Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-755/2020 21.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçın Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə ediliş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə, habelə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Siyəzən rayonunun Məşrif kəndində qeydiyyatda olan Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən isə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən normaların təhlilinə əsasən bu nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddia ərizəsinə cavabdehin vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxs - fərdi sahibkar olmağı barəsində sənəd əlavə olunmadığı və bu hal məhkəmə tərəfindən də müəyyən edilmədiyi üçün iştirak edən şəxslərin subyektiv tərkibinə əsasən iddia ərizəsinə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Belə ki, MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-nin 35.1-ci maddəsinə əsasən isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir, 32.4-cü maddəsinə əsasən isə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmadığından iddia ərizəsi onun rəsmi qeydə alındığı yer üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Məhkəmə həmçinin gələcəkdə oxşar iddia ərizələri ilə məhkəməyə müraciət edəcək iddiaçının nəzərinə çatdırmaq istəyir ki, iddiaçı ilə müqavilə bağlamış və şəxsiyyəti təsdiq edən sənəd üzrə müvafiq məlumatları iddiaçıya məlum olan istənilən fiziki şəxsin fərdi sahibkar statusuna malik olub-olmamsını İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin www.e-taxes.gov.az internet səhifəsində “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi - VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması” xidməti vasitəsi ilə də yoxlanılması mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 35.1, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçın Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-755/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-755/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver