Məhkəmə qərarları › İş №e-2-2(119)-787/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-787/2024

24.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-787/2024 24.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17 aprel 2024-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 57110,65 (əlli yeddi min yüz on manat 65 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, ”Dream Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin 55963,72 (əlli beş min doqquz yüz altmış üç manat 72 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 78,68 (yetmiş səkkiz manat 68 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 12,58 (on iki manat 58 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 3,15 (üç manat 15 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, ”Grand Nova” Məhdud Məsuliyyətli Cəmiyyətinin 57256,64 (əlli yeddi min iki yüz əlli altı manat 64 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 56522,15 (əlli altı min beş yüz iyirmi iki manat 15 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 79,35 (yetmiş doqquz manat 35 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 12,68 (on iki manat 68 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 3,17 (üç manat 17 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna və ”NM Group Corporation” Məhdud Məsuliyyətli Cəmiyyətinin 54579,52 (əlli dörd min beş yüz yetmiş doqquz manat 52 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 79,43 (yetmiş doqquz manat 43 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 12,7 (on iki manat 70 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 3,18 (üç manat 18 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxx 1994-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə razı olmadığını və ərizəni qəbul etmədiyini bildirərək göstərdi ki, o, tanışı tərəfindən aldadılaraq 2022-ci ildə bir nəfərə etibarnamə vermiş olsa da, sonradan aldadıldığını başa düşüb, həmin etibarnaməni 2024-cü ilin aprel ayında ləğv elətdirmişdir. Belə ki, 2022-ci ildə bir nəfərə etibarnamə vermiş və həmin etibarnamə əsasında da o, Vergi Orqanı tərəfindən təqdim olunmuş rəsmi sənədlərdə hüquqi şəxslər "xxxx" MMC, ”Dream Holding” MMC, ”Grand Nova” MMC, “X5” MMC və ”NM Group Corporation” MMC-nin direktorları kimi qeyd olunmuşdur. Lakin, o, əslində vergi ödəyiciləri olan həmin hüquqi şəxslərin faktiki rəhbəri deyildir. O, heç bir vaxt sənədlərdə direktoru kimi yazıldığı hüquqi şəxslərə rəhbərlik etməmişdir və bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Ona görə də, hüquqi şəxslər "xxxx" MMC, ”Dream Holding” MMC, ”Grand Nova” MMC, “X5” MMC və ”NM Group Corporation” MMC-nin borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına razı deyildir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxx 1994-cü il təvəllüdlü Maraqlı şəxs (ünvan: Sumqayıt şəhəri, məhəllə 41, ünvan 1 hüquqi şəxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 17 aprel 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 57110,65 manat vergi borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 17 aprel 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 55963,72 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 78,68 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 12,58 manat borcu və İşsizlikdən Sığorta Fonduna 3,15 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 17 aprel 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 57256,64 manat vergi borcu, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 17 aprel 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 56522,15 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 79,35 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 12,68 manat borcu və İşsizlikdən Sığorta Fonduna 3,17 manat borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 17 aprel 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 54579,52 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 79,43 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 12,7 manat borcu və İşsizlikdən Sığorta Fonduna 3,18 manat borcu vardır və həmin vergi ödəyicilərinə həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və çap tarixi 29 aprel 2024-cü il olan "Elektron notariat" X1 Çıxarışdan görünür ki, Maraqlı şəxs tərəfindən X2 15 avqust 2022-ci ildə notarial qaydada tərtib və təsdiq olunaraq verilmiş 15 avqust 2022-ci il tarixli Etibarnaməyə 29 aprel 2024-cü ildə xitam verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, ”Dream Holding” MMC, ”Grand Nova” MMC, “X5” MMC və ”NM Group Corporation” MMC vergi öhdəliklərini və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 aprel 2024-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 57110,65 (əlli yeddi min yüz on manat 65 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, ”Dream Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin 55963,72 (əlli beş min doqquz yüz altmış üç manat 72 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 78,68 (yetmiş səkkiz manat 68 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 12,58 (on iki manat 58 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 3,15 (üç manat 15 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, ”Grand Nova” Məhdud Məsuliyyətli Cəmiyyətinin 57256,64 (əlli yeddi min iki yüz əlli altı manat 64 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 56522,15 (əlli altı min beş yüz iyirmi iki manat 15 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 79,35 (yetmiş doqquz manat 35 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 12,68 (on iki manat 68 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 3,17 (üç manat 17 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna və ”NM Group Corporation” Məhdud Məsuliyyətli Cəmiyyətinin 54579,52 (əlli dörd min beş yüz yetmiş doqquz manat 52 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 79,43 (yetmiş doqquz manat 43 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 12,7 (on iki manat 70 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 3,18 (üç manat 18 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxx 1994-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar