Məhkəmə qərarları › İş №e-2-2(119)-8/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-8/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-8/2020 03.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq predmeti olan özüboşaldanın İddiaçı MMC-yə qaytarılması, borcun və 30 mаnаt dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq predmeti olan özüboşaldanın İddiaçı MMC-yə qaytarılması, borcun və 30 mаnаt dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək, cavabdehin onlara 2000 manat ödədiyini nəzərə alaraq, iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh İddiaçı MMC-yə 2000 manat ödədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini və kommersiya işini nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin edilməli, iddiadan imtina qəbul edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq predmeti olan özüboşaldanın İddiaçı MMC-yə qaytarılması, borcun və 30 mаnаt dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar