Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-659/2021 19.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə, Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən 155000 züy) əlli beş min) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, 20 sentyabr 2018-ci il tarixində "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 47 nömrəli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Daha sonra, eyni tərəflər arasında müqaviləyə əlavə kimi 08 oktyabr 2018ci il və 11 oktyabr 2018-ci il tarixli Qiymətlərin razılaşdırma protokolları imzalanmışdır. Həmin protokollara əsasən, cavabdeh iddiaçıdan 102000 kq Polypropylene Resin PPR Topilene R200P (X GRADE) və Polypropylene Resin PPR Topilene R200P sifariş vermiş və onun əvəzinə iddiaçıya 139740 züy) otuz doqquz min yeddi yüz qırx) ABŞ Dolları və 143820 züy) qırx üç min səkkiz yüz iyirmi) ABŞ Dolları, ümumilikdə isə 283560 (iki yüz səksən üç min beş yüz altmış) ABŞ Dolları dəyəri ödəməyə öz öhdəsinə götürmüşdür. 25.12.2018-ci il və 28.12.2018-ci il tarixli 04, 05 və 06 saylı Təhvil-təslim aktlarına əsasən, həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Müqavilənin şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, cavabdeh ödənişin yalnız bir hissəsini icra edib, qalan hissəni isə indiyə qədər ödəməyib. İddiaçı cavabdehə 08.10.2018-ci il və 11.10.2018-ci il tarixlərdə 56 və 78 saylı hesab-faktura göndərmişdir. Ərizəyə əlavə edilmiş hesabdan çıxarışlara əsasən, cavabdeh iddiaçıya müxtəlif tarixlərdə 19586 (on doqquz min beş yüz səksən altı) ABŞ Dolları, 13974 (on üç min doqquz yüz yetmiş dörd) ABŞ Dolları, 15000 (on beş min) ABŞ Dolları, 50000 (əlli min) ABŞ Dolları və üç dəfə 10000 (on min) ABŞ Dolları pul ödəmişdir. İddiaçı Müqavilə üzrə üzləşmə aktı tərtib etmiş, həmin üzləşmə aktına əsasən cavabdehin cəmi 155000 züy) əlli beş min) ABŞ Dolları borcun olduğu müəyyən edilmişdir. Həmin üzləşmə aktı cavabdehin ünvananına göndərilməsinə baxmayaraq, həmin aktın imzalanmasından cür bə cür bəhanələrlə boyun qaçırmışdır. Hər bir halda, Müqavilənin 4.2-ci maddəsinə əsasən, Qaimə-faktura tərtib olunduqdan və imzalandıqdan sonra mallar qəbul edilmiş hesab edilir və bundan sonra alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Beləliklə, iddiaçı tərəfindən 26.04.2021-ci il tarixdə hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, 20 sentyabr 2018-ci il tarixli 47 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə cavabdehin 155000 züy) əlli beş min) ABŞ Dolları borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehə 12 aprel 2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu cavabdeh tərəfindən 15 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınımaqdadır. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442 və 448.1-ci maddələrinə istinad etməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əsaslandırıcı hissə Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan “satıcı” "xxxx" MMC “alıcı” "X1" MMC arasında bağlanmış 20.09.2018-ci il tarixli, 47 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin Əlavələrində göstərilmiş malların alıcıya satılmasını, alıcı isə həmin malların dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı malların dəyərinin alınması və Alıcı tərəfindən müqavilə ilə onun üzərinə qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüqununa malikdir. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş qaydada malların dəyərini satıcıya ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən qaimə faktura tərtib olunduqdan və imzalandıqdan sonra mallar qəbul edilmiş sayılır və bundan sonra alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə müəyyən olunan öhdəliklərinin icrasına görə məsuliyyət daşıyırlar. "xxxx" MMC ilə "X1" MMC arasında bağlanmış 08.10.2018-ci il və 11.10.2018-ci il tarixli Qiymətlərin razılaşdırma protokollarından görünür ki, cavabdeh iddiaçıdan 102000 kq Polypropylene Resin PPR Topilene R200P (X GRADE) və Polypropylene Resin PPR Topilene R200P almış və iddiaçıya 08.10.2018-ci il tarixli protokola əsasən 139740 züy) otuz doqquz min yeddi yüz qırx) ABŞ Dolları, 11.10.2018-ci il tarixli protokola əsasən isə 143820 züy) qırx üç min səkkiz yüz iyirmi) ABŞ Dolları dəyərində malları almaqla malların dəyərinin 10%-ni mallar təhvil verildikdə, 90%-ni isə mallar təhvil verildikdən sonra 60 (altmış) gün müddətində satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 11.10.2018-ci il tarixli, 78 nömrəli və 08.10.2018-ci il tarixli 56 nömrəli hesab-fakturalarından görünür ki, müvafiq olaraq 143820 züy) qırx üç min səkkiz yüz iyirmi) ABŞ Dolları və 139740 züy) otuz doqquz min yeddi yüz qırx) ABŞ Dolları məbləğində olan mallar cavabdeh "X1" MMC-yə təqdim edilmişdir. İş materiallarında olan 25.12.2018-ci il tarixli 04 nömrəli, 25.12.2018-ci il tarixli 05 nömrəli və 28.12.2018-ci il tarixli 06 nömrəli Təhvil-təslim aktlarına əsasən, 143820 ABŞ Dolları, 104805 ABŞ Dolları və 34935 ABŞ Dolları dəyərində olan mallar cavabdeh tərəfindən təhvil alınmışdır. 26.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh "X1" MMC tərəfindən müqavilə üzrə müxtəlif tarixlərdə cəmi 114586 ABŞ Dolları və 13974 ABŞ Dolları məbləğində ödəniş edilmiş, ümumilikdə 155000 ABŞ Dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilə əsasında İddiaçı MMC tərəfindən cavabdeh "X1" MMC-yə müvafiq mallar satılmış, lakin cavabdeh həmin malların dəyərini tam ödəməyərək, 155000 züy) əlli beş min) ABŞ dolları borclu qalmıddır. Cavabdehə borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə ödənilməmiş 155000 züy) əlli beş min) ABŞ dolları tutularaq İddiaçınə ödənilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 155000 züy) əlli beş min) ABŞ dolları və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-659/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-659/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver