Məhkəmə qərarları › İş №e-2-2(119)-700/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-700/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-700/2025 19.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və X3 qarşı verilmiş “tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2022-ci il tarixli ipoteka müqavilələri ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 2nında yerləşən **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli torpaq sahəsinin, ünvan 2nında yerləşən **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 38.10 kv.m olan fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsi və ünvan 1i ünvanında yerləşən, **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 0.575 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-7177/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilərək icraya yönəldilmiş barışıq sazişi üzrə 18100 (on səkkiz min yüz) manat məbləğində pulun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18200 (on səkkiz min iki yüz) manat məbləğində pulun tutulması barədə tələbin həmin əmlaklara yönəldilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçının tələbindən artıq olduqda, qalıq məbləğin Cavabdeh1 qaytarılması, ipotekaya qoyulmuş ünvan 2nında yerləşən **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 38.10 kv/m olan fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsi satıldıqda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdehlər tərəfindən alınması haqqında sənədlər iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə cavabdehlərə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədlərin çatdırılması Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsində imperativ qaydada təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı tərəfindən tutmanın yönəldilməsinə dair bildirişin cavabdehlərə göndərildiyini təsdiq edən zərf iş materiallarına əlavə edilsə də, həmin bildirişin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə verilməsini (çatdırılmasını) təsdiq edən sübutlar, həmçinin iddia ərizəsinin məzmununda istinad edilən 07 sentyabr 2022-ci il tarixli 3M-2356 nömrəli ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 39.2-ci maddəsində ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ipoteka qoyana və ipoteka müqaviləsində qeyd olunan digər şəxsə verilməsi barədə məhkəməyə sübut təqdim etməli olması imperativ qaydada təsbit edilmiş olmasına baxmayaraq, iddiaçı tərəfindən bu halı təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iş materiallarına əlavə edilmiş tutma yönəldilməsi xahiş edilən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.575 ha olan torpaq sahəsi, ünvan 2nında yerləşən **********02-10301 reyestr nömrəli ümumi sahəsi 38.10 kv.m olan fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsi üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, həmin əmlaklar X1 məxsusdur. Buna baxmayaraq həmin şəxs cavabdeh qismində göstərilməmiş, o cümlədən həmin şəxsin obyektiv səbəblərdən (şəxsin vəfat etməsi və s.) cavabdeh qismində cəlb edilməsi mümkün olmadığı təqdirdə, tutma yönəldilməsi xahiş edilən ona məxsus əmlakların hazırkı cavabdehlərdən birinə və (və ya) hər ikisinə məxsusluğunu (keçməsini) təsdiq edən sübutlar (qanun üzrə vərəsəlik şəhadətnaməsi, vəsiyyətnamə və s.) iş materiallarına əlavə edilməmişdir. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehlərə qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və X3 qarşı verilmiş “tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar