Məhkəmə qərarları › İş №e-2-2(119)-682/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-682/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-682/2022 08.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 16 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13900 (on üç min doqquz yüz) manat alınaraq İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 2019-cu ilin aprel ayında Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən İddiaçı tərəfindən ümumilikdə 19300 manat dəyərində olan 300 qutu “Russkiy Uzor” və “Kabachok” adlı araq məhsulları hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh satılmışdır. Həmin alqı-satqı üzrə yaranmış borcun 5450 manatı ödəniilmiş olsa da, pulun qalan hissəsi ödənilməmişdir. Satıcı İddiaçı MMC bu pulun qalan hissəsinin də alınması üçün dəfələrlə qarşı tərəfə müraciət etmiş olsa da, bu müraciətlər heç bir nəticə verməmiş və buna görə də, iddiaçı həmin borcun alınması üçün məcbur olaraq polis orqanlarına müraciət etmişdir. Lakin, polis orqanında aparılan araşdırma zamanı bu mübahisənin mülki mübahisə olması qənaətinə gəlindiyinə görə şikayət üzrə cinayət işinin başlanması rədd edilmiş və satıcı MMC-yə bu borcla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəməyə müraciət edilənədək cavabdehə qalıq borcun ödənilməsi üçün müraciətlər və iddiaçı tərəfin təşəbbüsü ilə keçirilən mediasiya prosesi də müsbət nəticələnməmiş və cavabdeh yenə də məlum alqı-satqı üzrə yaranmış qalıq borcunu ödəməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh izahatı ilə müəyyən olunmuşdur ki, polis orqanında araşdırma aparılarkən yuxarıda qeyd olunan borcdan daha 1400 manat məbləğində pul ödənilmiş və bununla da, tərəflər arasında baş tutmuş 19300 manat dəyərində alqı-satqı üzrə cavabdehin hal-hazırda cəmi 12450 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddiaçı tərəf mediasiya xidmətinə görə ödənilmiş haqqın cavabdehdən tutulmasını tələb etmir və Cavabdeh İddiaçı xeyrinə yalnız 12450 manat məbləğində qalıq borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərməsi üçün adına müvafiq qaydada VÖEN açıldığını və həmin VÖEN əsasında Abşeron rayonu ərazisində yerləşən “Yelkən” şadlıq evinin işlədilməsi ilə əlaqədar İddiaçındən cəmi 19300 manat dəyərində araq məhsulları alındığını və həmin alqı-satqı üzrə əvvəlcə 5450 manat, daha sonra isə polisə şikayət olunduğu vaxt 1400 manat məbləğində pul vəsaitinin İddiaçınə ödənildiyini və hal-hazırda 12450 manat məbləğində ödənilməmiş borcun qaldığını təsdiq etdi və iddia tələbi üzrə 12450 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh (VÖEN **********) ƏDV daxil cəmi 6775,56 (altı min yeddi yüz yetmiş beş manat 56 qəpik) manat (5742 manat malın dəyəri + 1033,56 manat ƏDV) dəyərində olmaqla, müxtəlif spirtli içki məhsullarının satılması barədə 08 aprel 2019-cu il tarixli EAAS 708423 nömrəli Elektron Qaimə, ƏDV daxil cəmi 4517,04 (dörd min beş yüz on yeddi manat 04 qəpik) manat dəyərində (3828 manat malın dəyəri + 689,04 manat ƏDV) olmaqla, müxtəlif spirtli içki məhsullarının satılması barədə 15 aprel 2019-cu il tarixli EAAT 089277 nömrəli Elektron Qaimə və ƏDV daxil cəmi 2740,20 (iki min yeddi yüz qırx manat 20 qəpik) manat dəyərində (2322,20 manat malın dəyəri + 418 manat ƏDV) olmaqla, müxtəlif spirtli içki məhsullarının satılması barədə 23 aprel 2019-cu il tarixli EAAT 499971 nömrəli Elektron Qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, “satıcı” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “alıcı” Cavabdeh (VÖEN **********) arasında spirtli içki məhsullarının alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçınə ümumilikdə cəmi 12450 (on iki min dörd yüz əlli) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Belə ki, hazırkı iddia ərizəsində “ödənilməmiş 13900 manat məbləğində borcun” Cavabdeh tutulması xahiş olunsa da, 08 sentyabr 2022ci ildə keçirilən məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi cavabdehin məhkəmə iclasında vermiş olduğu “19300 manat məbləğində borcdan əvvəlcə 5450 manat, daha sonra isə 1400 manat məbləğində pul vəsaitinin” ödənilməsi barədə izahatını mübahisələndirməyərək və həmin izahatda qeyd olunan ödəniş məbləğləri ilə razılaşaraq, Cavabdeh hal-hazırda 12450 (on iki min dörd yüz əlli) manat məbləğində ödənilməmiş borcu qaldığını bildirmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, hazırkı iddia ərizəsində mediasiya xərcinin cavabdehdən tutulması tələb edilməmiş və eyni zamanda, bununla əlaqədar məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi də mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlarla və eyni zamanda, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında vermiş olduqları izahatları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında baş tutmuş alqı-satqı üzrə sonuncu öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin alqı-satqı üzrə ödənilməmiş 12450 (on iki min dörd yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 12450 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, Cavabdeh müharibə veteranıdır və ona görə də, müharibə veteranlarının məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olmaları nəzərə alınaraq, hazırkı iddia ərizəsi üzrə Cavabdeh dövlət rüsumu tutulmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 12450 (on iki min dörd yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar