Məhkəmə qərarları › İş №e-2-2(119)-793/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-793/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-793/2025 22.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 (üç yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86270,25 (səksən altı min iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-cü ilin sentyabr-dekabr aylarında Cavabdeh “serebriz başlanğıc və serebriz böyütmə” adlı toyuq yemləri satmışdır. Cavabdeh yemləri alan zaman bildirmişdir ki, toyuqlar satıldıqdan sonra yemlərin pulunu iddiaçıya verəcəkdir. Lakin iddiaçı yemlərin pulunu tələb etdiyi zaman cavabdeh yemlərin onun cücələrini öldürdüyünü və yemlərin ödənişini etməyəcəyini demişdir. İddiaçı bununla bağlı cavabdehdən sübut təqdim edilməsini tələb etsə də, cavabdeh bununla bağlı sübut təqdim edə bilməmişdir. Bu məsələnin araşdırılması məqsədi ilə iddiaçı onun şirkətində çalışan Nurlan adlı həkimlə Cavabdeh fermasına getmiş və onun iştirakı ilə bir neçə cücədən analiz nümunələri götürmüş, həmçinin iddiaçı cavabdehdən ölmüş cücələrdən bir neçəsini analiz üçün istəmiş, lakin cavabdeh ölən cücələrdən birinin belə cəsədini təqdim edə bilməmişdir. Götürülmüş nümunələrin analiz nəticələrində isə cücələrin yemində heç bir zərərli bakteriyanın aşkar edilmədiyi müəyyən edilmişdir. Həmin nəticələr cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh “o başqa broyler toyuqlarının analizidir” deyə qarşılıq vermişdir. İddiaçı məsələnin tam açıqlığa qovuşması üçün cavabdehə ekspertizanın aparılmasını təklif etmiş, lakin cavabdeh bundan da imtina etmişdir. Nəticə etibarilə, cavabdeh yemlərin dəyəri olan 82632 (səksən iki min altı yüz otuz iki) manat məbləği müxtəlif bəhanələrlə iddiaçıya verməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq iddiaçı Siyəzən rayon Polis şöbəsinə cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması ilə bağlı şikayət ünvanlamışdır. Siyəzən rayon Polis şöbəsində iş araşdırılmış və 20 fevral 2025-ci il tarixli HK-1/137 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda mübahisənin cinayət deyil, mülki xarakterli olduğu, eyni zamanda İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh müxtəlif markalarda toyuq yemləri satdığını, bundan sonra onlar arasında 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində borcun yarandığı qeyd edilmişdir. Qərardan da göründüyü kimi cavabdehin iddiaçıya borclu olduğu, hətta borcun dəqiq məbləği istintaq orqanları tərəfindən obyektiv və hərtərəfli araşdırılaraq sübuta yetirilmişdir. 07 may 2025-ci il tarixində Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh 10 ilə yaxındır ki, əvvəlki adı ilə Gilan Yem fabriki, indiki adı ilə Ağdaş yem fabrikindən yem alır. Hazırda həmin fabrikdən yem alışını dayandırmışdır. Ağdaş yem fabrikindən aldığı toyuq yeminə görə cavabdehin 20000-dən çox toyuğu zəhərlənərək məhv olmuşdur, onun bu zərəri isə hələ də ödənilməmişdir. İş üzrə İddiaçı Ağdaş yem fabrikindən toyuq yemini paylayan şəxsdir, özü müstəqil qaydada sahibkar kimi yem alan fermerlərlə müqavilə bağlamır, cavabdehlə də öz adından hər hansı müqavilə bağlamayıb və məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ağdaş yem fabrikinin direktoru X6r və onların istehsal etdiyi və cavabdehə satdığı yem cavabdehə 100000 manatdan çox zərər vurmuşdur. Həmin zərər ilə bağlı cavabdeh müvafiq addımları atıb, zərərinin qarşılanması üçün Azərbaycan Respublikasının X1, Prezident Administrasiyasına ərizə ilə müraciət etmişdir. Cavabdehə aid toyuqlar 2023-cü ildən bu yana 2 dəfə kütləvi şəkildə məhv olub. Cavabdehin quşçuluq fabrikində toyuqların kütləvi qırğını ilk dəfə 2023-cü ildə baş vermiş, bu hadisədə Ağdaş yem fabrikinin baytarhəkimi X11 cavabdehə aid fermada 20 toyuğu yardıqdan sonra quşların yemdən zəhərləndiyini qəbul etmiş, cavabdehin zərərini ödəmişdir. Cavabdehə aid toyuqların ikinci dəfə kütləvi tələf olması isə 2024-cü ilin noyabr və dekabr aylarında olmuşdur. İlk hadisədən sonra, cavabdeh iddiaçıdan yem alışını dayandırmış, lakin 2023-cü il hadisəsindən bir neçə ay sonra, Ağdaş yem fabrikinin işçiləri olan Ədalət və Elnur sıx-sıx cavabdehin yanına gələrək, “....Maşallah müəllim sənə vurulan ziyandan sonra fabrikin işçilərini dəyişib və hazırda yüksək keyfiyyətli yem istehsal edirik, sən də uzun illər bizdən yem almısan və sənin kimi müştərini itirmək olmaz. Ona görə də yenə də bizdən almağa davam et” demişlər. Cavabdeh isə onların bu sözlərinə inanaraq təkrar Ağdaş yem fabrikindən yem almağa başlamış və cavabdehin iddiaçıdan aldığı yem “serebrist başlanğıç yemi” 554 kodlu yem olmuşdur. Yemləri müxtəlif markalı Kamaz maşınlarına birbaşa Ağdaş yem fabrikindən yükləyərək cavabdehin fermasına gətiriblər. Cavabdeh əlindəki toyuqları satdıqdan sonra, 2024-cü ilin sentyabr ayının əvvəlində Ceyranbatan quşçuluq fabrikindən toplam 36000 cücə almışdır. Serebrist toyuq növü 40 gündən sonra artıq kəsimə yararlı hala gəlir. Toyuqların bu partiyasının yetişdirilməsi üçün cavabdeh iddiaçıdan hissə-hissə (5 ton və yuxarı) yem almağa başlamışdır, ödənişi isə yerli adətlərə görə daha sonra verirdi. Məsələn oktyabr ayında toyuqların bir hissəsini satmaqla 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. Lakin noyabr ayında alınan yemlər cavabdehin 3 ayrı fermasında olan toyuqların hamısında zəhərlənməyə səbəb olmuşdur. Toyuqlar hərəkət etməmiş, yem yeməkdən imtina etmiş və hissə-hissə (cavabdehin tutduğu ölüm qeydəri təqdim edilir) tələf olmağa başlamışlar. Cavabdehin dərman aldığı Mustafa Bikiroğlu adlı şəxs cavabdehə toyuqlarda zəhərlənmə əlamətlərinin olduğunu bildirmiş və cavabdeh noyabrın 25-i Maşallah Tağıyevə zəng edərək, onların fermaya gəlməsini tələb etmişdir. 26 noyabr 2024-cü il tarixində iddiaçı ilə birlikdə yem fabrikinin müdiri Maşallah Tağıyev, həkim-baytar Nuran, baytar Mustafa Bikiroğlu gəlmiş, xəstələnmiş və ölmüş toyuqlara baxış keçirmişlər. Baytar-həkim Nuran toyuqların zəhərləndiyini qəbul etməmiş, xəstələndiklərini bildirmişdir. Cavabdeh bunun üzərinə həkim-baytar Nuran Ağayevə etiraz edərək bildirmişdir ki, toyuqların pətənəkləri yaşıl rəngə çevrilib, bu da zəhərlənməni göstərir. Nuran Ağayev isə israr etmişdir ki, dediyi dərmanlar verilsə, toyuqlar sağalacaq və baytar-həkimin israrı ilə toyuqlara onun dediyi dərmanlar, o cümlədən quş bronxiti dərmanları verilmişdir. Ertəsi gün, yəni noyabrın 27-si Maşallah Tağıyev bir neçə şəxsi qan analizi götürmək üçün yollamışdır, lakin bu adamlar qan analizi götürə bilmədiklərinə görə həkim-baytar X30 adlı həkimi dəvət etmiş və qan analizini o götürmüşdür. Habil Əliyev də toyuqların zəhərləndiyini qeyd etmişdir. İddiaçının təmsil etdiyi yem fabrikinin həkim-baytarı Nuran Ağayevin dediyi dərmanlar toyuqlara verilsə belə, toyuqların kütləvi tələfi noyabr və dekabr aylarında da davam etmişdir. Cavabdehin özünün dəftərində öldüyünü qeydə aldığı quş sayı 19190 ədəd təşkil edir. Daha sonrakı günlərdə o, artıq ölən toyuqları saymamışdır, çünki bu onda ciddi psixoloji travmaya səbəb olmuşdur. Bir toyuğun ortalama topdan satış qiyməti 5 manat təşkil etdiyinə görə cavabdehə 100000 (yüz min) manatdan çox zərər dəymişdir. Qeyd olunur ki, Maşallah Tağıyev həkim-baytar Nuranla cavabdehin fermasına gəldikdə, toyuqlardan qan nümunəsi götürtmüş, bir gün sonra, xx.xx.2024-cü il tarixli arayışla, toyuqların cinsini səhv (X24) göstərməklə, hansı metodologiya ilə bağlı keçirildiyi məlum olmayan analiz nəticəsinin bir hissəsini cavabdehə təqdim etmiş və bildirmişdir ki, guya toyuqlar quş qripindən tələf olmağa başlamışdır. Halbuki Siyəzən rayonunda oktyabr-dekabr 2024-cü il tarixlərində hər hansı quş qripi hadisəsi qeydə alınmamış, həmçinin rayonda həmin tarixlər üçün başqa hər hansı epizootik toyuq xəstəliyi də qeydə alınmamışdır. "xxxx" MMC-nin sənaye üsulu ilə istehsal etdiyi toyuq yeminin bağlaması üzərində onun saxlama müddətinin 60 gün olduğu göstərilsə də, oktyabr və noyabr ayında istehsal olunan yemlərin rütubətdən qorunmaması, üst-üstə yığılmasına görə havalandırılmaması halında onlarda toksik maddələrin meydana gəlməsi və zəhərlənməyə səbəb olma ehtimalı olduqca yüksəkdir. Cavabdehin Azərbaycan Respublikasının X1 etdiyi zəngdən sonra agentliyin Siyəzən-Quba regional nümayəndələri Cavabdeh fermasına 02 dekabr 2024-cü il tarixində gəlməklə xəstə toyuqlardan qan nümunəsi götürmüş, cavabdehə təqdim olunan arayışda, toyuqlarda xəstəliyin olmadığı, nyukastl xəstəliyinə qarşı toyuqların peyvənd olduğuna dair nəticəyə gəlinmişdir. Eyni zamanda cavabdeh Ağdaş yem fabriki tərəfindən təqdim olunan 27 noyabr 2024-cü il tarixli laborator analizin histogramının etibarlılığına dair rəy verilməsini istəmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 17 mart 2025-ci il tarixdə cavabdehin oğluna məktub ünvanlayaraq bildirmişdir ki, təqdim olunan laboratoriya müayinələrinin nəticələrinin istinad etdiyi referansı, cihazların səriştəliyi və s. ilə bağlı məlumatlar olmadığına görə, nəticələrin etibarlı olub-olmaması ilə bağlı rəy vermək mümkün deyildir. Bundan başqa iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, baxılan iş üzrə İddiaçı cavabdehlə müstəqil qaydada alqı-satqı müqaviləsi münasibətlərinə daxil olmamışdır. Belə ki, iddiaçının özü yem istehsalı ilə məşğul olmur, o Ağdaş yem fabrikinin yem məhsullarını sadəcə paylamaqla məşğuldur. İddiaçı heç vaxt özü adına iş gördüyünü bildirməmiş, öz biznesini təmsil etdiyini deməmişdir. Digər tərəfdən fərz edilsə ki, iddiaçı yemi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alaraq, sonradan fermerlərə satışını həyata keçirmişdir, bununla bağlı qeyd edilməlidir ki, iddiaçının özünün Ağdaş yem fabrikindən ("xxxx" MMC) toyuq yeminin alqısatqısı ilə bağlı müqavilələri mövcud deyildir və buna görə əldə etdiyi gəlirə görə vergi də ödəmir. İddiaçı köhnə tarixli müqavilələr imzalamağa cəhd etsə belə, 2024-cü maliyyə ili bitdiyindən bu hal vergi hesabatları yoxlananda üzə çıxacaqdır. Odur ki, iddiaçının 2024cü ilə aid "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı alqı-satqı müqavilələri, bununla bağlı ödədiyi vergiləri varsa, onları məhkəməyə sübut qismində təqdim etməlidir və cavabdeh tərəfə həmin müqavilələrin araşdırılması imkanı təmin edilməlidir. İddiaçı özünü yerli fermerlərə həmişə Ağdaş yem fabrikinin işçisi kimi təqdim etmişdir. Bunu yerli fermer X7 da təsdiq edə bilər. Cavabdeh müxtəlif məsələlərlə bağlı birbaşa Ağdaş yem fabrikinin ("xxxx" MMC) direktoru Maşallah Tağıyevlə əlaqə saxlamışdır. Bu məsələni təsdiqləyən bir neçə hal olmuşdur (məsələn 2024-cü ilin noyabr ayında toyuqların kütləvi ölüm halları başlayanda da müvafiq video kadrları Maşallah Tağıyevin ********** nömrəli telefonunun whatsapp proqramına göndərilmişdir). Habelə nəzərə almaq lazımdır ki, iddiaçının özünün hər hansı anbar, ya da deposu olmamış, bütün yemlər sifariş olunduğu gün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fabrikindən yük maşınına yüklənərək cavabdehə çatdırılmışdır. Cavabdehin özü gəlir vergisindən azad olsa da, nə Ağdaş yem fabriki, nə də iddiaçı gəlir (mənfəət) vergisindən və kargüzarlıq-mühasibat qaydalarından azad deyildir. Odur ki, bu iş üzrə iddiaçı Ağdaş yem fabrikindən müqavilə üzrə yem aldığını, habelə həmin alqı-satqı üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlər etdiyini sübuta yetirməlidir. Sübuta yetirə bilmədiyi halda, o, heç bir şəkildə müstəqil sahibkarlıq fəaliyyətini həyata keçirdiyini, cavabdehə öz adından mal satdığını irəli sürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 615-ci maddəsinə görə, pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. İddiaçı bu qəbildən hər-hansı sənəd təqdim etməmişdir. Cavabdeh Siyəzən rayon Polis şöbəsində verdiyi izahatda da yemi “Ağdaş zavodundan” aldığını bildirmiş, Elnur və Ədalət isə malları paylayan şəxslər olmuşdur. İddiaçının hətta fermerlərə təqdim etdiyi 07 noyabr 2024-cü il tarixli qiymət cədvəli və qoyulan qiymətlər də özlərinə aid deyil. Həmin qiymət cədvəlinin sol yuxarı küncündə “Yem fabriki” qeyd olunur. Yuxarıda göstərilənlər, iddiaçının alqı-satqı müqaviləsinin tərəfi olmadığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi ya da ticarət agenti kimi qiymətləndirilməli olduğunu göstərir. Ticarət nümayəndəsi (agenti) kimi götürülsə belə, onun bağladığı müqavilələr özünün adından deyil, tapşıranın adına bağlanmış sayılır (MM 789.1). İddiaçının təqdim etdiyi bütün şərtləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təyin etdiyinə görə, bu müqavilələrdə iddiaçını öz adına müqavilə bağlayan müstəqil sahibkar kimi götürmək mümkün deyil və yemlərin alqı-satqısı ilə bağlı iddia tələbini ancaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qaldıra biləcəyini sübut edir. İddiaçı komisyonçu olduğunu da iddia edə bilməz, çünki komisyonçu müqaviləni öz adına bağlayan şəxsdir. Cavabdeh iddiaçını Ağdaş yem fabrikinin işçisi kimi qəbul edib, müqavilə münasibətlərini Ağdaş yem fabriki ilə yaratma niyyətində olub. Çünki fermer, müqavilə münasibətini üzərinə hər-hansı risk ala bilməyən, maliyyə cəhəti baxımından zəif olan pərakəndə satıcı ilə qurmaq istəməz. Belə ki, İddiaçı cavabdehə qüsurlu, yararsız yem satışına görə vurduğu zərəri faktiki olaraq ödəyə də bilməz. Komissiya müqaviləsini tənzimləyən Mülki Məcəllənin 44-cü fəslinin bu cür şərh olunması, Azərbaycandakı bütün fermerləri ağır risk qarşısında qoyacaqdır. Kənd təsərrüfatının, xırda və orta sahibkarlığın inkişafı, dövlətimizin prioritetlərindən biridir. Kənd təsərrüfatı sahəsində iri sənaye istehsalçılarının məsuliyyətdən kənar qoyularaq, yükün xırda və orta sahibkarların üzərinə qoyulması, tərəfin hüquq siyasətinə ziddir və üçüncü şəxslərin legitim gözləntilərini təhlükəyə salır. Odur ki, İddiaçı özünü Ağdaş yem fabrikinin işçisi kimi tanıtması, Ağdaş yem fabrikinin rəhbərliyinin (Maşallah Tağıyev) bunu dəstəkləyici fəaliyyəti, mübahisələrin həllində özünün iştirak etməsi, iddiaçını yazılı müqavilə olmadan fəaliyyət göstərən bir komisyonçu olaraq qiymətləndirilməsinə imkan tanımır. Bundan başqa cavabdeh qeyd edir ki, 2024-cü ilin noyabr ayında iddiaçıya 26800 manat məbləğində pul ödəmiş, lakin bu məbləğ iddia məbləğindən çıxılmamış və nəzərə alınmamışdır. İddiaçı qeyd edir ki, cavabdeh yemləri alanda pulunu sonradan ödəyəcəyini bildirmiş, sonra da qeyd edir ki, yemin pulu tələb olunduğu zaman cavabdeh yemlərin onun cücələrini qırdığını və yemlərin ödənişini etməyəcəyini bildirmişdir. Mülki Məcəllənin 448-ci maddəsinə görə, borclu (yemi satan) onun risk dairəsinə daxil olan öhdəliyinin icra edilmədiyi hər bir hal üçün məsuliyyət daşımalıdır və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə halda yem istehsalçısının və yemi satanın məsuliyyəti kiflənmiş, keyfiyyətsiz və yararsız inqridientlərdən yem istehsal etməsi olmuşdur. Eyni Məcəllənin 442-ci maddəsinə görə də öhdəliyin lazımınca icra edilməməsi, qüsurlu icra edilməsi də borclunun (bu işdə yem satıcısının) məsuliyyətinə səbəb olur. Satılan malın keyfiyyətinə dair Mülki Məcəllənin 581.4-cü maddəsinə görə, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər (bu işdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qoyduğu standartlardır) olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur, başqa bir sözlə toyuq yemi zəhərlənməyə səbəb olmamalıdır. Mülki Məcəllənin 624.4-cü maddəsi keyfiyyətsiz malların verildiyi alqı-satqı müqaviləsi üzrə alıcının müqavilədən imtina edə biləcəyi, əgər məbləğ ödəyibsə bunu geri istəyə biləcəyi, başqa bir sözlə məbləği ödəmədiyi halda da həmin məbləği özündə saxlaya biləcəyi mənasına gəlir. Habelə əlavə edilməlidir ki, Mülki Məcəllənin 525.1-ci maddəsinə (alqı-satqı müqaviləsinin lazımınca icra edilmədiyi) uyğun olaraq cavabdeh yem satıcısına toyuq yeminin zəhərlənməyə səbəb olduğunu bildirmiş və onlar gəlib alıcının (cavabdehin) yanında bu halla tanış olmuşlar (iddiaçı öz ərizəsində cavabdehin yanına gələrək nümunə götürdüyünü etiraf etmişdir). Mülki Məcəllənin 587.2ci maddəsi də, satılan əşyanın keyfiyyəti əhəmiyyətli dərəcədə pozulduqda, alıcıya müqavilədən imtina hüququ tanıyır. Bildirilir ki, Ağdaş yem fabrikinin istehsal etdiyi yemin keyfiyyətsiz olması səbəbi daha əvvəl də məhkəmə çəkişməsinin predmeti olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-102/2024 nömrəli 21 fevral 2024-cü il tarixli qətnaməsində də göstərilir ki, Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasının 26 dekabr 2022-ci il tarixli sınaq protokolundan görünür ki, sınaq nəticələrinə əsasən quş yemində (götürülmüş nümunədə) faktiki olaraq “Clostridium perfringens” aşkar olunmuşdur ki, həmin patogen də iri buynuzlu heyvanın belə tələf olunmasına səbəb ola bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis X12 (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının Epizootiya və zoonoz xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 fevral 2024-cü il tarixli məhkəmə iclasında sualları cavablandıraraq bildirmişdir ki, yemdə “Clostridium perfringens” bakteriyasının olması həmin yemin istifadəyə yararsız və keyfiyyətsiz olması barədə nəticəyə gəlməyə əsas verir və belə yem satıla bilməz, bu bakteriya hətta iri malı da öldürə bilər, bu yemlə qidalanan cücələr xəstələnə və ölə bilər. Mütəxəssis eyni zamanda suala cavab olaraq bildirmişdir ki, qeyd edilən bakteriya yemin nəm şəraitdə saxlanması ilə bağlı deyil, yalnız torpaqla təmas etdikdə yarana bilərdi. Çünki qeyd edilən bakteriyanın törədicisi torpaqda olur. Cavabdehin toyuqların ölməsi ilə bağlı sübut təqdim edə bilməməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının özü eyni paraqrafda göstərir ki, onun təmsil etdiyi Ağdaş yem fabrikindən Nuran adlı baytar həkim cavabdehin toyuq fermasına gəlmiş və bir neçə cücədən analiz nümunələri götürmüşdür, burada söhbət qan analizindən gedir və qan analizinin götürülməsi kifayətdir. Odur ki, iddiaçının daha sonra iddia ərizəsində göstərdiyi “...Hətta bu zaman da iddiaçı cavabdehdən qırılmış cücələrdən bir neçəsini analiz üçün istəmiş, lakin cavabdeh yenə də qırılan cücələrdən birinin belə cəsədini təqdim edə bilməmişdir” həqiqətə uyğun olmadığı kimi, Nuran adlı həkimin də həqiqi iddiaçını təmsil etdiyini göstərir. Habelə, iddiaçının Ədalət adlı paylayıcı ilə birlikdə fermada çəkilmiş videosu var, həmin videoda Elnur və Ədalət yerə səpilmiş ölü toyuqların yanında dururlar, bu da sübut edir ki onların “onlara ölü toyuq təqdim olunmayıb” iddiası həqiqətə uyğun deyil. Bu baxımdan məhkəmədən Nuran adlı şəxsin identifikasiya məlumatlarını, onun iş yerinin məhkəməyə bildirilməsi üçün həmin məlumatları iddiaçıdan təqdim etməsinə dair göstəriş verilməsi xahiş edilir. İddiada həmçinin bildirilmişdir ki, “götürülmüş nümunələrin analiz nəticələrindən bəlli olmuşdur ki, cücələrin yemində heç bir zərərli bakteriya aşkar edilməmişdir. Həmin nəticələrin cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh “o başqa broyler toyuqlarının analizidir” deyə qarşılıq vermişdir. Yenə də iddiaçı məsələnin tam açıqlığa qovuşması üçün cavabdehə ekspertizanın aparılması təklif etmiş, lakin cavabdeh bundan da imtina etmişdir.” İddiaçının təqdim etdiyi nəticələrdə, zərərli bakteriyaların aşkar edilməməsi ilə bağlı göstərici (neqativ ya da “-” işarəsi kimi göstərilir) yoxdur. Histoqramın üstündə də yazılan “slow grow broiler” cinsi cavabdehin toyuqlarına aid deyil, həm yem kisələrinin üstündə yazıldığı kimi, həm də videodan görüldüyü kimi (əlavə edilən faylda serebrist toyuq növünün şəkli göstərilir), cavabdehin toyuqlarının fərqli cinsə aid olduğu göstərilir. Eyni zamanda cavabdehin AQTA-ya zəng edərək onları analiz üçün nümunə almağa dəvət etməsi, cavabdehin gizlətmək istədiyi bir şey olmadığını bir daha təsdiq edir. Habelə iddiaçının təqdim etdiyi analizlərdə yem nümunəsinin analiz olunması ilə bağlı bir sənəd yoxdur, orda qan nümunələrindən bəhs olunur. Xəstələnmiş toyuqlardan qan nümunəsi götürən Habil Əliyev adlı baytar həkim toyuqlardan alınan qanın qatılaşmış olduğunu, bunun da zəhərlənmə əlaməti olduğunu qeyd etmişdir. Habelə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan video kadrlardan toyuqların kütləvi şəkildə öldüyü, toyuqların yarıldığı və pətənəklərinin yaşıl rəngdə olduğu, bu göstəricinin də baytar həkimin qiymətləndirməsinə görə zəhərlənmə halının mövcud olduğunu deməyə əsas verir. Cavabdeh öz öhdəsinə düşən ehtiyat kimi AQTA-ya məlumat vermiş və AQTA-nın regional nümayəndələri hadisə yerinə gələrək toyuqlardan qan analizini götürmüşlər. Cavabdehin həmin anda istifadə edə biləcəyi digər effektiv müraciət vasitəsi olmamışdır. Digər bir məsələ isə 2024-cü ilin sentyabr-dekabr aylarında Siyəzən rayonunda epizootik xəstəliyin olması ilə bağlıdır ki, bununla bağlı AQTA-ya rəsmi sorğu ünvanlamış və bununla bağlı cavab alındığı zaman dərhal məhkəməyə təqdim ediləcəkdir. Habelə AQTA-nın tərkibində olan Azərbaycan Qida Təhlükəsizliyi X5 Labaratoriyasının cavabdehin müraciəti üzrə 02 dekabr 2024-cü ildə götürdüyü qan analizindən məlum olur ki, cavabdehə aid toyuqların qanında nyukasl (cuma) xəstəliyinin – quşların əsas ölüm səbəbi – izləri aşkarlanmayıb və onlar vaksinlənib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbini İddiaçı adından irəli sürməsi, bir tərəfdən prosessual hüquqlardan sui-istifadədir, digər tərəfdən isə özünün səbəb olduğu qanun pozuntularının üzə çıxmasının qarşısını almaqdan ibarətdir. Əvvəla onu qeyd etmək lazımdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin heç bir sənədləşmə aparmadan fermerlərə mal satması ciddi qanun pozuntusudur. Bununla bir tərəfdən vergidən yayınmaq üçün şərait yaranır, digər tərəfdən də şirkətin daxil olduğu Agrodairy Groupdan həqiqi gəlirini gizlətmə imkanını əldə edir. Habelə sənədləşmənin aparılmaması Ağdaş yem fabrikinin idarəçilərinə imkan verir ki, onlar ehtimal olunan hər hansı səriştəsizlik, qeyri-peşəkarlığa görə yaranan məsuliyyət hallarından yayına bilsinlər. Bu səbəblə iddia tələbini öz adlarından deyil, onların mallarını paylayan şəxslərin adından qaldırmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə görə iddiaçı “...Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi” şəxs olmalıdır. Hazırkı işdə iddiaçının özünün hər hansı mənafeyi pozulmadığı kimi (iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətinin yoxluğu), iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində də çıxış etmədiyinə görə, iddiaçı ola bilmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, Ağdaş yem fabrikinin istehsal etdiyi toyuq yeminin alqı-satqı müqaviləsi üzrə malın qüsurlu olmasına görə alıcının (cavabdehin) ödəniş öhdəliyinin yaranmaması məsələsi ilə bağlı qeyd edilməlidir ki, cavabdehin istifadə etdiyi yemlər toyuqların tələf olmasına gətirib çıxarmış, toyuqların qanında hər hansı virus aşkar olunmadığı kimi, həmin vaxtlarda Siyəzən rayonunda epizootik xəstəlik qeydə alınmamışdır. Toyuqların kütləvi şəkildə məhv olması mübahisəsiz olduğuna görə, buradan toyuqların verilən yemdən tələf olduqları nəticəsinə gəlmək olar. Məhkəmənin diqqətinə çatdırılır ki, hüquqi və elmi biliklərə malik olmayan cavabdeh öz risk və imkan dairəsində olan mümkün vasitələrə əl atmış, əsas nəzarət qurumu olan AQTA-ya zamanında məlumat vermiş, onların gəlib analiz götürmələrini təmin etmiş, analiz nəticələrini gözləmiş, daha sonra biliyi daxilində olan digər hüquqi müdafiə mexanizmlərinə də əl atmışdır. İddiaçı və satıcısı olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onu ağır maddi vəziyyətə məruz qoyduğuna görə o, ilk zamanlarda keyfiyyətli ödənişli hüquqi yardıma da müraciət edə bilməmişdir və məsələnin öz xeyrinə müsbət həllini ümid etməklə sırf inzibati orqanlara müraciət edə bilmişdir. Etirazda həmçinin eyni rayonda yaşayan başqa bir zərərçəkən şəxsin – yerli fermer X2 olduğu, onun da təxminən eyni tarixlərdə cücə və toyuqlarını itirdiyi, bununla bağlı 60000 (altmış min) manat məbləğində zərərə məruz qaldığı, bu zərərin 18000 (on səkkiz) min manat məbləğinin ödənildiyi, qalan 42000 (qırx iki) manat məbləğinin isə ödənilmədiyi qeyd edilmişdir. İddiaçı nümayəndəsi Vəkil1 23 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək cavabdehdən 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbilə yaranmış 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 (üç yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86270,25 (səksən altı min iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də yekun məhkəmə qərarı ilə iddia tələbi təmin edilərsə, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25 % dərəcəsi ilə gecikmə məbləğinin hesablanaraq tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 22 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində bir nüansla bağlı texniki səhv getmiş və həmin səhvin düzəldilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 2024-cü ilin sentyabr-dekabr aylarında, habelə ondan əvvəlki dövrlərdə edilmiş olan alqı-satqı müqavilələrinin nəticəsi üzrə ümumi dövriyyəyə əsasən 82612 (səksən iki min altı yüz on iki) manat borc qalmışdır. Göstərilənlərə əsasən cavabdehdən 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbilə yaranmış 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 (üç yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86270,25 (səksən altı min iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də yekun məhkəmə qərarı ilə iddia tələbi təmin edilərsə, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25 % dərəcəsi ilə gecikmə məbləğinin hesablanaraq tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı və Ədalət Məmmədovdan 2023-cü ildən yem almışdır. 2023-cü ilin sonunda onlardan aldığı yemə görə 10000 ədəd toyuğu qırılmış və həmin vaxt onun fermasına Nuran həkim, İddiaçı və Ədalət Məmmədov və Maşallah Tağıyev gəlmişlər. Bundan sonra Əbülfəz adlı şəxsdən yem almış, daha sonra İddiaçı və Ədalət Məmmədov onlarla işləməyi xahiş etdiyi üçün 2024-cü ilin sentyabr ayından başlayaraq iddiaçıdan yem almağa başlamışdır. 2024cü ilin sentyabr ayından 16 noyabr 2024-cü ilə qədər iddiaçıdan aldığı yemlərdə hər hansı problem olmamışdır. Problemli yem məhsullarını 16 noyabr 2024-cü il tarixindən sonra almış və 2024-cü ilin noyabr ayında toyuqları kütləvi ölmüşdür. O, iddiaçıdan aldığı yemin miqdarını və dəyərini dəftərində qeyd etdiyini, dəftərdəki imzaların və xəttin özünə məxsus olduğunu, dəftərin sol tərəfindəki yazıların iddiaçıya verdiyi pul məbləğlərini, sağ tərəfindəki yazıların isə aldığı yemin miqdarını və borcunu göstərdiyini, 28820 manat məbləğində borcunu 2024-cü ilin iyul ayında ödədiyini və İddiaçı 53812 manat məbləğində borcu qaldığını, dəftərdə aşağı küncdə qeyd etdiyi 82632 manat məbləği isə səhv hesabladığını və toyuqları kütləvi şəkildə qırıldığı üçün borcunu ödəmədiyini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbinə qarşı etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 22 avqust 2025-ci il məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, şirkətin hazırkı məhkəmə mübahisəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, alqı-satqı müqaviləsinə əsasən şirkət tərəfindən İddiaçı topdan yem satışı həyata keçirilir. İddiaçılə şirkət arasında əlaqə alqı-satqı münasibətləri çərçivəsində baş tutur. İddiaçı şirkətin əməkdaşı deyil və İddiaçı həmin yemləri kimə satmasının şirkətə hər hansı əlaqəsi, münasibəti və aidiyyəti yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələri, etirazı, şahid ifadələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Siyəzən rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma ilə İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh müxtəli markalı toyuq yemləri satması, buna görə 82612 manat borcun yaranması müəyyən olunmuş, araşdırma nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, öz qeydiyyat dəftərində olan hesablamalara görə onun aldığı yem məhsullarına görə 82632 manat borcu var. İş materiallarında olan "xxxx" MMC və İddiaçı arasında bağlanmış 01 fevral 2024-cü il tarixli AS/25 nömrəli malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində və ya qaimə-fakturalarda göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə alıcıya satmağı, alıcı isə həmin malları alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh məxsus dəftərin noyabr ayı ilə bağlı qeydiyyat aparılmış səhifəsinin aşağı sağ küncündə 82632 manat ümumi borcla bağlı qeydiyyat aparılmışdır. İş materiallarında olan baytar-həkim X8 tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, 27 noyabr 2024-cü il tarixində o, Cavabdeh məxsus fermaya gedərək quşlardan qan analizi götürmüşdür. O, Cavabdeh məxsus üç fermada olmuş, hər üç fermada xəstə və ölmüş toyuqlar olduğunu müşahidə etmişdir. O, qan analizini ölməmiş, xəstə toyuqlardan götürmüşdür. Xəstə toyuqların ilkin müşahidəsinə əsasən onların zəhərlənmələri qənaətinə gəlmişdir. Xəstə toyuqlar yerə oturmuş halda hərəkətsiz olmuş, bəzilərində əsmə əlamətləri müşahidə olunmuşdur. Ümumiyyətlə toyuqlar havada və ya qidada olan zəhərdən zəhərlənə bilərdilər. Məsələn xırda heyvanlara yaxın yerdəki kimyəvi maddələr, pestisidlər havaya püskürdüldüyü halda, bu da həmin heyvanların zəhərlənməsinə səbəb ola bilər. Cavabdeh məxsus fermalarda standartlara uyğun havalandırma, qızdırıcı və soyuducu sistemlər var. Fermaların yaxınında bağçılıq təsərrüfatı yoxdur, orada pestisid və dərmanların səpilməsi fəaliyyəti aparılmır. Bu səbəblə mütəxəssis kimi toyuqların havadakı zəhərdən xəstələnib ölməsi istisna olunur. Həmin tarixdə fermada olarkən xəstə toyuqları ilkin müşahidə etdikdən sonra təzə ölmüş, hələ soyumamış üç toyuq yarmışdır, toyuqların qara ciyərinə baxış keçirmiş, qara ciyərlərin ləkəli formada, öd kisəsinin öd ilə dolu olduğu, bağırsaqların qan sağıntıları müşahidə olunmuşdur. Vəzli mədənin içqabığı soyularkən tez didilirdi, qan sağıntıları müşahidə olunurdu. Yuxarıdakılara əsasən ölmüş toyuqların verilən yemdən öldüklərini demək mümkündür. Həmin vaxt ətraf ərazilərdə heç bir yoluxucu xəstəlik və quş qripi müşahidə olunmamış və qeydə alınmamışdır. Adətən qeydə alınan yoluxucu xəstəliklər Cuma (Nyukastl) xəstəliyi və quş qripidir, rayonda digər yoluxucu xəstəlik müşahidə olunmur. Quşların əksəriyyəti ölümcül vəziyyətdə olduğuna görə onlara həmin vəziyyətdə dərman verilməsi tövsiyə olunmur. Cavabdeh quşların yeminin dəyişdirilməsi, Azərbaycan Respublikası X1 məlumat verməsi və quşlardan analiz götürülməsini təmin etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan baytar-həkim Mustafa Bikiroğlu tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh saxladığı toyuqlar Serebrits növündən olmuşdur. Hadisə ilə bağlı Cavabdeh fermasına ilk dəfə 19 noyabr 2024-cü il tarixində getmişdir. Fermada ölmüş və xəstə toyuqlar vardı, ölmüş toyuqlar kisələrə doldurularaq çıxarılırdı. O, hər sexdə 10-a yaxın ölmüş toyuq yarmışdır. Toyuqların mədəbağırsaq sistemində, pətənəkdə zəhərlənmə əlamətləri müşahidə olunmuşdur, belə ki onların rəngi öd (tünd yaşıl) rəngində idi. Bağırsaqların üzərində qan sağıntıları var idi, qara ciyərləri şişkin idi, onları əllə sıxanda parçalanırdı. Ürəyin tac nöqtəsində qan ləkələri müşahidə olunurdu. Bunlar yemdən zəhərlənmənin göstəriciləridir. Bənzər simptomlar 2023-cü ildə də müşahidə olunmuşdu, o zaman da Cavabdeh məxsus toyuqlar yemdən zəhərlənmişdi. 2024-cü ilin sentyabr-dekabr aylarında Siyəzən rayonunda hər hansı yoluxucu xəstəlik müşahidə olunmamış və qeydə alınmamışdır. Bununla bağlı ona hər hansı müraciət daxil olmamışdır. İş materiallarında olan baytar-həkim X21 tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh dəvəti ilə 25 noyabr 2025-ci il tarixində Siyəzən rayonunda yerləşən quşçuluq təsərrüfatına getmişdir. 3 ferma olmaqla, hər fermada xəstə və ölmüş toyuqlar olmuşdur, ölü toyuqlar kisələrə doldurularaq fermadan çıxarılırdı. O, müayinəni ölü toyuqlar üzərində aparmışdır. Hər fermada 10 ədəd ölü toyuq üzərində patoloji-anatomik yarma həyata keçirmişdir. Yarma nəticəsində quşların bağırsaqlarının selikli qişasının tamamilə sıradan çıxdığı müəyyən olunmuş, bağırsaqların üst qatında qan laxtalanmış, qaraciyər dumanlı formada olmuş, traxeyada iltihablar müşahidə olunmuşdur. Bunlar toyuqlarda yemdən zəhərlənmənin əlamətləridir. Yarma apardığı heç bir toyuqda quş qripinin əlamətləri müşahidə olunmamışdır. 2024-cü ilin sentyabr-dekabr aylarında Siyəzən rayonunda hər hansı yoluxucu xəstəlik müşahidə olunmamış və qeydə alınmamışdır. Yemdən zəhərlənmənin ilkin mərhələsində quşlara şəkərli su verilməlidir, müayinə apardığı fermalarda zəhərlənmə irəli dərəcədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məhkəməyə ünvanladığı 21 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X10 Təşkilatı tərəfindən ölkəmiz 22 yanvar 2024-cü il tarixindən etibarən yüksək patogen quş qripi xəstəliyindən azad statusuna malikdir. 2024-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayına qədər aparılmış monitorinqlərə görə sözügedən ərazidə xüsusi təhlükəli quş xəstəliklərinə rast gəlinməmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən verilmiş Uyğunluq Sertifikatından görünür ki, "xxxx" MMC-nin quş yemlərinin uyğunluğu qiymətləndirilmiş və müvafiq standartlara, normativ və texniki tələblərə cavab verdiyi nəticəsinə gəlinmişdir. Uyğunluq Sertifikatının etibarlılıq müddəti 19 noyabr 2025-ci il tarixinədək müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı və Ədalət Məmmədovdan aldığı yemdən 2024-cü ilin fevral ayında ona məxsus fermada 12000 toyuq tələf olmuşdur. Ağdaş yem fabrikindən Nuran həkim gəlmiş, onun təkidindən sonra toyuqların mədəsi yarılmış və zəhərlənmə olduğu aşkarlanmışdır. Həmin hadisələr baş verən zaman video çəkilişlər həyata keçirmişdir. Dəymiş ziyana görə Maşallah Tağıyev ona 10000 manat pul vermişdir. Maşallah Tağıyevin verdiyi vədlərə inanaraq 2024-cü ilin iyun ayından Ağdaş yem fabrikindən yenidən yem almağa başlamış, birinci növ yemlərdə problem olmamış, ikinci növ yemlərə keçdikdən sonra yenidən toyuqları ölməyə başlamış, nəticədə 15000 toyuğu qırılmışdır. O, yemi Maşallah Tağıyevdən almış, X26 Mustafayev və Ədalət Məmmədovun müdiri olmuş, Maşallah Tağıyev onlara dedikdən sonra sonuncular ona yem verirdi. 2024-cü ilin noyabr və dekabr aylarında İddiaçı yem almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçılə dostdur, əvvəllər yem satışı ilə məşğul olduğu və işi bildiyi üçün iddaçıya sifarişləri qəbul etməkdə köməklik göstərir. Cavabdeh yemi 2023-cü ildən İddiaçı satmışdır və cavabdehin yemlə bağlı 82632 manat borcu qalmışdır. İddiaçının satdığı yemlərdə hər hansı problem olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 2023-cü ildən İddiaçı və Ədalət Məmmədovdan yem alır. Bu vaxta qədər onlardan broyler toyuqlar üçün aldığı yemlərdən narazılığı olmamışdır. 2024-cü ilin noyabr və dekabr aylarında İddiaçı yem almışdır və toyuqlarda hər hansı zəhərlənmə halları baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Mərdəkanda quşçuluq ilə məşğul olmuşdur. 5 ildir ki, İddiaçı yem alır. Bu vaxta qədər ondan aldığı yemlərdə heç bir problem olmamışdır. Onun saxladığı quşların növü əvvəllər serebrits olmuş, 2024-cü ilin may ayından isə broyler toyuqlarının saxlanması ilə məşğuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, təxminən 5-6 ay əvvəl (tarixi dəqiq xatırlamır) Cavabdeh vaksin edilməsi ilə bağlı onu sexinə dəvət etmişdir. Həmin vaxt sexdə Ağdaş yem fabrikinin nümayəndəsi və baytarhəkim Mustafa olmuşdur. Ona cuma xəstəliyi ilə əlaqədar sexi vaksin etmək lazım olduğunu dedilər. Vaksinasiya aparılan zaman sexdə xeyli quşun tələf olduğunun şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2024-cü ilin noyabr ayında Siyəzən rayon Baytarlıq İdarəsində olduğu vaxt onu quşlardan qan almaq üçün Cavabdeh fermasına dəvət etmişlər. O, quşlardan qan alanda zəhərlənmə əlamətlərini müşahidə etmiş və Cavabdeh Azərbaycan Respublikasının X1 müraciət etməsini, zəhərlənmə olub-olmamasının laboratoriyada dəqiq müəyyən olunmasını tövsiyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, 5 ildir ki quşçuluq fəaliyyəti ilə məşğul olur. 2024-cü il və 2025-ci illərin fevral-mart aylarında Ağdaş yem fabrikindən yem almışdır. Həmin yemlərdən quşları məhv olmuş və 2 dəfə zərərə düşmüşdür. Quşların ölməsi 2024-cü və 2025-ci illərdə fevral-mart aylarında 554 kodlu serebrist başlanğıc yemindən 555 serebrist böyütmə yeminə keçən zaman baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu maddəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatı və işin konkret halları ilə müəyyən edilir ki, tərəflər arasında toyuq yeminin alqı-satqısı ilə bağlı şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, həmin münasibətlər üzrə İddiaçı Cavabdeh nisyə toyuq yemi satmış, lakin cavabdeh nisyə aldığı malın dəyərinin ödənilməsinə dair öhdəliyini icra etməmişdir. Bundan başqa iddiaçının şikayəti əsasında Siyəzən rayon Polis şöbəsində 2025-ci ilin fevral ayında aparılmış araşdırma nəticəsində quş yemi alqı-satqısına görə Cavabdeh İddiaçı 82612 manat borcunun yaranması müəyyən olunmuş, Cavabdeh özü də həmin araşdırma zamanı iddiaçıdan aldığı yem məhsullarına görə 82632 manat borcu olduğunu bildirmiş, habelə cavabdehə məxsus dəftərin noyabr ayı ilə bağlı qeydlər aparılmış hissəsində 82632 manat ümumi borcla bağlı qeydiyyat aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 82612 (səksən iki min altı yüz on iki) manat borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin etirazında iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmamasına dair qeyd edilənlərə münasibətdə isə qeyd edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı müqavilə əsasında "xxxx" MMC-dən quş yemlərini alaraq, sonradan həmin yem məhsullarının ayrıayrı alıcılara satışını həyata keçirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu səbəbdən, iddiaçı öz adından və qanuni maraqları çərçivəsində mülki-hüquqi iddia irəli sürmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 2995 (iyirmi doqquz min doxsan beş) manat məbləğində bank uçot faizinin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25 % dərəcəsi ilə gecikmə məbləğinin hesablanaraq Cavabdeh iddiaçının xeyrinə tutulması” hissəsində də iddianın təmin olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə ki, iddiaçının tələbi bu hissədə qeyrimüəyyən olmaqla, faiz borcu tələb olunan dövr və faiz borcunun yekun məbləği konkretləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 14 aprel 2025-ci il tarixli ödəniş qəbzini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Vəkil1 verilmiş 13 aprel 2025-ci il tarixli etibarnamənin alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “346 (üç yüz qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 337,84 (üç yüz otuz yeddi manat səksən dörd qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 337,84 (üç yüz otuz yeddi manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 83267,09 (səksən üç min iki yüz altmış yeddi manat doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 337,84 (üç yüz otuz yeddi manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 83267,09 (səksən üç min iki yüz altmış yeddi manat doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar