Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-722/2025 13.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı "Büro Veritas Azeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən müqavilə üzrə 17525 (on yeddi min beş yüz iyirmi beş) manat məbləğində əsas borc, 3154,3 (üç min yüz əlli dörd manat otuz qəpik) manat məbləğində ƏDV, əsas borca hesablanmış 1447 (min dörd yüz qırx yeddi) manat məbləğində faiz, öhdəliyin vaxtında icra edilməməsinə görə 1000 (min) manat dəymiş maddi ziyan, hüquqi yardımla bağlı 1000 (min) manat məbləğində vəkilə ödənilən xidmət haqqı və 162 (yüz altmış iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 avqust 2021-ci il tarixdə icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh (cavabdeh) arasında xidmətlərin göstərilməsi haqqında AZ-İND-2021/029 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı olaraq İddiaçı MMC sifarişçi Cavabdeh MMC üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə tələb olunan keyfiyyət standartlarına dair inspeksiya xidmətləri, testi və kvalifikasiyasını icra etməyi, sifarişçi isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri icraçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. İcra ediləcək xidmətlərin qiymətləri müqaviləyə əlavə olunmuş 1 və 2 saylı əlavələrlə müəyyən olunmuşdur. Müqavilənin 4-cü bəndinə əsasən sifarişçi faktiki icra edilmiş xidmət haqqını 10 gün ərzində köçürmə yolu ilə icraçının bank hesabına köçürməlidir. Lakin cavabdeh könüllü şəkildə öhdəliklərini tam icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə iddiaçı arasında müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin icrasına başlanılmış və görülən işlər müvafiq olaraq sifarişçiyə təhvil verilmiş, sifarişçinin heç bir narazılığı və iddiası olmadan işlər qəbul edilmişdir. Belə ki, müqaviləyə uyğun olaraq müəyyən edilmiş işlərin və xidmətlərin dəyərinin ödənilməmiş hissəsi ƏDV daxil olmaqla 20679,3 manat (17525 əsas, 3154,3 ƏDV) təşkil edir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın rəhbərliyi həmin pulu qaytarmaqdan yayınmış və hər dəfə bir bəhanə gətirməklə öhdəliyin icrasından boyun qaçırmışdır. Bu səbəbdən onlayn kargüzarlıq vasitəsilə xx.xx.2024-cü il tarixdə borcun qaytarılması və mübahisənin məhkəməyədək həll edilməsindən ilə bağlı pretenziya məktubu ilə cavabdeh şirkətə müraciət olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən yenə də heç bir tədbir görülməmiş, borcun ödənilməsi təmin edilməmişdir. Bundan əlavə cavabdeh müqavilə üzrə məbləğin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik yeddi faiz tətbiq edilməli (2024-cü il üzrə bank uçot dərəcəsinin 7 faiz olduğu nəzərə alınmaqla) və ödənilməsi 1 il gecikdirilmiş (sonuncu elektron qaimə əsas götürülməklə) pul məbləğinə 7 faiz ödəmə hesablanmalıdır (20679,3 manat x illik 7 faiz = 1447 manat). Həmçinin məlum olduğu kimi hər bir sahibkar, kommersiya və ya qeyri-kommersiya təşkilatı dayanıqlı rəqabət aparmaq üçün öz işgüzar nüfuzunu qorumağa çalışır. Çünki bu, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və gəlirlərinin artmasına xidmət edir. Lakin mülki hüquq pozuntusu (delikt) törətmiş cavabdehin hərəkətləri ilə bağlı iddiaçının hüquqlarının pozulması nəticəsində təşkilat olaraq bazar subyektləri arasında iddiaçının işgüzar nüfuzuna və təsərrüfat fəaliyyətinə zərbə dəymişdir. Buna görə də qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən cavabdehdən hüquqa zidd əməlləri ilə vurmuş olduğu maddi zərərin əvəzi kimi 1000 manat tələb tələb olunur. Bundan əlavə iddiaçı tərəfindən hazırkı iş üzrə vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1000 manat da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "Büro Veritas Azeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan podratçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli, AZ-İND-2021/029 nömrəli müqaviləyə əsasən podratçı bu müqaviləyə müvafiq olaraq sifarişçi tərəfindən ediləcək ödənişlərin müqabilində bu müqaviləyə əlavə olunmuş 1 saylı Əlavədə daha ətraflı təsvir olunmuş xidmətləri sifarişçi üçün icra edəcək.
8. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən bu müqaviləyə uyğun olaraq podratçı tərəfindən icra olunmuş xidmətləri qəbul etmək və haqqı ödəmək; nəzərdə tutulduğundan fərqli keyfiyyətdə və kəmiyyətdə xidmətləri aşkar edildikdən sonra dərhal podratçıya bu barədə bildiriş göndərmək sifarişçinin öhdəliyidir.
9. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə dəyəri sabit ödəniş əsasında formalaşır. İşlərin icrası müqabilində sifarişçi podratçıya ƏDV istisna olmaqla 1 saylı əlavədə öz əksini tapan qiymətləri əsasında tariflər əsasında muzd ödəyəcək. Bu müqaviləyə asasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək. Ödənişlər 10 (on) iş günü ərzində düzgün hazırlanmış hesab-fakturaların (o cümlədən, hər hansı ƏDV hesab-fakturalann) və məzmundan asılı olaraq, lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya qəbul aktı təqdim edildikdən sonra həyata keçiriləcək. Bu müqaviləyə əsasən bütün ödənişlər hesab-fakturalarda qeyd olunan podratçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.
10. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən ay ərzində 50 vaqonun yoxlanışı (gün ərzində minimum 5 vaqon yoxlamaqla) üçün aylıq qiymət 5000 manat müəyyən olunmuşdur.
11. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 9782,2 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 04 noyabr 2022-ci il tarixli, ******* nömrəli; 6077 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 10 fevral 2023-cü il tarixli, ******* nömrəli; 1522,2 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 30 may 2023-cü il tarixli, 23000081 nömrəli; 2537 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 20 iyul 2023-cü il tarixli, 23000121 nömrəli; 761,1 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 18 avqust 2023-cü il tarixli, 23000139 nömrəli invoys təqdim edilmişdir.
12. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 9782,2 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 04 noyabr 2022-ci il tarixli, EBCİ seriyalı, 566315 nömrəli; 6077 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 10 fevral 2023-cü il tarixli, EBCO seriyalı 655176 nömrəli; 1522,2 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 31 may 2023-cü il tarixli, EBDG seriyalı 761456 nömrəli; 2537 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 20 iyul 2023-cü il tarixli, EBDK seriyalı 343781 nömrəli; 761,1 manat dəyərində xidmət göstərilməsi ilə bağlı 18 avqust 2023-cü il tarixli, EBDM seriyalı 391770 nömrəli elektron qaimə təqdim edilmişdir.
13. İş materiallarında olan "Büro Veritas Azeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-dəki bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən yuxarıda qeyd edilən elektron qaimələr üzrə ödəniş olunmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
19. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
23. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 27 avqust 2021-ci il tarixli, AZ-İND-2021/029 nömrəli müqavilə bağlanılmış, müqavilənin 1 nömrəli Əlavəsində qeyd olunan xidmətlərin göstərilməsi barədə razılaşma əldə edilmiş, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 20679,3 (iyirmi min altı yüz yetmiş doqquz manat otuz qəpik) manat dəyərində (ƏDV məbləği daxil) xidmət göstərilməsi ilə əlaqədar müvafiq elektron qaimələr təqdim edilmiş, lakin cavabdeh tərəfindən həmin xidmətlərin dəyəri ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 20679,3 (iyirmi min altı yüz yetmiş doqquz manat otuz qəpik) manat məbləğdə əsas borcun (17525 manat əsas, 3154,3 manat ƏDV) tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
24. Məhkəmə iddia tələbinin cavabdehdən 1447 (min dörd yüz qırx yeddi) manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, Cavabdehndən 1447 manat məbləğində faiz borcu tutularaq İddiaçınə ödənilməlidir.
25. Məhkəmə iddia tələbinin cavabdehdən dəymiş maddi ziyana görə 1000 (min) manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh iddiaçıya 1000 (min) manat məbləğində maddi ziyan vurması iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Bunda görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər.
27. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə “Hüquqi yardımın göstərilməsi haqqında” 25 iyun 2024-cü il tarixli 589 nömrəli müqaviləni və müvafiq ödəniş qəbzini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 162 (yüz altmış iki) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanan iddiaçı tərəfindən ödənilmiş 156,38 (yüz əlli altı manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ƏDV daxil olmaqla 20679,3 (iyirmi min altı yüz yetmiş doqquz manat otuz qəpik) manat məbləğində əsas borc, 1447 (min dörd yüz qırx yeddi) manat məbləğində faiz, hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat məbləğində vəkil xərci və 156,38 (yüz əlli altı manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23282,68 (iyirmi üç min iki yüz səksən iki manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
32. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
35. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil olmaqla 20679,3 (iyirmi min altı yüz yetmiş doqquz manat otuz qəpik) manat məbləğində əsas borc, 1447 (min dörd yüz qırx yeddi) manat məbləğində faiz, hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat məbləğində vəkil xərci və 156,38 (yüz əlli altı manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23282,68 (iyirmi üç min iki yüz səksən iki manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev