Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-679/2025 23.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 Xeybər oğlunun iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20063,62 (iyirmi min altmış üç manat altmış iki qəpik) manat məbləğində əsas borc, 20631,34 (iyirmi min altı yüz otuz bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 13,74 (on üç manat yetmiş dörd qəpik) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1777,23 (min yeddi yüz yetmiş yeddi manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 42485,93 (qırx iki min dörd yüz səksən beş manat doxsan üç qəpik) manat məbləğində borcun və 217,46 (iki yüz on yeddi manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh qanuni sahibliyinə və istifadəsinə verilmiş “Mersedes Benz CLS350” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanaraq lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən “Mersedes Benz CLS350” minik markalı (Tip sedan, Ban: WDD2183591A053377, rəngi: qara, buraxılış ili: 2012-ci il), ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 39500 (otuz doqquz min beş yüz) manat, lizinq obyektinin dəyəri isə 60000 (altmış min) manat təşkil etmişdir. Lizinq obyekti lizinq alana 36 ay müddətinə və illik 23 faiz lizinq ödənişi ödəmək şərti ilə lizinqə verilmişdir. Lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektinə sahiblik və istifadə etməsinə görə lizinq verənə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmişdir. Lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə edib-etməməsindən aslı olmayaraq ödəniş cədvəli ilə müəyyən edilmiş tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. Lizinq müqaviləsinin 14.4-cü bəndinə əsasən lizinq alan bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, lizinq verən lizinq alandan hər gecikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1 faizi miqdarında dəbbə pulu ödənilməsini tələb etmək hüququ vardır. Lizinq alan lizinq müqaviləsi üzrə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar lizinq verən tərəfindən lizinq alana dəfələrlə şifahi müraciətlər olunmasına və 31 yanvar 2024-cü il tarixli **********304 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq lizinq alan lizinq ödənişlərinin ödənilməsini təmin etməmiş və xx.xx.2022-ci il tarixdə isə banka 5000 (beş min) manat məbləğində sonuncu ödənişini etdikdən sonra ödənişləri tam dayandırmışdır. Bu səbəbdən də Cavabdeh 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə 26 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi borcu 42485,93 (qırx iki min dörd yüz səksən beş manat doxsan qəpik) manat təşkil edir. Bundan 20063,62 (iyirmi min altmış üç manat altmış iki qəpik) manat əsas borc, 20631,34 (iyirmi min altı yüz otuz bir manat otuz dörd qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 13,74 (on üç manat yetmiş dörd qəpik) manat cərimə və 1777,23 (min yeddi yüz yetmiş yeddi manat iyirmi üç qəpik) manat müqavilə müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-cü il tarixli Plenum Qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 21 may 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, cavabdehdən 20063,62 (iyirmi min altmış üç manat altmış iki qəpik) manat məbləğində əsas borc, 20631,34 (iyirmi min altı yüz otuz bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 1790,97 (min yeddi yüz doxsan manat doxsan yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 42485,93 (qırx iki min dörd yüz səksən beş manat doxsan üç qəpik) manat məbləğində borcun və 217,46 (iki yüz on yeddi manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh qanuni sahibliyinə və istifadəsinə verilmiş “Mersedes Benz CLS350” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayənədəsi Nümayəndə3 Xeybər oğlu “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən “Mersedes Benz CLS350” markalı, tipi sedan, ban nömrəsi WDD2183591A053377, rəngi qara, buraxılış ili 2012-ci il olan minik avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 39500 (otuz doqquz min beş yüz) manat, o cümlədən avadanlığın dəyəri 60000 (altmış min) manat, lizinq mükafatı 0 (sıfır) manatdır. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən lizinq obyekti lizinqalana 36 ay müddətinə lizinq ödənişi illik 23% olmaqla lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır. Həmin müqavilənin 14.4-cü bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə lizinq alan lizinq verənə hər gecikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Həmin müqavilənin 19.1-ci bəndinə əsasən bu müqavilənin müddəti bitdikdən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri və lizinq obyektinin satın alma dəyəri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçə bilər. Lizinq obyektinin lizinq alana keçməsi və lizinq obyektinin satın alma dəyərinin müəyyən edilməsi lizinq alan və lizinq verən arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. İş materiallarında olan 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə 19 aprel 2019-cu il tarixli 1 nömrəli Əlavəyə əsasən lizinq obyektinə “Mersedes Benz CLS350” minik markalı, tipi sedan, ban nömrəsi WDD2183591A053377, rəngi qara, buraxılış ili 2012-ci il olan avtomobil daxildir. İş materiallarında olan 19 aprel 2019-cu il tarixli lizinq obyektinin təhvil-təslim protokolundan görünür ki, lizinq müqaviləsi üzrə “Mersedes Benz CLS350” minik markalı, ban nömrəsi WDD2183591A053377, rəngi qara, buraxılış ili 2012-ci il olan, **-AZ-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahibliyinə verilmişdir. İş materiallarında olan 19 aprel 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh 35 ay 1529,03 (min beş yüz iyirmi doqquz manat üç qəpik) manat və 1 ay 1552,42 (min beş yüz əlli iki manat qırx iki qəpik) manat olmaqla ümumilikdə 36 ayadək, yəni 19 aprel 2022-ci il tarixinədək cəmi 55068,47 (əlli beş min altmış səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, 19 aprel 2019-cu il tarixli 193/LA saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 26 yanvar 2024-cü il tarixinə Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20063,62 (iyirmi min altmış üç manat altmış iki qəpik) manat məbləğində əsas borc, 20631,34 (iyirmi min altı yüz otuz bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1777,23 (min yeddi yüz yetmiş yeddi manat iyirmi üç qəpik) manat məbləğində, 13,74 (on üç manat yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 42485,93 (qırx iki min dörd yüz səksən beş manat doxsan üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 29 sentyabr 2025-ci il tarixli 9/3228 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə 19 aprel 2022-ci il tarixə "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu 20156,6 (iyirmi min yüz əlli altı manat altmış qəpik) manat, mükafat borcu 17947,64 (min yeddi yüz iyirmi manat on beş qəpik), 26 yanvar 2024-cü il tarixə əsas borcu 20156,6 (iyirmi min yüz əlli altı manat altmış qəpik) manat, mükafat borcu 19730,94 (on doqquz min yeddi otuz manat doxsan dörd qəpik) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehin sifariş etdiyi təsviri 1 nömrəli Əlavədə göstərilən və ümumi dəyəri 60000 manat olan “Mersedes Benz CLS350” minik markalı avtomobili öz mülkiyyətinə keçirərək, cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. 19 aprel 2019-cu il tarixli lizinq obyektinin təhvil-təslim protokoluna əsasən həmin avtomobil Cavabdeh təhvil verilmişdir. Lakin cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək vaxtlıvaxtında lizinq ödənişlərini etməmişdir. Buna görə də, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh həmin müqaviləni bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək lizinq verən "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və mükafat (faiz) borcunu ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilməmiş 20063,62 (iyirmi min altmış üç manat altmış iki qəpik) manat məbləğində əsas borc Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, 19 aprel 2019-cu il tarixli 193/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 29 sentyabr 2025-ci il tarixli 9/3228 nnömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbində 20631,34 (iyirmi min altı yüz otuz bir manat otuz dörd qəpik) manat məbləğində borcu 29 sentyabr 2025-ci il tarixli 9/3228 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh ekspert rəyində qeyd edilən müqavilə müddəti üçün hesablanmış 17947,64 (on yeddi min doqquz yüz qırx yeddi manat altmış dörd qəpik) manat məbləğində faiz borcu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “1790,97 (min yeddi yüz doxsan manat doxsan yeddi qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla və cərimə məbləği azaldılaraq 1000 (min) manat məbləğində cərimə Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia “Mersedes Benz CLS350” minik markalı **-AZ-*** qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə cavabdehdən alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması” hissəsində təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 19.1-ci bəndinə əsasən bu müqavilənin müddəti bitdikdən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri və lizinq obyektinin satın alma dəyəri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçə bilər. Həm müqavilə şərtlərindən, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. İddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən lizinq alanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Yəni lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur və onun bu tələbi irəli sürməsi yolverilən hesab edilmir. Lizinq müqaviləsi üzrə bütün lizinq müddəti ərzində ödənilməli olan lizinq məbləği tutulduğundan iddia lizinq obyektinin geri qaytarılması hissəsində təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “217,46 (iki yüz on yeddi manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 207,03 (iki yüz yeddi manat üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 20063,62 (iyirmi min altmış üç manat altmış iki qəpik) manat məbləğində əsas borc,17947,64 (on yeddi min doqquz yüz qırx yeddi manat altmış dörd qəpik) manat məbləğində mükafat borcu, 1000 (min) manat məbləğində cərimə və 207,03 (iki yüz yeddi manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39218,29 (otuz doqquz min iki yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20063,62 (iyirmi min altmış üç manat altmış iki qəpik) manat məbləğində əsas borc, 17947,64 (on yeddi min doqquz yüz qırx yeddi manat altmış dörd qəpik) manat məbləğində mükafat borcu, 1000 (min) manat məbləğində cərimə və 207,03 (iki yüz yeddi manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39218,29 (otuz doqquz min iki yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-679/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-679/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver