Məhkəmə qərarları › İş №e-2-2(119)-665/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-665/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-665/2025 22.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Fəxrəddin oğlu arasında bağlanmış 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli və 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilələrin ləğv edilməsi, Cavabdeh Fəxrəddin oğlundan 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində əsas borc, 2677,69 (iki min altı yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4435,69 (dörd min dörd yüz otuz beş manat altmış doqquz qəpik) manat məbləğində borcun və 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 2782 (iki min yeddi yüz səksən iki) manat məbləğində əsas borc, 3921,87 (üç min doqquz yüz iyirmi bir manat səksən yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6703,87 (altı min yeddi yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Fəxrəddin oğlu arasında bağlanmış 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli və 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 03 sentyabr 2024-cü il tarixə 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 1758 (min yeddi yüz əlli səkkiz) manat əsas borc, 2677,69 (iki min altı yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4435,69 (dörd min dörd yüz otuz beş manat altmış doqquz qəpik) manat və 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 2782 (iki min yeddi yüz səksən iki) manat əsas borc, 3921,87 (üç min doqquz yüz iyirmi bir manat səksən yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 6703,87 (altı min yeddi yüz üç manat səksən yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Baki Şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2(011)- 8093/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 15 yanvar 2025-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək Cavabdeh Fəxrəddin oğlundan 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində əsas borc, 2677,69 (iki min altı yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4435,69 (dörd min dörd yüz otuz beş manat altmış doqquz qəpik) manat məbləğində borcun və 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 2782 (iki min yeddi yüz səksən iki) manat məbləğində əsas borc, 3921,87 (üç min doqquz yüz iyirmi bir manat səksən yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6703,87 (altı min yeddi yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli e e-2(005)- 969/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair e-2(005)- 969/2025 saylı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 22 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında hər müqavilə üzrə 500 manat ödəniş etdiyini bildirmiş və məhkəmədən cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 6550 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikasını (“TS-24” markalı taxıl səpən) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən 660 (altı yüz altmış) manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh lizinq verənə borcunun son ödəniş tarixi 2020-ci ilin 4-cü rübü olmaqla müvafiq rüblər və illər üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 iyul 2014-cü il tarixli 1583/ü nömrəli əmrinə əsasən Cavabdeh 21 iyul 2014-cü il tarixli sifarişinə və "xxxx" ASC ilə bağlanmış 21 iyul 2014-cü il tarixli 1048-L/l4 nömrəli Lizinq müqaviləsinə əsasən 1 ədəd TS-24 markalı taxıl səpən Cavabdeh lizinqə verilməsi əmr edilmişdir. İş materiallarında olan 24 iyul 2014-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil-qəbulu barədə akta əsasən ümumi dəyəri 6550 manat olan “TS-24” markalı taxıl səpən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafikinə əsasən lizinq alan Cavabdeh 2677,69 (iki min altı yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində əsas borc və 2677,69 (iki min altı yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4435,69 (dörd min dörd yüz otuz beş manat altmış doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 9400 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikasını (1 ədəd AGGD-25 mala diskli ağır qoşulan) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən Sspesifikasiyada göstərilən 940 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh lizinq verənə borcunun son ödəniş tarixi 17 avqust 2021-ci il olmaqla müvafiq rüblər və illər üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 avqust 2015-ci il tarixli 3781/ü nömrəli əmrinə əsasən Cavabdeh Fəxrəddin oğlunun 18 avqust 2015-ci il tarixli sifarişinə və "xxxx" ASC ilə bağlanmış 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd AGGD-25 mala diskli ağır qoşulanın Cavabdeh lizinqə verilməsi əmr edilmişdir. İş materiallarında olan 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafikinə əsasən lizinq alan Cavabdeh 3921,87 (üç min doqquz yüz iyirmi bir manat səksən yeddi qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh 2782 (iki min yeddi yüz səksən iki) manat məbləğində əsas borc, 3921,87 (üç min doqquz yüz iyirmi bir manat səksən yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 6703,87 (altı min yeddi yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh 1258 (min iki yüz əlli səkkiz) manat məbləğində əsas borcu və 2677,90 (iki min altı yüz yetmiş yeddi manat doxsan qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3959,69 (üç min doqquz yüz əlli doqquz manat altmış doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh 2282 (iki min iki yüz səksən iki) manat məbləğində əsas borcu və 3921,87 (üç min doqquz iyirmi bir manat səksən yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6203,87 (altı min iki yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN: **********) arasında “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli və 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilələr bağlanmış, lizinq verən tərəfindən kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri həyata keçirilməmişdir. Buna görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında lizinq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də göstərilən lizinq müqavilələri üzrə lizinq ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh iddiaçının xeyrinə “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində əsas borcun və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 2782 (iki min yeddi yüz səksən iki) manat məbləğində əsas borcun tutulması” hissəsində qismən təmin edilməli, iddiaçı tərəfindən təqdim edilmiş 22 aprel 2025-ci il tarixli maliyyə arayışları mötəbər sübut kimi əsas götürülməli, “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 1258 (min iki yüz əlli səkkiz) manat məbləğində əsas borc və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 2282 (iki min iki yüz səksən iki) manat məbləğində əsas borc Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 2677,69 (iki min altı yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat məbləğində cərimənin və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 3921,87 (üç min doqquz yüz iyirmi bir manat səksən yeddi qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləği azaldılmalı, 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə Cavabdeh iddiaçının xeyrinə 63 (altmış üç) manat, 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə isə 115 (yüz on beş) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh (VÖEN **********) “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 1258 (min iki yüz əlli səkkiz) manat məbləğində əsas borc, 63 (altmış üç) manat məbləğində cərimə və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 2282 (iki min iki yüz səksən iki) manat məbləğində əsas borc, 115 (yüz on beş) manat məbləğində cərimə olmaqla, cəmi 3718 (üç min yeddi on səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Cavabdeh iddianın təmin edilən hissəsinə uyğun olaraq hesablanmış 57,18 (əlli yeddi manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 21 iyul 2014-cü il tarixli 1048-L/14 nömrəli müqavilə üzrə 1258 (min iki yüz əlli səkkiz) manat məbləğində əsas borc, 63 (altmış üç) manat məbləğində cərimə və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 18 avqust 2015-ci il tarixli 1495-L/15 nömrəli müqavilə üzrə 2282 (iki min iki yüz səksən iki) manat məbləğində əsas borc, 115 (yüz on beş) manat məbləğində cərimə olmaqla, cəmi 3718 (üç min yeddi on səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 57,18 (əlli yeddi manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar