Məhkəmə qərarları › İş №e-2-2(119)-76/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-76/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-76/2020 18.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı X1 nümayəndəsi X6 oğlunun iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 xx xxxxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31930 manat əsas borc, 7689,22 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 39649,22 (otuz doqquz min alı yüz qırx doqquz manat 22 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı zamanı İddiaçı ASC məhkəməyə xx xxxxxx 2020-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, iddia tələbi üzrə tələb olunan borcun miqdarını artırmış və 38429 manat əsas borc, 10094,99 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 48553,99 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı zamanı İddiaçı X4 növbəti dəfə “iddia tələbinin artırılması” barədə xx xxxx 2020-ci il tarixli ərizə ilə yenidən məhkəməyə müraciət edərək, iddia tələbi üzrə tələb olunan borcun miqdarını artırmış və 44928 (qırx dörd min doqquz yüz iyirmi səkkiz) manat əsas borc, 8087 (səkkiz min səksən yeddi) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 53045 (əlli üç min qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “İddiaçı X2 məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli “«Aqrolizlnq» X2 məxsus soyuducu kamera üçün aqroboksun lizinqə verilməsi” barədə müqaviləyə əsasən ümumi dəyəri 137475 (yüz otuz yeddi min dörd yüz yetmiş beş) manat miqdarında olan cəmi 1500 ədəd lizinq obyektini, yəni texnoloji avadanlıq sayılan soyuducu kamera üçün aqroboks (bir ədədin qiyməti 91,65 manat) avadanlıqlarını lizinqə götürmüşdür. Tərəflər arasında bağlanmış məlum Müqaviləyə əsasən lizinq alan Cavabdeh həmin avadanlıqlar üçün Cəmiyyətin hesabına 14000 (on dörd min) manat ilkin ödəniş etmiş və qalan 123475 (yüz iyirmi üç min dörd yüz yetmiş beş) manat məbləğə isə Ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, Müqavilənin tərkib hissəsi olan Ödəniş qrafiki üzrə heç bir ödəniş etməmiş və o, öhdəliyi vaxtında icra etməməklə Müqavilə şərtlərini və Mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməsini öhdəsinə götürmüş olsa da, lizinq alan Cavabdeh İddiaçı ASC ilə bağladığı Müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin Ödəniş qrafiki üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, tərəflər arasında bağlanmış Müqavilənin tərkib hissəsi olan Ödəniş qrafiki üzrə heç bir ödəniş aparmamışdır. Buna görə də, məlum Müqavilə üzrə gecikdirilmiş borcun tutulması üçün məhkəməyə müraciət edilmişdir. Lakin, bundan sonra da cavabdeh Müqavilə üzrə heç bir ödəniş aparmamış və Ödəniş qrafikinə əsasən onun gecikdirilmiş borcu artmışdır. Buna görə də, xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh xx xxxx 2020-ci il tarixinə 44928 (qırx dörd min doqquz yüz iyirmi səkkiz) manat əsas borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən cərimə olaraq hesablanmış 8087 (səkkiz min səksən yeddi) manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı X1 nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli lizinq müqaviləsinin tərkib hissəsi olan Ödəniş Qrafiki üzrə nəzərdə tutulan qaydada lizinq ödənişləri aparılmadığı üçün xx xxxx 2020-ci il tarixə gecikdirilmiş lizinq borcu olaraq hesablanmış 44928 manat əsas borc,lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 8087 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 53045 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və “iddia tələbinin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı X4 ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli “«Aqrolizlnq» X2 məxsus soyuducu kamera üçün aqroboksun lizinqə verilməsi” barədə müqaviləyə əsasən ümumi dəyəri 137475 (yüz otuz yeddi min dörd yüz otuz beş) manat məbləğində qiymətləndirilən texnoloji avadanlıq, yəni bir ədədinin qiyməti 91,65 (doxsan bir manat 65 qəpik) manat olan cəmi 1500 (min beş yüz) ədəd texnoloji avadanlıq sayılan soyuducu kamera üçün “Aqroboks” avadanlığı “Lizinq alan” Cavabdeh 5 (beş) il müddətinə lizinqə verilmişdir.Tərəflər arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli 02- LA/18 nömrəli Müqaviləyə əsasən lizinq alan Cavabdeh həmin avadanlıqlar üçün Cəmiyyətin hesabına 14000 (on dörd min) manat ilkin ödəniş etmiş və qalan 123475 (bir yüz iyirmi üç min dörd yüz yetmiş beş) manat məbləğin isə müvafiq dövrülüklə ödənilməsi ilə əlaqədar tərəflər arasında həmin Müqavilənin tərkib hissəsi olan Ödəniş Qrafiki tərtib olunmuşdur (Müqavilənin 4.1-ci bəndinə əsasən). Lizinq alan Cavabdeh tərəfindən imzalanmış həmin Ödəniş Qrafikində ilkin ödəniş olaraq 14000 (on dörd min) manat məbləğində pul vəsaiti ödənildikdən sonra qalan lizinq ödənişlərinin (qalan 123475 manat məbləğin) müvafiq dövriliklə ödənilməli olduğu tarixlər (müddətlər) müəyyən edilmişdir. “Lizinq verən” İddiaçı X2 məxsus cəmi 1500 ədəd aqroboks avadanlıqları “Lizinq alan” Cavabdeh təhvil verilmişdir (xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktı). xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli Müqavilənin 1.2-ci bəndinə əsasən, “Lizinq alan” lizinq obyektinin dəyərindən 14000 (on dörd min) manat məbləği əvvəlcədən “Lizinq verənə” ödəyir, qalan məbləği isə Ödəniş Qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ “Lizinq verən” tərəfindən heç bir halda geri qaytarılmır. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən,lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq alan malların istifadəsinə görə bu müqavilənin tərkib hissəsi oian Ödəniş Qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, “Lizinq verən” İddiaçı X4 ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh xx xxxx 2020-ci il tarixə gecikdirilmiş lizinq borcu olaraq hesablanmış 44928 manat məbləğində əsas borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 8087 manat məbləğində cərimə borcu vardır. Həmin Müqavilə üzrə Ödəniş Qrafiki üzrə ödəniş aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Təsvir olunanlarla müəyyən olunur ki, xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli “«Aqrolizlnq» X2 məxsus soyuducu kamera üçün aqroboksun lizinqə verilməsi” barədə müqavilə üzrə müvafiq qaydada ödənişlər aparılmadığına görə xx xxxx 2020-ci il tarixinə Cavabdeh 44928 (qırx dörd min doqquz yüz iyirmi səkkiz) manat məbləğində əsas borcu yaranmış və İddiaçı X4 tərəfindən həmin borca 8087 (səkkiz min səksən yeddi) manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxx 2018-ci il tarixli 02- LA/18 nömrəli Müqavilə üzrə Cavabdeh xx xxxx 2020-ci il tarixinə hesablanmış 44928 (qırx dörd min doqquz yüz iyirmi səkkiz) manat məbləğində əsas borcun İddiaçı X1 xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8087 (səkkiz min səksən yeddi) manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, tələb edilən cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) xx xxxxx 2018-ci il tarixli 02-LA/18 nömrəli müqavilə üzrə xx xxxx 2020-ci il tarixinə hesablanmış 44928 (qırx dörd min doqquz yüz iyirmi səkkiz) manat məbləğində əsas borc və 500 (beş yüz) manat məbləğində cərimə tutularaq iddiaçı “İddiaçı» X1 xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 44928 (qırx dörd min doqquz yüz iyirmi səkkiz) manat əsas borc, 500 (beş yüz) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 45458 (qırx beş min dörd yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı» X1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar