Məhkəmə qərarları › İş №e-2-2(119)-71/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-71/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-71/2020 25.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi Hüseynzadə Süleyman Şahin oğlunun, cavabdeh «Cavabdeh” X4 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh” X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh «Cavabdeh” X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh” MMC-dən 44950 (qırx dörd min doqquz yüz əlli) manat məbləğində əsas borcun, 106082 (yüz altı min səksən iki) manat məbləğində cərimə-dəbbə pulunun, 10000 (on min) manat məbləğində əldən çıxmış fayda haqqının, 7,75 % faizlə hesablanmış 3483 (üç min dörd yüz səksən üç) manat məbləğində bank uçot (faiz) dərəcəsinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı və cavabdeh «Cavabdeh” X2 nümayəndələri tərəfindən həmin iddia ərizəsinə dair e-2-2(119)-71/2020 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişi və yazılı ərizə təqdim edilmiş və həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilərək, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, xx xxxxxx 2020-ci ildə İddiaçı ilə cavabdeh «Cavabdeh” X5 arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, İddiaçı – Birinci Tərəf və Cavabdeh – İkinci Tərəf iddia tələbi üzrə razılaşmaya gələrək, aşağıdakı məzmunda və şərtlərlə həmin Barışıq Sazişini imzalamışlar: - “1.1. İkinci Tərəf iddia tələbindəki 44.950 (qırx dörd min doqquz yüz əlli) manat məbləğində əsas borc öhdəliyini etiraf edərək qəbul edir və xx xxxxxx 2020-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə götürür: xx xxxxxxxx 2020-ci il tarixinədək - 14.950 (on dörd min doqquz yüz əlli) manat; xx xxxxxxx 2020-ci il tarixinədək - 15.000 (on beş min) manat; xx xxxxxx 2020-ci il tarixinədək - 15.000 (on beş min) manat. 1.2. Birinci Tərəf hazırkı Sazişin 1.1-ci bəndində göstərilən qaydada ödənişin həyata keçirildiyi təqdirdə iddia tələbinin 106.082 (bir yüz altı min səksən iki) manat məbləğində cərimədəbbə pulu, 10.000 (on min) manat əldən çıxmış fayda haqqı, 7,75 % məbləğində hesablanmaqla 3.483 (üç min dörd yüz səksən üç) manat məbləğində bank uçot dərəcəsi və 30 manat məbləğində dövlət rüsumu hissəsindən imtina edir. 1.3. İkinci Tərəf tərəfindən aylıq ödənişin Sazişin 1.1 -ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni hər təqvim ayının 25-dən sonra 10 (on) iş günü müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Ödənilməsi nəzərdə tutulan məbləğ 10 (on) iş günü ərzində ödənilməsə Birinci tərəf İkinci tərəfə gecikmənin 3 (üç) iş günü ərzində ödənilməsinə dair yazılı tələb irəli sürür. Yazılı tələbin şərtlərinin icra olunmaması Birinci Tərəfin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 1.4. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, öhdəliyin: icrası bu Sazişin 1.1 -ci ya 1.2-ci maddələrində təsbit olunmuş qaydada və formada təmin edilməzsə və ödənişdə gecikmə olarsa, aylıq ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) faizi məbləğində əlavə cərimə sanksiyası tətbiq ediləcək.” Eyni zamanda həmin Barışıq Sazişində aşağıda göstərilən digər müddəalar da öz əksini tapmışdır: - “2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.3. Bu “Saziş” sözügedən iş icraatında olan Məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir.” Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edirki, iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişi təsdiq olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52ci və 191-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul olunmalıdır. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə- hakim iş üzrə icraata xitam verməlidir. Beləliklə də, İddiaçı cavabdeh «Cavabdeh” X1rşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı (Birinci Tərəf) ilə cavabdeh "Cavabdeh” X5 (İkinci Tərəf) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - 1.1. İkinci Tərəf ("Cavabdeh” MMC) iddia tələbindəki 44.950 (qırx dörd min doqquz yüz əlli) manat məbləğində əsas borc öhdəliyini etiraf edərək qəbul edir və xx xxxxxx 2020-ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə götürür: xx xxxxxxxx 2020-ci il tarixinədək - 14.950 (on dörd min doqquz yüz əlli) manat; xx xxxxxxx 2020-ci il tarixinədək - 15.000 (on beş min) manat; xx xxxxxx 2020-ci il tarixinədək - 15.000 (on beş min) manat. 1.2. Birinci Tərəf (İddiaçı MMC) hazırkı Sazişin 1.1-ci bəndində göstərilən qaydada ödənişin həyata keçirildiyi təqdirdə iddia tələbinin 106.082 (bir yüz altı min səksən iki) manat məbləğində cərimə-dəbbə pulu, 10.000 (on min) manat əldən çıxmış fayda haqqı, 7,75 % məbləğində hesablanmaqla 3.483 (üç min dörd yüz səksən üç) manat məbləğində bank uçot dərəcəsi və 30 manat məbləğində dövlət rüsumu hissəsindən imtina edir. 1.3. İkinci Tərəf ("Cavabdeh” MMC) tərəfindən aylıq ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni hər təqvim ayırım 25-dən sonra 10 (on) iş günü müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Ödənilməsi nəzərdə tutulan məbləğ 10 (on) iş günü ərzində ödənilməsə Birinci Tərəf (İddiaçı MMC) İkinci Tərəfə ("Cavabdeh” MMC) gecikmənin 3 (üç) iş günü ərzində ödənilməsinə dair yazılı tələb irəli sürür. Yazılı tələbin şərtlərinin icra olunmaması Birinci Tərəfin (İddiaçı MMC) məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 1.4. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, öhdəliyin: icrası bu Sazişin 1.1-ci ya 1.2-ci maddələrində təsbit olunmuş qaydada və formada təmin edilməzsə və ödənişdə gecikmə olarsa, aylıq ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) faizi məbləğində əlavə cərimə sanksiyası tətbiq ediləcək. Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı cavabdeh «Cavabdeh” X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar