Məhkəmə qərarları › İş №e-2-2(119)-750/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-750/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-750/2025 17.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30269,08 (otuz min iki yüz altmış doqquz manat, səkkiz qəpik) manat məbləğində əsas borc, 3026,91 (üç min iyirmi altı manat, doxsan bir qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 33295,99 (otuz üç min iki yüz doxsan beş manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilən 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 11 noyabr 2021-ci il tarixli 2021-0351 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - razılaşma protokolları ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 03 fevral 2022-ci il tarixli 007 nömrəli razılaşma protokolunun şərtlərinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri ƏDV daxil 36000 manat məbləğində olmaqla 100000 ədəd birdəfəlik istifadə üçün tibbi maska (qara rəng) və 400000 ədəd birdəfəlik istifadə üçün tibbi maska (mavi rəng) adlı malları satmağı, cavabdeh isə əvəzində həmin malları qəbul etməklə dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Ödəmə şərtinə əsasən yuxarıdakı malların ümumi dəyəri mallar cavabdehə təhvil verildikdən 30 təqvim günü ərzində ödənilməli idi. Lakin, iddiaçı tərəfindən göstərilən protokol üzrə öhdəliklər icra olunsa da, cavabdeh tərəfindən yalnız 09 mart 2022-ci il tarixində 5491,53 manat məbləğində ƏDV depozit hesabına ödənilmiş və 21 iyun 2023-cü il tarixində GDĞ/1 375098 nömrəli kassa mədaxil orderi vasitəsilə iddiaçıya 240 manat mədaxil edilmişdir, lakin malların qalan dəyəri, yəni 30269,08 manat iddiaçıya ödənilməmişdir. Həmçinin 11 noyabr 2021-ci il tarixli 2021-0351 nömrəli alqı-satqı müqaviləsinin 7.4-cü və 7.5-ci bəndlərinə uyğun olaraq: “mallar üçün razılaşma protokolunda müəyyən edilən müddətdə ödəniş olmadıqda satıcı alıcıdan hər gecikdirilən gün üçün ödənilməsi gecikdirilən məbləğin 0,1%-i miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Bununla da, cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləği üzərinə dəbbə pulu hesablanmaqla ümumi borc məbləği 33295,99 manat məbləğində təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli 2021-0351 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) bu müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokollarında göstərilən malları alıcının (Cavabdeh MMC-nin) mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və müəyyən olunan müddətdə onların dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən alınan malların dəyəri və ödəniş şərti tərəflərin qarşılıqlı razılığı ilə təsdiq edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında müəyyən olunur. Həmin müqavilənin 3.1.2-ci yarımbəndinə əsasən, alıcı müvafiq razılaşma protokoluna əsasən malların dəyərinin ödənişini həyata keçirir. Həmin müqavilənin 3.2.4-cü yarımbəndinə əsasən, satıcı bu müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. Həmin müqavilənin 7.3-cü, 7.4-cü və 7.5-ci bəndlərinə əsasən, mallar razılaşma protokolunda müəyyən edilən müddətdə çatdırılmadıqda (və ya natamam çatdırıldıqda) alıcı satıcıdan hər gecikdirilən gün üçün çatdırılmayan malların dəyərinin 0,1 %-i miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Mallar üçün razılaşma protokolunda müəyyən edilən müddətdə ödəniş olmadıqda satıcı alıcıdan hər gecikdirilən gün üçün ödənilməsi gecikdirilən məbləğin 0,1 %-i miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Bu müqavilə ilə müəyyən edilən dəbbə pulun yuxarı həddi icrası gecikdirilmiş öhdəliyin dəyərinin 10%-dir. İş materiallarında olan 15 iyul 2019-cu il tarixli 2019-0281 nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş 11 noyabr 2021-ci il tarixli 001 nömrəli ümumi dəyəri 21000 manat məbləğində, 03 fevral 2022-ci il tarixli 007 nömrəli ümumi dəyəri 36000 manat məbləğində olan razılaşma protokollarının 1-ci bəndlərinə əsasən, satıcı qeyd edilən müvafiq malları protokol qüvvəyə mindikdən sonrra 3 gün ərzində ünvan 1 ünvanında alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli 003 nömrəli ümumi dəyəri 3500 manat məbləğində, 29 noyabr 2021-ci il tarixli 004 nömrəli ümumi dəyəri 1400 manat məbləğində olan razılaşma protokollarının 1-ci bəndlərinə əsasən, satıcı qeyd edilən müvafiq malları protokol qüvvəyə mindikdən sonrra 3 gün ərzində ünvan 2 ünvanında alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 23 noyabr 2021-ci il tarixli 23615 nömrəli malların təhvil-qəbul aktı üzrə 3500 manat, 01 dekabr 2021ci il tarixli 23697 nömrəli malların təhvil-qəbul aktı üzrə 1400 manat, 09 dekabr 2021-ci il tarixli 23769 nömrəli malların təhvil-qəbul aktı üzrə 21000 manat, 14 dekabr 2021-ci il tarixli 23818 nömrəli malların təhvil-qəbul aktı üzrə 240 manat, 03 fevral 2022-ci il tarixli 24203 nömrəli malların təhvil-qəbul aktı üzrə 36000 manat məbləğində olmaqla, ümumi dəyəri 62140 manat məbləğində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli EBBM seriyalı 807539 nömrəli elektron qaimə-faktura üzrə 3500 manat, 01 dekabr 2021-ci il tarixli EBBN seriyalı 346553 nömrəli elektron qaimə-faktura üzrə 1400 manat, 09 dekabr 2021-ci il tarixli EBBN seriyalı 832202 nömrəli elektron qaimə-faktura üzrə 21000 manat, 14 dekabr 2021-ci il tarixli EBBO seriyalı 119598 nömrəli elektron qaimə-faktura üzrə 240 manat, 03 fevral 2022-ci il tarixli EBBQ seriyalı 672018 nömrəli elektron qaimə-faktura üzrə 36000 manat məbləğində olmaqla, ümumi dəyəri 62140 manat məbləğində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli GDĞ/1 375098 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 240 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan **********300609 nömrəli köçürmə sənədi üzrə 213,56 manat, **********478329 nömrəli köçürmə sənədi üzrə 36,61 manat, **********742325 nömrəli köçürmə sənədi üzrə 5491,53 manat, **********478610 nömrəli köçürmə sənədi üzrə 464,39 manat, **********300570 nömrəli köçürmə sənədi üzrə 533,9 manat, **********478399 nömrəli köçürmə sənədi üzrə 2739 manat məbləğində olmaqla, cəmi 9478,99 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya köçürülmüşdür. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2966,1 manat və 1186,44 manat olmaqla, cəmi 4152,54 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 490 manat və 203,39 manat olmaqla, cəmi 693,39 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 03 fevral 2022-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2306 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına 13 may 2025-ci il tarixində iddiaçı tərəfindən əlavə edilmiş “Məlumat” sənədinin məzmununda “Tərəflər arasında bağlanılmış 2021-0351 nömrəli alqısatqı müqaviləsi üzrə EBBM807539 nömrəli elektron qaimə-faktura əsasında 23 noyabr 2021-ci il tarixində 1000 qutu 3 qat antibakterial tibbi maska (1x50) adlı məhsul satılmış, bunu sübut edən 23615 saylı təhvil-qəbul aktı; EBBN346553 nömrəli elektron qaiməfaktura əsasında 01 dekabr 2021-ci il tarixində 400 qutu 3 qat antibakterial tibbi maska (1x50) adlı məhsul satılmış, bunu sübut edən 23697 saylı təhvil-qəbul aktı, EBBN832202 nömrəli elektron qaimə-faktura əsasında 09 dekabr 2021-ci il tarixində 6000 qutu 3 qat antibakterial tibbi maska (1x50) adlı məhsul satılmış, bunu sübut edən 23769 saylı təhvilqəbul aktı, EBBO119598 nömrəli elektron qaimə-faktura əsasında 14 dekabr 2021-ci il tarixində 60 qutu qara antibakterial tibbi maska (1x50)-47Q adlı məhsul satılmış, bunu sübut edən 23818 saylı təhvil-qəbul aktı, EBBQ672018 nömrəli elektron qaimə-faktura əsasında 03 fevral 2022-ci il tarixində 8000 qutu 3 qat antibakterial tibbi maska (1x50) adlı məhsul satılmış, bunu sübut edən 24203 saylı təhvil-qəbul aktı, EBBQ672018 nömrəli elektron qaimə-faktura əsasında 03 fevral 2022-ci il tarixində 2000 qutu qara antibakterial tibbi maska (1x50)-47Q adlı məhsul satılmış, bunu sübut edən 24203 saylı təhvil-qəbul aktı tərtib olunaraq imzalanmışdır. Yuxarıda qeyd olunan malların satışından yaranan borc məbləği ümumilikdə, vergilər daxil olmaqla 62140 manat təşkil etmişdir. Borc məbləğinə cavabdeh tərəfindən müxtəlif dövrlərdə 31870,92 manat məbləğində ödəniş olunmuşdur. Hazırda cavabdehin qalıq borc məbləği 30269,08 manat, həmin müqavilənin 7.3-cü və 7.4-cü bəndinə əsasən hesablanmış 3026,91 manat dəbbə pulu olmaqla, ümumi borcu 33295,99 manat təşkil edir” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 11 noyabr 2021-ci il tarixli 2021-0351 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 11 noyabr 2021-ci il tarixli, 12 noyabr 2021-ci il tarixli, 23 noyabr 2021ci il tarixli, 29 noyabr 2021-ci il tarixli və 03 fevral 2022-ci il tarixli razılaşma protokolları imzalanmış, müqavilə və razılaşma protokolları üzrə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş və nəticədə onun 30269,08 manat məbləğində borcu yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 23 noyabr 2021-ci il tarixli 23615 nömrəli malların təhvil-qəbul aktı üzrə 3500 manat, 01 dekabr 2021-ci il tarixli 23697 nömrəli malların təhvil-qəbul aktı üzrə 1400 manat, 09 dekabr 2021-ci il tarixli 23769 nömrəli malların təhvil-qəbul aktı üzrə 21000 manat, 14 dekabr 2021-ci il tarixli 23818 nömrəli malların təhvil-qəbul aktı üzrə 240 manat, 03 fevral 2022-ci il tarixli 24203 nömrəli malların təhvil-qəbul aktı üzrə 36000 manat məbləğində olmaqla, ümumi dəyəri 62140 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. İş materiallarına əsasən cavabdeh tərəfindən həyata keçirilən ödənişlər aşağıdakı kimidir: - **********300609 nömrəli köçürmə sənədi üzrə 213,56 manat, **********478329 nömrəli köçürmə sənədi üzrə 36,61 manat, **********742325 nömrəli köçürmə sənədi üzrə 5491,53 manat, **********478610 nömrəli köçürmə sənədi üzrə 464,39 manat, **********300570 nömrəli köçürmə sənədi üzrə 533,9 manat, **********478399 nömrəli köçürmə sənədi üzrə 2739 manat məbləğində olmaqla, cəmi 9478,99 manat; - 30 noyabr 2021-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədi üzrə 2966,1 manat və 1186,44 manat olmaqla, cəmi 4152,54 manat; - 05 yanvar 2022-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədi üzrə 490 manat və 203,39 manat olmaqla, cəmi 693,39 manat; - 31 yanvar 2022-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədi üzrə 15000 manat; - 03 fevral 2022-ci il tarixində iddiaçının bank hesabına köçürülmüş ödənişləri əks etdirən hesabdan çıxarış sənədi üzrə 2306 manat; - 21 iyun 2023-cü il tarixli GDĞ/1 375098 nömrəli kassa mədaxil orderi üzrə 240 manat. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 31870,92 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olduğu təqdirdə cavabdehin qalıq borcunun məbləği 30269,08 manat (62140 manat - 31870,92 manat = 30269,08 manat) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30269,08 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 3026,91 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 7.3cü, 7.4-cü və 7.5-ci bəndləri) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 3026,91 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 1514 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan başqa, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 13 fevral 2025-ci il tarixli **********17 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 190 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 185,35 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 30269,08 manat məbləğində əsas borc, 1514 manat məbləğində cərimə və 185,35 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 31968,43 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 30269,08 (otuz min iki yüz altmış doqquz manat, səkkiz qəpik) manat məbləğində əsas borc, 1514 (min beş yüz on dörd) manat məbləğində cərimə, 185,35 (yüz səksən beş manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 31968,43 (otuz bir min doqquz yüz altmış səkkiz manat, qırx üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar