Məhkəmə qərarları › İş №e-2-2(119)-72/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-72/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-72/2024 05.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə qızının, Cavabdeh iştirakı ilə, iddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-72/2024 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 müqavilə şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 10021,83 manat məbləğində borc, hüququ yardım üçün ödənilmiş 300 manat və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə cəmi 10521,83 (on min beş yüz iyirmi bir manat 83 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2-2(119)-72/2024 nömrəli kommersiya işi). Məhkəmə baxışı zamanı iddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh məhkəməyə həmin iddia ərizəsinə dair e-2- 2(119)-72/2024 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış 30 yanvar 2024-cü il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizə təqdim edərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş 30 yanvar 2024cü il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş 30 yanvar 2024-cü il tarixli Barışıq Sazişinin və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizənin məzmunu ilə müəyyən olunur ki, 30 yanvar 2024-cü ildə iddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Eyni zamanda, tərəflər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşlar və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri onlara məlumdur. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 30 yanvar 2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-72/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - "1. Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

2. Tərəflər təsdiq edirlər ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 0097 nömrəli təchizat müqaviləsinin şərtlərinə əsasən yaranmış qalıq borc 10021,83 (on min iyirmi bir manat 83 qəpik) manat məbləğindədir.

3. İddiaçı iddia ilə əlaqədar bütün tələb və iddialarından imtina edir, və bununla bağlı Cavabdeh İddiaçıya olan borcunu Sazişin 1 nömrəli Əlavəsində müəyyən edilmiş qaydada hər ayın 10-dək ödəməyi öz öhdəsinə götürür. Sazişin 1 nömrəli Əlavəsi: Ödəniləcək tarix - Ödəniləcək məbləğ (manatla) xx.xx.2024 – 100; xx.xx.2024 – 100; xx.xx.2024 – 100; xx.xx.2024 – 100; xx.xx.2024 – 100; xx.xx.2024 – 100; xx.xx.2024 – 150, xx.xx.2024 – 150, xx.xx.2024 – 150, xx.xx.2024 – 150, xx.xx.2024 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2025 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2026 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2027 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2028 – 150, xx.xx.2029 – 150, xx.xx.2029 – 150, xx.xx.2029 – 150, xx.xx.2029 – 150, xx.xx.2029 – 150, xx.xx.2029 – 150, xx.xx.2029 – 150, xx.xx.2029 – 150; xx.xx.2029 – 150; xx.xx.2029 – 171,83.

4. Cavabdeh borcun tam məbləğinin, yaxud hər hansı hissəsinin bu Sazişin 1 nömrəli Əlavəsində müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini 15 iş günü və ondan artıq müddət ərzində icra etmədikdə İddiaçı borcun tam ödənilməsini tələb edə, tələbi yerinə yetirilmədikdə isə məhkəmə vasitəsilə məcburi icraya yönəldilə bilər.

5. Bu Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

6. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Barışıq Sazişinin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

7. Bu Saziş məhkəmə tərəfindən təsdiq ediləcəkdir və Barışıq Sazişinin məcburi icrası məhkəmə aktına əsasən verilmiş icra vərəqəsi əsasında həyata keçirilir.

8. Bu Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.

9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

10. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Barışıq Sazişinin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

11. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

12. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Hazırkı Saziş ilə İddia arasında hər hansı uyğunsuzluq və ya ziddiyyət olduqda, hazırkı Barışıq Sazişinə üstünlük veriləcəkdir. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır

13. Bu Saziş məhkəmə qərarının qüvvəyə mindiyi gündən qüvvəyə minir və bu Saziş əsasında Cavabdeh tərəfindən borcun tam ödənildiyi tarixədək qüvvədədir.

14. Bu Sazişin bütün Əlavələri, dəyişiklikləri etibarlıdır, bu Sazişin ayrılmaz hissəsi hesab edilir və yalnız Tərəflərin imzalamasından sonra hüquqi qüvvəyə minir. Bu Əlavələrin və dəyişikliklərin mətnləri arasında fərq olduqda bu Saziş üstünlük təşkil edir.”

Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı “Foodini" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-72/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar