Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-69/2020 19.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-69/2020 nömrəli mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 848 (səkkiz yüz qırx səkkiz) manat əsas borc, 2604,4 (iki min altı yüz dörd manat 40 qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3482,4 (üç min dörd yüz səksən iki manat 40 qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 gəlmiş, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh isə gəlməmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh Zərdab rayonunun Körpükənd kəndində rəsmi qeydiyyatda olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) rəsmi qeydiyyat ünvanı Zərdab rayonunun Körpükənd kəndidir və cavabdehin qeydiyyatda olduğu ərazi vahidi, yəni Zərdab rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxil deyildir. Çünki, Zərdab rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 44-45, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-69/2020 nömrəli mülki iş ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-69/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-69/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver