Məhkəmə qərarları › İş №e-2-2(119)-782/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-782/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-782/2025 16.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 2400 (iki min dörd yüz manat) manat məbləğində əsas borc, 2714,4 (iki min yeddi yüz on dörd manat, qırx qəpik) manat məbləğində cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 705 (yeddi yüz beş) manat məbləğində əsas borc, 797,36 (yeddi yüz doxsan yeddi manat, otuz altı qəpik) manat məbləğində cərimə, 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 518 (beş yüz on səkkiz) manat məbləğində əsas borc, 585,86 (beş yüz səksən beş manat, səksən altı qəpik) manat məbləğində cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 45321 (qırx beş min üç yüz iyirmi bir) manat məbləğində əsas borc, 27689,48 (iyirmi yeddi min altı yüz səksən doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 (iyirmi beş min altı yüz iyirmi beş) manat məbləğində əsas borc, 18834,38 (on səkkiz min səkkiz yüz otuz dörd manat, otuz səkkiz qəpik) manat məbləğində cərimə, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 16860 (on altı min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 13763,16 (on üç min yeddi yüz altmış üç manat, on altı qəpik) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə bağlı 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli və 16 iyul 2014-cü il tarixli 1014- L/14 nömrəli müqavilələrə əsasən, cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 22 noyabr 2024-cü il tarixinə 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 2400 (iki min dörd yüz manat) manat məbləğində əsas borc, 2714,4 (iki min yeddi yüz on dörd manat, qırx qəpik) manat məbləğində cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 705 (yeddi yüz beş) manat məbləğində əsas borc, 797,36 (yeddi yüz doxsan yeddi manat, otuz altı qəpik) manat məbləğində cərimə, 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 518 (beş yüz on səkkiz) manat məbləğində əsas borc, 585,86 (beş yüz səksən beş manat, səksən altı qəpik) manat məbləğində cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 45321 (qırx beş min üç yüz iyirmi bir) manat məbləğində əsas borc, 27689,48 (iyirmi yeddi min altı yüz səksən doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 (iyirmi beş min altı yüz iyirmi beş) manat məbləğində əsas borc, 18834,38 (on səkkiz min səkkiz yüz otuz dörd manat, otuz səkkiz qəpik) manat məbləğində cərimə, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 16860 (on altı min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 13763,16 (on üç min yeddi yüz altmış üç manat, on altı qəpik) manat məbləğində cərimə yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin qanuni təmsilçisi izahatlarında bildirmişdir ki, iddia ərizəsini qəbul etmir. İddiaçıya hər hansı borcu yoxdur. "xxxx" ASC tərəfindən güzəşt tətbiq edilməsi üçün əldə etdiyi cədvəllər üzrə ödənişlər etmişdir. İddiaçı tərəfindən təqdim edilən texnika və avadanlıqlar keyfiyyətsiz olmuş və olduqca baha qiymətə satılmışdır. Buna görə də müvafiq malların geri qaytarılması ilə bağlı müraciət etsə də, qaytarılması mümkün olmamışdır, həmin mallar hazırda anbardadır. Həmçinin Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnamələri ilə borc məbləğləri müəyyən edildiyinə görə iddiaçının hazırkı tələbi əsassızdır. Cavabdehin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) X1 istifadəsində olmuş “SK-5ME-1” markalı kombaynı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh MMC-nin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən 4650 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 26 noyabr 2013-cü il tarixli 1910/ü nömrəli əmrindən görünür ki, 1 ədəd “SK-5ME-1” markalı kombayn cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 2021-ci ildir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixə maliyyə arayışından və 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 2400 manat məbləğində əsas borcu vardır, ona 2714,40 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 5114,40 manat təşkil edir. Həmin maliyyə arayışında hazırkı borca Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)- 226/2019 nömrəli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2- 2(119)-199/2022 nömrəli qətnamələrindən cəmi ödənilməmiş 28400 manat məbləğin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) “AGGD-25” markalı ağır diskli malanı dəyəri ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh MMC-nin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən 940 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci (texnikadan istifadə üçün nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə) bəndində göstərilən hala yol verildikdə, lizinq alan müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 17 sentyabr 2014-cü il tarixli 2127/ü nömrəli əmrindən görünür ki, “AGGD-25” markalı ağır diskli mala cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 2021-ci ildir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli maliyyə arayışından və 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 705 manat məbləğində əsas borcu vardır, ona 797,36 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 1502,36 manat təşkil edir. Həmin maliyyə arayışında hazırkı borca Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)-226/2019 nömrəli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2-2(119)-199/2022 nömrəli qətnamələrindən cəmi ödənilməmiş 7050 manat məbləğin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) “TC-5050” markalı kombaynı dəyəri ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh MMCnin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən 10250 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci (texnikadan istifadə üçün nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə) bəndində göstərilən hala yol verildikdə, lizinq alan müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 02 iyul 2014-cü il tarixli 1437/ü nömrəli əmrindən görünür ki, “TC-5050” markalı kombayn cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 2023-cü ildir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli maliyyə arayışından və 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 25625 manat məbləğində əsas borcu vardır, ona 18834,38 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 44459,38 manat təşkil edir. Həmin maliyyə arayışında hazırkı borca Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)- 226/2019 nömrəli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2- 2(119)-199/2022 nömrəli qətnamələrindən cəmi ödənilməmiş 56375 manat məbləğin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) 2 ədəd “MTZ-1331” markalı traktor və 2 ədəd “KR-14-5 (AG-14-5)” markalı kotanı dəyəri ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh MMC-nin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən 8140 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci (texnikadan istifadə üçün nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə) bəndində göstərilən hala yol verildikdə, lizinq alan müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 16 iyul 2014-cü il tarixli 1545/ü nömrəli əmrindən görünür ki, 2 ədəd “MTZ-1331” markalı traktor və 2 ədəd “KR-14-5 (AG-14-5)” markalı kotan cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 2023-cü ildir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli maliyyə arayışından və 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 16860 manat məbləğində əsas borcu vardır, ona 13763,16 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 30623,16 manat təşkil edir. Həmin maliyyə arayışında hazırkı borca Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)- 226/2019 nömrəli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2- 2(119)-199/2022 nömrəli qətnamələrindən cəmi ödənilməmiş 52994 manat məbləğin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 188200 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh MMCnin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın dəyərini spesifikasiyada göstərilən 18820 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 08 aprel 2015-ci il tarixli 1369/ü nömrəli əmrindən görünür ki, “LP-600” markalı əkin aparmadan pnevmatik 6 cərgəli qoşulan qarğıdalısəpən, “LKG-600” markalı 6 cərgəli gübrəsəpənlə universal asma qarğıdalı kultivatoru, “PLCKUP BALER 1547S” markalı ot, küləş presləyən, “AGOSS” markalı suvarma texnikası, “AGRİONAL” markalı taxılyükləyən və “AG-CV-01” nömrəli bağçılıqda istifadə olunan arabacıq cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 07 aprel 2025-ci ildir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli maliyyə arayışından və 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 45321 manat məbləğində əsas borcu vardır, ona 27689,48 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 73010,48 manat təşkil edir. Həmin maliyyə arayışında hazırkı borca Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)- 226/2019 nömrəli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2- 2(119)-199/2022 nömrəli qətnamələrindən cəmi ödənilməmiş 117143 manat məbləğin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan 16 noyabr 2018-ci il tarixli 2612-L/15 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 20600 manat olan ilin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh MMC-nin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 16 noyabr 2018-ci il tarixli 5628/ü nömrəli əmrindən görünür ki, “Belarus-1221” markalı traktor, “AGTT-1000” markalı bağçılıq üçün ventilyatorla qoşulan çiləyici, “AGFS-600” markalı asma gübrəsəpən, “AG-14-4” markalı 4 gövdəli kotan, “AGTTT-1” səyyar toxumtəmizləyən və “TS-24” markalı gübrəsəpənlə qoşulan taxılsəpən cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 30 iyun 2022-ci ildir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli maliyyə arayışından və cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 518 manat məbləğində əsas borcu vardır, ona 585,56 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 1103,86 manat təşkil edir. Həmin maliyyə arayışında hazırkı borca Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)- 226/2019 nömrəli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2- 2(119)-199/2022 nömrəli qətnamələrindən cəmi ödənilməmiş 16938 manat məbləğin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)-226/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 179370 manat əsas borc, 17937 manat cərimə olmaqla, cəmi 197307 manat pul vəsaitinin Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. (həmin qətnamənin məzmununa əsasən, sözügedən mübahisənin predmetinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-ci il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501- L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və 05 iyun 2015-ci il tarixli 2612- GL/15 nömrəli lizinq müqavilələri olduğu müəyyən edilir). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 noyabr 2019-cu il tarixli 2-2(105)-145/2019 nömrəli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)-226/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2-2(119)-199/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdehndən 26 iyul 2021-ci il tarixinə hesablanmış 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli müqavilə üzrə 2525 (iki min beş yüz iyirmi beş) manat əsas borc və 100 (yüz) manat cərimə, 15 iyul 2013-cü il tarixli 771- L/13 nömrəli müqavilə üzrə 1430 (min dörd yüz otuz) manat əsas borc və 50 (əlli) manat cərimə, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 12500 (on iki min beş yüz) manat əsas borc və 200 (iki yüz) manat cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 (iyirmi beş min altı yüz iyirmi beş) manat əsas borc və 300 (üç yüz) manat cərimə, 16 iyul 2014cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 21100 (iyirmi bir min yüz) manat əsas borc və 300 (üç yüz) manat cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 2820 (iki min səkkiz yüz iyirmi) manat əsas borc və 100 (yüz) manat cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 49879 (qırx doqquz min səkkiz yüz yetmiş doqquz) manat əsas borc və 400 (dörd yüz) manat cərimə, 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 5180 (beş min yüz səksən) manat əsas borc və 150 (yüz əlli) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı olmaqla - cəmi 123409 (yüz iyirmi üç min dörd yüz doqquz) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli 2-2(102)-394/2023 nömrəli qərarının “Apellyasiya instansiyasının məhkəməsindəki icraat” hissəsində (23-cü bənd) “Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 mart 2023-cü il tarixli 2-2(105)- 13/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır” qeyd edilmişdir. Həmin qərara əsasən, Cavabdeh MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 mart 2023-cü il tarixli 2-2(105)-13/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında ümumi dəyəri 46450 manat məbləğində olan 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, ümumi dəyəri 9400 manat məbləğində olan 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, ümumi dəyəri 20600 manat məbləğində olan 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli, ümumi dəyəri 188200 manat məbləğində olan 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli, ümumi dəyəri 102500 manat məbləğində olan 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli və , ümumi dəyəri 81400 manat məbləğində olan 16 iyul 2014-cü il tarixli 1014- L/14 nömrəli lizinq müqavilələri bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilələrin predmeti olan kənd təsərrüfatı texnikalarının dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış istinad edilən müqavilələrin dəyəri, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2- 2(085)-226/2019 nömrəli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli e-2-2(119)-199/2022 nömrəli qətnamələri nəzərə alındıqda, cavabdehin 22 noyabr 2024-cü il tarixinə hesablanmış 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 2400 manat məbləğində, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 705 manat məbləğində, 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 518 manat məbləğində, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 45321 manat məbləğində, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 manat məbləğində və 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 16860 manat məbləğində əsas borcunun olması müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 2400 manat məbləğində 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 705 manat məbləğində, 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 518 manat məbləğində, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 45321 manat məbləğində, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 manat məbləğində və 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 16860 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbinin cavabdehdən sözügedən müqavilələr üzrə cərimə məbləğlərinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (25 noyabr 2013-cü il tarixli, 08 aprel 2015-ci il tarixli, 16 noyabr 2018-ci il tarixli müqavilələrin 4.2-ci bəndləri, 15 sentyabr 2014cü il tarixli, 30 iyun 2014-cü il tarixli və 16 iyul 2014-cü il tarixli müqaviələrin 5.4-cü bəndləri) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimələrin məbləği azaldılaraq cavabdehdən 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 120 manat məbləğində cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 36 manat məbləğində cərimə, 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 26 manat məbləğində cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 2667 manat məbləğində cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 1282 manat məbləğində cərimə, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 843 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 28 dekabr 2024-cü il tarixli 000İPX1243631EAC nömrəli ödəniş tapşırığı ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 379,21 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 2400 manat məbləğində əsas borc, 120 manat məbləğində cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501- L/14 nömrəli müqavilə üzrə 705 manat məbləğində əsas borc, 36 manat məbləğində cərimə, 16 noyabr 2018-ci il il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 518 manat məbləğində əsas borc, 26 manat məbləğində cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 45321 manat məbləğində əsas borc, 2667 manat məbləğində cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 manat məbləğində əsas borc, 1282 manat məbləğində cərimə, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 16860 manat məbləğində əsas borc, 843 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 96903 (doxsan altı min doqquz yüz üç) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 379,21 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 22 noyabr 2024-cü il tarixinə hesablanmış 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 2400 (iki min dörd yüz) manat məbləğində əsas borc, 120 (yüz iyirmi) manat məbləğində cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 705 (yeddi yüz beş) manat məbləğində əsas borc, 36 (otuz altı) manat məbləğində cərimə, 16 noyabr 2018-ci il il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 518 (beş yüz on səkkiz) manat məbləğində əsas borc, 26 (iyirmi altı) manat məbləğində cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 45321 (qırx beş min üç yüz iyirmi bir) manat məbləğində əsas borc, 2667 (iki min altı yüz altmış yeddi) manat məbləğində cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 (iyirmi beş min altı yüz iyirmi beş) manat məbləğində əsas borc, 1282 (min iki yüz səksən iki) manat məbləğində cərimə, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 16860 (on altı min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 843 (səkkiz yüz qırx üç) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 96903 (doxsan altı min doqquz yüz üç) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 379,21 (üç yüz yetmiş doqquz manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar