli Əlavədə göstərilən və ümumi dəyəri 30000 manat olan “Volkswagen Passat” minik markalı avtomobili öz mülkiyyətinə keçirərək, cavabdehin müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. 07 may 2019-cu il tarixli lizinq obyektinin təkrar təhvil-təslim aktına əsasən həmin avtomobil Cavabdeh təhvil verilmişdir. Ümumi 30000 manat olan lizinq obyektinin dəyərindən 11000 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 19000 manat təşkil etmişdir. Lakin cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək vaxtlı-vaxtında lizinq ödənişlərini etməmişdir. Buna görə də, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh həmin müqaviləni bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək lizinq verən "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və mükafat (faiz) borcunu ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə Cavabdeh əsas və mükafat borcu tutulmalı, iddiaçının xeyrinə tutulmalı olan əsas və mükafat borcunun məbləği müəyyən edilərkən 30 oktyabr 2024-cü il tarixli 9/5189 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbində 13 mart 2023-cü il tarixinə hesablanaraq tələb edilən 14504,18 (on dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat əsas, 5805,93 (beş min səkkiz yüz beş manat doxsan üç qəpik) manat məbləğində faiz (mükafat) borcu 30 oktyabr 2024-cü il tarixli 9/5189 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas və mükafat borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh ekspert rəyində qeyd edilən 14097,69 (on dörd min doxsan yeddi manat altmış doqquz qəpik) manat məbləğində əsas borc və 1720,15 (min yeddi yüz iyirmi manat on beş qəpik) manat məbləğində mükafat borcu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “615,06 (altı yüz on beş manat altı qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalı və 615,06 (altı yüz on beş manat altı qəpik) manat məbləğində cərimə Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia “Volkswagen Passat” minik markalı **- AG-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2017-ci il tarixli Qərarı). Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alan satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...(“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı). Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafı və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda iddiaçı tərəfin lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş bir ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyətinə uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır. Eyni zamanda, iddia ərizəsi və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ödəniş qrafikinə nəzər yetirildikdikdə aydın olur ki, iddiaçı lizinq məbləğini tam tələb etmişdir və müqavilənin müddəti 07 may 2022-ci il tarixdə bitmişdir. Lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur və onun bu tələbi irəli sürməsi yolverilən hesab edilmir. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “cavabdehdən 152,78 (yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 139,3 (yüz otuz doqquz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 14097,69 (on dörd min doxsan yeddi manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 1720,15 (min yeddi iyirmi manat on beş qəpik) manat məbləğində mükafat borcu, 615,06 (altı yüz on beş manat altı qəpik) manat məbləğində cərimə və 139,3 (yüz otuz doqquz manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16572,20 (on altı min beş yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 ( iki yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14097,69 (on dörd min doxsan yeddi manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 1720,15 (min yeddi yüz iyirmi manat on beş qəpik) manat məbləğində mükafat borcu, 615,06 (altı yüz on beş manat altı qəpik) manat məbləğində cərimə və 139,3 (yüz otuz doqquz manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16572,20 (on altı min beş yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-657/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-657/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver