Məhkəmə qərarları › İş №e-2-2(119)-724/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-724/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-724/2022 24.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən cavabdeh “X4” Şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi 23 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "X4" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi ilə cavabdeh “X4” Şirkəti arasında bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 02 iyul 2018-ci il tarixli SOCAR**********30910866X00005 nömrəli, “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 01 iyun 2019-cu il tarixli SOCAR**********20020182A00002 nömrəli və “Təkrar istismara yararsız metal boruların alqı-satqısı haqqında” 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182A00008 nömrəli Müqavilələrə əsasən satın alınmış istifadəyə yararsız metal boru hissələrinə görə 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində əsas borc və həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən borcun üzərinə hesablanmış 2542,47 (iki min beş yüz qırx iki manat 47 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 53391,86 (əlli üç min üç yüz doxsan bir manat 86 qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya üçün ödənilmiş ilkin mediasiya xərci olan 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdeh “X4” Şirkətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi ilə alıcı “X4” Şirkəti (VÖEN: **********) arasında “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 02 iyul 2018-ci il tarixli SOCAR**********30910866X00005 nömrəli, “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 01 iyun 2019-cu il tarixli SOCAR**********20020182A00002 nömrəli və “Təkrar istismara yararsız metal boruların alqısatqısı haqqında” 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182A00008 nömrəli Müqavilələr bağlanmışdır. Həmin Müqavilələr üzrə alıcı “X4” Şirkəti satıcı “Qaz İxrac” İdarəsinə məxsus istifadəyə yararsız metal boru hissələrindən ibarət əmlakı (sonradan mətndə “Mal” adlanacaq) qəbul edib, əvəzində həmin əmlakın dəyərinin “Qaz İxrac” İdarəsinə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, Müqavilələrin 2.4.4-cü bəndinə görə “X4” Şirkəti satın alınan malların (metal boru hissələrinin) sökülməsini, doğranılmasını, yüklənilməsini (boşaldılmasını), daşınmasını və “Qaz İxrac” İdarəsinin nümayəndəsinin iştirakı ilə tərəzidə çəkilməsini öz qüvvəsi və vəsaiti hesabına həyata keçirməlidir. Malların dəyəri müqavilələrin 4.1-ci bəndində qeyd edilmişdir. Belə ki, malın 1 (bir) tonunun qiyməti X3 (ƏDV) daxil olmaqla 73,50 (yetmiş üç manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Müqavilələrdə müəyyən olunmuş şərtlərə əsasən Tərəflər arasında hesablaşmaların ödəniş üçün vergi-hesab faktura təqdim edildiyi gündən 10 (on) iş günü müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, “X4” Şirkəti malları təhvil almasına baxmayaraq, onların dəyərini ödəməkdən yayınmış, nəticədə hər üç müqavilə üzrə “Qaz İxrac” İdarəsinə cəmi 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində borcu yaranmışdır. Qeyd etmək lazımdır ki, “Qaz İxrac” İdarəsi ilə “X4” Şirkəti arasında 29 iyul 2021-ci il tarixində və 10 yanvar 2022-ci il tarixində imzalanmış X1 əsasən “X4” Şirkəti tərəfindən təhvil alınmış metal boru hissələrinə görə “Qaz İxrac” İdarəsinə olan 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat əsas borc məbləğinin olması etiraf edilmişdir. Bundan başqa, Müqavilələrin 6.2-ci bəndinə əsasən həmin məbləğin üzərinə 2542,47 (iki min beş yüz qırx iki manat 47 qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, “X4” Şirkətinin “Qaz İxrac” İdarəsinə 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat əsas borcu və həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən borcun üzərinə hesablanmış 2542,47 (iki min beş yüz qırx iki manat 47 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 53391,86 (əlli üç min üç yüz doxsan bir manat 86 qəpik) manat borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı “Qaz İxrac” İdarəsi xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00062 nömrəli məktubla “X4” Şirkətinə müraciət edərək borc məbləğinin 28 fevral 2022-ci il tarixinədək ödənilməsini xahiş etmişdir. “Qaz İxrac” İdarəsinin borcun ödənilməsi ilə bağlı məktubuna “X4” Şirkəti tərəfindən 28 mart 2022-ci il tarixli 3/28 nömrəli məktubla cavab verilmiş və həmin məktubda borcu etiraf edərək, yeni sifarişlər üzrə müqavilələr bağlandıqdan sonra borcun ödəniləcəyi qeyd edilmişdir (məktub əlavə olunur). Məhkəməyə müraciət olunmamışdan əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. xx.xx.2022ci il tarixində keçirilən növbəti mediasiya iclasında “X4” Şirkətinin nümayəndəsi iştirak edərək, tələbi qəbul etmiş və hazırda borcun ödənilməsi üçün maliyyə mənbələrini axtardığını bildirib, əlavə vaxt istəyərək, mediasiya iclasının müəyyən müddətə bir daha təxirə salınmasını xahiş etmişdir. “X4” şirkətinin nümayəndəsinin xahişi nəzərə alınaraq, mediasiya prosesi üzrə növbəti iclasın vaxtı xx.xx.2022-ci il tarixinə saat 11:00-dək təxirə salınmışdır. Lakin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq “X4” şirkətinin nümayəndəsi xx.xx.2022-ci il tarixinə təyin olunmuş mediasiya sessiyasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. “X4” şirkətinin nümayəndəsi xx.xx.2022-ci il tarixində mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesini davam etmək mümkün olmamış, bu səbəbdən Mediasiya təşkilatı tərəfindən “Qaz İxrac” İdarəsinin nümayəndəsinə 12 may 2022-ci il tarixli MŞB\2-00731 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” Arayış təqdim edilmişdir. Həmçinin, “X4” Şirkəti tərəfindən mediasiya prosesində iştirakdan boyun qaçırıldığını nəzərə alaraq, “Qaz İxrac” İdarəsi tərəfindən borcun qaytarılması ilə bağlı mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında həll edilməsi üçün tədbirlərin görülməsinə başlanılmışdır. “Qaz İxrac” İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış P349/2022 qeydiyyat nömrəli “Borcun ödənilməsi” haqqında Pretenziya məktubu həmin sistem, eləcə də İnternet Vergi İdarəsinin Onlayn Kargüzarlıq sistemi vasitəsilə (qeydiyyat nömrəsi: 1680369) “X4” Şirkətinin ünvanına göndərilmiş və bu bərədə qarşı tərəfə e-mail vasitəsi ilə müvafiq məlumat verilmişdir. Buna baxmayaraq, “X4” Şirkəti tərəfindən həmin pretenziyada müəyyən olunmuş müddət ərzində borcun ödənilməsi ilə bağlı münasibət bildirilməmiş və tədbirlər görülməmişdir. Göründüyü kimi, borcun ödənilməsi ilə bağlı “Qaz İxrac” İdarəsi tərəfindən “X4” Şirkətinə ünvanlanan müraciətlərin heç biri nəticə verməmişdir. Eyni zamanda, borcun qaytarılması ilə bağlı mübahisənin məhkəməyə qədər nizamlaması (pretenziya) ilə bağlı tədbirlərin görülməsinə baxmayaraq, borcun ödənilməsi ilə əlaqədar irəliləyiş əldə olunmamışdır. Bu səbəbdən “Qaz İxrac” İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə yaradılmış P368/2022 qeydiyyat nömrəli “Müqavilə üzrə yaranmış əsas borcun və dəbbə pulunun ödənilməsi barədə” İddia ərizəsi və ona əlavə edilmiş sənədlər həmin sistem, eləcə də 16 may 2022-ci il tarixində İnternet Vergi İdarəsinin Onlayn Kargüzarlıq sistemi vasitəsilə (qeydiyyat nömrəsi: 1703075) “X4” Şirkətinin ünvanına göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi ilə cavabdeh “X4” Şirkəti arasında bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 02 iyul 2018-ci il tarixli SOCAR**********30910866X00005 nömrəli, “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 01 iyun 2019-cu il tarixli SOCAR**********20020182A00002 nömrəli və “Təkrar istismara yararsız metal boruların alqı-satqısı haqqında” 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182A00008 nömrəli Müqavilələrə əsasən satın alınmış istifadəyə yararsız metal boru hissələrinə görə 50849,39 manat məbləğində əsas borc və həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən borcun üzərinə hesablanmış 2542,47 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 53391,86 manat məbləğində pul vəsaitinin və mediasiya üçün ödənilmiş ilkin mediasiya xərci olan 400 manat məbləğində xidmət haqqının cavabdeh “X4” Şirkətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh “X4” Şirkəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi (VÖEN **********) ilə alıcı “X4” Şirkəti (VÖEN **********) arasında bağlanmış 02 iyul 2018-ci il tarixli SOCAR**********30910866X00005 nömrəli “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” Müqavilənin şərtlərinə görə, “Satıcı” istifadəyə yararsız metal boru hissələrindən ibarət olan əmlakını (bundan sonra “Mal” adlanacaq) “Alıcı” ya təhvil verməyi, “Alıcı” isə malı qəbul edib, əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi “Satıcı"ya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən malı qaimə-faktura əsasında Satıcının strukturuna daxil olan təşkilatların ərazisində Alıcıya təhvil verir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Malın 1 (bir) tonunun qiyməti 72,50 (ƏDV daxil) manat müəyyən olunur. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırkı müqavilənin qüvvədə olma müddəti imzalandığı gündən 1 (bir) il müddətində müəyyən edilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, “Alıcı” hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərinin gecikdirilməsinə görə “Satıcı”ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,5% həcmində dəbbə pul ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 5% həddində müəyyən edilir. Bundan əlavə, iş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi (VÖEN **********) ilə alıcı “X4” Şirkəti (VÖEN **********) arasında bağlanmış 01 iyun 2019-cu il tarixli SOCAR **********0020182A00002 nömrəli “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” Müqavilənin şərtlərinə görə, “Satıcı” qara metal qırıntılarından ibarət olan əmlakını (bundan sonra “Mal” adlanacaq) “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə malı qəbul edib əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi “Satıcı”ya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən malı qaimə-faktura əsasında “Satıcı”nın strukturuna daxil olan təşkilatların ərazisində “Alıcı”ya təhvil verir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Malın 1 (bir) tonunun qiyməti 71,50 manat (ƏDV daxil) müəyyən olunur. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırkı müqavilənin qüvvədə olma müddəti imzalandığı gündən 1 (bir) il müddətində müəyyən edilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, “Alıcı” hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərinin gecikdirilməsinə görə “Satıcı”ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,5% həcmində dəbbə pul ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 5% həddində müəyyən edilir. Bundan əlavə, iş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi (VÖEN **********) ilə alıcı “X4” Şirkəti (VÖEN **********) arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli SOCAR **********20020182A00008 nömrəli “Təkrar istismara yararsız metal boruların alqı-satqısı haqqında” Müqavilənin şərtlərinə görə, “Satıcı” istismara yararsız metal boru hissələri və qara metal qırıntılarından ibarət olan əmlakını (bundan sonra “Mal” adlanacaq) "Alıcı” ya təhvil verməyi, “Alıcı” isə malı qəbul edib əvəzində bu müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi “Satıcı”ya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Satıcı Müqavilədə göstərilən malı qaimə-faktura əsasında “Satıcı”nın strukturuna daxil olan təşkilatların ərazisində “Alıcı”ya təhvil verir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Malın 1 (bir) tonunun qiyməti 73 manat (ƏDV daxil) müəyyən olunur. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırkı müqavilənin qüvvədə olma müddəti imzalandığı gündən 1 (bir) il müddətində müəyyən edilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, “Alıcı” hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərinin gecikdirilməsinə görə “Satıcıya" hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0.5% həcmində dəbbə pul ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 5% həddində müəyyən edilir. İş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi (VÖEN **********) ilə alıcı “X4” Şirkəti (VÖEN **********) arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli SOCAR **********20020182A00008 nömrəli “Təkrar istismara yararsız metal boruların alqı-satqısı haqqında” Müqaviləyə 02 iyul 2020-ci il tarixli 1 saylı Əlavənin 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182X00008 nömrəli müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. Həmin Əlavənin 2-ci bəndinə əsasən, 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182X00008 nömrəli müqavilənin 4.1 şərti dəyişdirilərək Malın 1 (bir) tonunun qiyməti 146 manat (ƏDV daxil) müəyyən edilmişdir. Həmin Əlavənin 3-cü bəndinə əsasən, 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182X00008 nömrəli müqavilənin digər şərtləri dəyişilməz olaraq qalmışdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən alıcı “X4” Şirkətinə 30 oktyabr 2018-ci il tarixli EAAN 218888 nömrəli Elektron Qaimə üzrə 17653,76 manat dəyərində, 28 noyabr 2018-ci il tarixli EAAN 924663 nömrəli Elektron Qaimə üzrə 10721,29 manat dəyərində, 28 noyabr 2019-cu il tarixli EBAD 129525 nömrəli Elektron Qaimə üzrə 1946,23 manat dəyərində, 28 fevral 2020-ci il tarixli EBAG 957391 nömrəli Elektron Qaimə üzrə 2829,47 manat dəyərində, 31 mart 2020-ci il tarixli EBAİ 236869 nömrəli Elektron Qaimə üzrə 6244,43 manat dəyərində, 17 iyun 2020-ci il tarixli EBAL 218905 nömrəli Elektron Qaimə üzrə 5495,44 manat dəyərində və 12 avqust 2020-ci il tarixli EBAN 548546 nömrəli Elektron Qaimə üzrə 10958,77 manat dəyərində olmaqla, ümumilikdə cəmi 55849,39 manat məbləğində istismara yararsız metal boru hissələri və qara metal qırıntıları satılmışdır. İş materiallarında olan satıcı “Qaz İxrac” İdarəsi ilə alıcı “X4" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 29 iyul 2021-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, alıcı “X4" Şirkətinin 01 iyul 2021-ci il tarixinə satıcı “Qaz İxrac” İdarəsinə cəmi 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan satıcı “Qaz İxrac” İdarəsi ilə alıcı “X4" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 10 yanvar 2022-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, alıcı “X4" Şirkətinin 01 yanvar 2022-ci il tarixinə satıcı “Qaz İxrac” İdarəsinə cəmi 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 02 iyul 2018-ci il tarixli SOCAR**********30910866X00005 nömrəli, “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 01 iyun 2019-cu il tarixli SOCAR**********20020182A00002 nömrəli və “Təkrar istismara yararsız metal boruların alqı-satqısı haqqında” 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182A00008 nömrəli Müqavilələr üzrə almış olduğu mallara görə ümumilikdə hesablanan cəmi 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində əsas borc alıcı “X4” Şirkəti tərəfindən satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində əsas borcun və 2542,47 (iki min beş yüz qırx iki manat 47 qəpik) manat məbləğində dəbbə pulunun cavabdeh “X4” Şirkətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “X4” MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “X4” Şirkəti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi ilə bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 02 iyul 2018-ci il tarixli SOCAR**********30910866X00005 nömrəli, “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi haqqında” 01 iyun 2019-cu il tarixli SOCAR**********20020182A00002 nömrəli və “Təkrar istismara yararsız metal boruların alqı-satqısı haqqında” 28 dekabr 2019-cu il tarixli SOCAR**********20020182A00008 nömrəli Müqavilələr üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “2542,47 (iki min beş yüz qırx iki manat 47 qəpik) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilələr üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də yüksək həddə artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin xeyrinə cavabdeh “X4” Şirkətindən 50849,39 manat məbləğində əsas borc və 500 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı da cavabdeh “X4” Şirkətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməlidir. Həmçinin, cavabdeh “X4” Şirkətindən dövlət nəfinə 244,05 (iki yüz qırx dörd manat 05 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X4” Şirkətindən 50849,39 (əlli min səkkiz yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 51749,39 (əlli bir min yeddi yüz qırx doqquz manat 39 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “X4” Şirkətindən dövlət nəfinə 244,05 (iki yüz qırx dörd manat 05 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar