Məhkəmə qərarları › İş №e-2-2(119)-725/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-725/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-725/2022 28.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 23 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 13 avqust 2021-ci il tarixli müqavilə üzrə 2250 (iki min iki yüz əlli) manat məbləğində əsas borcun və 125 (yüz iyirmi beş) manat məbləgində cərimənin, 14 avqust 2021-ci il tarixli müqavilə üzrə 3166 (üç min yüz altmış altı) manat məbləgində əsas borcun və 150 (yüz əlli) manat məbləgində cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 110 (yüz on) manat məbləgində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 13 avqust 2021-ci il və 14 avqust 2021-ci il tarixli Alqı-satqı müqavilələri, qiymətlərin razılaşma protokolları və təhvil-təslim aktları imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malları iddiaçıdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. 13 avqust 2021-ci il tarixli müqaviləyə və həmin müqavilə üzrə tərtib edilmiş X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 3060 (üç min altmış) manat olan mal almış və həmin məbləğin 560 (beş yüz altmış) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 2500 (iki min beş) manatı isə 13 avqust 2021-ci il tarixli X2 əsasən qrafikə əsasən 13 sentyabr 2021-ci il tarixdən başlayaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bu günə 13 avqust 2021-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə qalıq borc 2250 (iki min iki yüz əlli) manat, cərimə borcu isə 125 (yüz iyirmi beş) manat təşkil edir. 14 avqust 2021-ci il tarixli müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 5100 (beş min yüz) manat olmaqla mal almış və həmin məbləğin 1100 (min yüz) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 4000 (dörd min) manatı isə 14 avqust 2021-ci il tarixli X2 əsasən qrafikə əsasən 14 sentyabr 2021-ci il tarixdən başlayaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bu günə 14 avqust 2021-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə qalıq borc 3166 (üç min yüz altmış altı) manat, cərimə borcu isə 150 (yüz əlli) manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə bildiriş və pretenziya məktubları da göndərilmişdir. 05 mart 2022-ci il tarixdə İddiaçı MMC tərəfindən borcluya alqı-satqı müqavilələri əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. 02 aprel 2022-ci il tarixdə “AZ Estetik Group“ MMC tərəfindən 2 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş və ərizə icraata qəbul olunaraq, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştrak etməmiş və bu barədə 23 aprel 2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 110 manat təşkil etmiş və həmin xərc iddiaçı tərəfindən ödənilmişdir. Həmin Müqavilələrin 5.2-ci bəndinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin Müqavilələrin 6.5-ci bəndinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. ”Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. ”Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh İddiaçı xeyrinə 13 avqust 2021-ci il tarixli müqavilə üzrə 2250 manat məbləğində əsas borcun və 125 manat məbləgində cərimənin, 14 avqust 2021-ci il tarixli müqavilə üzrə 3166 manat məbləgində əsas borcun və 150 manat məbləgində cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 110 manat məbləgində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 avqust 2021-ci il tarixli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (bundan sonra “Əlavə 1” adlandırılacaq) əks olunan texniki avadanlıqları (bundan sonra “Mal” adlanacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə “Alıcı"ya satmağı, “Alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, “Alıcı"ya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış “Əlavə 1”-də öz əksini tapır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, satılan mallar Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı (bundan sonra “Əlavə 2” adlandırılacaq) əsasında təhvil verilir və alınır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndinə əsasən “Əlavə 1”-də qeyd olunan malın ümumi dəyəri 3060 (üç min altmış) manat təşkil edir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, “Alıcı” alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 560 (beş yüz altmış) manat ilkin ödənişini dərhal, qalıq məbləği 10 ay ərzində “Əlavə 1”-ə uyğun formada “Satıcı”ya “ödəniş qəbzləri” (və ya mədaxil qəbzləri) əsasında ödəyir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, “Alıcı” mallara görə təqdim olmuş hesabfakturasına və ya qaimə-fakturasına əsasən “Satıcı”dan aldığı malların dəyərini nağd və ya köçürmə yolu ilə “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, ödənişin başlanma vaxtı “Alıcı”ya malın və qaimə-fakturanın təqdim edildiyi gün sayılır. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, “Alıcı” malın dəyərini və qalıq məbləğini Müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə “Əlavə 1”-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. İş materiallarında olan, 13 avqust 2021-ci il tarixli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 13 avqust 2021-ci il tarixli "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 1) görünür ki, həmin Protokola əsasən 13 avqust 2021-ci il tarixli Müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 10 aylıq periodla ilkin ödəniş 560 manat olmaqla, cəmi 3060 (üç min altmış) manat dəyərində məhsulların satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli Alqı-satqı Müqaviləsi üzrə tərtib edilmiş 13 avqust 2021-ci il tarixli 01 nömrəli Təhvil-Təslim Aktından görünür ki, 13 avqust 2021-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 3060 manat dəyərində qiymətləndirilmiş "Avtoklav YS-18L-E" adlı texniki avadanlıq təhvil verilmişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli 021 nömrəli Maliyyə Arayışından görünür ki, 13 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi üzrə alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə 05 mart 2022-ci il tarixinə 2250 (iki min iki yüz əlli) manat məbləğində əsas borcu və 125 (yüz iyirmi beş) manat məbləğində cərimə borcu vardır. Bundan əlavə, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 14 avqust 2021-ci il tarixli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (bundan sonra “Əlavə 1” adlandırılacaq) əks olunan texniki avadanlıqları (bundan sonra “Mal” adlanacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə “Alıcı"ya satmağı, “Alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyə və “Əlavə 1”-də əks olunmuş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, “Alıcı"ya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış “Əlavə 1”-də öz əksini tapır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, Satılan mallar Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı (bundan sonra “Əlavə 2” adlandırılacaq) əsasında təhvil verilir və alınır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilənin 1.1-ci bənndinə əsasən “Əlavə 1”-də qeyd olunan malın ümumi dəyəri 5100 (beş min yüz manat) manat təşkil edir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, Alıcı” alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 1100 (min yüz) manat ilkin ödənişini dərhal, qalıq məbləği 12 ay ərzində “Əlavə 1”-ə uyğun formada “Satıcı”ya “ödəniş qəbzləri” (və ya mədaxil qəbzləri) əsasında ödəyir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, “Alıcı” mallara görə təqdim olunmuş hesab-fakturasına və ya qaimə-fakturasına əsasən “Satıcı”dan aldığı malların dəyərini nağd və ya köçürmə yolu ilə “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, ödənişin başlanma vaxtı “Alıcı”ya malın və qaimə-fakturanın təqdim edildiyi gün sayılır. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, “Alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə “Əlavə 1”-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. İş materiallarında olan, 14 avqust 2021-ci il tarixli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 14 avqust 2021-ci il tarixli "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 1) görünür ki, həmin Protokola əsasən 14 avqust 2021-ci il tarixli Müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 12 aylıq periodla ilkin ödəniş 1100 manat olmaqla cəmi 5100 (beş min yüz) manat dəyərində məhsulların satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 14 avqust 2021-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, 14 avqust 2021-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 5100 manat dəyərində qiymətləndirilmiş "CX-2305" adlı texniki avadanlıq təhvil verilmişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli 020 nömrəli Maliyyə Arayışından görünür ki, 14 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi üzrə alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə 05 mart 2022-ci il tarixinə 3166 (üç min yüz altmış altı) manat məbləğində əsas borcu və 150 (yüz əlli) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 13 avqust 2021-ci il tarixli və 14 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqavilələri üzrə nəzərdə tutulan avadanlıqların alqı-satqısı baş tutmuş və həmin alqı-satqı ilə əlaqədar İddiaçı MMC 13 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinin 13 avqust 2021-ci il tarixli 01 saylı Əlavə Razılaşması üzrə ödənilməmiş 2250 manat məbləğində əsas borcu və 125 manat cərimə borcunun, 14 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinin 14 avqust 2021-ci il tarixli 01 saylı Əlavə Razılaşması üzrə isə ödənilməmiş 3166 (üç min yüz altmış altı) manat məbləğində əsas borcu və 150 (yüz əlli) manat cərimə borcunun Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 110 (yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, alıcı Cavabdeh (VÖEN **********) satıcı İddiaçı MMC (VÖEN **********) ilə bağlanmış alqı-satqı müqavilələri üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, Cavabdeh 13 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi üzrə 2250 manat məbləğində əsas borc və 125 manat məbləğində cərimə borcu, 14 avqust 2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi üzrə isə 3166 manat məbləğində əsas borc və 150 manat məbləğində cərimə borcunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 13 avqust 2021-ci il tarixli müqavilə üzrə 2250 manat məbləğində əsas borc və 125 manat məbləğində cərimə, 14 avqust 2021-ci il tarixli müqavilə üzrə 3166 manat məbləğində əsas borc və 150 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 110 (yüz on) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli və eyni zamanda, Cavabdeh dövlət nəfinə 76,91 (yetmiş altı manat 91 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 13 avqust 2021-ci il tarixli Müqavilə üzrə 2250 (iki min iki yüz əlli) manat məbləğində əsas borc və 125 (yüz iyirmi beş) manat məbləğində cərimə, 14 avqust 2021-ci il tarixli Müqavilə üzrə 3166 (üç min yüz altmış altı) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 5801 (beş min səkkiz yüz bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 76,91 (yetmiş altı manat 91 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar