Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-718/2025 13.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 03042023 nömrəli müqavilə üzrə 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində əsas borc və 87645 (səksən yeddi min altı yüz qırx beş) manat məbləğində cərimə və iş üzrə 415 (dörd yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Bitki mühafizə vasitələrinin satışına dair” 03 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqavilə imzalanmışdır. Həmçinin həmin alqı-satqı müqaviləsinə dair 14 ədəd əlavə razılaşma mövcuddur. 03 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqaviləyə 01 saylı əlavə razılaşmaya əsasən 1181 (min yüz səksən bir) manat dəyərində mal 03 aprel 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 02 saylı əlavə razılaşmaya əsasən 390 (üç yüz doxsan) manat dəyərində mal 03 aprel 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 03 saylı əlavə razılaşmaya əsasən 17640 (on yeddi min altı yüz qırx) manat dəyərində mal 10 may 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 04 saylı əlavə razılaşmaya əsasən 2205 (iki min iki yüz beş) manat dəyərində mal 24 may 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 05 saylı əlavə razılaşmaya əsasən 7800 (yeddi min səkkiz yüz) manat dəyərində mal 06 iyul 2023-cü il tarixli təhviltəslim aktı ilə, 06 saylı əlavə razılaşmaya əsasən 14700 (on dörd min yeddi yüz) manat dəyərində mal 03 avqust 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 07 saylı əlavə razılaşmaya əsasən 735 (yeddi yüz otuz beş) manat dəyərində mal 29 noyabr 2023-cü il tarixli təhviltəslim aktı ilə, 08 saylı əlavə razılaşmaya əsasən 294 (iki yüz doxsan dörd) manat dəyərində mal 25 dekabr 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 09 saylı əlavə razılaşmaya əsasən 184 (yüz səksən dörd) manat dəyərində mal 09 fevral 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 10 saylı əlavə razılaşmaya əsasən 92 (doxsan iki) manat dəyərində mal 04 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 11 saylı əlavə razılaşmaya əsasən 1840 (min səkkiz yüz qırx) manat dəyərində mal 08 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 12 saylı əlavə razılaşmaya əsasən 1440 (min dörd yüz qırx) manat dəyərində mal 09 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 13 saylı əlavə razılaşmaya əsasən 736 (yeddi yüz otuz altı) manat dəyərində mal 18 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 14 saylı əlavə razılaşmaya əsasən 49237 (qırx doqquz min iki yüz otuz yeddi) manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Həmçinin cavabdeh həmin razılaşmada ödəniş cədvəli üzrə İddiaçınə 36756 manat məbləğində (otuz altı min yeddi yüz əlli altı) borcu 3 (ay) ərzində may ayı üçün 15000 (on beş min) manat, iyun ayı üçün 11756 (on bir min yeddi yüz əlli altı) manat və iyul ayı üçün 10000 (on min) manat ödəməyə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. 1 yanvar 2023-cü il – 3 may 2024-cü il dövrlərini əhatə edən 05 may 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən müəyyən olunmuşdur ki, cavabdehin İddiaçınə 36756 (otuz altı min yeddi yüz əlli altı) manat borcu vardır. Əlavə olaraq, sözügedən borcun gecikdirilməsinə görə ödəniş məbləği ümumi 87645 (səksən yeddi min altı yüz qırx beş) manat təşkil edir. Belə ki, bu cərimə 3 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli, 14 saylı Əlavə razılaşmada cavabdehin öhdəliyinə götürdüyü müddətlərə görə aşağıdakı qaydada hesablanmışdır: 1) may ayı üçün 15000 (on beş min) manata münasibətdə - xx.xx.2024-cü ildən başlayaraq 1 mart 2025-ci ilədək gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində - 39750 (otuz doqquz min yeddi yüz əlli) manat, 2) iyun ayı üçün 11756 (on bir min yeddi yüz əlli altı) manata münasibətdə - xx.xx.2024-cü ildən başlayaraq 1 mart 2025-ci ilədək gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində - 27495 (iyirmi yeddi min dörd yüz doxsan beş) manat 3) iyul ayı üçün 10000 (on min) manata münasibətdə xx.xx.2024-cü ildən başlayaraq 1 mart 2025-ci ilədək gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində - 20400 (iyirmi min dörd yüz) manat təşkil edir. İddiaçı tərəfindən borcun və borcun gecikdirildiyi hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində cərimənin ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, həmçinin xx.xx.2025-ci il tarixində borcun qalan hissəsinin və cərimənin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu cavabsız qoymuş, müvafiq ödənişləri həyata keçirməmişdir.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 23 may 2025-ci. tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, anbardan mallar onun adına çıxarılsa da, ödəniş başqa şəxslərin adından edilmişdir. 12 avqust 2024-cü il tarixində Vüqar Əhmədov adlı şəxs tərəfindən təxminən 9640 manat İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı şirkətin əməkdaşları cavabdehə üzləşmə aktının rəhbərliyə borc barədə məlumat vermək məqsədi daşıdığını demiş, buna görə də cavabdeh həmin aktı imzalamışdır. Üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən 2 nəfərin adından İddiaçı MMC-nin hesabına 21000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh malı digər şəxslərə təhvil verdikdə müştərilər ödənişi öz bank kartları vasitəsilə iddiaçıya etmişlər. Lakin həmin şəxslərlə iddiaçı arasında müqavilə olmamışdır.
6. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan satıcı - İddiaçı ilə alıcı Cavabdeh arasında “Bitki mühafizə vasitələrinin satışına dair” bağlanmış xx.xx.2023-cü il tarixli 03042023 nömrəli müqaviləyə əsasən satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə alıcıya satmağı, alıcı isə təqdim edilmiş malları hazırkı müqavilə ilə müəyyən olunmuş dəyərini satıcıya ödəyir.
8. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı müqavilə qüvvədə olduğu müddətdə malların sifarişi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə heyata keçiriləcəkdir.
9. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən hazırkı müqavilənin 2.3.1-ci bəndində göstərilən müddətdə təqdim edilmiş malların dəyəri alıcı tərəfindən ödənilmədikdə gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həddində cərimə ödənilməsini tələb etmək satıcının hüququdur.
10. İş materiallarından görünür ki, 3 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 01 saylı əlavə razılaşmaya əsasən 1181 (min yüz səksən bir) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli, 02 saylı əlavə razılaşmaya əsasən 390 (üç yüz doxsan) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli, 03 saylı əlavə razılaşmaya əsasən 17640 (on yeddi min altı yüz qırx) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli, 04 saylı əlavə razılaşmaya əsasən 2205 (iki min iki yüz beş) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli, 05 saylı əlavə razılaşmaya əsasən 7800 (yeddi min səkkiz yüz) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, 06 saylı əlavə razılaşmaya əsasən 14700 (on dörd min yeddi yüz) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli, 07 saylı əlavə razılaşmaya əsasən 735 (yeddi yüz otuz beş) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, 08 saylı əlavə razılaşmaya əsasən, 294 (iki yüz doxsan dörd) manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli, 09 saylı əlavə razılaşmaya əsasən, 184 (yüz səksən dörd) manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli, 10 saylı əlavə razılaşmaya əsasən, 92 (doxsan iki) manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli, 11 saylı əlavə razılaşmaya əsasən, 1840 (min səkkiz yüz qırx) manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli, 12 saylı əlavə razılaşmaya əsasən, 1440 (min dörd yüz qırx) manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli, 13 saylı əlavə razılaşmaya əsasən 736 (yeddi yüz otuz altı) manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024cü il tarixli, 14 saylı əlavə razılaşmaya əsasən 49237 (qırx doqquz min iki yüz otuz yeddi) manat dəyərində mal Cavabdeh təhvil verilmişdir.
11. İş materiallarında olan 3 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli, 14 saylı əlavə razılaşmaya əsasən Cavabdeh bu əlavə razılaşmanı və ödəniş cədvəli üzrə İddiaçınə 36756 manat məbləğində (otuz altı min yeddi yüz əlli altı) borcunu 3 (ay) ərzində - may ayı üçün 15000 (on beş min) manat, iyun ayı üçün 11756 (on bir min yeddi yüz əlli altı) manat və iyul ayı üçün 10000 (on min) manat olmaqla ödəməyi öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir.
12. İş materiallarında olan “Qarşılıqlı üzləşmə aktı”na əsasən Cavabdeh 01 yanvar 2023-cü il-03 may 2024-cü il tarixlərini əhatə edən dövr üzrə İddiaçınə 36756 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
20. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
25. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında “Bitki mühafizə vasitələrinin satışına dair” 03 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində borcu yaranmış, tərəflər arasında həmin borcla bağlı Qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya məxsus anbardan malların onun adına çıxarıldığını, lakin həmin mallara görə ayrı-ayrı müştərilər tərəfindən iddiaçıya ödənişlər edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi qeyd edilən ödənişlərlə bağlı məhkəməyə hesabdan çıxarış təqdim etsə də, həmin sənəddə Cavabdeh tərəfindən “Bitki mühafizə vasitələrinin satışına dair” 03 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqavilə üzrə iddiaçıya ödəniş edilməsi öz təsdiqini tapmamış, həmin çıxarışa əsasən İddiaçınə edilən ödənişlərin təyinatı və kim tərəfindən edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən “Bitki mühafizə vasitələrinin satışına dair” 03 aprel 2023-cü il tarixli, 03042023 nömrəli müqavilə üzrə 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir.
26. İddia tələbinin cavabdehdən 87645 (səksən yeddi min altı yüz qırx beş) manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 2.2.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
29. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 87645 (səksən yeddi min altı yüz qırx beş) manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. İddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 415 (dörd yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış 201,77 (iki yüz bir manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır.
31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 201,77 (iki yüz bir manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37457,77 (otuz yeddi min dörd yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
34. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 201,77 (iki yüz bir manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37457,77 (otuz yeddi min dörd yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev