Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-70/2024 05.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 qızının, Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, iddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-70/2024 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 26 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bahadur oğlundan 3866,38 (üç min səkkiz yüz altımış altı manat 38 qəpik) manat məbləğində əsas borcun, 4013 (dörd min on üç) manat məbləğində dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 274 (iki yüz yetmiş dörd) manat məbləğində pulun, mediasiya xərci kimi ödənilmiş 105 (yüz beş) manat məbləğində pulun və hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (e-2-2(119)-70/2024 nömrəli kommersiya işi). Məhkəmə baxışı zamanı iddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəməyə həmin iddia ərizəsinə dair e-2-2(119)-70/2024 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış 02 fevral 2024-cü il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizələr təqdim edərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş 02 fevral 2024cü il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş 02 fevral 2024-cü il tarixli Barışıq Sazişinin və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizənin məzmunu ilə müəyyən olunur ki, 02 fevral 2024-cü ildə iddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Eyni zamanda, tərəflər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşlar və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri onlara məlumdur. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 02 fevral 2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 02 fevral 2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-70/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 02 fevral 2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: " Cavabdeh öhdəsinə götürür ki, - 1. Ümumilikdə 4678 (dörd min altı yüz yetmiş səkkiz) manat təşkil edən yekun borc məbləğinin 1000 (bir min) manat hissəsini 15 fevral 2024-cü il tarixinə kimi; - 2. Qalan 3678 (üç min altı yüz yetmiş səkkiz) manat borc məbləğini isə ardıcıl gələn 5 (beş) ay ərzində bərabər hissələrlə, yəni 15 mart 2024-cü ilədək 735,6 (yeddi yüz otuz beş manat 60 qəpik) manat, 15 aprel 2024-cü ilədək 735,6 (yeddi yüz otuz beş manat 60 qəpik) manat, 15 may 2024-cü ilədək 735,6 (yeddi yüz otuz beş manat 60 qəpik manat, 15 iyun 2024-cü ilədək 735,6 (yeddi yüz otuz beş manat 60 qəpik) manat və 15 iyul 2024-cü ilədək 735,6 (yeddi yüz otuz beş manat 60 qəpik) manat olmaqla, ödəyəcəkdir. - 3. Ümumilikdə müəyyənləşdirilmiş ardıcıl aylar ərzində cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzürlü hesab edilməyəcəkdir və iddiaçı qeyd edilən ardıcıl ayların hər hansı biri üçün nəzərdə tutulan ödənişlərdə gecikmələr və ya uyğunsuzluqlar olduğu təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada qalan borc məbləğinin ödənilməsi ilə bağlı icra tədbirlərin görülməsini tələb edəcəkdir.” Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-70/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-70/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-70/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver