Məhkəmə qərarları › İş №e-2-2(119)-658/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-658/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-658/2024 17.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN **********) 01 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aktlara əsasən Sumqayıt şəhərinin Metallurq küçəsində yerləşən sexə 2010-cu ildə hesablanmış 10871,4 manat, 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat, 2023-cu ilin sentyabr ayında hesablanmış 253,88 manat və 16472,09 manat olmaqla, ümumilikdə 98357,77 manat borcun İddiaçı məxsus **********00000 nömrəli abunə hesabından silinməsi və ödənilmiş 386 manat dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və Sumqayıt şəhərinin Metallurq küçəsində yerləşən sexdə qaydalara uyğun qazdan istifadə etmiş və istifadə edilən qazın pulunu vaxtında ödəmişdir. İddiaçının Qaz hesabı **********00000 nömrəli olmuşdur. Cavabdehin nümayəndələri iddiaçıya “bildiriş” verərək, qazdan istifadəyə görə 98357,77 manat borcun olduğunu bildirmişlər. İddiaçı yaranmış həmin borcu araşdırarkən Abonent Saldosunun “Qalıq və Aktlar” bölməsində 2010-cu ildə hesablanmış 10871,4 manat, 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat və 2023-cü ilin sentyabr ayında hesablanmış 253,88 manat olmaqla, ümumilikdə 81885,68 manat məbləğində borc yazılmasını müəyyən etmişdir. İddiaçı qalıq 16472,09 manat borcun isə necə hesablandığını müəyyən edə bilməmişdir. Halbuki, iddiaçı sayğac əsasında hesablanmış borcu tam ödəmişdir və qeyd olunan borcla bağlı məlumatı olmamışdır. Qeyd olunan borclarla bağlı Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə müraciət etdikdə isə, onlar borcun sayğacdan kənar əlavə xəttdən istifadə nəticəsində yarandığına görə yazıldığını bildirmişlər. Müəssisənin qaz sayğacında hec bir problem olmamış, həmişə normal işləmişdir. Sayğac müəssisədən kənar ərazidə, istənilən zaman cavabdehin işçilərinin baxa biləcəyi şəraitdə quraşdırılmışdır. Cavabdehin işçiləri demək olar ki, hər gün, istədikləri vaxt sayğaca baxır, hər ay hesab-faktura verirlər. Həmin hesab-fakturalarda sayğacın yazdığı qaz sərfiyyatı öz əksini tapır və həmin sərfiyyata əsasən ödəniş olunur. Sayğac işləməsəydi, cavabdehin işçiləri aşkar edər və bu barədə bildirərdilər. İddiaçı 2010-cu ildə hesablanmış 10871,4 manat, 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat və 2023-cu ilin sentyabr ayında hesablanmış 253,88 manat olmaqla, ümumilikdə cəmi 81885,68 manat yazılmış cərimələrlə bağlı tam məlumatsız olmuşdur və cavabdeh həmin cərimələri borc kimi göstərmişdir. Cavabdeh İstehslat Birliyi tərəfindən sexə ümumi olaraq aktlara əsasən 81885,68 manat qanunsuz borc yazılmışdır. Yazılmış cərimələr və 16472,09 manat əlavə borc qanunsuzdur, iddiaçı həmin cərimələrlə və borcla razı deyildir. İddiaçının ümumiyyətlə həmin borclarla bağlı məlumatı və xəbəri olmamışdır və ona görə də, ondan imtina edir. Qanunsuz yazılmış cərimələrin yazılması ilə bağlı tərtib olunmuş aktlar cavabdehdən tələb edilsə də, cavabdeh tərəf müxtəlif bəhanələr göstərərək, aktları iddiaçıya təqdim etməmişlər. Cavabdeh İB müəssisəyə əsassız borclar yazmaqla bir istehlakçı kimi iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də, aşağıda qeyd olunanlar cavabdeh tərəfindən sexə yazılmış 98357,77 manat borcun qanunsuz olmasını təsdiq edir. Cavabdeh tərəfindən tərtib edilmiş Abonentin Saldosu adlanan sənədə baxış keçirdikdə, tələb olunan borcun tam əsassız olması və mübahisə edilən borcun əsassız yazılması öz təsdiqini tapır. 2010-cu ildə yazılmış 10871,4 manat borcu araşdırdıqda, qeyd edilən ildə 38530 manat sayğacla qaz işlədilməsi öz əksini tapır. Sayğacla qaz işlədilən halda 10871,4 manat borc hansı səbəbdən yazılmışdır ? 2017-ci ilin iyul ayında yazılmış 57078,6 manat borcu araşdırdıqda qeyd edilən ayda 12786,6 manat sayğacla qaz işlədilməsi öz əksini tapır. Sayğacla qaz işlədildiyi halda 57078,6 manat borc hansı səbəbdən yazılmışdır ? 2022-ci ilin dekabr ayında yazılmış 13681,8 manat borcu araşdırdıqda qeyd edilən ayda 26893,9 manat sayğacla qaz işlədilməsi öz əksini tapır. Sayğacla qaz işlədildiyi halda 13681,8 manat borc hansı səbəbdən yazılmışdır ? 2023-cü ilin sentyabr ayında sayğacla qaz işlədildiyi halda akta əsasən 253,88 manat borc hansı səbəbdən yazılmışdır ? 16472,09 manat borc hansı səbəbdən yazılmışdır ?. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 5.2-ci bəndində qeyd olunmuşdur ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir) və istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Lakin, Cavabdeh İB qeyd olunan maddi hüquq normasına riayət etməyərək, sayğac sərfiyyatından əlavə guya sayğacdan kənar xəttdən istifadə nəticəsində hesabat aparılmasına əsasən sexə 81885,68 manat və 16472,09 manat əlavə borc yazmışdır. Həmin 98357,77 manat borcun isə heç bir hüquqi əsası yoxdur, əsassızdır. Cavabdeh İBnin Sumqayıt Qaz İdarəsi müraciətlərə laqeyd yanaşır, 98357,77 manat borcların sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə üçün yazıldığını bildirirlər. Lakin, bu barədə heç bir sənəd təqdim etmirlər. Əgər onların qeyd etdiyi kimi müəssisədə sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə halı olmuşdursa, onda Cavabdeh İB-nin əməkdaşları bunu yoxlama zamanı aşkar etmişlər. Lakin, Müəssisədə yoxlama olması və akt tərtib edilməsi ilə bağlı heç bir məlumat yoxdur. Yoxlama barədə iddiaçıya bildiriş və yoxlamanın Ədliyyə Nazirliyində reyestrdə qeydiyyatdan keçməsi ilə bağlı çıxarış təqdim olunmamışdır. Belə olan halda yoxlama keçirilsə də belə, bu yoxlamanın nəticələrinin hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh İB tərəfindən mülkiyyətdə olan qeyri-yaşayış sahəsində yoxlama keçirilərkən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh İB tərəfindən mülkiyyətdə olan qeyri-yaşayış sahəsində aparılan yoxlamalar X4 Reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar ona heç bir bildiriş verilməmişdir. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçıya aid Abonent Saldosu məlumatlarına əsasən məlum olur ki, 2010-cu ilin sentyabr ayınadək olan 10871,4 manat istifadə olunmuş təbii qazın dəyərindən 4500 manatı həmin ilin oktyabr ayında ödənilmiş, qalıq borc isə 6371,4 qalmışdı və həmin ilin dekabr ayınadək 3853 manat təbii qazdan istifadə edilmiş, nəticədə 10224,4 manat debitor borc yaranmışdır. İddiaçı 2011-ci ilin sentyabr ayında isə 3224,4 manat ödəniş etmiş və həmin tarixə qalıq borc 7000 manat olmuşdur. Həmin borcdan 1400 manat dekabr ayında, 2600 manat isə 2012-ci ilin aprel ayında ödənilməklə, 2012-ci ilin aprel ayına cəmi 3000 manat borc qalıq qalmışdır. 2016-cı ilin yanvar ayında qeyd olunan 3000 manat borc tam ödənilmiş və cari ay təbii qazdan istifadə edilməklə 13493 m3, yəni 1349,3 manat borc yaranmışdır. Bu da onu göstərir ki, abonentin 2016-cı ilin yanvar ayınadək olan borcu tam olaraq ödənilmiş və yalnız 2016-cı ilin yanvar ayında istifadə edilmiş 1349,3 manat cari ayın borcu qalmışdır. Lakin Saldodan görünür ki, abonent 2016-cı ildən 2021-ci ilədək istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməməklə, yəni aylar üzrə sayğac göstəricisinə əsasən, istifadə etdiyi təbii qazın dəyərini sabit ödənişlərlə ödəməməklə, onun 2021-ci ilin sonuna 46154,97 manat debitor borcu qalmış və həmin borcdan 2021-ci ilin dekabr ayında istifadə edilmiş 19293,34 manat sərfiyyat çıxıldıqda, cəmi 26861,63 manat debitor borc qalmışdır. Həmin borcdan 2022-ci ilin yanvar ayında 20300 manat ödəmiş, qalıq borc olan 6561,63 manatı isə tam ödəmədiyi üçün, həmin vaxtdan etibarən debitor borc yaranmışdır. Nəticədə, abonent 2022-ci ildə aylar üzrə təbii qazdan istifadə etmiş, lakin istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyi üçün həmin ilin oktyabr ayına 44666,58 manat borcu yaranmış, həmin borcdan 26610,36 manat ödəməklə 18056,22 manat qalıq borc qalmış və həmin ay istifadə etdiyi 21163,12 manat cari ayın borcu hesablanmaqla, ümumilikdə noyabr ayına 39219,34 manat borcu yaranmışdır. Abonentə məxsus obyektin qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman, sərfiyyatın düzgün hesablanmadığı aşkarlanmış və bu barədə 13681,8 manat itirilmiş qazın dəyəri hesablanaraq 2022-ci ilin dekabr ayında Abonent Saldosunda qeyd olunmuşdur. Həmin ilin noyabr ayına 39219,34 manat debitor borc, dekabr ayına 26893,9 manat qazın sərfiyyatı və 13681,8 manat itirilmiş qazın dəyəri hesablanmaqla və həmin ay 12896,81 manat ödəniş etdiyi üçün ümumilikdə 2022-ci ilin dekabr ayına 66898,23 manat borc yaranmışdır. Müəssisənin sahibi İddiaçı tərəfindən 26 iyul 2023-cü il tarixli Razılaşma Protokoluna əsasən borcun ödənilməsi barədə öhdəlik götürülmüş, lakin o, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. 2023-cü ilin yanvar ayı 21802,58 manat ödəniş edilmiş, qalıq borc isə tam ödəmədiyi üçün, həmin vaxtdan etibarən debitor borc yaranmış və nəticədə, 2023-cü ilin noyabr ayınadək istifadə edilmiş təbii qazın dəyəri və 13681,8 manat itirilmiş qazın dəyəri hesablanmaqla, ümumilikdə 97460,45 manat noyabr ayına borc yaranmışdır. Debitor borcun təsdiq olunması barədə tərəflər arasında 31 dekabr 2023-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktı 97460,45 manatla təsdiq edilmişdir. Sahibkarlıq sahəsində aparılan X4 reyestrindən keçməklə, cavabdehin əməkdaşları tərəfindən, İddiaçı məxsus obyektə baxış keçirilmiş və 31 yanvar 2024-cü il tarixli akt tərtib edilərək qeyd olunan nöqsanlar yazılmışdır. Cavabdeh İB-nin Metralogiya Departamentinin rəyinə əsasən, sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 24908 m3 qaz həcmi elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, 892,32 manat itirilmiş qazın dəyəri hesablanmış və tərəfindən ödənilməlidir. Lakin, hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Ona görə də, 2023-cü ilin noyabr ayınadək istifadə edilmiş 97460,45 manat debitor borc və 892,32 manat itirilmiş qazın dəyəri hesablanmaqla, ümumilikdə 2024-cü ilin fevral ayına 98352,77 (doxsan səkkiz min üç yüz əlli iki manat 77 qəpik) manat debitor borc yaranmışdır. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddia tələbinin təmin edilərək, Cavabdeh tərəfindən aktlara əsasən Sumqayıt şəhərinin Metallurq küçəsində yerləşən sexə 2010-cu ildə hesablanmış 10871,4 manat, 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat, 2023-cu ilin sentyabr ayında hesablanmış 253,88 manat və 16472,09 manat olmaqla, ümumilikdə 98357,77 manat borcun İddiaçı məxsus **********00000 nömrəli abunə hesabından silinməsi və ödənilmiş 386 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”larda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğuna görə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, iddia ərizəsində iddiaçıya məxsus Sumqayıt şəhərinin Metallurq küçəsində yerləşən sexə guya aktlara əsasən 2010-cu ildə hesablanmış 10871,4 manat, 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat, 2023-cu ilin sentyabr ayında hesablanmış 253,88 manat və 16472,09 manat olmaqla, ümumilikdə cəmi 98357,77 manat borcun silinməsi xahiş olunsa da, həmin silinməsi tələb edilən borcların bəziləri ümumiyyətlə akt üzrə hesablanmış borc deyildir. Digərlərini isə ödəmişdir və iddiaçının ümumilikdə silinməsini tələb etdiyi 98357,77 manat məbləğində borcun yalnız 31 yanvar 2024-cü il tarixli akt əsasında əlavə sərfiyyat olaraq hesablanaraq abonent saldosuna daxil edilmiş 892,32 manat məbləğində borc istisna olmaqla, qalan ödənilməmiş borc aktlar üzrə hesablanmış borc deyildir. Həmin borc iddiaçının son vaxtlar borcu müvafiq qaydada ödəmədiyi üçün yığılmış debitor borcudur. Belə ki, iddiaçıya məxsus obyektdə şüşə istehsal olunur və 2010-cu ildə Cavabdehndə təbii qazdan istifadənin qeydiyyatı və hesabatı ilə əlaqədar proqram təminatı dəyişdirildikdə iddiaçının 2010-cu ilin sentyabr ayınadək köhnə proqram dövründə ödənilməmiş 10871,4 manat məbləğində debitor borcu Abonent Saldosunun "Qalıq və aktlar" bölməsində göstərilmişdir. Çünki, proqram təminatı dəyişərkən qalıq borc olan 10871,4 manat məbləğində debitor borcu da Saldonun həmin bölməsində qalıq borc kimi qeyd olunmuşdur. Lakin, sonradan iddiaçı həmin borcu da aylıq sərfiyyatı ödəyərkən ödəmişdir və hal-hazırda həmin borc mövcud deyildir. 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat məbləğində borc isə həmin dövrdə aparılan yoxlama zamanı yazılmış olsa da, iddiaçı həmin borcu mübahisələndirməmiş və sonradan tamamilə ödəmişdir və halhazırda həmin borc mövcud deyildir. Ümumiyyətlə, iddiaçı əvvəlki borclarını tam ödəmiş və onun 2022-ci ilin noyabr ayında əvvəlcədən hesablanan ödənilməmiş borcu olmamışdır. 2022-ci ilin dekabr ayında isə sayğac tərəfindən hesabatın düzgün aparılmaması ilə əlaqədar tərtib edilmiş müvafiq akta əsasən itirilmiş qazın bərpası məqsədilə iddiaçıya 13681,8 manat məbləğində əlavə sərfiyyat borcu hesablanaraq Saldoya daxil edilmişdir. İddiaçı həmin borcu da mübahisələndirməmiş və sonradan debitor borclarla birlikdə ödəmişdir. 2023-cü ilin sentyabr ayında isə iddiaçıya heç bir akt yazılmamışdır və 2023-cü ilin sentyabr ayında Abonent Saldosunun "Qalıq və aktlar" bölməsində qeyd olunan 253,8 manat məbləğində borc aktla yazılmış borc deyildir və ola bilsin ki, hər hansı bir ödənilməmiş borcun qalıq hissəsidir ki, "Qalıq və aktlar" bölməsində qeyd olunmuşdur. Ümumiyyətlə, yuxarıda qeyd olunan borc məbləğlərinin heç birini iddiaçı tərəf mübahisələndirməmiş və hətta, 30 iyun 2022-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında” Üzləşdirmə Aktını, 12 avqust 2022-ci il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolunu, 26 iyul 2023-cü il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolunu və 31 dekabr 2023-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında” Üzləşdirmə Aktını imzalayıb-möhürü ilə təsdiq edən iddiaçı, yəni istehlakçı İddiaçı həmin dövrlərə olan bütün mövcud borc məbləğlərini qəbul edərək, onları ödəyəcəyi barədə müvafiq öhdəlik götürmüş və həqiqətən də, cari debitor borclarını ödəyərkən, həmin borcları da ödəmişdir. İddiaçının hazırkı iddia ərizəsində ümumilikdə silinməsini tələb etdiyi 98357,77 manat məbləğində borcun yalnız 31 yanvar 2024-cü il tarixli akt əsasında abonent saldosuna daxil edilmiş 892,32 manat məbləğində borc istisna olmaqla, qalan ödənilməmiş borc aktlar üzrə hesablanmış borc deyil, iddiaçının son vaxtlar borcu müvafiq qaydada ödəmədiyi üçün yığılmış debitor borcudur. Yəni, iddia ərizəsində silinməsi tələb olunan “16472,09 manat” məbləğində borcun yalnız 892,32 manat hissəsi 31 yanvar 2024-cü il tarixli akta əsasən hesablanmış əlavə sərfiyyat borcu olsa da, qalan hissəsi - istifadə olunmuş qazın dəyərinin müvafiq qaydada aylar üzrə tam ödənilmədiyi üçün yığılmış debitor borcların cəmidir. Həmin 31 yanvar 2024-cü il tarixli aktın tərtib edildiyi yoxlama isə dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadəsini, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Cavabdeh İstehlakçılara X7 Şöbəsinin böyük mühəndisi vəzifəsində işləyir və o, vəzifə səlahiyyətlərinə uyğun olaraq istehlakçı İddiaçı məxsus Sumqayıt şəhərinin Metallurq küçəsində yerləşən sexdə istifadə olunan təbii qaza görə yaranan borcdan məlumatlıdır. Cavabdeh Dövlət Neft Şirkətinin tərkibinə keçəndə 2010-cu ildə təbii qazın istifadəsi üzrə hesabatın aparan proqramda dəyişiklik edilmiş və əvvəlki “Foks Pro” proqramından “Avis” proqramına keçid edilmişdir. Proqram dəyişikliyi zaman köhnə proqramda ödənilməmiş borclar yeni proqram üzrə tərtib edilən Abonent Saldosunun “Qalıq və aktlar” qrafasında qeyd olunmuşdur. Buna görə də, abonent İddiaçı aid Abonent Saldosunun “Qalıq və aktlar” qrafasında 2010-cu ilin sentyabr ayında göstərilən 10871,4 manat manat məbləğində ilk borc qeydi – hər hansı bir akt üzrə yaranan borc deyil, köhnə proqramda mövcud olmuş ödənilməyən debitor borcunun qalığıdır. Abonent istifadə etdiyi təbii qazın dəyərini aylar üzrə tam ödəmədiyi üçün müxtəlif dövrlərdə müəyyən məbləğlərdə borcu yaranmış olsa da, sonradan qarşılıqlı razılaşmalarla Abonentin qazla təchizatı dayandırılmadan ona borcunu ödəməyə şərait yaradılmış və Abonent də aktla yazılan və yaxud debitor borclarının qalığını ödəmişdir. Bununla bağlı abonent İddiaçılə bir neçə dəfə qalıq borcların hissə-hissə ödənilməsi üçün Razılaşma Protokolları və X1 imzalanmışdır. Məsələn, İddiaçı Abonent Saldosu ilə müəyyən olunur ki, 2017-ci ilin iyul ayında təxminən 57000 manatlıq hesabat var və həmin məbləğ cərimə deyil, sayğacın arxiv yoxlamalarına əsasən itirilmiş qazın bərpası ilə əlaqədar olaraq hesablanmış sərfiyyatdır. Belə ki, növbəti dövlət yoxlamasına göndərilmış sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın elektron hissəsinin göstəriciləri silinmişdir. Buna görə də, sayğacın mexaniki göstəricilərinə əsasən yenidən hesabat aparılaraq, abonentə təqdim olunmuş və o, da həmin hesabatla razılaşaraq, bu pulu hissə-hissə tam ödəmişdir. Abonent Saldosu məlumatları ilə müəyyən olunur ki, iddia ərizəsində silinməsi tələb olunan 10871,4 manat və 57078,6 manat borc tam ödənilmişdir. Abonent saldosunda sayğacın göstəriciləri, sayğacın göstəricisinə əsasən qaz sərfləri, qalıq və aktlar qrafasında müxtəlif hesabatlar, qalan ödənişlər və ayın əvvəlinə, sonuna olan borclar göstərilir. Həmin məlumatlardan görünür ki, 2010-cu ilin sentyabr ayından etibarən Abonent Saldosunda hesabatı aparılan borclar müəyyən gecikmələr olsa da, hissə-hissə ödənmişdir. Lakin, ödəmələr istehlak olunan təbii qazın miqdarına uyğun aparılmadığı üçün 2024-cü ilin fevral ayına istehlakçı İddiaçı məxsus sexin 98352,77 manat məbləğində sərfiyyat borcu olmuşdur. Çünki, Abonent 2022-ci ilin yanvar ayından ödənişləri davamlı və tam etməmiş, müəyyən gecikmələr olmuş və hər ay üzrə sərf olunan qaza görə hesablanan borcun müəyyən bir hissəsini ödəməmişdir. Belə ki, 2022-ci ilin yanvar ayına Abonentin cəmi 44410,65 manat borcu olsa da, 20300 manat ödəniş etmişdir. İş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən istehlakçı İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyekti (sex) təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada “mexaniki” tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan qaz paylayıcısı Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsi və istehlakçı İddiaçı (abonent kodu: **********00000) tərəfindən imzalanaraq, möhürlənmiş “Qarşılıqlı hesablaşmalar haqqında” Üzləşdirmə Aktından görünür ki, Sumqayıt Qaz İstismar Sahəsi ilə istehlakçı fiziki şəxs İddiaçı (VÖEN **********) arasında qazın alqısatqısı üzrə yaranmış debitor borcun məbləği və aparılmış ödənişlərin 30 iyun 2022-ci il tarixədək olan dövrü əhatə edən qarşılıqlı üzləşdirməsi aparılmışdır. Həmin Aktda qeyd olunur ki, hesabat ilinin əvvəlinə, yəni 01 yanvar 2022-ci il tarixinə Abonentin ödənilməmiş borc qalığı 46154,97 manat məbləğində olmuş və 2022-ci ilin yanvar – iyun aylarında (6 ay ərzində) isə istehlak edilən təbii qaza görə cəmi 74690,88 manat məbləğində yeni (cari) sərfiyyat həmin qalıq borca əlavə edilmişdir. Eyni zamanda, həmin aylar ərzində Abonent isə cəmi 70300 manat məbləğində, yəni 2022-ci ilin yanvar ayında 20300 manat, fevral ayında 5500 manat, mart ayında 2000 manat, aprel ayında 20000 manat, may ayında 10000 manat və iyun ayında isə 12500 manat ödənişlər etmiş və 30 iyun 2022-ci il tarixinə istehlakçı İddiaçı ödənilməmiş qalıq borcu 50545,85 (əlli min beş yüz qırx beş manat 85 qəpik) manat məbləğində olmuşdur. İş materiallarında olan qaz paylayıcısı "Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi və istehlakçı İddiaçı tərəfindən imzalanaraq möhürlənmiş 12 avqust 2022ci il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolundan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********00000) istifadə etdiyi təbii qaza görə "Azəriqaz” İstehsalat Birliyi qarşısında 12 avqust 2022-ci il tarixinə 30545,85 manat məbləğində qalıq debitor borcunun olmasını qəbul etmiş və o, aylıq sərfıyyatların məbləğinin tam ödənilməsi şərtilə, 30545,85 manat məbləğində qalıq debitor borcunu üç ay müddətində, yəni 20 sentyabr 2022-ci il tarixdə 10181,95 manat, 20 oktyabr 2022-ci il tarixdə 10181,95 manat və 20 noyabr 2022-ci il tarixində 10181,95 manat olmaqla qaz paylayıcısı Cavabdeh İB-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, “İstehlakçı” bu Razılaşma Protokolunun tələblərinə uyğun olaraq “qalıq borcu üzrə ödəniş elmədiyi təqdirdə, gələcəkdə müəssisəyə təbii qazın verilməsinin bərpa edilməyəcəyini qəbul etməsi və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyi” barədə öhdəlik götürmüşdür. İş materiallarında olan qaz paylayıcısı "Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi və istehlakçı İddiaçı tərəfindən imzalanaraq möhürlənmiş 26 iyul 2023-cü il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolundan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********00000) istifadə etdiyi təbii qaza görə "Azəriqaz” İstehsalat Birliyi qarşısında 26 iyul 2023-cü il tarixinə 65457,11 manat məbləğində qalıq debitor borcunun olmasını qəbul etmiş və o, aylıq sərfıyyatların məbləğinin tam ödənilməsi şərtilə, ilkin ödəniş 28 iyul 2023-cü il tarixdə 14000 manat olmaqla, qalan 51457,11 manat debitor borcdan üç ay müddətində - 20 avqust 2023-cü il tarixindən etibarən 17152,37 manat olmaqla, qaz paylayıcısı Cavabdeh İB-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, istehlakçı İddiaçı həmin Razılaşma Protokolunun tələblərinə uyğun olaraq “qalıq borcu üzrə ödəniş elmədiyi təqdirdə, gələcəkdə müəssisəyə təbii qazın verilməsinin bərpa edilməyəcəyini qəbul etməsi və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyi” barədə öhdəlik götürmüşdür. İş materiallarında olan qaz paylayıcısı Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsi və istehlakçı İddiaçı (abonent kodu: **********00000) tərəfindən imzalanaraq, möhürlənmiş “Qarşılıqlı hesablaşmalar haqqında” Üzləşdirmə Aktından görünür ki, Sumqayıt Qaz İstismar Sahəsi ilə istehlakçı fiziki şəxs İddiaçı (VÖEN **********) arasında qazın alqısatqısı üzrə yaranmış debitor borcun məbləği və aparılmış ödənişlərin 31 dekabr 2023-cü il tarixədək olan dövrü əhatə edən qarşılıqlı üzləşdirilməsi aparılmış və həmin üzləşdirmənin nəticəsi hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. Həmin Aktda qeyd olunur ki, hesabat ilinin əvvəlinə, yəni 01 yanvar 2023-cü il tarixinə Abonentin ödənilməmiş borc qalığı 66898,23 manat məbləğində olmuş və 2023-cü ilin yanvar – dekabr aylarında (12 ay ərzində) isə istehlak edilən təbii qaza görə cəmi 136588,76 manat məbləğində yeni (cari) sərfiyyat həmin qalıq borca əlavə edilmişdir. Eyni zamanda, həmin aylar ərzində Abonent tərəfindən ümumilikdə cəmi 106026,54 manat məbləğində, yəni 2023-cü ilin yanvar ayında 21802,58 manat, fevral ayında 8465,82 manat, mart ayında 22760,39 manat və aprel ayında 14669,08 manat məbləğində ödənişlər edilmişdir. Lakin, 2023-cü ilin may və iyun aylarında qaz sərfiyyatı, yəni istehlakı olsa da, heç bir ödənişlər həyata keçirilməmişdir. Bundan sonra isə, yəni iyul ayında 26321,67 manat və avqust ayında 12007 manat məbləğində ödənişlər olunmuşdur. Yekun olaraq, 31 dekabr 2023-cü il tarixinə istehlakçı İddiaçı ödənilməmiş qalıq borcu cəmi 97460,45 (doxsan yeddi min dörd yüz altmış manat 45 qəpik) manat məbləğində olmuşdur. İş materiallarında olan, Sumqayıt şəhəri ərazisində yerləşən və “sex” kimi fəaliyyət göstərən sahibkarlıq obyektinin təbii qazla təmin olunması ilə əlaqədar istehlakçı İddiaçı adına qeydiyyata alınmış Abonentin Saldosundan (abonent kodu **********00000), yəni İddiaçı məxsus **********00000 nömrəli abonent koduna aid 24 aprel 2024-cü il tarixli Hesabdan Çıxarışda (2010-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövrü əhatə edir) mövcud olan məlumatlarla müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsində (sexdə) 2010-cu ildə qaz sərfi (istehlakı) ümumilikdə 147244 m3 miqdarında olsa da, 2011-ci ildə və 2012-ci ildə qaz sərfiyyatı (istehlakı) qeydə alınmamış, yəni mövcud olmamışdır. Bundan sonra isə, həmin Saldoda olan məlumatlardan görünür ki, 2016-cı ildə qaz sərfi (istehlakı) cəmi 569821 m3 miqdarında, 2017-ci ildə qaz sərfi cəmi 970468 m3 miqdarında, 2018-ci ildə qaz sərfi cəmi 660698 m3 miqdarında, 2019-cu ildə qaz sərfi cəmi 584173 m3 miqdarında, 2020-ci ildə qaz sərfi cəmi 976152 m3 miqdarında, 2021-ci ildə qaz sərfi cəmi 802463 m3 miqdarında, 2022-ci ildə qaz sərfi cəmi 842760 m3 miqdarında və 2023-cü ildə isə qaz sərfi cəmi 620858 m3 miqdarında olmuşdur. Bundan başqa, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsində (sexdə) 2010-cu ildə qaz sərfinin dəyəri 3853 manat məbləğində olsa da, həmin il cəmi 4500 manat məbləğində ödəniş edilmişdir. 2011-ci il ərzində qaz sərfi olmasa da, həmin il cəmi 4624 manat məbləğində ödəniş edilmişdir. 2012-ci il ərzində qaz sərfi olmasa da, həmin il cəmi 2600 manat məbləğində ödəniş edilmişdir. 2016-cı ildə qaz sərfinin dəyəri 56982,1 manat məbləğində olsa da, həmin il cəmi 45185 manat məbləğində ödəniş edilmişdir. 2017-ci ildə qaz sərfinin dəyəri 118963,2 manat məbləğində olsa da, həmin il cəmi 128372,1 manat məbləğində ödəniş edilmişdir. 2018-ci ildə qaz sərfinin dəyəri 132139,6 manat məbləğində olsa da, həmin il cəmi 148600 manat məbləğində ödəniş edilmişdir. 2019-cu ildə qaz sərfinin dəyəri 116834,6 manat məbləğində olsa da, həmin il cəmi 138601,93 manat məbləğində ödəniş edilmişdir. 2020-ci ildə qaz sərfinin dəyəri 195230,4 manat məbləğində olsa da, həmin il cəmi 183976,57 manat məbləğində ödəniş edilmişdir. 2021-ci ildə qaz sərfinin dəyəri 167926,88 manat məbləğində olsa da, həmin il cəmi 157264,81 manat məbləğində ödəniş edilmişdir. 2022-ci ildə qaz sərfinin dəyəri 171725,4 manat məbləğində olsa da, həmin il cəmi 164663,94 manat məbləğində ödəniş edilmişdir. 2023-cü ildə qaz sərfinin dəyəri 136334,88 manat məbləğində olsa da, həmin il cəmi 106026,54 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən edilir ki, həmin Saldonun "Qalıq və aktlar" bölməsində 2010-cu ilin sentyabr ayında 10871,4 manat məbləğində qaz sərfi üzrə borc göstərilmiş və həmin məbləğ 2010-cu ilin yekununda qeyd olunsa da, sonrakı dövrlərdə həmin məbləğ qeyd olunmamışdır. Bundan əlavə, həmin Saldonun "Qalıq və aktlar" bölməsində 2016-cı ilin iyul ayında 57078,6 manat məbləğində qaz sərfi üzrə borc göstərilmiş və həmin məbləğ 2017-ci ilin yekununda qeyd olunsa da, sonrakı dövrlərdə həmin məbləğ qeyd olunmamışdır. Bundan əlavə, həmin Saldonun "Qalıq və aktlar" bölməsində 2022-ci ilin dekabr ayında 13681,8 manat məbləğində qaz sərfi üzrə borc göstərilmiş və həmin məbləğ 2022-ci ilin yekununda qeyd olunsa da, sonrakı dövrlərdə həmin məbləğ qeyd olunmamışdır. Bundan əlavə, həmin Saldonun "Qalıq və aktlar" bölməsində 2023-cü ilin sentyabr ayında 253,88 manat məbləğində qaz sərfi üzrə borc göstərilmiş və həmin məbləğ 2023-cü ilin yekununda da qeyd olunmuşdur. Bundan əlavə, həmin Saldonun "Qalıq və aktlar" bölməsində 2024-cü ilin yanvar ayında 892,32 manat məbləğində qaz sərfi üzrə borc qeyd olunmuşdur. Bundan başqa, həmin Abonent Saldosu ilə müəyyən olunur ki, 31 yanvar 2024-cü il tarixli ******* nömrəli Akta əsasən 2024-cü ilin yanvar ayında istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına (abonent kodu: **********00000) birdəfəlik cəmi 892,32 (səkkiz yüz doxsan iki manat 32 qəpik) manat məbləğində borc hesablanaraq, "Qalıq və aktlar" bölməsinə daxil edilmişdir. Eyni zamanda, həmin Abonent Saldosundan görünür ki, 2024-cü ilin fevral ayında istehlakçı İddiaçı (abonent kodu: **********00000) qalıq borcu cəmi 98352,77 (doxsan səkkiz min üç yüz əlli iki manat 77 qəpik) manat məbləğində olmuşdur. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS-14-2-2/3-5-1174-1 nömrəli Aktdan görünür ki, 26 oktyabr 2023cü il tarixli "xxxx" İB-nin 14-2-2/3-5-11174-1 nömrəli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Sumqayıt şəhər Xidmət sahəsinin ərazisində fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-100 markalı 80115685 nömrəli turbin tipli Elster qaz sayğacı 02 noyabr 2023-cü il tarixində xətdən çıxarılmış (Forma-2 №9036407), 27 noyabr 2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmiş və Aktda göstərilir ki, “ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb, impuls ötürücü normaldır. Termonaqilin bir hissədən izolyasiya qatı pozulub. Gövdənin tıxacına, vurulan qurğuşun plombun üzərində heç bir informasiya yoxdur (mənşəyi məlum deyil). Sayğaca Hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Ehtiyat batareya quraşdırıldı, korrektor 10 sentyabr 2023-cü il tarixində sönüb. Batareya yoxlandı, gərginlik 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş və mexaniki hissədən keçən 24908 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanılma: gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı: sızma yoxdu, temperatur və təzyiq çeviriciləri normaldır, impuls ötürücüsü nasazdır”. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 31 yanvar 2024-cü il tarixində təsdiq edilmiş və “İstehlakçı: f/ş İddiaçı”, “ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi”, “Fəaliyyət növü: şüşə istehsalı”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, (baxışın keçirilmə tarixi və saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “Cavabdeh İB-nin Metralogiya Departamentinin rəyinə əsasən, sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 24908 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır”- qeydi aparılmışdır (həmin Akt istehlakçı (abonent) İddiaçı tərəfindən imzalanmamışdır). İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli KY2420757 nömrəli “Sahibkarlıq sahəsində X4 Reyestri”ndən Çıxarışdan görünür ki, 24 yanvar 2024-cü il tarixində yoxlayıcı orqan Cavabdeh tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinin subyekti olan İddiaçı məxsus “şüşə istehsakl sexin”ndə yoxlama müddəti - “24 yanvar 2024-cü ildən 26 yanvar 2024-cü ilədək” olmaqla, “Sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” məqsədilə keçirilən yoxlama Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Cavabdeh “İstehlakçılara X7” Şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş 31 yanvar 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “f/ş İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Sumqayıt şəhəri, Metallurq küç. ev 44”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-11174-1 №-li Aktına əsasən G-100 markalı 80115685 №li sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 24908 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır.” qüsuruna görə - G-100 markalı qaz sayğacın ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 24908 m3, əmsal 1,17 qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 4056 m3 həcmində müəyyən edilmişdir (əsas: - 31 yanvar 2024-cü il tarixli ******* nömrəli Akt). Eyni zamanda, məhkəmə araşdırmasi zamanı iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, 13 iyul 2017-ci il tarixli SS-29/1640-1499-1 nömrəli “Qeyriəhali qaz sayğacının yoxlanması haqqında” Akt əsasında istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına 2017-ci ilin iyul ayında 57078,6 manat məbləğində və 2022-ci ilin dekabr ayında isə digər bir akt əsasında isə 13681,8 manat məbləğində borc hesablanaraq, Abonent Saldosunun "Qalıq və aktlar" bölməsində qeyd olunmuşdur. Lakin, istehlakçı İddiaçı aid məlum Abonent Saldosunun "Qalıq və aktlar" bölməsində 2010-cu ilin sentyabr ayında qeyd olunan 10871,4 manat və 2023-cü ilin sentyabr ayında qeyd olunan 253,88 manat məbləğində borcların isə hər hansı bir tərtib edilmiş Aktı əsasında hesablanması müəyyən olunmamışdur. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar iddiaçı tərəfindən Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuş və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən İddiaçı tərəfindən Dövlət Büdcəsinə 385,07 (üç yüz səksən beş manat 07 qəpik) manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsində İddiaçı məxsus Sumqayıt şəhərinin Metallurq küçəsində yerləşən sexin **********00000 nömrəli abunə hesabından “2010-cu ildə hesablanmış 10871,4 manat, 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat, 2023-cu ilin sentyabr ayında hesablanmış 253,88 manat və 16472,09 manat olmaqla, ümumilikdə 98357,77 manat borcun silinməsi” xahiş edilmiş olsa da, işin konkret halları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində mübahisələndirilən “2010-cu ildə hesablanmış 10871,4 manat və 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat” məbləğində borclar ödənilmiş, “2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat və 2023-cu ilin sentyabr ayında hesablanmış 253,88 manat” məbləğində borclar üzrə müəyyən ödənişlər edilməklə, ümumən həmin borclar da digər ödənilməyən borclarla birlikdə müvafiq olaraq “istehlakçı” olaraq İddiaçı tərəfindən imzalanaraq-möhürlənmiş 26 iyul 2023-cü il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolu və 31 dekabr 2023-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında” Üzləşdirmə Aktı əsasında etiraf edilməklə qəbul olunmuşdur. Çünki, tərəflər arasında imzalanmış həmin 26 iyul 2023-cü il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolunun (sonuncu) məzmunu ilə müəyyən olunur ki, istehlakçı İddiaçı (abonent kodu: **********00000) istifadə etdiyi təbii qaza görə "Azəriqaz” İstehsalat Birliyi qarşısında 26 iyul 2023-cü il tarixinə 65457,11 manat məbləğində qalıq debitor borcunun olmasını qəbul etmiş və o, aylıq sərfıyyatların məbləğinin tam ödənilməsi şərtilə, ilkin ödəniş 28 iyul 2023-cü il tarixdə 14000 manat olmaqla, qalan 51457,11 manat debitor borcdan üç ay müddətində - 20 avqust 2023-cü il tarixindən etibarən 17152,37 manat olmaqla, qaz paylayıcısı Cavabdeh İB-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür (hətta, “İstehlakçı” bu Razılaşma Protokolun tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş elmədiyi təqdirdə, gələcəkdə müəssisəyə təbii qazın verilməsinin bərpa edilməyəcəyini qəbul etməsi və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyi” barədə öhdəlik götürmüşdür). Lakin, Abonent Saldosu məlumatlarından görünür ki, iddiaçı tərəfindən məlum Razılaşma üzrə götürdüyü öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən, həmin borcun tam ödənilməsi təmin olunmamış və həmin Razılaşmadan sonra istifadə edilmiş və ödənilməmiş qazın dəyəri də həmin borca əlavə olunmuşdur. Belə ki, Abonent Saldosu ilə müəyyən olunur ki, istehlak olunmuş qaz sərfiyyatına görə 2023-cü ilin iyul ayının əvvəlinə olan cəmi 91778,78 manat məbləğində qalıq borcdan 2023-cü ilin iyul ayında iddiaçı tərəfindən 26321,67 manat məbləğində ödəniş edildikdən sonra (91778,78 – 26321,67 = 65457,11) ödənilməmiş 65457,11 manat məbləğində qalıq borcun hissə-hissə ödənilməsi üçün qaz paylayıcısı "Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi və istehlakçı İddiaçı tərəfindən məlum 26 iyul 2023-cü il tarixli "Debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolu imzalanaraq möhürlənmişdir. Lakin, iddiaçıya məxsus məlum sahibkarlıq obyektində 2023-cü ilin iyul ayı ərzində 19310,28 manat məbləğində, avqust ayı ərzində 14494,04 manat məbləğində, sentyabr ayı ərzində 9952,14 manat və 253,88 manat məbləğində təbii qaz sərfiyyatları olsa da, onun tərəfindən yalnız bir dəfə, yəni 2023-cü ilin avqust ayında cəmi 12007 manat məbləğində ödəniş edilmiş və bununla da, 2023-cü ilin noyabr ayında yekun qalıq borc 97460,45 manat məbləğində olmuşdur (65457,11 + 19310,28 + 14494,04 + 9952,14 + 253,88 – 12007 = 97460,45). Eyni zamanda, iddiaçı (istehlakçı) İddiaçı tərəfindən imzalanıb-möhürlənməklə təsdiq edilmiş 31 dekabr 2023-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında” Üzləşdirmə Aktı ilə də təsdiq olunur ki, onun 01 yanvar 2023-cü il tarixinə ödənilməmiş borc qalığı 66898,23 manat məbləğində olsa da, 31 dekabr 2023-cü il tarixinə ödənilməmiş qalıq borcu cəmi 97460,45 manat məbləğində olmuşdur. Yəni, İddiaçı həmin Aktı (tərəflər arasında imzalanmış sonuncu X2) təsdiq etməklə istifadə etdiyi qaza görə 31 dekabr 2023-cü ildə cəmi 97460,45 manat məbləğində ödənilməmiş qalıq borcunun olmasını qəbul etmişdir. Lakin, bundan sonra onun tərəfindən heç bir ödəniş edilməyərək, hər hansı bir qaz sərfiyyatı qeydə alınmasa da, Abonent Saldosunun “Qalıq və aktlar” bölməsindən görünür ki, 2024-cü ilin yanvar ayında 31 yanvar 2024-cü il tarixli Akt əsasında əlavə sərfiyyat olaraq 892,32 (səkkiz yüz doxsan iki manat 32 qəpik) manat məbləğində birdəfəlik borc hesablanmış və həmin borc da onun 97460,45 manat məbləğində ödənilməmiş borcuna əlavə edildiyindən, 2024-cü ilin fevral ayı üçün onun cəmi borc məbləği 98352,77 manat məbləğində olmuşdur. Göründüyü kimi, işin konkret halları və yuxarıda təsvir olunanlarla, o cümlədən də tərəflər arasında imzalanaraq-təsdiq edilmiş qarşılıqlı hesablaşmalar haqqında Üzləşdirmə Aktları və debitor borcların ödənilməsi barədə Razılaşma Protokolları ilə müəyyən olunur ki, "2010-cu ildə hesablanmış 10871,4 manat, 2017-ci ilin iyul ayında hesablanmış 57078,6 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 13681,8 manat və 2023-cu ilin sentyabr ayında hesablanmış 253,88 manat borcun silinməsi" hissəsində iddia tələbinin əsaslılığı sübuta yetmədiyindən və həmin tələb məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 31 yanvar 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında əlavə sərfiyyat kimi hesablanaraq, 2024-cü ilin yanvar ayında Abonent Saldosunun “Qalıq və aktlar” bölməsində qeyd olunmuş 892,32 manat məbləğində borcun hesablanmasının əsaslılığı və qanuniliyi sübut olunmadığından, iddia tələbinin silinməsi tələb olunan “16472,09 manat borc” hissəsinin tərkibinə daxil olan həmin 892,32 manat məbləğində borc silinməlidir. Çünki, yoxlamanın keçirildiyi tarix və vaxt göstərilməsə də, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 31 yanvar 2024-cü il tarixində təsdiq edilmiş 31 yanvar 2024-cü il tarixli ******* nömrəli Aktın (31 yanvar 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə də 31 yanvar 2024-cü il tarixli ******* nömrəli Akta istinad olunmuşdur) tərtib edilməsi və əlavə sərfiyyat olaraq 892,32 manat məbləğində borcun hesablanması ilə nəticələnmiş baxış (yoxlama) - Sahibkarlıq sahəsində X4 Reyestrində qeydiyyata alınmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf həmin yoxlamanın Sahibkarlıq sahəsində X4 Reyestrində qeydə alınmasını təsdiq edən sənəd kimi məhkəməyə 24 yanvar 2024-cü il tarixli KY2420757 nömrəli “Sahibkarlıq sahəsində X4 Reyestri”ndən Çıxarış təqdim etsə də, həmin Çıxarış məlumatları ilə müəyyən olunur ki, sahibkarlıq fəaliyyətinin subyekti olan İddiaçı məxsus “şüşə istehsalı sexin”ndə yoxlama - müddəti “24 yanvar 2024-cü ildən 26 yanvar 2024-cü ilədək” olmaqla, Vahid Məlumat Reyestrində qeydiyyatdan keçirilmişdir. Halbuki, əlavə sərfiyyat olaraq 892,32 manat məbləğində borcun hesablanmasının əsası olan 31 yanvar 2024-cü il tarixli ******* nömrəli Aktda sahibkarlıq obyektində məlum yoxlamanın məhz “24 yanvar 2024-cü ildən 26 yanvar 2024-cü ilədək” olan dövr ərzində keçirildiyi təsdiq olunmur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X4 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X4 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X4 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X4 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 31 yanvar 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə sexə (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq 892,32 (səkkiz yüz doxsan iki manat 32 qəpik) manat məbləğində əlavə borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 31 yanvar 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (sexə) (abonent kodu: **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 892,32 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, təmin olunmuş iddia tələbinə mütənasib olaraq Cavabdehndən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 yanvar 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (sexə) (abonent kodu: **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 892,32 (səkkiz yüz doxsan iki manat 32 qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar