Məhkəmə qərarları › İş №e-2-2(119)-663/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-663/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-663/2021 27.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 16 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, 17 noyabr 2017-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (bundan sonra “Cavabdeh”) İddiaçı (bundan sonra “İddiaçı”) arasında 32 nömrəli Alqı-Satqı Müqaviləsi (bundan sonra (”əlivaqüM“ imzalanmışdır. Daha sonra, eyni tərəflər arasında müqaviləyə əlavələr kimi müvafiq X2 imzalanmışdır. Həmin Protokollara əsasən, Cavabdeh İddiaçıdan müxtəlif malları (bundan sonra “Mallar”) sifariş vermiş və malların əvəzinə İddiaçıya protokollarda göstərilən dəyəri ödəməyi öz öhdəsinə götürmüşdür. Mallar Cavabdehə Müqavilənin şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, Cavabdeh ödənişin yalnız bir hissəsini icra edib, qalan hissəni isə indiyə qədər ödəməyib. Ərizəyə əlavə edilmiş müvafiq hesabdan çıxarışlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçıya müxtəlif tarixlərdə əsas borcdan 10979,57 (on min doqquz yüz yetmiş doqquz manat 57 qəpik) manat, ƏDV borcundan isə 18584,36 (on səkkiz min beş yüz səksən dörd manat 36 qəpik) manat pul ödəmişdir. İddiaçı Müqavilə üzrə Üzləşmə aktı tərtib etmiş və həmin üzləşmə aktına əsasən Cavabdehin cəmi 97416,17 (doxsan yeddi min dörd yüz on altı manat 17 qəpik) manat borcu olduğu müəyyən edilmişdir. Həmin Üzləşmə aktı Cavabdehin ünvanına göndərilməsinə baxmayaraq, Cavabdeh həmin aktın imzalanmasından cürbəcür bəhanələrlə boyun qaçırmışdır. Hər bir halda, Müqavilənin 4.2-ci bəndinə əsasən, Qaiməfaktura tərtib olunduqdan və imzalandıqdan sonra Mallar qəbul edilmiş hesab edilir və bundan sonra Alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Beləliklə, iddiaçı tərəfindən hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş Maliyyə arayışına əsasən, 17 noyabr 2017-ci il tarixli 32 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə Cavabdehin 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat borcu yaranmışdır. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə Cavabdehə 12 aprel 2021-ci il tarixdə Pretenziya məktubu göndərilmiş və həmin Pretenziya məktubu Cavabdeh tərəfindən 15 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınmaqdadır. Beləliklə, indiki halda Cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən İddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 97416,87 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli 32 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış 25 iyun 2019-cu il tarixli, 17 sentyabr 2019-cu il tarixli, 31 oktyabr 2019-cu il tarixli, 18 noyabr 2019-cu il tarixli, 09 yanvar 2020-ci il tarixli, 10 yanvar 2020-ci il tarixli, 16 yanvar 2020-ci il tarixli, 17 yanvar 2020-ci il tarixli, 22 yanvar 2020-ci il tarixli, 17 fevral 2020-ci il tarixli, 25 fevral 2020-ci il tarixli və 15 sentyabr 2020-ci il tarixli X1 şərtlərinə uyğun olaraq müvafiq qaydada tərtib və təqdim edilmiş hesab-fakturalar və elektron qaimələr əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə müqavilədə nəzərdə tutulan müxtəlif növ Mallar satılmış və həmin alqı-satqıya görə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə ümumilikdə cəmi 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində (96631,28 manat satılmış malların dəyərinə görə borc + 785,59 manat ödənilməmiş ƏDV borcu = 97416,87 manat) ödənilməmiş borcu qalmışdır (qeyd olunan həmin hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Alqı-Satqı Müqaviləsi, X2, hesab-fakturalar, elektron qaimələr və digər maliyyə-hesabat sənədləri ilə təsdiq olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 17 noyabr 2017-ci il tarixli 32 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında imzalanmış X2 üzrə almış olduğu müxtəlif növ məhsullara görə Cavabdeh tərəfindən cəmi 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində pul vəsaiti İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 97416,87 manat məbləğində borcun cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 17 noyabr 2017-ci il tarixli 32 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə alınmış müxtəlif növ məhsullara görə ödənilməmiş cəmi 97416,87 manat məbləğində borcun cavabdeh Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 97416,87 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 97446,87 (doxsan yeddi min dörd yüz qırx altı manat 87 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar