Məhkəmə qərarları › İş №e-2-2(119)-799/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-799/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-799/2022 14.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 18 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 28 iyun 2019 tarixli **********77 saylı (EAAS seriyalı 253391 saylı 28 mart 2019 tarixli qaimə-fakturaya əsasən) ödəniş tapşırığı üzrə cavabdehə öhdəlikdən kənar ödənilmiş 17738,41 manat məbləğində vəsait, bu məbləğə hər il üçün 5 faiz nisbətində hesablanmış toplam 2365,12 manat məbləğində pul və işin baxılması üçün Mediasiya Şurasının 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 200 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 20303,53 manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli № LM01-17 saylı Xidmət Müqaviləsinə uyğun olaraq cavabdehin göstərdiyi müvafiq xidmətə görə iddiaçı da öz növbəsində göstərilən xidmətin müqabilində razılaşdırılmış ödənişi həyata keçirməli idi. Lakin, həmin Müqavilə əsasında 28 iyun 2019-cu ildə 04 fevral 2019 tarixli EAAP seriyalı 907897 nömrəli, ƏDV-siz məbləği 17738,41 manat olan qaimə-faktura üzrə ödəniş iddiaçı tərəfindən sistemdə olan texniki nasazlıq üzündən yanlışlıqla iki dəfə ödənilmişdir. Belə ki, 17738,41 manat (ƏDV-siz) məbləğində ilk ödəniş 27 iyun 2019-cu il tarixində **********87 saylı ödəniş tapşırığı ilə icra olunmuşdur (EAAP seriyalı 907897 saylı 04 fevral 2019 tarixli qaimə-fakturaya əsasən). Növbəti, yəni ikinci ödəniş isə 28 iyun 2019-cu il tarixində 21688,41 manat (ƏDV-siz) məbləğində icra edilmişdir. İkinci ödənilən (21688,41 manat) məbləğin 17738,41 manat məbləğində hissəsi yuxarda qeyd olunan 04 fevral 2019 tarixli EAAP seriyalı 907897 nömrəli qaimə-fakturaya əsasən icra edilmişdir. Yəni, texniki nasazlıq səbəbilə (ilk ödəniş 27 iyun 2019 tarixində) ikinci ödənilən 21688,41 manat məbləğin 3950 manat hissəsi isə 28 mart 2019 tarixli EAAS seriyalı 253391 nömrəli qaimə-fakuraya aid olmuşdur. Lakin, **********77 saylı 28 iyun 2019 tarixli ödəniş tapşırığı üzrə həyata keçirilmiş 17738,41 manat məbləğində ödəniş öhdəlikdən kənar həyata keçirildiyi üçün cavabdehdən geri tələb edilmişdir. Lakin, iddiaçının müvafiq tələbi üzrə pretenziya məktubunun alınmasını təsdiq edən müvafiq poçt bildirişinə və çoxsaylı telefon danışıqlarına baxmayaraq, cavabdeh tərəf məhkəmədən kənar qaydada bu günə kimi artıq ödənilmiş məbləğin geri ödənilməsindən yayınmaqdadır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4, 445.7, 449.1, 1092, 157.5 və 1093.1-ci maddələrinə istinad olunur). Beləliklə də, məlum olduğu kimi cavabdeh "xxxx" MMC öhdəlikdən kənar aldığı 17738,41 manat məbləğində vəsaiti və bu məbləğə müvafiq olaraq hesablanmış hər il üçün 5 faiz nisbətində toplam 2365,12 manat vəsaiti iddiaçıya geri ödəməlidir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən 25 iyul 2022-ci ildə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edilərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin Ərizə - iddia ərizəsində 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəniş Tapşırığı ilə Cavabdeh MMC-nin hesabına ödənilmiş 17738,41 manat məbləğində vəsaitin yanlışlıqla ödənildiyinin qeyd edilməsinə baxmayaraq, həmin ödənişdən 3 il sonra, yəni 01 iyun 2022-ci ildə İddiaçı MMC tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, həmin ödənişin geri istənilməsi və bununla da, həmin tələb üzrə “iki illik” iddia müddətinin ötürülmüş olması ilə əsaslandırılmışdır (ərizədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095, 373, 372 və 375-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarına istinad olunmuşdur). İddiaçı MMC tərəfindən 19 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsi üzrə Etiraz” təqdim edilərək, Cavabdeh MMC-nin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinin rədd edilməsi və iddia tələbinin tam təmin olunması xahiş edilmiş və həmin Etiraz - tərəflər arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli Müqavilənin şərtləri, bu mübahisə üzrə iddiaçı tərəfindən cavabdehə vergi sisteminin elektron kabineti vasitəsi ilə 17 iyul 2020-ci il tarixli məktubla müraciət olunması və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 28 mart 2019 tarixli EAAS seriyalı 253391 nəmrəli elektron qaiməyə əsasən 28 iyun 2019 tarixli **********77 nömrəli Ödəniş Tapşırığı üzrə cavabdehə öhdəlikdən kənar ödənilmiş 17738,41 manat məbləğində pul, həmin məbləğə hər il üçün 5 faiz nisbətində hesablanmış toplam 2365,12 manat məbləğində pul və Mediasiya Təşkilatına ödənilmiş 200 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə cəmi 20303,53 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə Ərizəni, “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsi” üzrə Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sifarişçi İddiaçı (VÖEN **********) ilə icraçı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli LM 01- 17 nömrəli Xidmət Müqaviləsinə və həmin müqavilə üzrə tərəflər arasında bağlanmış 21 dekabr 2017-ci il tarixli 01 nömrəli, 29 yanvar 2018-ci il tarixli 02 nömrəli, 13 aprel 2018-ci il tarixli 03 nömrəli, 01 may 2018-ci il tarixli 04 nömrəli və 16 aprel 2019-cu il tarixli 05 nömrəli Əlavə Razılaşmalardan görünür ki, bu Müqavilə ilə İcraçı Sifarişçiyə yeməyin təşkili (keyteringi) Xidmətinin göstərilməsini, Sifarişçi isə hazırkı müqavilənin şərtlərinə uyğun göstərilən xidməti qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, hazırkı Müqavilə üzrə olan mümkün iddialar alındıqları andan etibarən 30 (otuz) təqvim günü ərzində nəzərdən keçirilməlidir. Cavabın verilməsi üçün müəyyən edilmiş müddətə riayət etməmə iddianın və ya ona dair etirazların qəbul edilməsi hesab edilir. İş materiallarında olan "iaşə xidməti 2018 yanvar" qeydi aparılmış 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimədən görünür ki, “alıcı” İddiaçındən “təqdim edən” Cavabdehnə ƏDV daxil cəmi 20931,31 (iyirmi min doqquz yüz otuz bir manat 31 qəpik) manat (17738,40 manat xidmətin dəyəri + 3192,91 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan "göstərilmiş xidmət (furşet)" qeydi aparılmış 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimədən görünür ki, “alıcı” İddiaçındən “təqdim edən” Cavabdehnə ƏDV daxil cəmi 4661 (dörd min altı yüz altmış bir) manat (3950 manat xidmətin dəyəri + 711 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli **********87 nömrəli Ödəmə qəbzindən görünür ki, göndərən İddiaçı tərəfindən alan Cavabdeh bank hesabına 17737,41 (on yeddi min yeddi yüz otuz yeddi manat 41 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür (əsas: - 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimə). İş materiallarında olan 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəmə qəbzindən görünür ki, göndərən İddiaçı tərəfindən alan Cavabdeh hesabına 21688,41 (iyirmi bir min altı yüz səksən səkkiz manat 41 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür (əsas: - 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimə və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə). İş materiallarında olan 20 iyun 2019-cu il tarixli **********2482 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişdən görünür ki, 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli Xidmət Müqaviləsi və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə əsasında müvafiq olaraq ödəyici İddiaçı hesabından vəsait alan Cavabdeh “ƏDV sub-uçot” hesabına 711 (yeddi yüz on bir) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli **********2482 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişdən görünür ki, 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli Xidmət Müqaviləsi və 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimə əsasında müvafiq olaraq ödəyici İddiaçı hesabından vəsait alan Cavabdeh “ƏDV sub-uçot” hesabına 3192,91 (üç min yüz doxsan iki manat 91 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Dövlət Vergi Xidmətinin X1 elektron kabinet vasitəsilə Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə ünvanlanmış 17 iyul 2020ci il tarixli Məktubda göstərilir ki, Cavabdeh MMC və İddiaçı MMC arasında 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli xidmət müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Həmin Müqavilə əsasında 2019-cu il iyun ayında 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli, ƏDV-siz məbləği 17738,40 manat olan qaimə faktura üzrə ödəniş iddiaçı tərəfindən sistemdə olan texniki nasazlıq üzündən yanlışlıqla iki dəfə ödənilmişdir. Belə ki, ilk ödəniş 27 iyun 2019-cu il tarixində 17738,41 manat (ƏDV-siz) məbləğində olmuşdur. Növbəti ödəniş isə 28 iyun 2019-cu il tarixində 21688,41 manat (ƏDV-siz) məbləğində olmuşdur. İkinci ödənişin 17738,41 manat məbləğində hissəsi yuxarıda qeyd olunan 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli qaimə-fakturaya, 3950 manat hissəsi isə 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli, ƏDV-siz məbləği 3950 manat olan qaimə-fakuraya aid olmuşdur. Qeyd olunan məsələni qısa zamanda araşdırıb, artıq ödənilmiş 17738,41 manat (ƏDV-siz) məbləği "xxxx" MMC-nin bank hesabına köçürülməsi xahiş olunur. Məktuba əlavə olunur: - Qaimə faktura EAAP 907897, Qaimə faktura EAAS 253391, Ödəniş tapşırığı 17738,41 manat, Ödəniş tapşırığı 21688,41 manat və Üzləşmə aktı (01 yanvar 2015 - 17 iyul 2020). (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir və həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən, sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Beləliklə də, işin yuxarıda qeyd olunan konkret halları ilə müəyyən olunur ki, 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli Xidmət Müqaviləsi və həmin Müqavilə üzrə tərəflər arasında bağlanmış 16 aprel 2019-cu il tarixli 05 nömrəli Əlavə Razılaşma əsasında təqdim olunan 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli elektron qaimə üzrə ƏDV daxil cəmi 20931,31 manat (17738,40 manat xidmətin dəyəri + 3192,91 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməli olmasına baxmayaraq, sifarişçi İddiaçı MMC tərəfindən icraçı Cavabdeh MMC-nin “ƏDV sub-uçot” hesabına 20 iyun 2019-cu il tarixli **********2482 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişlə 3192,91 manat və eyni zamanda, icraçı Cavabdeh MMC-nin hesabına isə 27 iyun 2019-cu il tarixli **********87 nömrəli Ödəmə qəbzi ilə 17737,41 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Bundan əlavə, 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəmə qəbzilə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 21688,41 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürmənin əsası kimi 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaiməyə və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaiməyə istinad edilmişdir. Eyni zamanda, 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə əsasında İddiaçı MMC-nin hesabından Cavabdeh MMC-nin “ƏDV sub-uçot” hesabına 711 manat məbləğində pul vəsaiti də köçürülmüşdür. Yəni, iddiaçı tərəfindən cavabdehin hesabına 04 fevral 2019 tarixli EAAP seriyalı 907897 nömrəli elektron qaimə üzrə ƏDV məbləği nəzərə alınmadan cəmi 17738,40 manat xidmət haqqı və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə üzrə 3950 manat xidmət haqqı ödənilməli olduğu halda, həmin Elektron Qaimələr əsasında 27 iyun 2019-cu il tarixli **********87 nömrəli Ödəmə qəbzi ilə 17737,41 manat məbləğində və 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəmə qəbzi ilə 21688,41 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Bu halda isə, 28 iyun 2019cu il tarixli **********77 nömrəli Ödəmə qəbzi ilə ödənilmiş 21688,41 manat məbləğində pul vəsaitinin 3950 manat hissəsi 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimədə qeyd olunan xidmət haqqı ödənişi olduğundan, qalan 17738,41 manat məbləğində ödəniş artıq ödəniş olmuşdur (21688,41 – 3950 = 17738,41 manat). İddiaçı tərəf 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli elektron qaimə üzrə xidmət haqqı kimi tələb olunan pul vəsaitinin iki dəfə, yəni 17738,41 manat miqdarında artıq ödənildiyini müəyyən edərək, 17 iyul 2020-ci il tarixli məktubla cavabdeh tərəfə müraciət edib, həmin artıq ödənişin geri qaytarllmasını tələb etmiş və həmin məktub yuxarıda qeyd olunan ödəniş sənədləri və 01 yanvar 2015-ci ildən-17 iyul 2020-cu ilədək dövrü əhatə edən Üzləşmə Aktı ilə əsaslandırılmışdır. Lakin, cavabdeh "xxxx" MMC artıq ödənişi qaytarmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 17 iyul 2020-ci il tarixindən etibarən 17738,41 manat məbləğində artıq ödəniş cavabdeh "xxxx" MMC-dən tələb edilərək, artıq ödənişin qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı (28 yanvar 2022-ci il tarixli, MŞB/6-301 nömrəli mediasiya arayışı) və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçünonun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında öhdəliklər yaradan 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli Xidmət Müqaviləsi və həmin Müqavilə əsasında imzalanmış 16 aprel 2019-cu il tarixli 05 nömrəli Əlavə Razılaşmanın icrası zamanı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına tələb olunan xidməti haqqı məbləğindən artıq məbləğdə, yəni əlavə olaraq 17738,41 manat məbləğində pul vəsaitinin də bank vasitəsi ilə köçürmə yolu ilə ödəniş edilməsi, sonuncunun həmin məbləğ həddində əsassız varlanmasına səbəb olmuşdur. Lakin, artıq ödənilmiş 17738,41 manat məbləğində pulun qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh əsassız varlanmanın predmeti olan həmin pul vəsaitini qaytarmamışdır. Ona görə də, iddia tələbi “Cavabdeh hesabına ümumilikdə ödənilmiş 17738,41 (on yeddi min yeddi yüz otuz səkkiz manat 41 qəpik manat) manat məbləğində pul vəsaitinin İddiaçınə qaytarılması” hissəsində əsaslıdır. Lakin, Cavabdeh “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi isə, hazırkı mübahisə üzrə iddia müddəti ötürülmədiyinə görə əsassızdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəf artıq ödənilmə faktını 01 yanvar 2015-ci ildən 17 iyul 2020-cu ilədək dövrü əhatə edən Üzləşmə Aktı ilə müəyyən edərək, bununla bağlı cavabdehə 17 iyul 2020-ci il tarixli məktubla müraciət etmiş və 2022-ci ilin yanvar ayında mediasiya sessiyası təşkil olunduqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə 01 iyun 2022-ci ildə müraciət etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələblərinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır). Bundan əlavə, İddiaçı MMC iddia tələbində Cavabdeh MMC-dən “artıq ödənilmiş ümumi vəsait məbləğinə hər il üçün 5 faiz nisbətində hesablanmış toplam 2365,12 manat məbləğində pulun” da tutulmasını xahiş etmişdir. Mülki Qanunvericiliyin müvafiq normalarına görə “qaytarma vəzifəsi” müvafiq şərtlər daxilində “əldə edilənlərdən götürülən faydaya” da şamil edilsə də (Mülkin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir), iddiaçı tərəf cavabdehin iddia tələbində qeyd etdiyi vəsaitdən fayda götürməsini əsaslandıra bilməmişdir. Eyni zamanda, işin konkret halları ilə cavabdeh tərəfindən müvafiq qaydada təqdim edilmiş məlum elektron qaimə üzrə iddiaçı tərəfin müvafiq səlahiyyətli şəxsi tərəfindən artıq ödəniş olunmasında cavabdeh tərəfin heç bir təqsiri müəyyən olunmur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh MMC-nin hesabına ümumilikdə ödənilmiş 17738,41 manat məbləğində pul vəsaitinin hər il üçün 5 faiz nisbətində hesablanmış toplam 2365,12 manat məbləğində pulun tutulması” hissəsində əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 17738,41 manat məbləğində artıq ödənilmiş pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143,21 (yüz qırx üç manat 21 qəpik) manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 17738,41 (on yeddi min yeddi yüz otuz səkkiz manat 41 qəpik) manat məbləğində artıq ödənilmiş pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 143,21 (yüz qırx üç manat 21 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18081,62 (on səkkiz min səksən bir manat 62 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar