Məhkəmə qərarları › İş №e-2-2(119)-693/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-693/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-693/2021 27.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçı Cavabdehnə qarşı nəqliyyat vasitələri üzərindən həbsin götürülməsi tələbi barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nissan markalı **-JM-*** və **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. iddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə olunmuş sənədlərlə görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 28.06.2019-cu il tarixli 8(060)-420/2019 nömrəli əmlakın üzərinə həbs qoyulmasına barədə təqdimata dair qərardadına əsasən Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2-2(85)-324/2017 saylı 16 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh MMC-nin adına olan 2 ədəd “Renault” markalı **-JE-***, **-AG-*** dövlət qeydiyyat nişanlı, 2 ədəd “Nissan” markalı **-JM-***, **-JL-*** dövlət qeydiyyat nişanlı “Chrusler” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı və “MZKT 65151” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırki iş üzrə cavabdehə qarşı yönəlmiş tələb Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən qərardadı ilə üzərinə həbs qoyulmuş Nissan markalı **-JM-*** və **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi ilə əlaqədar tələbdir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Lakin, işin yuxarıda qeyd edilən hallarından görünür ki, hazırkı iş üzrə tələb cavabdehlə iddiaçı arasında olan kommersiya mübahisəsi ilə əlaqədar deyildir. Məhkəmə qeyd edir ki, üzərindən həbsin götürülməsi tələb edilən nəqliyyat vasitələrinin üzərinə həbs Sumqayıt Şəhər Məhkəməsinin 28.06.2019-cu il tarixli qərardadı ilə qoyulduğundan və həmin qərardad hazırda qüvvədə olduğundan hazırkı işə mülki məhkəmə icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. İddiaçı hazırkı iddia ərizəsində göstərdiyi dəlillərlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsini xahiş edə bilər, yaxud Sumqayıt Şəhər Məhkəməsinin 28.06.2019-cu il tarixli qərardadından maraqlarına toxunan şəxs kimi şikayət verə bilər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı nəqliyyat vasitələri üzərindən həbsin götürülməsi tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar