Məhkəmə qərarları › İş №e-2-2(119)-666/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-666/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-666/2024 06.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc, 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində penya və 143,5 (yüz qırx üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17741,2 (on yeddi min yeddi yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Mətanət A” şirkəti ilə bağladığı 19 iyun 2022-ci il tarixli 554/22 nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən malların verilməsindən 30 (otuz) gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulları götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmişdir. Onunla 15 iyul 2023-cü il tarixində imzalanmış Öhdəliklərin qarşılıqlı tanınması aktları tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat borc qalığını ödəməmişdir. Cavabdeh tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 06 may 2024-cü il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh İddiaçındən alqı-satqı müqaviləsi üzrə mallar aldığını, iddia ərizəsində qeyd olunan əsas borc məbləğini qəbul etdiyini bildirmiş, məhkəmədən cərimə məbləğinin silinməsini xahiş etmişdir. O, işi mövsümi xarakter daşıdığı üçün iddiaçıya may-avqust aylarında ödəniş edə biləcəyini qeyd etmişdir. Lakin Cavabdeh hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. . Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 19 iyun 2022-ci il tarixli 554/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 30 (otuz) gündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilir. Həmin müqavilənin 6.2-ci bəndinə görə bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5 %-i həcmində peniya ödəyir. İş materiallarında olan satıcı İddiaçı nümayəndəsi və alıcı Cavabdeh tərəfindən imzalanmış 15 iyul 2023-cü il tarixli, 12203 nömrəli Öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən 21 iyul 2023-cü il tarixinə alıcı Cavabdeh satıcı İddiaçınə 5477,97 (beş min dörd yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) manat borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan satıcı İddiaçı nümayəndəsi və alıcı Cavabdeh tərəfindən imzalanmış 15 iyul 2023-cü il tarixli, 12299 nömrəli Öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən 21 iyul 2023-cü il tarixə alıcı Cavabdeh satıcı İddiaçınə 2506,4 (iki min beş yüz altı manat qırx qəpik) manat borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan satıcı İddiaçı nümayəndəsi və alıcı Cavabdeh tərəfindən imzalanmış 15 iyul 2023-cü il tarixli, 12318 nömrəli Öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən 21 iyul 2023-cü il tarixə alıcı Cavabdeh satıcı İddiaçınə 814,48 (səkkiz yüz on dörd manat qırx səkkiz qəpik) manat borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 19 iyun 2022-ci il tarixli 554/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmıış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək müxtəlif dəyərdə müxtəlif məhsulları Cavabdeh samışdır. Lakin Cavabdeh almış olduğu məhsullara görə 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində borcu iddiaçıya ödənməmişdir. Buna görə də, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərək ödənilməmiş 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borcun, 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində penyanın və 143,5 (yüz qırx üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 19 iyun 2022-ci il tarixli 554/22 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində penyanın tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penyanın məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 440 (dörd yüz qırx) manat məbləğində penya tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 143,5 (yüz qırx üç manat əlli qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 112,39 (yüz on iki manat otuz doqquz qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 112,39 (yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas bоrc, 440 (dörd yüz qırx) manat məbləğində penya və 112,39 (yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9351,24 (doqquz min üç yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8798,85 (səkkiz min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas bоrc, 440 (dörd yüz qırx) manat məbləğində penya və 112,39 (yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9351,24 (doqquz min üç yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar