Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-75/2020 27.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə cavabdeh X1 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmış penya kimi 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2766,16 (iki min yeddi yüz altmış altı manat 16 qəpik) manat məbləğində borcun tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, iddiaçı “xxxx” Şirkəti ilə bağlanmış xx xxxx 2016-cı il tarixli 310/16 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh X5 dəyərinin bir hissəsini malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Lakin, həmin Müqavilə əsasında cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəməmişdir. Bununla əlaqədar iddiaçı və cavabdeh arasında xx xxxxxx 2017-ci ildə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması” aktı tərtib edilərkən, sonuncu yaranmış borcu etiraf etmiş və razılaşmaya əsasən qalan borcu yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh həmin borcun bir hissəsini ödəmiş olsa da, həmin borcun 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat hissəsini ödəməmişdir. Cavabdeh X5 bu günədək həmin borcunu ödəməmiş və bu o deməkdir ki, o, tərəflər arasında imzalanmış Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya kimi hesablanmış 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat pulu da ödəməli və həmin məbləğ də borc məbləğinin üzərinə əlavə edilməlidir. Məhkəmə iclasında iddiaçı “xxxx” Şirkətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı “xxxx” Şirkəti ilə cavabdeh X5 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1368,08 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmış 1368,08 manat penya və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2766,16 manat məbləğində pul vəsaitinin cavabdeh X1 iddiaçı “xxxx” Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - hüquqi şəxs “xxxx” Şirkəti ilə “Alıcı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X5 (VÖEN **********) arasında xx xxxx 2016-cı il tarixli 310/16 saylı alqı-satqı müqaviləsi bağlanmış və “Satıcı” həmin Müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2%-i həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda “Satıcı” öhdəliklərin məcburi qaydada icra və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması” aktından görünür ki, xx xxxx 2016-cı il tarixli 310/16 saylı alqı-satqı müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixinə cavabdeh X2 iddiaçı “xxxx” Şirkətinə 2705,43 (iki min yeddi yüz beş manat 43 qəpik) manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, satıcı “xxxx” Şirkəti ilə alıcı X5 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 xx xxxxxx 2019-cu il tarixə olan qalıq borc məbləği 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat təşkil edir və həmin Müqavilə üzrə sonuncu dəfə xx xxxxx 2018-ci ildə 100 (yüz) manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 310/16 saylı alqı-satqı müqaviləsi üzrə tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması” aktında müəyyən edilmiş 2705,43 (iki min yeddi yüz beş manat 43 qəpik) manat məbləğində əsas borcun xx xxxxxx 2019-cu il tarixinədək 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat hissəsi cavabdeh X5 tərəfindən iddiaçı “xxxx” Şirkətinə ödənilməmiş və iddiaçı tərəfindən həmin ödənilməmiş borc məbləğinə 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat məbləğində penya hesablanmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X5 iddiaçı “xxxx” Şirkəti ilə bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat məbləğində əsas borc ondan (cavabdehdən) tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat penyanın tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya (dəbbə pulu) məbləği azaldılaraq, cavabdehdən cəmi 100 (yüz) manat məbləğində penya tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh X1 1368,08 manat məbləğində əsas borc və 100 manat penya olmaqla - cəmi 1498,08 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Şirkətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh X1 1368,08 (min üç yüz altmış səkkiz manat 08 qəpik) manat əsas borc, 100 (yüz) manat penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 1498,08 (min dörd yüz doxsan səkkiz manat 08 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-75/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-75/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver