Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-691/2024 26.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 04 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Firmasından təhvil verilmiş mallara görə 35601,22 manat məbləğində borc, 13275 manat məbləğində maddi ziyan, ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə cəmi 49202,22 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Firması arasında malların alqı-satqısına dair 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin Müqavilə əsasında “Quarizite-Silika Raming (astar)” və “Silika Sands” malları (məhsullar) alıcının ünvanında öhdəlik üzrə cavabdehə təhvil verilnmişdir. Verilmiş malların müqavilədə göstərilən satış qiymətləri ilə ümumi dəyəri 38601,22 manat olmuş, malların keyfiyyətinə və ya digər hallara dair hər hansı çatışmazlıq qeydə alınmamışdır. Təhvil verilmiş mallara görə cavabdeh tərəfindən ümumilikdə cəmi 5306,71 manat ƏDV məbləği ödənilmiş (ödənilməli olan ƏDV 1641,5 manat) olsa da, 1641,5 manat məbləğində ƏDV pulu isə ödənilməmişdir. Eyni zamanda təhvil verilən mallara görə isə ödənilməli əsas borc məbləği 35601,22 manat təşkil edir. Bundan sonra borclu olan cavabdehə borcun ödənilməsinə görə müraciət edilsə də, heç bir əhəmiyyət verilməmiş, ödəniş edilməmişdir. Təhvil verilmiş mallara görə müvafiq ödənişlər edilməsi üçün 24 fevral 2022-ci il tarixli elektron qaiməyə əsasən 11564,99 manat, 02 mart 2022-ci il tarixli elektron qaiməyə əsasən 11742,13 manat, 16 mart 2022-ci il tarixli elektron qaiməyə əsasən 2484,23 manat, 12 aprel 2022-ci il tarixli elektron qaiməyə əsasən 9997,1 manat, 16 may 2022-ci il tarixli elektron qaiməyə əsasən 4542,39 manat və 12 oktyabr 2022-ci il tarixli elektron qaiməyə əsasən 6218,6 manat məbləğində qeyd olunan elektron qaimələr təqdim olunsa da, cavabdeh tərəfindən lazımi qaydada ödənişlər edilməmişdir. Ona görə də, hal-hazırda müqavilə üzrə yerinə yetirilmiş işlərə və təhvil verilmiş mallara görə cavabdehin 35601,22 manat ödənilməmiş qalıq borc qalmışdır. Həmin məbləğlər üzləşmə aktları ilə də təsdiq olunur. Bu mübahisə mediasiya qaydasında da araşdırılmış, lakin cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak edərək sənədlər təqdim edəcəyini bildirsə də, mediasiyaya sessiyasına sənəd təqdim etməmişdir. Müqavilə üzrə öhdəliklər vaxtında icra edilmədiyinə görə göstərilən məbləğin və ƏDV-nin ödənilməsində çətinliklər yaranmış və bu məqsədlə banklardan əşyalar girov qoyulmaqla əlavə faizlərlə maliyyə vəsaiti götürülmüşdür. Bu səbəbdən də iddiaçı olan İddiaçı MMC-yə əlavə olaraq 13275 manat ziyan dəymişdir. Borcla bağlı cavabdehə müvafiq qaydada pretenziya və iddia ərizəsi təqdim edilməsinə baxmayaraq, cavabdeh bu müraciətə də heç bir əhəmiyyət verməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və təhvil verilmiş mallara görə cavabdeh "xxxx" Firmasından 35601,22 manat məbləğində əsas borc, 13275 manat məbləğində maddi ziyan, ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə cəmi 49202,22 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və eyni zamanda, suallara cavab olaraq bildirdi ki, hazırkı iddia ərizəsində əsas borcla yanaşı, cavabdeh "xxxx" Firmasından aldığı mallar üçün ödəmədiyi əsas borca görə hesablanmış 13275 manat məbləğində maddi ziyan tələb olunur ki, həmin ziyana da - cavabdeh tərəfindən əsas borcu vaxtında ödənilmədiyi üçün iddiaçı tərəfin fəaliyyətini davam etdirməkdən ötrü məcbur olaraq aldığı bank kreditləri məbləği və eləcə də, cavabdehin ödəmədiyi 1641,5 manat məbləğində ƏDV borcu daxildir. Cavabdeh "xxxx" Firması məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı "xxxx" Firması (VÖEN **********) arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Alıcının sifarişinə əsasən Satıcı Alıcıya “Quartzite - Silika Raming (Astar)” və “Silika Sands” məhsulları satacaq və təchiz edəcək. Alıcı isə öz növbəsində Müqavilənin müvafiq maddələrinin müddəlarına əsasən Satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Satıcı sifariş sənədini Alıcıdan əldə etdikdən sonra satdığı məhsulları 3 (üç) iş gün ərzində və ya öz təşəbbüsü ilə gün ərzində qaimə əsasında Alıcıya çatdırmalıdır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, Satıcı satdığı malan (məhsulları) Alıcıya alıcının ünvanında təhvil verir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən, Məhsulların siyahısı, çeşidi, adı və onların qiymətləri Satıcı tərəfindən Alıcıya təqdim edilən qiymətlər cədvəlində əksini tapır. Qiymətlər cədvəlində, o cümlədən məhsulların qiymətlərində dəyişiklik olduqda, "Satıcı” tərəfindən “Alıcı” ya yenilənmiş Qiymətlər cədvəli təqdim edilir. Satıcı tərəfindən mallar (məhsullar) Əlavəyə uyğun olaraq sifariş sənədi və qaimə əsasında təchiz olunacaq. Sifariş elektron və digər vasitələrlə göndərilə bilər. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən, "Alıcı” qaimə-faktura üzrə qəbul etdiyi məhsulun dəyərinin məhsulu təhvil aldığı tarixdən “Satıcı” tərəfindən təqdim olunmuş vergi hesab fakturasına uyğun olaraq 7 (yeddi) gün ərzində “Satıcıya" ödəməlidir. “Alıcı” nın ilin sonunda “Satıcı” ya olan bütün borcları tam şəkildə ödənilməlidir. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən, təchiz etdiyi malların (məhsulların) dəyərini vaxtlı-vaxtında almaq – Satıcının hüququdur. Həmin Müqavilənin 3.3.1-ci bəndinə əsasən, bu Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtlı-vaxtında tam şəkildə icra etmək – Alıcının öhdəliyidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, hazırki Müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və bu müqavilə tərəflərdən hər hansı birinin təşəbbüsü ilə dayandırılmazsa, 31 dekabr 2022-ci ilədək etibarlı sayılır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müdətinin bitməsi bu müqavilə üzrə tərəfləri öz öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı "xxxx" Firmasına müxtəlif adda mallar satılmış və həmin 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satılmış mallara görə satıcı İddiaçı tərəfindən alıcı "xxxx" Firmasına 24 fevral 2022-ci il tarixli EBBR 802515 nömrəli Elektron Qaimə üzrə cəmi 11564,99 manat (9800,84 manat malın dəyəri + 1764,15 manat ƏDV) dəyərində, 02 mart 2022-ci il tarixli EBBS 207519 nömrəli Elektron Qaimə üzrə cəmi 10742,13 manat (9103,5 manat malın dəyəri + 1638,63 manat ƏDV) dəyərində, 16 mart 2022-ci il tarixli EBBT 042246 nömrəli Elektron Qaimə üzrə cəmi 2484,23 manat (2105,28 manat malın dəyəri + 378,95 manat ƏDV) dəyərində, 12 aprel 2022-ci il tarixli EBBU 346574 nömrəli Elektron Qaimə üzrə cəmi 9997,10 manat (8472,12 manat malın dəyəri + 1524,98 manat ƏDV) dəyərində, 16 may 2022-ci il tarixli EBBW 352249 nömrəli Elektron Qaimə üzrə cəmi 4542,39 manat (3849,48 manat malın dəyəri + 692,91 manat ƏDV) dəyərində və 12 oktyabr 2022-ci il tarixli EBCH 026047 nömrəli Elektron Qaimə üzrə cəmi 6218,6 manat (5270 manat malın dəyəri + 948,6 manat ƏDV) dəyərində məhsulların satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş yuxarıda qeyd olunan həmin Elektron Qaimələr təqdim olunmuşdur. İş üzrə məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə satıcı İddiaçı ilə alıcı "xxxx" Firması arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 11 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin Qərardad əsasında verilmiş məhkəməmühasibatlıq ekspertizasının 06 avqust 2024-cü il tarixli 9/5188 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən 14 fevral 2022-ci ildən etibarən tərtib olunaraq alıcı "xxxx" Firmasına təqdim edilmiş Elektron-Qaimələr üzrə satılan malların dəyəri üzrə əsas borc 35600,23 (38600,23 manat – 3000 manat) manat, ödənilməmiş ƏDV üzrə borc isə 1641,51 (6948,22 manat - 5306,71 manat) manat olmaqla, ümumilikdə ödənilməmiş borc 37241,74 (ƏDV daxil) manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə yaranmış borc alıcı "xxxx" Firması tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Firması ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və məhkəməyə 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh "xxxx" Firmasının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, iddia tələbi və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmaqla, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" Firması 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli alqı-satqı Müqaviləsi üzrə İddiaçınə ƏDV daxil cəmi 37241,74 (otuz yeddi min iki yüz qırx bir manat 74 qəpik) manat məbləğində ödənilməmiş borcu mövcuddur. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlara, ekspertiza rəyinə və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında baş tutmuş alqı-satqı əməliyyatları üzrə almış olduğu mallara görə alıcı "xxxx" Firmasının satıcı İddiaçınə cəmi 35600,23 manat məbləğində əsas borcu və elektron qaimələr təqdim edilərkən sonuncunun hesabından silinmiş ƏDV pulu üzrə isə cəmi 1641,51 manat məbləğində ƏDV borcu vardır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatları ilə müəyyən olunmuşdur ki, 1641,51 manat məbləğində ödənilməmiş ƏDV borcu da iddia ərizəsində tələb olunan “13275 manat maddi ziyan” tələbinin tərkibinə daxil edilmiş və məhkəmə araşdırması zamanı “13275 manat maddi ziyan” tələbi “1641,51 manat məbləğində ödənilməmiş ƏDV borcuna” aid hissədə əsaslılığı təsdiq olunsa da, həmin maddi ziyan tələbinin qalan hissəsinin əsaslılığı müəyyən olunmamış və təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" Firmasından əsas borc və ƏDV borcu daxil ümumilikdə 37241,74 manat borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdeh "xxxx" Firmasından tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Firmasından dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ümumilikdə hesablanan 201,72 (iki yüz bir manat 72 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 75,72 (yetmiş beş manat 72 qəpik) manat məbləğində pul vəsaiti (201,72 manat – 126 manat = 75,72 manat) dövlət rüsumunun qalığı kimi cavabdeh "xxxx" Firmasından dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Firmasından ümumilikdə 37241,74 (otuz yeddi min iki yüz qırx bir manat 74 qəpik) manat borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37567,74 (otuz yeddi min beş yüz altmış yeddi manat 74 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Firmasından dövlət rüsumunun qalığı kimi 75,72 (yetmiş beş manat 72 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Firmasından dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-691/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-691/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver