Məhkəmə qərarları › İş №e-2-2(119)-675/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-675/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-675/2024 15.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3625,79 (üç min altı yüz iyirmi beş manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 61,26 (altmış bir manat iyirmi altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 may 2021ci il tarixli, AAC-111/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehnə üyüdülmüş əhəng məhsulu verilib. Həmin malların dəyərinin bir hissəsi ödənilsə də, hazırda cavabdehin İddiaçınə 3625,79 (üç min altı yüz iyirmi beş manat yetmiş doqquz qəpik) məbləğində borcu mövcuddur. Müqavilənin 4.3-cü bəndinə əsasən cavabdehə 500 (beş yüz) manat dəbbə pulu hesablanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı 11 mart 2024-cü il tarixli pretenziya ünvanlanmış, lakin borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 08 may 2021-ci il tarixli, AAC-111/2021 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə görə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi və təqdim edilmə qaydası bu cür sifarişdə müəyyənləşdirilir Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrlə (qiymət spesifikasiyaları və qiymət razılaşdırma protokolları) əsasında müəyyən edilir. Mala görə ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini hər növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0,1%-i həcmində dəbbə pulu ödəyir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 08 may 2021-ci il tarixli, AAC-111/2021 nömrəli alqı-satqı müqaviləsinin 01 saylı əlavəsi olan Qiymət spesifikasiyasında satılan üyüdülmüş əhəngin, taxta altlıq (paletin) və nəqliyyat vasitəsi ilə daşımanın qiyməti müəyyənləşdirilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3413,98 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBB seriyalı 961378 nömrəli, 1729,41 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBB seriyalı 961382 nömrəli, 3468,96 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBD seriyalı 706029 nömrəli, 2910,59 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBH seriyalı 137859 nömrəli, 3125,35 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBK seriyalı 378927 nömrəli, 3202,05 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli, EBBM seriyalı 556794 nömrəli, 3051,72 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli, EBBO seriyalı 389238 nömrəli, 4087,40 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBBP seriyalı 831753 nömrəli, 4124,45 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBBR seriyalı 216018 nömrəli, 4150,06 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBBS seriyalı 639132 nömrəli, 4230,54 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBBU seriyalı 231565 nömrəli, 3956,19 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBBW seriyalı 902596 nömrəli, 850,54 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBCB seriyalı 904246 nömrəli, 3765,97 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBCB seriyalı 904043 nömrəli, 3601,36 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı 280967 nömrəli, 3625,79 manat dəyərində malın satılması ilə əlaqədar 23 iyun 2023-cü il tarixli EBDİ seriyalı 500062 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli qarşılıqlı hasablaşmalar haqqında üzləşmə aktından görünür ki, 05 iyun 2023-cü il tarixinə alıcı Cavabdeh satıcı İddiaçınə 3601,36 (üç min altı yüz bir manat otuz altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 03 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə ümumi dəyəri 53294,36 manat olan mal təhvil verilmiş, cavabdeh tərəfindən 49668,57 manat ödəniş olunmuşdur. Hal-hazırda cavabdehin 3625,79 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 08 may 2021-ci il tarixli, AAC-111/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliklərini icra edərək müvafiq malları cavabdehə təhvil vermiş, lakin Cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş borcun Cavabdehndən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdehndən 3625,79 (üç min altı yüz iyirmi beş manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borcun tutularaq İddiaçınə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 180 (yüz səksən) manat məbləğində cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin “cavabdehdən 61,26 (altmış bir manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də qismən təmin olunmalı və Cavabdehndən hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 58,06 (əlli səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 3625,79 (üç min altı yüz iyirmi beş manat yetmiş doqquz qəpik) manat məbləğində əsas bоrc, 180 (yüz səksən) manat məbləğində cərimə və 58,06 (əlli səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3863,85 (üç min səkkiz yüz altmış üç manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3625,79 (üç min altı yüz iyirmi beş manat yetmiş doqquz qəpik) manat məbləğində əsas bоrc, 180 (yüz səksən) manat məbləğində cərimə və 58,06 (əlli səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3863,85 (üç min səkkiz yüz altmış üç manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar