Məhkəmə qərarları › İş №e-2-2(119)-747/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-747/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-747/2020 07.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 175723,10 (bir yüz yetmiş beş min yeddi yüz iyirmi üç manat, on qəpik) manat pulun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixdə elektron kabineti vasitəsi ilə ərizə təqdim edərək cavabdeh tərəfindən borcun tam ödənildiyini, ona görə də iddiadan imtina etdiyini bildirmiş, ərizənin hūquqi nəticələrinin aydın olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə qanuna zidd olmadığından və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təmin edilməli, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar