Məhkəmə qərarları › İş №e-2-2(119)-721/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-721/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-721/2024 10.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borc, 300 (üç yüz) manat məbləğində cərimə və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4806,36 (dörd min səkkiz yüz altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 dekabr 2023-cü il tarixdə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə və 888006 nömrəli fakturaya əsasən Cavabdeh İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətindən ümumilikdə 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat dəyərində mal təhvil almışdır. Lakin cavabdeh təhvil aldığı malın ödənişini indiyədək etməmiş və müqavilənin 2.3-cü bəndinin tələblərini pozmuşdur. 05 fevral 2024cü il tarixdə göndərilmiş pretenziya məktubunda Cavabdehndən müqavilənin 2.3-cü bəndinə əsasən satıcı tərəfindən təhvil-təslim aktı ilə alıcıya təqdim edildikdən sonra 14 təqvim günü ərzində malın dəyərinin satıcının hesablaşma hesabına ödənilməli olduğu bildirilmiş və 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borcun 5 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. Lakin məsələ müsbət həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. . Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli S059/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə alıcıya verilən malların ümumi məbləği qaimə-fakturada göstərilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı tərəfindən təhvil-təslim aktı ilə alıcıya təqdim edildikdən sonra 14 (on dörd) təqvim günü ərzində malın dəyərinin tamamı satıcının hesablaşma hesabına ödənilməlidir. Həmin müqavilənin 8.4-cü bəndinə görə malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 %-i həcmində (lakin malın dəyərinin 10%-dən artıq olmamaq şərti ilə) cərimə ödəməlidir. İş materiallarından görünür ki, satıcı İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə 4186,357 manat dəyərində malların satılması ilə bağlı ********** nömrəli 25 dekabr 2023-cü il tarixli faktura təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində malın satılması ilə əlaqədar 25 dekabr 2023-cü il tarixli EBDV seriyalı 888006 nömrəli elektron qaimə faktura təqdim olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş 09 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 22 dekabr 2023cü il tarixli S059/23 nömrəli alqı-satqı müqaviləsi və 25 dekabr 2023-cü il tarixli EBDV seriyalı 888006 nömrəli elektron qaimə üzrə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə 3547,76 (üç min beş yüz qırx yeddi manat yetmiş altı qəpik) manat məbləğində əsas bоrc, 638,6 (altı yüz otuz səkkiz manat altmış qəpik) manat məbləğində ƏDV olmaqla, cəmi 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 22 dekabr 2023-cü il tarixli S059/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat dəyərində malı Cavabdehnə təhvil vermiş, lakin cavabdeh həmin malların dəyərini ödəməmişdir. Buna görə də, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə müraciət edilərək ödənilməmiş 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borc, 300 (üç yüz) manat məbləğində cərimə, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 4806,36 (dörd min səkkiz yüz altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında 22 dekabr 2023-cü il tarixli S059/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan başqa iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə fərdi qaydada fəaliyyət göstərən Vəkil hesabına hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədi əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borc, 200 (iki yüz) manat məbləğində cərimə və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4706,36 (dörd min yeddi yüz altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4186,36 (dörd min yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borc, 200 (iki yüz) manat məbləğində cərimə və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4706,36 (dörd min yeddi yüz altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar