Məhkəmə qərarları › İş №e-2-2(119)-753/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-753/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-753/2023 13.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 30 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X1” Məhdud Məsuliyyyətli Cəmiyyətindən 7083,54 (yeddi min səksən üç manat 54 qəpik) manat əsas borcun, 24 dekabr 2020-ci il tarixdən faktiki ödəniş gününədək əsas borc məbləğindən hesablanmaqla 7083,54 manatın illik 8,5% bank faiz uçot dərəcəsinin, vəkil xidmətinə görə ödənilmiş 700 (yeddi yüz) manat vəsaitin, 1,87 (bir manat 87 qəpik) manat poçt xərcinin və 105 (yüz beş) manat mediasiya rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı Cavabdeh 24 dekabr 2020-ci il tarixdə satıcı İddiaçındən ümumi dəyəri 7083,54 manat olan müxtəlif çeşiddə tibbi ləvazimat almış və bununla əlaqədar təqdim olunan 24 dekabr 2020-ci il tarixli Seriya EBAV № 320444 nömrəli Elektron Qaiməni təsdiqləmişdir. Lakin, həmin malların qəbul edilməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə qədər onların dəyərini ödəməmişdir. Həmin borcun ödənilməsi üçün məhkəməyəqədər danışıqlar aparılaraq, iki dəfə pretenziya göndərilsə də, Cavabdeh MMC buna məhəl qoymamış və borcunu ödəməmişdir. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına da müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Bununla bağlı Mediasiya təşkilatı tərəfindən 13 oktyabr 2022-ci il tarixli MŞB/11-00921 nömrəli mediasiya arayışı verilmişdir (iddia ərizəsində məlum iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 405, 406, 407, 409, 449.1 və 449.4-cü maddələrinə istinad olunmaqla əsaslandırılmışdır). Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "X1” Məhdud Məsuliyyyətli Cəmiyyətindən 7083,54 manat məbləğində əsas borcun, 24 dekabr 2020-ci il tarixdən faktiki ödəniş gününədək əsas borc məbləğindən hesablanmaqla 7083,54 manatın illik 8,5% bank faiz uçot dərəcəsinin, vəkil xidmətinə görə ödənilmiş 700 manat məbləğində vəsaitin, 1,87 manat məbləğində poçt xərcinin və 105 manat məbləğində mediasiya rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 26 iyul 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "X1” Məhdud Məsuliyyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə2 İddiaçı tərəfindən verilmiş hazırkı iddianı qismən, yəni “7083,54 manat məbləğində əsas borcun tutulması” hissəsində qəbul etdiyini bildirsə də, 13 sentyabr 2023-cü ildə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 dekabr 2020-ci il tarixli EBAV 320444 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 7083,54 (yeddi min səksən üç manat 54 qəpik) manat (6003 manat malın dəyəri + 1080,54 manat ƏDV = 7083,54 manat) dəyərində müxtəlif çeşiddə tibbi ləvazimatların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş üzrə məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "X1” MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 İddiaçı MMC tərəfindən Cavabdehnə ƏDV daxil cəmi 7083,54 manat dəyərində müxtəlif çeşiddə tibbi ləvazimatların satılması faktını inkar etməyərək, iddia tələbini “7083,54 manat məbləğində əsas borcun tutulması” hissəsində qəbul etdiyini və əsas borcun hissə-hissə ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, məhkəməyə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi təqdim olunmasa da, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında alqı-satqı münasibətləri mövcud olmuş və həmin alqı-satqı üzrə alıcı Cavabdeh MMC satıcı İddiaçı MMC-dən ƏDV daxil cəmi 7083,54 manat dəyərində müxtəlif çeşiddə tibbi ləvazimatlar almışdır. Lakin, bu alqısatqı üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə müvafiq qaydada təqdim olunan 24 dekabr 2020-ci il tarixli EBAV 320444 nömrəli Elektron Qaimənin təsdiq olunmasına baxmayaraq, sonuncu tərəfindən həmin elektron qaimədə qeyd olunan ƏDV daxil cəmi 7083,54 manat məbləğində pul vəsaiti satıcı İddiaçı MMC-nin hesabına ödənilməmişdir. Odur ki, alıcı Cavabdeh MMC cəmi 7083,54 manat (ƏDV daxil) dəyərində almış olduğu malların dəyərini ödəmədiyinə görə, İddiaçı MMC tərəfindən “7083,54 manat məbləğində əsas borcun, 24 dekabr 2020-ci il tarixdən faktiki ödəniş gününədək əsas borc məbləğindən hesablanmaqla 7083,54 manatın illik 8,5% bank faiz uçot dərəcəsinin, vəkil xidmətinə görə ödənilmiş 700 manat vəsaitin, 1,87 manat poçt xərcinin və 105 manat mediasiya rüsumunun” Cavabdeh MMC-dən tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan borcun ödənilməməsi ilə əlaqədar yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, İddiaçı MMC tərəfindən mediatora 105 (yüz beş) manat məbləğində xidmət haqqı ödənilmişdir (13 oktyabr 2022-ci il tarixli MŞB/11-00921 nömrəli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" Arayış). Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir). Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı MMC tərəfindən 1,87 manat məbləğində poçt xərci (29 iyun 2022-ci il tarixli ********* nömrəli qəbz) və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) 700 (yeddi yüz) manat məbləğində xidmət haqqı (20 iyun 2022-ci il tarixli EBBY 553466 nömrəli Elektron Qaimə və 20 iyun 2022-ci il tarixli BD620062022 nömrəli Ödəniş Tapşırığı) da ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMCdən “7083,54 manat məbləğində əsas borcun” tutularaq İddiaçınə ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. Lakin, işin konkret halları və həmçinin, alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMCdən “ƏDV daxil cəmi 7083,54 manat dəyərində müxtəlif çeşiddə tibbi ləvazimatların alınması” ilə əlaqədar tərəflər arasında həmin alqı-satqının şərtlərinin və o cümlədən də, alınan malların dəyərinin ödənilməsi qaydalarının və müddətinin təsbit olunduğu yazılı əqdin (müqavilənin) olmaması nəzərə alınmaqla, müəyyən olunur ki, iddia tələbinin “cavabdehdən 24 dekabr 2020-ci il tarixdən faktiki ödəniş gününədək əsas borc məbləğindən hesablanmaqla 7083,54 manatın illik 8,5% bank faiz uçot dərəcəsinin tutulması” hissəsində iddianın əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamış və sübut edilməmişdir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, bu tələbdə tutulmalı pulun miqdarının “faktiki ödəniş gününədək” əsas borc məbləğindən hesablanaraq müəyyən olunması tələb olunduğuna görə, “məlum borcun faktiki ödəniş gününün” əvvəlcədən məhkəməyə məlum olmaması və həmçinin, həmin hissədə iddianın qiymətinin iddia tələbində göstərilməməsi də - bu tələbin mahiyyət etibarilə qeyri-müəyyən tələb olmasını təsdiq edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən isə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göründüyü kimi, qeyd edilən mülki-prosessual hüquq normalarının tələbləri baxımından da, iddiaçının həmin tələbi, yəni “cavabdehdən 24 dekabr 2020-ci il tarixdən faktiki ödəniş gününədək əsas borc məbləğindən hesablanmaqla 7083,54 manatın illik 8,5% bank faiz uçot dərəcəsinin tutulması” tələbi qeyri-müəyyən olduğundan, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 7083,54 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 105 (yüz beş) manat məbləğində xidmət haqqı və həmçinin, 1,87 (bir manat 87 qəpik) manat məbləğində poçt xərci və hüquqi yardımla əlaqədar nümayəndəyə (vəkilə) ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 90,83 (doxsan manat 83 qəpik) manat məbləğində dövlət rüsumu isə cavabdeh "X1” MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7083,54 (yeddi min səksən üç manat 54 qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqı, 1,87 (bir manat 87 qəpik) manat məbləğində poçt xərci və mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 7890,41 (yeddi min səkkiz yüz doxsan manat 41 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 90,83 (doxsan manat 83 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar